TikTok-un tərtibatçıları platformanın messencerinə yeni funksiyalar əlavə ediblər ki, bu da onu adi video izləmə xidmətindən tam hüquqlu ünsiyyət vasitəsinə çevirməyə kömək edəcək. İndi istifadəçilər bir-birilərinə səsli mesajlar göndərə, eləcə də şəxsi yazışmalarda foto və videolar mübadiləsi edə biləcəklər. Yeniləmə TikTok-u WhatsApp və ya Instagram kimi məşhur analoqlara daha çox oxşadır. İlk mərhələdə istifadəçilər 60 saniyəyə qədər səsli mesajlar yazıb göndərə biləcəklər. Gözlənilir ki, bu funksiya xüsusilə gənc auditoriya arasında tələbatlı olacaq, çünki onlar getdikcə bu ünsiyyət formatını mətn mesajlarına üstün tuturlar. Bundan əlavə, messencerin tərtibatçıları media faylları paylaşmaq imkanı da əlavə ediblər.
https://technote.az/sosial-media/tiktok-ozel-yazismalarda-sesli-mesajlar-foto-ve-video-gondermeyi-mumkun-edib
https://technote.az/sosial-media/tiktok-ozel-yazismalarda-sesli-mesajlar-foto-ve-video-gondermeyi-mumkun-edib
👍1
Süni intellekt çat-botlarının siyasəti qadağan olunmuş məlumatlarla bağlı təxribat xarakterli sorğulardan qorunmanı nəzərdə tutur, lakin onları sadə yaltaqlıq və psixoloji üsullar vasitəsilə, adi insanda olduğu kimi, aşmaq mümkündür. Bu, Pensilvaniya Universiteti alimlərinin tədqiqatlarında qeyd edilib. Tədqiqatçılar OpenAI şirkətinin GPT-4o mini modelini siyasəti pozan, əslində isə rədd etməli olduğu sorğuları yerinə yetirməyə inandırmaq üçün psixologiya professoru Robert Cialdini-nin “Təsir: İnam psixologiyası” kitabında təsvir etdiyi taktikalardan istifadə ediblər. Tədqiqat 6 müxtəlif inandırma prinsipinə - avtoritet, bağlılıq, rəğbət, qarşılıqlı mübadilə, qıtlıq və sosial sübut prinsiplərinə - fokuslanıb. Bunlar razılığa gətirən dilçilik yollarını təmin edirlər. Hər yanaşmanın effektivliyi sorğunun xüsusiyyətindən asılı olaraq dəyişirdi, lakin bəzi hallarda fərq əhəmiyyətli dərəcədə böyük idi.
https://technote.az/suni-zeka-ve-elm/chatgpt-deki-maneeleri-yaltaqliq-ve-psixoloji-usullarla-asmaq-mumkundur
https://technote.az/suni-zeka-ve-elm/chatgpt-deki-maneeleri-yaltaqliq-ve-psixoloji-usullarla-asmaq-mumkundur
👍1
Elm hələlik erkən Yer üzərində cansız materiyadan həyatın necə yarandığı sualına inandırıcı şəkildə cavab verə bilmir. Alqoritmik informasiya nəzəriyyəsini mürəkkəbliyi qiymətləndirmək üçün tətbiq edən ingilis riyaziyyatçısı Robert Endres sadə kimyəvi komponentlərdən ən erkən canlı hüceyrənin öz-özünə yığılması üçün nə qədər vaxt lazım olacağını təhlil edib. O, belə nəticəyə gəlib ki, təbii şəraitdə həyatın spontan yaranması son dərəcə qeyri-mümkündür. Yeni tədqiqat realist prebioloji şəraitdə strukturlu bioloji informasiyanın yaradılmasının nəhəng mürəkkəbliyini vurğulayır. Bu prosesi, həyatın mənşəyi haqqında məqaləni səhifədə hərfləri təsadüfi şəkildə yerləşdirərək yazmağa cəhd etməklə müqayisə etmək olar. Tələb olunan mürəkkəblik artdıqca uğur şansı daha da azalır.
