ABŞ-da ən çox sayda işçi çalışdıran ikinci şirkət olan Amazon, logistika mərkəzlərini sürətlə transformasiya edir. Amazon-un ən mükəmməl yaradılışlarından biri Vulcan adlı robotdur. Bu robot toxunma həssaslığına malikdir və müxtəlif dərinlikdə və formada olan rəflərdən əşyaları çıxarmağa qadirdir. Amazon bəyan edib ki, Vulcan şirkətin logistika sisteminə inteqrasiya olunub və digər robotlar və insanlarla birgə çalışır. Mühəndislər operatorun iştirakı olmadan sifarişlərin robotlar arasında koordinasiyalı şəkildə ötürülməsinə nail olublar. “Onlar robot texnologiyalarının tam inteqrasiyasına bir addım daha yaxınlaşıblar” - deyə konsaltinq şirkəti Interact Analysis-in tədqiqatçısı Rueben Scriven bildirib. Robotların sayının artması logistika səmərəliliyinin yüksəlməsinə, eyni zamanda insan resursundan asılılığın azalmasına səbəb olub.
https://technote.az/texnologiya-xeberleri/amazon-un-anbarlarinda-artiq-1-milyondan-cox-robot-fealiyyet-gosterir
https://technote.az/texnologiya-xeberleri/amazon-un-anbarlarinda-artiq-1-milyondan-cox-robot-fealiyyet-gosterir
👍2
Söhbət, ABŞ-ın sürətlə artan dövlət borcu fonunda büdcə xərclərini azaltmaq və texnologiyalara ayrılan vəsaitlərin prioritetlərini yenidən müəyyənləşdirmək cəhdindən gedir. Trump bildirib: “Elon, yəqin ki, tarixdə hər kəsdən daha çox subsidiya alır və bunu böyük fərqlə edir. Bu subsidiyalar olmasaydı, çox güman ki, o, dükanı bağlayıb Cənubi Afrikadakı evinə qayıtmalı olardı. Nə raket buraxılışları, nə peyklər, nə də elektromobil istehsalı və ölkəmiz bir sərvət qənaət etmiş olardı. Bəlkə DOGE-ə bu məsələ ilə ciddi şəkildə məşğul olmağı tapşıraq? Qənaət çox böyük olacaq!!!”. Söhbət həmçinin SpaceX-ə verilmiş təxminən 22 milyard dollarlıq müqavilələrdən də gedir. Musk buna qısa və sərt reaksiya verib.
https://technote.az/tech-biznes/elon-musk-dovlet-subsidiyalarindan-mehrum-ola-biler
https://technote.az/tech-biznes/elon-musk-dovlet-subsidiyalarindan-mehrum-ola-biler
Məlumatlara görə, Google DeepMind komandası artıq 3 ildir ki, bu məsələ üzərində tam məxfi şəkildə çalışır və həllə çox yaxınlaşıb. Bu barədə Braun Universitetində dərs deyən Serrano danışıb. Bu məsələnin həlli, maye və qazların hərəkətinin proqnozlaşdırılmasının vacib olduğu bütün sahələrdə - hava proqnozu, aviasiya, tibb və digər sahələrdə - inqilabi irəliləyiş ola bilər. Məsələ 19-cu əsrin birinci yarısında formalaşdırılıb. Fransız riyaziyyatçı Henri Navier və irlandiyalı George Gabriel Stokes bir-birindən müstəqil şəkildə, özlü (viskoz) Nyuton mayelərinin hərəkətini təsvir edən tənliklər nəşr ediblər. Bu tənliklər hidrodinamikada mühüm rol oynayır və hava hadisələrinin proqnozlaşdırılması, aviasiya uçuşları və insan orqanizmində qan dövranının modelləşdirilməsi üçün zəruridir.
https://technote.az/suni-zeka-ve-elm/google-deepmind-minilliyin-7-probleminden-birinin-helline-cox-yaxindir
https://technote.az/suni-zeka-ve-elm/google-deepmind-minilliyin-7-probleminden-birinin-helline-cox-yaxindir
Nothing Phone (3)-də Glyph adlı ənənəvi işıqlandırma sistemi reallaşdırılmayıb. Bunun əvəzinə şirkət yeni smartfonunu Glyph Matrix adlı yeni sistem ilə təchiz edib. Bu, smartfonun arxa panelinin yuxarı hissəsində yerləşən dairəvi formalı bir növ ekrandır. O, vaxtı, enerji miqdarını, kompası, saniyəölçəni və s. məlumatları əks etdirə bilir. Bununla yanaşı smartfonun arxa panelində kameralar da bir qədər fərqli mövqelərdə yerləşiblər. Smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və orta həcmli batareyanı əldə edib. Beləliklə smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir.
