Norveç Yol İdarəsinin (OFV) məlumatına görə, iyun ayında qeydiyyata alınmış 17 799 avtomobildən cəmi 577-si tam elektrikli olmayıb. Dizel avtomobillərin payı 0.8%-ə, benzinlə işləyənlərin payı isə 0.3%-ə enib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin iyun ayında elektromobillərin bazar payı təxminən 80% idi, 2025-ci ilin yanvarında isə bu göstərici 96%-ə yüksəldi. Norveç elektromobillərə dəstəyi hələ 1990-cı illərdə başladıb. Hakimiyyət onları ƏDV-dən, gömrük rüsumlarından və qeydiyyat haqlarından azad edib. Elektromobil sahibləri əlavə imtiyazlar da əldə ediblər: avtobus zolaqları ilə hərəkət edə bilir, pulsuz parklama və ödənişli yollarda pulsuz keçid hüququna malikdirlər.
https://technote.az/neqliyyat/norvec-ekoloji-neqliyyatin-istifadesine-gore-lider-olke-olub
https://technote.az/neqliyyat/norvec-ekoloji-neqliyyatin-istifadesine-gore-lider-olke-olub
Cuban-ın fikrincə, bu şəxs hansısa texnologiya nəhəngi deyil, müstəqil bir şəxs olacaq. Ola bilər ki, bu insanın komandası və ofisi olmasın, amma düzgün ideyası olsun. High Performance podkastında Cuban vurğulayıb ki, generativ süni zəkanın potensialı hələ gerçək mənada açılmağa belə başlamayıb. O, hazırkı vəziyyəti internetin, smartfonların və fərdi kompüterlərin ilk günləri ilə müqayisə edir, amma əlavə edir ki, süni zəkanın doğuracağı dəyişikliklərin miqyası daha böyük olacaq. İnvestorun əsas arqumenti funksional dəyişikliklə bağlıdır. O, hesab edir ki, hər şeyi modelin özü deyil, süni zəkanı gündəlik tapşırıqlara rahat və anlaşılan şəkildə inteqrasiya edən məhsul müəyyən edəcək.
https://technote.az/suni-zeka-ve-elm/suni-zeka-tarixin-ilk-trilyonerini-ortaya-cixa-biler
https://technote.az/suni-zeka-ve-elm/suni-zeka-tarixin-ilk-trilyonerini-ortaya-cixa-biler
Əvvəlcə uzaq ulduzların axtarışı üçün yaradılmış alqoritmlərdən istifadə edən STAR adlı sistem nümunələri yüksək dəqiqliklə skan edir və adi mikroskopla görünməyən tək-tək spermatozoidləri müəyyən edir. Bu texnologiyadan istifadə ilə artıq ilk hamiləlik qeydə alınıb - 18 il sonsuzluqla mübarizə aparmış bir cütlük ilk övladlarını gözləyir. Azospermiya hətta mikroskop altında da spermatozoidlərin aşkar olunmadığı vəziyyətdir və sonsuzluqdan əziyyət çəkən kişilərin təxminən 10%-ində rast gəlinir. İndiyə qədər müalicə yalnız donor sperması ilə və ya xayalardan toxuma götürülməsi üçün ağrılı əməliyyatlarla məhdudlaşırdı. STAR texnologiyası isə artıq yaşama qabiliyyətinə malik tək spermatozoidləri belə zədələmədən aşkarlamaq və ayırmaq imkanı verir.
https://technote.az/suni-zeka-ve-elm/suni-zeka-bir-cutluye-usaq-sahibi-olmaqda-yardimci-olub
https://technote.az/suni-zeka-ve-elm/suni-zeka-bir-cutluye-usaq-sahibi-olmaqda-yardimci-olub
❤1👏1
Bu missiya texniki çətinliklər və ABŞ-ın hazırkı Ağ Ev administrasiyasının prioritetlərinin dəyişməsi səbəbindən ləğv olunma təhlükəsi ilə üz-üzə qalmışdı. Şirkət iddia edir ki, onların təklifi nümunələrin çatdırılma xərclərini 2 dəfədən çox azaltmağa imkan verəcək. Lockheed Martin bildirib ki, planetlərin öyrənilməsi üzrə əvvəlki proqramlardakı təcrübəsinə əsaslanaraq, Mars Sample Return (MSR) missiyasını 3 milyard dollardan az sabit qiymətli müqavilə əsasında yerinə yetirə bilər. Şirkət həmçinin əlavə xərclərin baş verməsi halında bu vəsaiti öz hesabına qarşılayacağını vəd edib. İdeya ondan ibarətdir ki, hazırda hazırlanmaqda olan planetlərarası kosmik gəmi daha sadə və yüngülləşdirilmiş bir versiya ilə əvəz olunsun. Bu yeni versiya Lockheed Martin-in əvvəlki kosmik missiyalar üçün topladığı təcrübəyə əsaslanaraq hazırlanacaq.