https://technote.az/texnologiya-xeberleri/riyazi-model-yer-kuresinde-heyatin-spontan-yaranmasi-ehtimalini-azaldir
https://technote.az/texnologiya-xeberleri/riyazi-model-yer-kuresinde-heyatin-spontan-yaranmasi-ehtimalini-azaldir
YouTube Premium-un ailə tarif planı pullu abunəlikdə mövcud olan funksiyaları digər ailə üzvləri ilə paylaşmağa imkan verir. Bununla yanaşı, Google bütün paket təklifinə daxil olan üzvlərin eyni evdə yaşamasını tələb edir. Görünür, indi YouTube ailə tarifinə daxil olan və fərqli yerlərdə yaşayan hesabları qeyd etməyə başlayıb. Aylıq 23$ dəyərində olan ailə premium abunəliyi 5 ailə üzvünə qədər əlavə etməyə imkan verir. 2023-cü ildən etibarən Google belə abunəliyə sahib olanların hamısının eyni məkanda yaşamasını tələb edir. Baxmayaraq ki, bu şərt kifayət qədər uzun müddətdir qüvvədədir, YouTube heç vaxt onun icrasına ciddi nəzarət etməyib. Görünür, vəziyyət dəyişir və bu, platformada iki istifadəçi üçün nəzərdə tutulmuş premium tarifin sınaqlarına başlanmasından qısa müddət sonra baş verib.
https://technote.az/sosial-media/eyni-evde-yasamayan-aile-uzvleri-ucun-youtube-premium-un-aile-tarif-plani-deaktiv-edilir
https://technote.az/sosial-media/eyni-evde-yasamayan-aile-uzvleri-ucun-youtube-premium-un-aile-tarif-plani-deaktiv-edilir
Suyun təkrar emalı Beynəlxalq Kosmik Stansiyadakı (BKS) astronavtlar üçün ən vacib məsələlərdən biridir. BKS-də suyun 90%-dən çoxu yenidən istifadə oluna bilməsi üçün təkrar emal olunur. Su BKS-də çox yer tuta bildiyindən mühəndislər bu suyun kosmosda təkrar emal olunması üçün mümkün olan hər şeyi ediblər. Bunun üçün NASA alimləri xüsusi suyun təkrar emalı sistemi yaradıblar. Bu prosesin necə baş verdiyini Florida Beynəlxalq Universitetinin mühəndislik professoru Berrin Tansel izah edir. Hazırda BKS-də suyun 90%-dən çoxu emal olunur. Təmiz su astronavtlara lazım olan hidratasiya, gigiyena və qidalanmanı təmin edir.
https://technote.az/texnologiya-xeberleri/beynelxalq-kosmik-stansiyada-suyun-tekrar-emali-nece-bas-verir
https://technote.az/texnologiya-xeberleri/beynelxalq-kosmik-stansiyada-suyun-tekrar-emali-nece-bas-verir
❤1
40 illik təcrübəyə malik bir proqramçı tamamilə vibe-coding üsuluna keçidlə bağlı təcrübə aparıb - mürəkkəb alqoritmik məsələni həll etmək üçün Python-da 5000 sətrlik kod yaradıb, lakin bir sətir belə fərdi şəkildə yazmayıb. Claude və Gemini kimi süni intellekt köməkçiləri ilə 40 saatlıq dialoq zamanı o, süni intellektin məhsuldarlığını ikiqat artıra bildiyini müşahidə edib. Lakin səhvlərə nəzarət və arxitektura həlləri üçün dərin biliklər vacibdir: süni intellekt kodu saniyələr ərzində yaratsa da, onun həllərinin 40%-i gizli və çətin aşkar olunan səhvlərdən ibarət olub. Vibe-coding proqramlaşdırmada yeni yanaşmadır. Bu yanaşmada rutin tapşırıqlar süni intellektə həvalə olunur, insan isə layihənin kreativ aspektlərinə və arxitekturasına fokuslanır.