https://technote.az/mobil-cihazlar/nothing-phone-3-subflaqman-smartfonu-teqdim-edilib-qiymeti
https://technote.az/mobil-cihazlar/nothing-phone-3-subflaqman-smartfonu-teqdim-edilib-qiymeti
Tədqiqatçılar Enseladda yerləşən okeanın potensial pH səviyyəsini müəyyən ediblər. Araşdırma göstərir ki, bu okean əvvəl düşünüləndən daha qələvidir. Lakin nəzəri cəhətdən belə bir suda həyat mövcud ola bilər, çünki bu, bizim tanımadığımız tamamilə fərqli bir həyat forması ola bilər. pH - bir məhlulun turşuluq və ya qələviliyini göstərən göstəricidir və bu dəyər 0-dan 14-ə qədər ölçülür. pH dəyəri 7 olduqda neytral sayılır, 7-dən aşağı göstəricilər turşu, 7-dən yuxarı göstəricilər isə qələvi hesab olunur. Yer üzərində suyun orta pH səviyyəsi 6 ilə 8.5 arasında dəyişir, şirin suyun pH aralığı təxminən 6.5-8, yağış suyunun pH səviyyəsi təxminən 5.6, dəniz suyunun isə təxminən 8.2-dir.
https://technote.az/texnologiya-xeberleri/saturnun-peyki-enseladin-sethalti-okeani-unikal-sudan-teskil-olunub
https://technote.az/texnologiya-xeberleri/saturnun-peyki-enseladin-sethalti-okeani-unikal-sudan-teskil-olunub
😢1
Təcrübə göstərdi ki, böyük dil modelləri artıq real vaxt rejimində mürəkkəb taktiki qərarlar qəbul edə bilir və gələcək avtonom kosmik missiyalar üçün əsas ola bilərlər. Peyklərin idarə olunması və kosmik aparatların naviqasiyası üçün avtonom sistemlərin hazırlanması uzun müddətdir alimlərin maraq dairəsindədir. Gələcəkdə peyklərin sayı o qədər çox olacaq ki, onları fərdi şəkildə idarə etmək mümkün olmayacaq. Bundan əlavə, uzaq kosmosun tədqiqində işığın sürətinə olan məhdudiyyətlər səbəbindən aparatları real vaxtda idarə etmək mümkünsüzdür. Əgər bəşəriyyət kosmosu fəth etməyi planlaşdırırsa, qərarların qəbulunu robotlara etibar etməli olacaq. İnnovasiyaları stimullaşdırmaq məqsədilə aviasiya mütəxəssisləri “Kerbal Space Program Differential Game Challenge” adlı təşəbbüsə start verdilər.
https://technote.az/suni-zeka-ve-elm/chatgpt-ugurla-kosmik-gemini-idare-ede-bilirmis
https://technote.az/suni-zeka-ve-elm/chatgpt-ugurla-kosmik-gemini-idare-ede-bilirmis
👏1
Smartfonun gövdə qalınlığı tam açıq vəziyyətdə 4.1 mm, qapalı vəziyyətdə 8.8 mm, çəkisi isə 217 qram təşkil edir. Honor Magic V5-in gövdəsində innovasiyalı materiallardan istifadə edilib. Məsələn, smartfonun arxa paneli olduqca yüngül və dözümlü olan aerokosmik lifdən hazırlanıb. Bu material həmçinin zərbələrə də davamlıdır. Honor Magic V5 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2352x2172 piksel keyfiyyətli 7.95 düym ölçülü daxili OLED ekranla və 120 Hz-lik təsvir yenilənməsinə sahib 2376x1060 piksel keyfiyyətli 6.43 düym ölçülü xarici OLED ekranla təchiz olunub. Hər iki ekranın maksimal parlaqlıq səviyyəsi 5000 nit təşkil edir.
