Musavat.com
✔
11.5K subscribers
70.8K photos
35.1K videos
11 files
54.6K links
Download Telegram
Şəmkir rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonu Sabirkənd kəndi ərazisində qeydə alınıb.

Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Sücəddin Şükürlünün idarə etdiyi "Tofaş Şahin" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb.

Qəza zamanı sərnişin, İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Altu Mustafayev hadisə yerində ölüb. Avtomobilin sürücüsü və sərnişinlər, Quba rayon sakini, 1994-cü il təvəllüdlü Samir Eyvaz oğlu Qurbanov və Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Namiq Vüqar oğlu Əsgərov xəsarət alıblar.
😱2👍1😁1
⚡️Lavrov: Rusiya Avropaya hücum etmək niyyətində deyil, lakin hərbi cavab verməyə hazırdır
😁5❤4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Ukrayna səması üzərində Rusiyanın Şahid-136 dronunu məhv edib
👍12❤8
❌❌ İranda insan haqları fəalı və Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi daha yeddi il həbs cəzasına məhkum edilib.

Vəkil Mustafa Nilinin sözlərinə görə, müddətin uzadılmasına Məşhəd məhkəməsində qərar verilib. N.Məhəmmədi etirazlarda iştirak etdiyinə görə altı il, təbliğat işlərinə görə isə əlavə bir il yarım həbs cəzasına məhkum edilib və ikiillik ölkədən çıxış qadağası alıb.
👎8❤2
Bu gün hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.
❤2
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿 IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Gəncə şəhərinə səfər ediblər.
❤6😁3🤮1
İsrail HÜCUMA KEÇİR: son XƏBƏRDARLIQ! İrandan Amerikaya ŞOK HƏDƏ: hərbi bazalar VURULACAQ

https://www.youtube.com/watch?v=4N7DBywngjw
❤3
🇷🇺🇪🇺 Lavrov: Rusiya Avropaya hücum etmək niyyətində deyil, amma cavaba hazırdır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskvanın Avropaya hücum planı yoxdur, lakin təhdidlər reallaşarsa, Rusiya tammiqyaslı hərbi cavab verməyə hazırdır.

🗣️ Lavrovun sözlərinə görə, əgər Avropa Rusiyaya qarşı hərbi addım atarsa, cavab “xüsusi əməliyyat” deyil, mövcud doktrinal sənədlərə uyğun olaraq bütün hərbi vasitələrlə veriləcək.
🤮5❤2
❗️Qubada 8 nəfər qidadan zəhərlənib

Xucbala kəndində qonaqlıq zamanı

1953-cü il təvəllüdlü N. Şabutov,
1953-cü il təvəllüdlü H. Şabutova,
1986-ci il təvəllüdlü A. Şabutova,
2003-cü il təvəllüdlü A. Şabutova,
2003-cü il təvəllüdlü N. Şabutova,
2010-cu il təvəllüdlü D. Şabutov,
2025-ci il təvəllüdlü G. Şabutova
1978-ci il təvəllüdlü D. Məmmədova

qida zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Vəziyyətləri orta ağır qiymətləndirilir.
❤1
🇺🇸🚀 Mask Ayda və Marsda şəhərlər salmağı vəd edib

Amerikalı sahibkar İlon Mask bildirib ki, SpaceX yaxın onilliklərdə Ayda və Marsda şəhərlər tikməyi planlaşdırır və ilkin diqqət Ayda özünü təmin edən yaşayış məntəqəsinə yönələcək.

🛰️ Maskın sözlərinə görə:
• 🌕 Ayda özünü təmin edən şəhər 10 ildən az müddətdə mümkün ola bilər
• 🔴 Marsda şəhər salınması 5–7 il ərzində hədəflənir
• 🚀 Marsa uçuşlar 26 aydan bir, səyahət isə təxminən 6 ay çəkir
• 🌕 Aya uçuşlar 10 gündən bir, səyahət müddəti isə 2 gün ola bilər

📌 Mask bu məlumatları “X” hesabında paylaşıb və layihələrin texniki baxımdan real olduğunu vurğulayıb.
❤3
Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb.

Hazırda “Brent” markalı neft 67,38 dollara, yüngül neft isə 62,94 dollara təklif edilir.
❤2👍1
🆘🆘🆘🆘🆘 Şəmkirdə 15 yaşlı yeniyetmə bıçaqlanıb.

Hadisə rayon Kür qəsəbəsində qeydə alınıb. Belə ki, Kür qəsəbə sakinləri, 2009-cu il təvəllüdlü (17 yaş) H. Abuzərli şəxsi münasibətlər zəminində, 2011-ci il təvəllüdlü (15 yaş) S. Məmmədlini bıçaqlayıb.

Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hər iki şəxs məktəblidir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
❤4
💬 Baş İdarə əməliyyat keçirib, 21 kq narkotik aşkarlanıb

Bu barədə DİN-dən məlumat verilib.

Bildirilib ki, 28 yaşlı İsmayıl Muradov və 32 yaşlı Çingiz Quliyev saxlanılıblar. Onlardan 21 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

İ.Muradov və Ç.Quliyevin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri satış məqsədilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.
❤2🤮1
❗️🇮🇷İranın müdafiə naziri Bakıda ABŞ və İsrail yetkililəri ilə görüşüb?

Bakı yenidən səssiz diplomatiyanın mərkəzinə çevrilir?

ƏTRAFLI🔻🔻🔻


https://musavat.com/news/iranin-mudafie-naziri-bakida-abs-ve-israil-yetkilileri-ile-gorusub_1238627.html
❤1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Rusiya Odessaya kütləvi hava zərbəsi endirib, ölən və yaralananlar var
😢4👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
‼️Xətai rayonunda avtobusda cibgirlik edən 58 yaşlı Pünhan Umudov polis əməkdaşları tərəfindən tutulub.

O, qızıl-zinət əşyalarını 730 manata satdığını, bank kartı ilə isə 900 manatlıq alış-veriş etdiyini etiraf edib. Araşdırma aparılır.
❤3
Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-da davam etdiriləcək
👍1
ŞOK İDDİA! İranın müdafiə naziri Bakıda ABŞ və İsrail rəsmiləri ilə GÖRÜŞÜB? – SON QƏRAR...nədir?

CANLI🔻🔻🔻

https://www.youtube.com/watch?v=5UoHzpKrxRc
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📍MMA döyüşçüsü rəqibinin qulağını dişlədi
😁3😱2❤1
🇦🇿🥀 Ötən gün qəzada ölən hərbçinin FOTOSU

8 fevral günorta saatlarında Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəzaya düşən hərbçilər Şəmkirdə Müdafiə Nazirliyi orta ixtisas təhsili pilləsinə ("Gizir hazırlığı kursu"na) gedirmiş.

Qəza nəticəsində 1988-ci il təvəllüdlü Mustafayev Altun Vəfadar oğlu hadisə yerində ölüb. Mərhum Bakının Binə qəsəbəsində dəfn olunacaq.

Onun 11 və 13 yaşlarında iki övladı qalıb.
😢9❤3