https://technote.az/texnologiya-xeberleri/mars-suxur-numunelerinin-ucuz-qiymete-yere-catdirilmasi-teklif-edilib
https://technote.az/texnologiya-xeberleri/mars-suxur-numunelerinin-ucuz-qiymete-yere-catdirilmasi-teklif-edilib
Bu reaktor çiyələk tullantılarını qaz halına çevirir və həmin qaz turbinləri hərəkətə gətirərək elektrik enerjisi istehsal edir. Turbinlərin istehsal etdikləri elektrik enerjisi 10 000 evin tələbatını ödəməyə kifayət edir. Dyson fermasında bu enerji istixananın qızdırılmasında istifadə olunur, tullantılar isə yaxınlıqdakı sahələrin gübrələnməsi üçün tətbiq edilir. Çiyələyin suvarılması üçün istixananın damında toplanan və xüsusi anbarlara axıdılan yağış suyu istifadə olunur. İstixananın ətrafında hər biri 24 metr uzunluğunda və 5 metr hündürlüyündə olan nəhəng fırlanan “təkərlər” quraşdırılıb. Hər bir təkərin çəkisi təxminən 500 kq-dır. Çiyələk sıraları bu konstruksiyalara bərkidilib və onların yavaş fırlanması bitkilərin günəş işığı ilə bərabər şəkildə işıqlanmasını təmin edir.
https://technote.az/texnologiya-xeberleri/dyson-geleceyin-ciyelek-fermasini-insa-edib-video
https://technote.az/texnologiya-xeberleri/dyson-geleceyin-ciyelek-fermasini-insa-edib-video
👍3
Şirkətin hesablamalarına görə, bu texnologiya bir dəfəlik enerji şarjı ilə 3000 km-dək məsafə qət etməyə və batareyanın 10%-dən 80%-ə qədər cəmi 5 dəqiqədən az vaxtda şarj olunmasına imkan verəcək. Texnologiyanın əsas hissəsi hazırda məxfi saxlanılır, çünki bərk batareyalar bazarında rəqabət getdikcə güclənir. Huawei patent sənədində qeyd edir ki, onun batareyasında sulfid elektrolitlərin azotla legirlənməsi üsulu istifadə olunur. Bu isə litiumla baş verə biləcək arzuolunmaz reaksiyaların qarşısını almağa kömək edir. Eyni zamanda, Huawei texnologiyanın əsas texniki detalları barədə məlumat vermir, çünki bu sahədə, xüsusən də kütləvi istehsal zamanı təhlükəsizliyin təmin olunması istiqamətində rəqabət getdikcə daha da kəskinləşir.
https://technote.az/texnologiya-xeberleri/huawei-3000-km-yurus-mesafeli-yeni-batareya-hazirlayib
https://technote.az/texnologiya-xeberleri/huawei-3000-km-yurus-mesafeli-yeni-batareya-hazirlayib
Yeni tədqiqat göstərir ki, Süd Yolu qalaktikasının mərkəzində enerjisini nüvəsindəki qaranlıq materiya hissəciklərinin məhvi nəticəsində alan yeni tip ulduzlar gizlənir. Bu obyektlər qaranlıq cırtdanlar adlandırılır və onlar əslində sonsuz müddət mövcud ola bilərlər. Qaranlıq cırtdanlar çox zəif işıq saçsalar da, onları James Webb kosmik teleskopu vasitəsilə aşkar etmək mümkündür. Bu cür obyektlərin kəşfi alimlərə qaranlıq materiyanın təbiətini müəyyən etməyə kömək edə bilər. Hesab olunur ki, kainatın kütləsinin 85%-ni görünməz qaranlıq materiya təşkil edir. Bu materiya adi materiya ilə yalnız qravitasiya yolu ilə qarşılıqlı əlaqədə olur. Lakin qaranlıq materiyanın nədən ibarət olduğu hələ də məlum deyil, çünki o nə işıq saçır, nə də onu udur.