https://technote.az/mobil-cihazlar/qatlana-bilen-honor-magic-v5-teqdim-olunub-qiymeti
https://technote.az/mobil-cihazlar/qatlana-bilen-honor-magic-v5-teqdim-olunub-qiymeti
Rəqabət aparan modellər bir-birinə qarşı daha da qapalı olduqca, ekspertlər narahatdırlar ki, bu sistemlər istifadəçiləri dezinformasiya və təbliğat "köpüklərinə" salmaqda daha çox sərbəstliyə sahib olacaqlar. Hazırda dünyanın müxtəlif bölgələrindəki istifadəçilər Çin şirkətlərinin DeepSeek və Alibaba kimi böyük dil modellərini (LLM) ABŞ sistemlərinə alternativ olaraq seçirlər. Məlumatlı mənbələrin sözlərinə görə, HSBC və Standard Chartered bankları DeepSeek modellərinin daxili testlərinə başlayıblar, dünyanın ən böyük neft şirkəti olan Saudi Aramco isə bu yaxınlarda DeepSeek modelini öz əsas məlumat emalı mərkəzinə quraşdırıb. Hətta Amazon Web Services, Microsoft və Google kimi böyük bulud xidmətləri təminatçıları belə, DeepSeek modellərini müştərilərinə təklif edirlər - baxmayaraq ki, Ağ Ev bu tətbiqin bəzi hökumət cihazlarında istifadəsini məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə qadağan edib.
https://technote.az/suni-zeka-ve-elm/cin-suni-zeka-sahesinde-abs-in-qlobal-ustunluyunu-sarsidir
https://technote.az/suni-zeka-ve-elm/cin-suni-zeka-sahesinde-abs-in-qlobal-ustunluyunu-sarsidir
Sözügedən obyekt Təxminən 4 aydan sonra Günəşə ən yaxın nöqtəyə çatacaq və bundan sonra çox güman ki, kosmik qonşuluğumuzu həmişəlik tərk edəcək. Hazırda A11pl3Z obyektini dünyanın müxtəlif rəsədxanaları müşahidə edirlər. Obyekt hal-hazırda Yupiterin orbitinin içərisində yerləşir və oktyabr ayında Yerə nisbətən daha yaxın - Marsın orbitinin daxilində olacaq. Həmin vaxt alimlər obyektə teleskoplar vasitəsilə daha yaxından baxa biləcək və onun növünü müəyyənləşdirməyə çalışacaqlar. Hazırda onun kometa, asteroid və ya başqa bir səma cismi olub-olmadığı dəqiq bilinmir. Yeganə məlum olan isə onun diametrinin 20 kilometrə qədər olmasıdır. A11pl3Z obyekti iyunun 25-dən 29-dək toplanmış məlumatlar əsasında aşkarlanıb.
https://technote.az/texnologiya-xeberleri/gunes-sisteminde-ucuncu-ulduzlararasi-obyekt-askar-edilib
https://technote.az/texnologiya-xeberleri/gunes-sisteminde-ucuncu-ulduzlararasi-obyekt-askar-edilib
Bu sistemin yaşlılarda və Altsheymer, Parkinson kimi neyrodegenerativ xəstəliklər üçün yüksək risk qrupuna daxil olan şəxslərdə screening zamanı istifadə olunması planlaşdırılır. Vizualizasiya beynin struktur qocalmasına dair, qan göstəriciləri və digər molekulyar biomarkerlərdən əldə edilə bilməyən unikal birbaşa məlumatlar təqdim edir. Məsələn, qocalmanın əsas əlamətlərindən biri nitq və düşüncə qabiliyyətindən cavabdeh olan beyin qabığının qalınlığı, eləcə də boz maddənin həcmi hesab olunur. Bu və digər xüsusiyyətləri qiymətləndirən alimlər, MRT vasitəsilə beynin qocalma sürətini müəyyən edən alət yaratmağa qərar verdilər.