https://technote.az/suni-zeka-ve-elm/suni-intellektin-real-proqramcini-evez-ede-bilib-bilmediyi-tecrube-vasitesile-yoxlanilib
https://technote.az/suni-zeka-ve-elm/suni-intellektin-real-proqramcini-evez-ede-bilib-bilmediyi-tecrube-vasitesile-yoxlanilib
❤1👍1
Huawei şirkəti dünyada hələ ki, yeganə üçqat qatlana bilən smartfon istehsalçısı olaraq qalır. Şirkət keçən il Huawei Mate XT smartfonunu təqdim etmişdi. İndi isə onun davamçısı olan Huawei Mate XTs təqdim olunub. Keçən ilki Mate XT kimi Mate XTs modeli də üçqat qatlanma mexanizmini əldə edib. Bu mexanizm cihazı kompakt ölçülü smartfondan böyük ekranlı planşetə çevirmək imkanını verir. Bu yeni smartfonun ekranının ölçüsü tam qapalı halda 6.4 düym, yarıqapalı halda 7.9 düym, tam açıq vəziyyətdə isə 10.2 düym təşkil edir. Ekran LTPO OLED tiplidir və 1 Hz-dən 90 Hz-ə kimi təsvir yenilənməsini dəstəkləyir. Mate XTs-in gövdə qalınlığı tam qapalı halda 12.8 mm, yarıqapalı halda 7.45 mm, tam açıq vəziyyətdə isə 4.75 mm təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
https://technote.az/mobil-cihazlar/ucqat-qatlana-bilen-huawei-mate-xts-smartfonu-teqdim-edilib-qiymeti
https://technote.az/mobil-cihazlar/ucqat-qatlana-bilen-huawei-mate-xts-smartfonu-teqdim-edilib-qiymeti
Meta şirkəti rəsmi olaraq iPadOS əməliyyat sistemi üçün Instagram tətbiqini istifadəyə verdi və o, artıq App Store-dan yükləmək üçün əlçatandır. Bu hadisə istifadəçilərin 15 illik gözləntisinə son qoydu, çünki ilk iPad 2010-cu ildə təqdim olunandan bəri Apple planşetlərində sosial şəbəkənin funksionallığı yalnız iPhone tətbiqi vasitəsilə mövcud idi və bu isə o qədər də rahat deyildi. Şirkətin rəsmi elanına əsasən, tətbiq böyük ekranlara uyğun şəkildə yenidən işlənib və əyləncə məzmununa xüsusi diqqət yetirilib. Onu işə saldıqda istifadəçi dərhal Reels bölməsinə yönləndirilir ki, bu da şaquli videoları ən rahat formada izləməyə imkan verir. Stories-lər və messencer də optimallaşdırılıb və indi onlar interfeysin yuxarı hissəsində yerləşdirilib, söhbətlərə isə sadəcə bir toxunuşla daxil olmaq mümkündür.
https://technote.az/sosial-media/15-illik-gozlentiden-sonra-instagram-in-ipad-ucun-versiyasi-teqdim-edilib
https://technote.az/sosial-media/15-illik-gozlentiden-sonra-instagram-in-ipad-ucun-versiyasi-teqdim-edilib
Samsung şirkəti rəsmi şəkildə Galaxy S25 smartfon seriyasının yeni modelini təqdim edib. Söhbət, Galaxy S25 FE-dən gedir. Bu yeni smartfon özündə müasir dizaynı, böyük ölçülü ekranı, Exynos prosessorunu və orta həcmli batareyanı birləşdirir. Təqdim olunmuş Galaxy S25 FE smartfonu xarici görünüşcə keçən ilki Galaxy S24 FE-dən heç də fərqlənmir. Yeni smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü Dynamic AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1900 nit təşkil edir. Üstəlik ekran Gorilla Glass Victus+ qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi isə IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.