https://technote.az/texnologiya-xeberleri/sud-yolunun-merkezinde-yeni-nov-ulduzlar-yerlese-bilerler
https://technote.az/texnologiya-xeberleri/sud-yolunun-merkezinde-yeni-nov-ulduzlar-yerlese-bilerler
❤1
Tədqiqat Kornell Universiteti, Şanxay Ciaotun Universiteti və digər qurumlardan olan fiziklər tərəfindən aparılıb. Onlar belə bir model hazırlayıblar ki, bu modelə əsasən kainatın sonu Böyük sıxılma (Big Crunch) olacaq və bu, təxminən 33.3 milyard ildən sonra baş verəcək. Hazırda kainatın yaşı 13.8 milyard ildir, bu da onun sonuna təxminən daha 20 milyard il qaldığını göstərir. Bu nəticələr, kainatın sonsuza qədər genişlənəcəyi barədə uzun müddət mövcud olan nəzəriyyəni təkzib edir. Proqnozlara görə, kainat təxminən 7 milyard il sonra maksimum genişlənməyə çatdıqdan sonra yığılmağa başlayacaq və nəticədə bir nöqtəyə qədər çökəcək. Bu sirrin açarı kainatın təxminən 70%-ni təşkil edən və onun genişlənməsinə nəzarət edən qaranlıq enerjidə gizlənir.
https://technote.az/texnologiya-xeberleri/kainat-artiq-7-milyard-il-sonra-sixilmaga-baslaya-biler
https://technote.az/texnologiya-xeberleri/kainat-artiq-7-milyard-il-sonra-sixilmaga-baslaya-biler
Bu kəşf sübut edir ki, orqanizmdə digər orqanların regenerasiyasını stimullaşdıra biləcək mexanizmlər mövcuddur. Gələcəkdə bu yanaşma insanlarda zədələnmiş toxumaların bərpası üçün də üsulların inkişafına səbəb ola bilər. Tədqiqatın əsasında retinoik turşunun - A vitamininin törəməsinin - toxumaların inkişafını və bərpasını tənzimləyən rolu dayanır. Alimlər müəyyən ediblər ki, siçanların regenerasiya qabiliyyətinin zəif olması onların orqanizmində kifayət qədər retinoik turşu istehsal olunmaması ilə bağlıdır. Bunun ardından tədqiqat qrupu həmin turşunun sintezindən məsul olan genetik keçidi aktivləşdirdi və bu, qulaq seyvanının - o cümlədən qığırdaq toxumasının - tam bərpası ilə nəticələndi.
https://technote.az/texnologiya-xeberleri/cinliler-sicanda-yeni-qulaq-yetisdire-bilibler
https://technote.az/texnologiya-xeberleri/cinliler-sicanda-yeni-qulaq-yetisdire-bilibler
ChatGPT bu gün artıq bütöv dissertasiyalar yaza və korporativ mühasibatlıq vəzifələrini yerinə yetirə bilsə də, maraqlıdır ki, o, şahmatda olduqca zəif performans göstərir. Bir müddət əvvəl GPT-4o modeli əsasında işləyən ChatGPT, Atari 2600 konsolundakı şahmat proqramına məğlub olub. Qeyd edək ki, bu köhnə şahmat proqramı əslində çox mürəkkəb deyil. O öz gedişlərini maksimum 1-2 addım öncədən planlaşdırır. Atari 2600 cəmi 1.19 MHz hesablama gücünə malik 8 bit-lik çip üzərində işləyir. Müqayisə üçün qeyd etmək lazımdır ki, müasir smartfonların prosessorları bununla müqayisədə milyonlarla dəfə daha güclüdür.