https://technote.az/suni-zeka-ve-elm/suni-zeka-mrt-fotolari-sayesinde-beynin-suretli-qocalmasini-teyin-edir
https://technote.az/suni-zeka-ve-elm/suni-zeka-mrt-fotolari-sayesinde-beynin-suretli-qocalmasini-teyin-edir
“Süni zəka bütün amerikalı ofis işçilərinin demək olar ki, yarısını əvəz edəcək. Çox sayda əməkdaş bu prosesin kənarında qalacaq”. JPMorgan Chase bankının fəaliyyət istiqamətlərindən birinin rəhbəri Marianne Lake may ayında investorlarla görüşdə bildirib ki, növbəti illərdə yeni süni zəka alətlərinin tətbiqi işçi sayının 10% azalması ilə nəticələnə bilər. İyun ayında Amazon şirkətinin baş direktoru Andy Jassy əməkdaşlara göndərdiyi məktubda xəbərdarlıq edib ki, süni zəkanın “təkrarlanmaz” texnologiyalarına görə yaxın illərdə işçi sayı azalacaq. O bildirib: “Bu gün bəzi işləri görən insanlara daha az ehtiyacımız olacaq, əvəzində digər sahələrdə çalışan insanlara daha çox ehtiyac yaranacaq”.
https://technote.az/suni-zeka-ve-elm/sirket-rehberleri-artiq-suni-zeka-sebebile-isci-ixtisarlarini-gizletmirler
https://technote.az/suni-zeka-ve-elm/sirket-rehberleri-artiq-suni-zeka-sebebile-isci-ixtisarlarini-gizletmirler
❤1
Bu kəşf mühümdür, çünki belə supernovalar kainatda məsafələrin ölçülməsi üçün istifadə olunan “standart şamlar” sayılır. İndi isə bu ölçü alətində qüsur aşkar olunub. Bütün ağ cırtdanlar (ölü ulduzların soyumuş nüvələri) heç də Ia tipli supernovaya çevrilmir. Onların nüvəsi əsasən karbon və oksigenden ibarətdir, lakin bu elementlərin birgə sıxlığı termonüvə reaksiyasını başlatmaq üçün kifayət etmir. Ağ cırtdanda termonüvə reaksiyası yalnız o, kritik kütləni (təxminən Günəşin 1.4 qatını) keçəndə başlaya bilər. Bu da ya ulduza maddənin yığılması zamanı, ya da başqa bir ağ cırtdanla toqquşma nəticəsində baş verir. Qeyd edək ki, kainatda belə cüt sistemlər çoxluq təşkil edir. Təkrar termonüvə reaksiyasının işə düşməsi, yəni Çandrasekar həddinin - kritik kütlənin - aşılması zəncirvari reaksiyaya və nəticədə termonüvə partlayışına səbəb olur. Bundan sonra ağ cırtdan atomlarına qədər parçalanır.
https://technote.az/texnologiya-xeberleri/iki-defe-partlamis-ilk-supernova-kesf-edilib
https://technote.az/texnologiya-xeberleri/iki-defe-partlamis-ilk-supernova-kesf-edilib
iSeg adlı bu süni zəka alqoritmini Şimal-Qərb Universitetinin komandası hazırlayıb. iSeg-in yaradılmasının əsas məqsədi həkimlərə xərçəng müalicəsinin dəqiqliyini artırmağa imkan verən bir vasitə təqdim etmək idi. Məsələn, şüa terapiyasını təyin etmək üçün həkimlər şişin ölçüsünü və yerləşməsini bilməlidirlər ki, uyğun dozanı müəyyən etsinlər. Dəqiqlik burada olduqca vacibdir. Bir tərəfdən bütün xərçəng hüceyrələri məhv edilməli, digər tərəfdən isə sağlam toxumalara minimum zərər vurulmalıdır. Digər bir çox süni zəka kimi, iSeg də şişin müəyyən olunması üçün KT (kompüter tomoqrafiyası) görüntülərindən istifadə edir.
https://technote.az/suni-zeka-ve-elm/agciyerlerdeki-sisleri-hekimlerden-daha-deqiq-teyin-eden-suni-zeka-hazirlanib
https://technote.az/suni-zeka-ve-elm/agciyerlerdeki-sisleri-hekimlerden-daha-deqiq-teyin-eden-suni-zeka-hazirlanib
Bu təcrübələrdə 60 000 insan 10 milyondan çox seçim edib. Nəticədə Centaur 32 testin 31-də klassik idrak nəzəriyyələrini və digər süni zəka sistemlərini geridə qoyaraq bilikləri ümumiləşdirmək və hətta yeni tapşırıq növləri ilə işləmək qabiliyyətini nümayiş etdirib. Gələcəkdə bu texnologiya psixoloji tədqiqatları sürətləndirəcək və real iştirakçılara olan ehtiyacı azaldacaq. Əksər kompüter modelləri və düşüncə ilə bağlı elmi nəzəriyyələr adətən yalnız bir vəzifəyə yönəlib. Məsələn, Google DeepMind tərəfindən hazırlanmış AlphaGo yalnız Go oyununu oynaya bilir, perspektiv nəzəriyyəsi isə insanların risk və qeyri-müəyyənlik şəraitində necə qərar verdiklərini proqnozlaşdırır.