https://technote.az/mobil-cihazlar/samsung-galaxy-s25-fe-teqdim-olunub-qiymeti
https://technote.az/mobil-cihazlar/samsung-galaxy-s25-fe-teqdim-olunub-qiymeti
👏1
Alimlər hesab edirlər ki, onlar ağır kimyəvi elementlərin olmadıqları bir qalaktika kəşf ediblər. Onun mövcudluğu Böyük partlayış nəzəriyyəsinin əsas proqnozlarını təsdiqləyir. James Webb kosmik teleskopunun köməyi ilə astronomlar ilk dəfə AMORE6 adlanan qalaktikanı aşkar ediblər. Bu qalaktika ilkin, “təmiz” qalaktika ola bilər, yəni burada helium və hidrogendən ağır heç bir kimyəvi element yoxdur. Başqa sözlə, alimlərin fikrincə, onun metal bolluğu sıfırdır. Bu kəşf Böyük partlayış nəzəriyyəsini təsdiqləyir. Böyük partlayış zamanı, kainat sürətlə genişlənməyə başlayanda, ilk və ən yüngül kimyəvi elementlər - hidrogen, helium və cüzi miqdarda litium yaranmışdı. Daha ağır kimyəvi elementlər, hansı ki astrofiziklər onları metallar adlandırır, sonradan ilk ulduzların daxilində əmələ gəldilər.
https://technote.az/texnologiya-xeberleri/alimler-agir-elementlere-sahib-olmayan-temiz-qalaktikani-kesf-etmis-ola-bilerler
https://technote.az/texnologiya-xeberleri/alimler-agir-elementlere-sahib-olmayan-temiz-qalaktikani-kesf-etmis-ola-bilerler
Beynəlxalq alimlər qrupu planetologiya sahəsində əhəmiyyətli irəliləyiş əldə edib və ilk dəfə olaraq Marsın təxminən 600 kilometr radiusa malik bərk daxili nüvəsinin mövcudluğunu təsdiqləyib. Çin alimlərinin rəhbərlik etdikləri tədqiqat qrupu müəyyən edib ki, Marsın daxili nüvəsinin əsas tərkibi, yəqin ki, yüngül elementlərlə zənginləşdirilmiş kristallik dəmir-nikel ərintisindən ibarətdir. Nüvənin quruluşunu və tərkibini anlamaq Yer tipli planetlərin təkamül proseslərini daha yaxşı dərk etməyə imkan verir. Mars Günəş sisteminin Yer tipli planetlərindən biridir və şəraitinə görə Yerə ən yaxın hesab olunur. Uzun müddət o, planetlərin daxili quruluşu və təkamülünün öyrənilməsində mərkəzi mövqedə olub.
https://technote.az/texnologiya-xeberleri/marsin-sert-daxili-nuveye-sahib-oldugu-tesdiqlenib
https://technote.az/texnologiya-xeberleri/marsin-sert-daxili-nuveye-sahib-oldugu-tesdiqlenib
Microsoft özünün 1976-cı ildən 1978-ci ilə qədər buraxılmış BASIC proqramlaşdırma dilinin öz versiyasının mənbə kodunu dərc edib. Əvvəlcə bu dil Altair BASIC adlanırdı, daha sonra isə Microsoft BASIC olaraq dəyişdirildi. Bu proqramlaşdırma dili Apple IIe, Atari 2600, Commodore VIC-20, Commodore 64 və Nintendo Entertainment System (NES) kimi sistemlərdə istifadə olunan MOS Technology 6502 mikroprosessorları üçün hazırlanmışdı. “6502 mikroprosessoru üçün Microsoft BASIC” 1.1 versiyasının mənbə kodu GitHub platformasında dərc olunub. İstəyən hər kəs assembler kodu ilə sərbəst tanış ola və hətta onu yükləyə bilər. Microsoft onu dərc edib, çünki bu kod tarixi əhəmiyyətə malikdir və müasir proqram təminatının əsas sütunlarından biri sayılır.