https://technote.az/suni-zeka-ve-elm/chatgpt-sahmatda-kecen-esrin-komputer-proqramina-uduzub
https://technote.az/suni-zeka-ve-elm/chatgpt-sahmatda-kecen-esrin-komputer-proqramina-uduzub
Buna baxmayaraq, əksər bu əlavələr elan etdikləri funksiyaları yerinə yetirirlər - onlar hava proqnozu, rəng seçimi alətləri, səsin artırılması, saytların bloklarını aşmaq vasitələri və ya emoji klaviaturası kimi legitim tətbiqlər şəklində maskalanıblar. Bu əlavələrin bir hissəsi şikayətlərdən sonra silinib, lakin bəziləri hələ də əlçatandır. Bəzi əlavələr təsdiqlənmiş statusa, yüzlərlə müsbət rəyə malikdir və Chrome mağazasının əsas səhifəsində təbliğ olunur ki, bu da istifadəçilərdə onların təhlükəsizliyi ilə bağlı yanlış təsəvvür yaradır. Tədqiqatçıların sözlərinə görə, zərərli kod əlavələrin arxa plan xidmətlərində Chrome Extensions API vasitəsilə gizlədilir. Hər yeni səhifə yükləndikdə işə düşən bir handler qeydiyyata alınır.
https://technote.az/kiberteklukesizlik/chrome-magazasinda-brauzer-ucun-tehlukeli-elaveler-askar-edilib
https://technote.az/kiberteklukesizlik/chrome-magazasinda-brauzer-ucun-tehlukeli-elaveler-askar-edilib
👀1
Bu funksiyadan imtina etmək isə olduqca çətindir və Google bu barədə sadə təlimatlar təqdim etməyib. Google bu yenilik haqqında istifadəçilərə göndərdiyi elektron məktub vasitəsilə məlumat verib və orada dəstək səhifəsinə istinad edilib. Həmin səhifədə qeyd olunur ki, Gemini-nin çıxış imkanı olduğu məlumatlar “insan rəyçilər (o cümlədən xidmət təminatçıları) tərəfindən oxunur, şərh edilir və emal olunur”. Məktubda istifadəçilərin bu dəyişikliklərdən imtina etmək üçün hansı addımları atmalı olduqları ilə bağlı faydalı təlimatlar yer almır. Yalnız bildirilir ki, istifadəçilər Gemini ilə qarşılıqlı əlaqədə olan tətbiqləri bloklaya bilərlər, lakin bu halda belə, toplanmış məlumatlar 72 saat müddətində saxlanılır.
https://technote.az/proqram-teminati/google-gemini-mobil-tetbiqler-ise-qarsiliqli-elaqe-imkanini-elde-edib
https://technote.az/proqram-teminati/google-gemini-mobil-tetbiqler-ise-qarsiliqli-elaqe-imkanini-elde-edib
İlk növbədə Galaxy Z Fold 7 modelinə nəzər yetirək. Galaxy Z Fold 7 modeli ümumilikdə Galaxy Fold seriyasında ən nazik və yüngül gfövdəyə sahib model oldu. Galaxy Z Fold 6 ilə müqayisədə Galaxy Z Fold 7 modeli daha böyük ekranları əldə edib. Təbii ki, bununla yanaşı smartfon özündə flaqman texniki imkanları birləşdirir. Samsung bildirib ki, Galaxy Z Fold 7-nin tam açıq vəziyyətdə gövdə qalınlığı 4.2 mm, tam qapalı vəziyyətdə gövdə qalınlığı isə 8.9 mm təşkil edir. Bu isə o deməkdir ki, yeni smartfonun gövdəsi keçən ilki Galaxy Z Fold 6-nın gövdəsindən 25% daha nazikdir. Galaxy Z Fold 7-nin çəkisi isə 215 qram təşkil edir.
https://technote.az/mobil-cihazlar/samsung-galaxy-z-fold-7-z-flip-7-ve-z-flip-7-fe-teqdim-olunub-qiymeti
https://technote.az/mobil-cihazlar/samsung-galaxy-z-fold-7-z-flip-7-ve-z-flip-7-fe-teqdim-olunub-qiymeti
Sınaqlar Yıldırım-100 sisteminin “hava-hava” və “yer-hava” sinfinə aid raketləri aşkar etmək, izləmək və yüksək enerjili lazer şüaları ilə onların istiqamətlənmə başlıqlarını sıradan çıxararaq məhv etmək qabiliyyətini təsdiqləyib. Ucuz portativ zenit-raket komplekslərinin geniş yayılması nəqliyyat təyyarələri, helikopterlər və pilotsuz uçuş aparatları üçün məhv edilmə riskini son dərəcə artırıb. Əksər hallarda bir raket zərbəsi təyyarənin tamamilə məhv olmasına və döyüş tapşırığının uğursuzluqla nəticələnməsinə səbəb ola bilər. İstifadə olunan ənənəvi müdafiə üsulları, yəni işıq siqnalları müasir istilik nişanlanma sistemli raketlərin meydana çıxması ilə effektivliyini itirib. Növbəti müdafiə xətti kimi isə infraqırmızı istiqamətli təsir sistemləri ön plana çıxır.