https://technote.az/suni-zeka-ve-elm/insan-qerarlarini-proqnozlasdiran-suni-zeka-hazirlanib
https://technote.az/suni-zeka-ve-elm/insan-qerarlarini-proqnozlasdiran-suni-zeka-hazirlanib
Tədqiqat ABŞ Müdafiə Nazirliyinin Perspektivli Araşdırmalar Agentliyi (DARPA) tərəfindən sifariş edilib və birbaşa olaraq böyük dil modellərinin (LLM) inkişafı ilə bağlı etik və tənzimləmə məsələlərini əhatə edir. ChatGPT kimi modellər bioloji silahların hazırlanması və yayılması prosesini xeyli sadələşdirə bilər. Müəlliflər bildirirlər ki, süni zəka patogenin seçimi, DNT-nin sintezi, saxlanma və daşınma şəraitinin müəyyən edilməsi, eləcə də mövcud nəzarət tədbirlərindən yayınma baxımından kömək edə bilər. Tədqiqat, açıq API vasitəsilə süni zəka sistemlərinə çıxış əldə edən və elmi nəşrlər əsasında təlim görmüş modellərdən istifadə edən hipotetik niyyətli şəxslər üzərində aparılıb. Hətta texniki hazırlığı məhdud olan şəxslər belə, məsələn, çiçək virusu kimi təhlükəli agentlərin yaradılması ilə bağlı addım-addım təlimatlar əldə ediblər.
https://technote.az/suni-zeka-ve-elm/suni-zeka-qlobal-pandemiya-riskini-artira-biler
https://technote.az/suni-zeka-ve-elm/suni-zeka-qlobal-pandemiya-riskini-artira-biler
😱1
Bu, şəbəkə infrastrukturunun sabitliyini təmin etmək üçün vacib sayılır. Hitachi Energy-nin rəhbəri Andreas Schierenbeck bildirib ki, heç bir başqa sahəyə süni zəka sektoru qədər qeyri-sabit enerji istifadəsinə icazə verilmir. Şirkətin fikrincə, yaxınlıqdakı məlumat mərkəzlərində (Məlumat Emalı Mərkəzi - MEM) baş verən enerji sərfiyyatı sıçrayışları barədə kommunal xidmətləri əvvəlcədən xəbərdar edəcək mexanizmlər hazırlanmalıdır. Onun sözlərinə görə, süni zəka modellərinin öyrədilməsi zamanı MEM-larda baş verən enerji tələbatının kəskin artımı, bərpa olunan enerjinin dəyişkənliyi ilə birlikdə, sabitliyin üzərində sabitsizlik yaradaraq enerji sisteminin normal fəaliyyətini təmin etməyi çətinləşdirir.
https://technote.az/suni-zeka-ve-elm/suni-zeka-elektrik-enerjisinin-qeyri-sabit-istifadesine-sebeb-olur
https://technote.az/suni-zeka-ve-elm/suni-zeka-elektrik-enerjisinin-qeyri-sabit-istifadesine-sebeb-olur
Qalan hallarda isə ya mövcud olmayan səhifələrə yönləndirmə olub (29%), ya da legitim, lakin istifadəçinin axtardığı sayta aid olmayan səhifələr göstərilib (5%). Netcraft şirkətinin təhdidlərin araşdırılması şöbəsinin rəhbəri Rob Duncan izah edib ki, bu cür səhvlər dələduzlar üçün yeni imkanlar yaradır. Əgər süni zəka işləməyən bir domen təqdim edərsə, kibercinayətkarlar həmin domeni qeydiyyatdan keçirib fişinq səhifəsi yarada bilərlər. Problem ondadır ki, çat-botlar sözləri və assosiasiyaları təhlil edirlər, lakin saytların nüfuzlarını yoxlamırlar. Məsələn, ChatGPT bir dəfə Wells Fargo bankının saytı ilə bağlı sorğuya cavab olaraq əvvəllər fişinq hücumlarında istifadə olunmuş saxta bir səhifənin ünvanını təqdim edib.