https://technote.az/proqram-teminati/efsanevi-microsoft-basic-proqramlasdirma-dilinin-menbe-kodu-resmi-sekilde-teqdim-edilib
https://technote.az/proqram-teminati/efsanevi-microsoft-basic-proqramlasdirma-dilinin-menbe-kodu-resmi-sekilde-teqdim-edilib
❤1👍1
Əsasən alimlər iki qalaktikanın toqquşmasını və birləşməsini müşahidə edə bilirlər, lakin bir neçə qalaktikanın birləşməsi olduqca nadir hadisədir. Xüsusilə söhbət erkən kainatdan gedirsə. Hesab olunur ki, məlum kainatda bütün qalaktikaların təxminən 20-30%-i birləşmə prosesindədir və tədricən yeni qalaktikaya çevrilir. Lakin bu, əsasən iki qalaktikanın birləşməsinə aiddir. Çoxqalaktikalı birləşmələrin isə cəmi 1%-dən az olduğu düşünülür. Buna görə də belə hadisə çox nadirdir. Astronomlar James Webb kosmik teleskopunun köməyi ilə eyni anda 5 qalaktikanın birləşməsini aşkar edə biliblər. Bu hadisə erkən kainatda, Böyük partlayışdan 800 milyon il sonra, yəni 13 milyard il əvvəl baş verib. 5 qalaktikadan ibarət bu sistem lokal kainatda tanınmış Stefan Kvintetini xatırladır və James Webb Kvinteti adını alıb. Hər bir qalaktika ayrıca ELG1, ELG2, ELG3, ELG4 və ELG5 adlandırılıb.
https://technote.az/texnologiya-xeberleri/alimler-erken-kainatda-5-qalaktikanin-toqqusma-hadisesini-askar-edibler
https://technote.az/texnologiya-xeberleri/alimler-erken-kainatda-5-qalaktikanin-toqqusma-hadisesini-askar-edibler
Bu xidmət şirkəti LinkedIn ilə birbaşa rəqabətə qoyacaq. Məhsul OpenAI Jobs Platform adlanır və şirkət xidmətin 2026-cı ilin ortalarında istifadəyə veriləcəyini gözləyir. OpenAI Applications CEO-su Fidji Simo cümə axşamı dərc olunmuş bloq yazısında yeni təşəbbüsü elan edərək deyib ki, şirkət “şirkətlərin ehtiyacları ilə işçilərin təqdim edə biləcəkləri bacarıqlar arasında mükəmməl uyğunluqları tapmaq üçün süni intellektdən istifadə edəcək”. Simo əlavə edib ki, bu xidmət kiçik bizneslər və yerli hökumətlər üçün ən yaxşı süni intellekt mütəxəssislərinə çıxış imkanı verəcək xüsusi bir istiqamət təqdim edəcək. OpenAI əsas istehlakçı xidməti olan ChatGPT-dən kənara çıxaraq bir neçə yeni bazara genişlənməkdə maraqlıdır. Jurnalistlərlə keçirilən son görüşdə OpenAI CEO-su Sam Altman bildirib ki, Simo çat-botdan kənarda bir neçə tətbiqə nəzarət edəcək.
https://technote.az/proqram-teminati/openai-linkedin-in-suni-intellekt-esasli-analoqunu-hazirlayir
https://technote.az/proqram-teminati/openai-linkedin-in-suni-intellekt-esasli-analoqunu-hazirlayir
İndiana ştatından olan iflas işləri üzrə vəkil Mark Zuckerberg sosial şəbəkə nəhəngi Meta-nın baş direktoru Mark Zuckerberg-ə qarşı məhkəmə iddiası qaldırıb. Vəkil milyarderin tam adaşı olmasının böyük narahatlıq yaratdığını bildirib. Vəkil Mark Zuckerberg Facebook-da öz hüquqi praktikasını reklam etmək və potensial müştərilərlə ünsiyyət qurmaq üçün istifadə etdiyi kommersiya səhifəsinə sahibdir. Lakin son 8 ildə həmin səhifə 5 dəfə bloklanıb, çünki platformanın moderasiya sistemi onun hesabını sosial şəbəkənin yaradıcısını təqlid edən saxta səhifə kimi qeyd edib. Əslində Mark Zuckerberg özünü Mark Zuckerberg kimi qələmə vermir, çünki o da Mark Zuckerberg-dir. İddiasında o, hüquqi praktika ilə Facebook-un yaradıcısının hələ 3 yaşı olduğu dövrdən bəri məşğul olduğunu vurğulayıb.