https://technote.az/texnologiya-xeberleri/turkiye-raketleri-siradan-cixaran-silahini-ugurla-test-edib-video
https://technote.az/texnologiya-xeberleri/turkiye-raketleri-siradan-cixaran-silahini-ugurla-test-edib-video
👏1
Uzunmüddətli perspektivdə bu texnologiyanın, bir düymə ilə bütün xəstəliklərə qarşı dərman tapmaq üçün universal vasitəyə çevriləcəyi vəd olunur. AlphaFold paketi DeepMind tərəfindən zülalların üçölçülü strukturunu proqnozlaşdırmaq məqsədilə hazırlanıb. Zülallar, molekulyar tərkibindən asılı olaraq mürəkkəb formalar şəklində qatlanmağa meyllidir. İnsan toxumalarının canlı hüceyrələri yalnız uyğun struktura malik zülallarla qarşılıqlı təsirə girə bilər - sanki açarla kilid uyğunluğu kimi. Bu uyğunluq, kimyəvi birləşmələrin insan orqanizminə dərman kimi təsir etməsinin əsas şərtidir. Elmə milyonlarla zülal məlumdur, lakin onların ümumi sayı 100 milyonlarla ölçülür ki, bu da adi şəraitdə onillərlə zəhmətli iş tələb edir.
https://technote.az/suni-zeka-ve-elm/suni-zeka-terefinden-xercenge-qarsi-hazirlanmis-derman-klinik-testlere-hazirlasir
https://technote.az/suni-zeka-ve-elm/suni-zeka-terefinden-xercenge-qarsi-hazirlanmis-derman-klinik-testlere-hazirlasir
Bu funksiya hələlik hər kəs üçün əlçatan deyil. İlkin rəylərə əsasən, bu rejim adi ChatGPT rejimindən fərqli işləyir. Məlumata görə, sistem dərhal cavab təqdim etmək əvəzinə istifadəçiyə əlavə suallar verir və onu problemi özü həll etməyə sövq edir. Bu yanaşma, öyrənməyə yönəldilmiş Google-un LearnLM modeli ilə oxşarlıq təşkil edir. Ehtimal olunur ki, gələcəkdə Study Together rejimi bir neçə istifadəçinin eyni vaxtda qoşularaq qrup şəklində dərs keçməsi üçün də uyğunlaşdırılacaq. ChatGPT artıq təhsil sahəsində möhkəm yer tutub, lakin onun təsiri birmənalı qarşılanmır.
https://technote.az/proqram-teminati/chatgpt-de-tehsil-rejiminin-testine-start-verilib
https://technote.az/proqram-teminati/chatgpt-de-tehsil-rejiminin-testine-start-verilib
👍1
Plastiyad tırtıllar - bu, plastiki yeyə bilmək kimi qeyri-adi xüsusiyyətə malik olan tırtıllar üçün ümumi addır. Hələ 2017-ci ildə sübut olunmuşdu ki, böyük mum güvəsinin (Galleria mellonella) tırtılları polietilen plastik materialını parçalamağa qadirdir. Onlara həmçinin mum qurdları da deyirlər. Artıq mum güvəsinin tırtıllarının polietileni necə parçalaya bildiyi məlumdur. Lakin bu cür “qidalanmanın” qurdların orqanizminə dəqiq təsirləri indiyə qədər tam aydın deyildi. Kanadada yerləşən Brendon Universitetindən olan Bryan Cassone və komandası mum qurdları ilə onların bakterioloji mikrobiomu arasındakı əlaqəni, həmçinin plastik materialların bioloji parçalanma potensialını araşdırıblar.