https://technote.az/kiberteklukesizlik/chatgpt-saxta-linklerin-yayilmasi-ucun-alete-cevrilib
https://technote.az/kiberteklukesizlik/chatgpt-saxta-linklerin-yayilmasi-ucun-alete-cevrilib
👀1
Gələcək müşahidələr bu nadir ulduzlararası obyekt haqqında daha ətraflı məlumat əldə etməyə imkan verəcək, çünki bu cür obyektlər nadir hallarda alimlərin müşahidəsinə düşür. Maraqlıdır ki, 3I/ATLAS obyekti hələ 14 iyun tarixində avtomatik teleskoplar tərəfindən qeydə alınmışdı. Lakin yalnız 1 iyulda Çilidə yerləşən robotlaşdırılmış ATLAS rəsədxanası sayəsində bu kometanın ulduzlararası məkanından gəldiyi müəyyən edildi. Buna görə də kometaya ATLAS sisteminin şərəfinə ad verilib. Adındakı “I” hərfi obyektin ulduzlararası (Interstellar) mənşəyini göstərir, “3” isə bu nadir kateqoriyada aşkar edilmiş üçüncü obyekt olduğunu bildirir. Müşahidə məlumatları göstərdi ki, 3I/ATLAS kometası zəif aktiv olanlara aiddir.
https://technote.az/texnologiya-xeberleri/gunes-sistemindeki-ucuncu-ulduzlararasi-obyekt-kometa-imis
https://technote.az/texnologiya-xeberleri/gunes-sistemindeki-ucuncu-ulduzlararasi-obyekt-kometa-imis
Araşdırma göstərib ki, bərpa olunan enerji mənbələrinə qoyulan böyük investisiyalara və müxtəlif səviyyələrdə sıfır emissiyaya doğru irəliləmək üçün verilmiş çoxsaylı vədlərə baxmayaraq, emissiyaların artım tendensiyası davam edir. Hesabat təkcə sənaye fəaliyyəti, energetika, nəqliyyat, təbii yanacaq ehtiyatlarının emalı və daşınması, eləcə də müşayiətedici qazın yandırılması nəticəsində yaranan CO2 emissiyalarını deyil, iqlim dəyişikliyinə daha təhlükəli təsir göstərən metan qazının emissiyalarını da nəzərə alır. Hesabata metan daxil edildiyi üçün digər amillər - məsələn, torpaq istifadəsi və meşələrin qırılması kimi parnik qazlarının miqdarına təsir edən faktorlar istisna olunub. Analitiklərin fikrincə, belə bir əvəzləmə parnik qazlarının atmosferə təsirini daha dəqiq qiymətləndirməyə imkan verir.
https://technote.az/texnologiya-xeberleri/qlobal-co2-emissiyasi-rekord-hedde-catib
https://technote.az/texnologiya-xeberleri/qlobal-co2-emissiyasi-rekord-hedde-catib
İndi hazırlanma prosesi cəmi 2 il davam edir və yeni modellər bazara demək olar ki, smartfon və ya noutbuk yeniləmə tezliyi ilə çıxırlar. Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota belə bu tempa hazır deyildi. Toyota və BYD şirkətləri birgə hazırladıqları bZ3 modeli üzərində işləyərkən, yaponlar Çin şirkətinin avtomobil dizaynına bu qədər sürətli və fərqli yanaşmasından sözün əsl mənasında heyrətə gəlmişdilər. Reuters-in məlumatına görə, bZ3-ün yaradılması zamanı Toyota BYD-nin üsullarından “sarsılmış” vəziyyətdə qalıb. BYD, sanki Silikon Vadisindəki startap kimi fəaliyyət göstərir. Mühəndislər layihənin artıq son mərhələsində belə dizayna ciddi dəyişikliklər etməkdən çəkinmirlər. Onların yanaşması İT şirkətlərinin fəlsəfəsini xatırladır: “çıxart və sonra düzəlt".
https://technote.az/neqliyyat/toyota-byd-nin-elektromobil-hazirlama-suretinden-heyrete-gelib
https://technote.az/neqliyyat/toyota-byd-nin-elektromobil-hazirlama-suretinden-heyrete-gelib