https://technote.az/tech-biznes/mark-zuckerberg-mark-zuckerberg-i-mehkemeye-verib
https://technote.az/tech-biznes/mark-zuckerberg-mark-zuckerberg-i-mehkemeye-verib
😁3
Yaponiyadan olan bir qrup biomühəndis bağırsaq çöpü bakteriyalarını sintez edib. Bu bakteriyalar sənayedə geniş istifadə olunan termoplastik material - polietilentereftalatın (PET) alternativini istehsal edə bilirlər. Bu materialdan qab-qacaq və qablaşdırma hazırlanır. Yeni material yalnız təbii şəraitdə parçalanmır, həm də üstün fiziki keyfiyyətlərə malikdir. Üstəlik, bakteriyalar onu qlükoza əsasında misilsiz miqdarda və əlavə yan məhsullar olmadan istehsal edə bilirlər. Plastikin davamlılığı bu materialın əsas üstünlüklərindən biridir, lakin eyni zamanda ekologiya mühafizəçilərinin narahatlığının səbəbidir. Bundan başqa, o, neft məhsullarından hazırlanır ki, buna münasibət isə geosiyasətdən asılıdır.
https://technote.az/texnologiya-xeberleri/alimler-bioloji-parcalanmaya-meruz-qalan-dozumlu-plastik-material-hazirlayiblar
https://technote.az/texnologiya-xeberleri/alimler-bioloji-parcalanmaya-meruz-qalan-dozumlu-plastik-material-hazirlayiblar
👍2❤1
Santa Klara Kaliforniya Universitetinin gənc tədqiqatçılar qrupu informatika və hesablama texnikası professoru Katia Obraczka-nın rəhbərliyi altında Pulse-Fi adlı sistem hazırlayıb. Bu sistem Wi-Fi siqnalının analizi vasitəsilə insanın ürək döyüntülərinin tezliyini təmassız ölçməyə imkan verir. Sistemin işləməsi üçün onlar ESP32 naqilsiz mikrokontrollerindən əldə edilən məlumatların machine learning alqoritmi ilə emalını təklif ediblər. Bu alqoritm Wi-Fi siqnalının təhriflərini 5 saniyə ərzində təhlil etdikdən sonra insanın ürək döyüntülərinin tezliyi ilə bağlı təxminlər verməyə başlayıb və nəticələrdə dəqiqlik təxminən yarım döyüntü/dəqiqə səviyyəsində olub. Daha uzunmüddətli müşahidələr və daha güclü Wi-Fi avadanlıqlarından istifadə zamanı isə xətanın daha da azaldılması mümkün olub.
https://technote.az/texnologiya-xeberleri/insanin-urek-doyuntulerinin-tezliyini-wi-fi-siqnali-vasitesile-olcen-sistem-hazirlanib
https://technote.az/texnologiya-xeberleri/insanin-urek-doyuntulerinin-tezliyini-wi-fi-siqnali-vasitesile-olcen-sistem-hazirlanib
👍2👏1
Ehtimal edilən qalaktika Böyük partlayışdan 90 milyon il sonra mövcud olub. Astronomlar James Webb kosmik teleskopunun köməyi ilə bəlkə də kainatın tarixinin ən erkən mərhələlərində mövcud olmuş bir qalaktika kəşf ediblər. O, hazırda ən qədim və ən uzaq hesab edilən qalaktikadan 200 milyon il daha qədimdir. Lakin bu obyektin təbiəti hələ dəqiqləşdirilməlidir, çünki ola bilsin ki, bu ümumiyyətlə qalaktika deyil. Amma əgər belədirsə, Capotauro adını almış bu qalaktika kainatda ilk qalaktikaların nə qədər sürətlə formalaşa biləcəyi barədə təsəvvürləri dəyişə bilər. Ola bilsin ki, bu, kainatda meydana çıxmış bizə məlum olan ilk qalaktikadır. Ancaq bu hələlik sadəcə fərziyyədir. Astronomlar James Webb kosmik teleskopunun yeni görüntülərini təhlil ediblər və şəkillərdən birində naməlum qırmızı ləkə aşkar ediblər. Obyekt bizdən nə qədər uzaqda yerləşirsə, onun işığı bir o qədər qırmızıya çevrilir.