https://technote.az/texnologiya-xeberleri/plastik-materiallarin-parcalanmasi-ucun-mum-qurdlarindan-istifade-nezerden-kecirilir
https://technote.az/texnologiya-xeberleri/plastik-materiallarin-parcalanmasi-ucun-mum-qurdlarindan-istifade-nezerden-kecirilir
Əvvəlki sistemlərdən fərqli olaraq, SRT-H (Surgical Robot Transformer-Hierarchy) adlı bu yeni texnologiya yalnız cərrahın hərəkətlərini dəqiq şəkildə təqlid etmir, eyni zamanda real vaxtda adaptasiya olunur, səsli əmrləri qəbul edir və qeyri-standart vəziyyətlərə reaksiya verir - sanki təcrübəli bir həkimin nəzarəti altında işləyən rezident kimi. 2022-ci ildə Con Hopkins Universitetində hazırlanmış başqa bir avtonom robot-cərrah STAR (Smart Tissue Autonomous Robot) canlı heyvan üzərində ilk əməliyyatını həyata keçirmişdi - o, donuz üzərində laparoskopik müdaxilə icra etmişdi. Lakin həmin vaxt robotun işi xüsusi işarələnmiş toxumalara, ciddi nəzarət olunan bir mühitə və əvvəlcədən dəqiqliklə hazırlanmış plana əsaslanırdı.
https://technote.az/texnologiya-xeberleri/robot-od-kisesi-emeliyyatini-ugurla-heyata-kecirib
https://technote.az/texnologiya-xeberleri/robot-od-kisesi-emeliyyatini-ugurla-heyata-kecirib
❤1
Bu texnologiya taktiki kəşfiyyat üsullarını dəyişdirə və fəlakət zonalarının araşdırılmasında köməkçi vasitəyə çevrilə bilər. Bundan əvvəl alimlər dəfələrlə tarakanları kiborqa çevirmişdilər, çünki bu həşəratlar böyük ölçülərə çatır və üzərlərində kifayət qədər ağır nəzarət cihazlarını daşımaq imkanına malikdirlər. Lakin uçan həşəratlar tamam fərqlidir: onlar böyük çəkili cihazları daşıya bilmirlər və hər milliqram əlavə yük əhəmiyyət kəsb edir. Bal arıları bu kateqoriyada xüsusi yer tuturlar. Onlar çiçək tozu və nektar daşıya bilirlər ki, bu da bəzən bədən çəkilərinin 80%-nə çata bilər. Bundan əlavə, arılar təbii olaraq çox dözümlüdürlər, bu isə onlara yorulmadan kilometrlərlə məsafə qət etməyə imkan verir. Pekin Texnologiya İnstitutunun tədqiqatçıları həmkarlarını geridə qoyaraq, kütləsi cəmi 74 milliqram olan bir beyin nəzarətçisi hazırlayıblar.
https://technote.az/texnologiya-xeberleri/cinliler-beyin-nezaretcisi-vasitesile-arini-kiborqa-cevire-bilibler
https://technote.az/texnologiya-xeberleri/cinliler-beyin-nezaretcisi-vasitesile-arini-kiborqa-cevire-bilibler
Bu üsul, süni zəkanın məxfi və ya zərərli məlumatların ötürülməsinin qarşısını almaq üçün nəzərdə tutulmuş təhlükəsizlik baryerlərini aşmaq üçün istifadə olunur. O, GPT-4o və GPT-4o mini kimi dil modellərinin oyun mexanikasını istifadə edir və qarşılıqlı əlaqəni zərərsiz bir təxmin oyunu - “Guessing Game Guardrail Jailbreak” - kimi təqdim edir. Süni zəka modelinin qoruyucu baryerlərini aşmaq üçün tədqiqatçı mürəkkəb manipulyativ taktika tətbiq edib. O, qarşılıqlı əlaqəni təxmin oyunu kimi təqdim edərək məlumat mübadiləsini oyun formatında başladıb. Bu yanaşma süni zəka tərəfindən nə təhlükəli, nə də əhəmiyyətli hesab edilib. Oyunun mexanikasının tətbiqi süni zəkanın qarşılıqlı əlaqəni zərərsiz və oyun çərçivəsində dəyərləndirməsinə səbəb olub və tədqiqatçının əsl məqsədlərini gizlədib.
https://technote.az/suni-zeka-ve-elm/chatgpt-hiyleger-oyun-vasitesile-windows-acarlarini-generasiya-edib
https://technote.az/suni-zeka-ve-elm/chatgpt-hiyleger-oyun-vasitesile-windows-acarlarini-generasiya-edib
👀1