https://technote.az/texnologiya-xeberleri/alimler-belke-de-kainatin-ilk-qalaktikasini-kesf-edibler
https://technote.az/texnologiya-xeberleri/alimler-belke-de-kainatin-ilk-qalaktikasini-kesf-edibler
❤1
13 yaşadək smartfona sahib olmaq gələcəkdə psixi sağlamlıq üçün ciddi risklərlə əlaqələndirilir. Bu nəticəyə Sapien Labs tədqiqatçıları dünyanın müxtəlif yerlərindən 100 000-dən çox insanın məlumatlarını təhlil etdikdən sonra gəliblər. Onların aparmış olduqları araşdırma göstərib ki, smartfondan erkən istifadə intihar düşüncələrinin, aqressiyanın, yuxu pozuntularının və yadlaşma hissinin ehtimalını artırır. Mütəxəssislər bununla bağlı alkoqol və tütün satışına qoyulan məhdudiyyətlərə bənzər tənzimləmələrin tətbiqinə çağırırlar. Tədqiqat müəllifləri qeyd edirlər ki, əsas rolun sahibi smartfonun özü deyil, sosial şəbəkələrə çıxışdır. Sosial şəbəkələrdəki alqoritmlər zərərli məzmunu gücləndirə və insanı daim sosial müqayisəyə sövq edə bilir. Nəticədə kiberbullinq riski artır, yuxunun keyfiyyəti aşağı düşür, ailədaxili münaqişələr kəskinləşir.
https://technote.az/texnologiya-xeberleri/13-yasadek-smartfona-sahib-olmaq-psixi-saglamliga-ciddi-zerer-vura-biler
https://technote.az/texnologiya-xeberleri/13-yasadek-smartfona-sahib-olmaq-psixi-saglamliga-ciddi-zerer-vura-biler
Apple şirkəti onlayn formatda keçirtmiş olduğu təqdimat tədbiri çərçivəsində iPhone 17 smartfon seriyasını və nazik gövdəli iPhone Air modelini təqdim edib. iPhone 17 seriyasına adi model ilə yanaşı ənənəvi iPhone 17 Pro və iPhone 17 Pro Max modelləri daxil olublar. İlk növbədə iPhone 17 modelinə nəzər yetirək. Adi iPhone 17 modeli xarici görünüşcə keçən ilki iPhone 16 modelinə bənzəsə də, özündə aparat təminatı səviyyəsində bəzi yenilikləri birləşdirir. iPhone 16-da olduğu kimi yastı gövdə dizaynı, şaquli vəziyyətdə yerləşdirilmiş arxa kameralar və nisbətən kompakt ölçülü Dynamic Island ekran çıxıntısı. iPhone 17 modeli 2622x1206 piksel keyfiyyətli 6.3 düym ölçülü OLED ekranla təchiz olunub. Lakin iPhone 16-nın ekranından fərqli olaraq iPhone 17-nin ekranı sonunda 120 Hz-lik təsvir yenilənməsi dəstəyini əldə edib. Daha öncə bu özəllik yalnız iPhone Pro modellərində əlçatan idi.
https://technote.az/mobil-cihazlar/iphone-17-17-pro-17-pro-max-ve-iphone-air-teqdim-olunub-qiymeti
https://technote.az/mobil-cihazlar/iphone-17-17-pro-17-pro-max-ve-iphone-air-teqdim-olunub-qiymeti
❤1👎1