THİK Məlumat Mərkəzi
4.17K subscribers
2.24K photos
112 videos
17 files
1.8K links
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) rəsmi telegram kanalı

📌Sual, təklif və iradlarınızı müzakirə qrupuna keçid edərək bildirə bilərsiniz⤵️
https://t.me/muracietveteklifler
Download Telegram
📢 Hörmətli UNEC tələbələri! 

Yanvar ayı üçün nəzərdə tutulmuş təqaüdlər ödənilmişdir.

Qeyd: Gün ərzində tam yüklənməyən təqaüdlər kart hesablarınıza köçürüləcəkdir. Nəzərə almağınız xahiş olunur.

Xeyirli işlərə xərcləyəsiniz!
❤3👍1
Bu gün Vətən uğrunda canından keçən Milli Qəhrəmanımız Mübariz İbrahimovun doğum günüdür.

Onun qəhrəmanlığı hər zaman qəlbimizdə yaşayacaq.
Ruhu şad, məkanı cənnət olsun.
❤7👍1
UNEC tələbələrinin diqqətinə!

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) fəaliyyət göstərən Yaradıcılıq Mərkəzi yeni üzvlərin seçiminə start verir. Mərkəzin əsas məqsədi istedadlı və yaradıcı tələbələrin bacarıqlarını inkişaf etdirmək, onların asudə vaxtlarını səmərəli təşkil etməkdir. Bu məqsədlə tələbələr dərnəklərə cəlb olunur və davamlı məşqlər keçirilir.

📌 Fəaliyyət göstərən dərnəklər:
• Rəqs
• Teatr
• Vokal
• Instrumental ifaçılıq
• Bədii qiraət

Yaradıcılıq Mərkəzinin üzvləri UNEC-i müxtəlif konsertlərdə, bədii proqramlarda, sərgilərdə, eləcə də respublika və beynəlxalq mədəni tədbirlərdə təmsil edirlər.

🔗 Üzv olmaq istəyən UNEC tələbələri mətnin aşağı hissəsindəki qeydiyyat linkindən istifadə edə bilərlər.

Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSduA9n3zqmGRq5IymbdfJcMpic0sJVCAdvBbfgVRvzAkbvOcA/viewform?usp=dialog

✨ İstedadını bizimlə kəşf et və inkişaf etdir!
👎2
❗️Tələbələrin nəzərinə!

Yay imtahan sessiyasından etibarən tələbələrin apelyasiya ərizələrinə tələbənin iştirakı ilə baxılacaq.
👍11
Hörmətli tələbələrimiz!

16 fevral tarixindən etibarən 2025/2026-cı tədris ilinin yaz semestri başlayır.

Dərs cədvəlinizlə “Tələbə kabineti”nə keçid edərək tanış ola bilərsiniz.

Sizə dərslərinizdə yüksək nailiyyətlər, daim motivasiya və əzmkarlıq arzulayırıq.
❤4👍1
Sabah keçiriləcək magistraturaya qəbul imtahanında iştirak edən bütün tələbələrimizə uğurlar arzulayırıq!

Əminik ki, zəhmətiniz və bilikləriniz sizi uğura aparacaq. Uğurlar və yüksək nəticələr diləyirik! 💙
❤4👍3
📚 Bu gündən etibarən 2025/2026-cı tədris ilinin yaz semestri başlayır!

Yeni semestrdə hər birinizə yüksək nailiyyətlər, daim motivasiya və əzmkarlıq arzulayırıq.
👍1
📢 MBA proqramında “Maliyyə” ixtisaslaşması üzrə təhsil alan tələbələr üçün “İslam maliyyəsi” mövzusunda beynəlxalq tədris proqramında iştirak etmək imkanı.

Özbəkistan Respublikasının Bankçılıq və Maliyyə Akademiyası UNEC-in MBA (Maliyyə istiqaməti) üzrə tələbələrini qısamüddətli (7 gün) intensiv tədris proqramında iştirak etməyə dəvət edir.

Proqram və müraciət qaydaları barədə ətraflı məlumat posterdə qeyd olunub.

Müraciət və əlavə məlumat almaq üçün:
sevar_mammadova@unec.edu.az ünvanına yaza bilərsiniz.
👍2
Xoş gəldin, Ramazan! 🌙

Bu müqəddəs ayın hər birinizə sağlamlıq, ruzi-bərəkət və mənəvi rahatlıq gətirməsini arzu edirik.
❤3👍3
Azərbaycan Dövlət İqtisad Universiteti(UNEC) "Mədəni İrsin Təbliği" təşkilatı vakansiya elan edir!

Azərbaycanın zəngin mədəni irsinin, milli-mənəvi dəyərlərinin, ədəbiyyatının, incəsənətinin və tarixi yaddaşının gənclər arasında təbliğini əsas məqsəd kimi qarşısına qoyan təşkilatımız sıralarını genişləndirir. Əgər sən də aktiv, məsuliyyətli, təşəbbüskar və universitet həyatında iz qoymaq istəyən tələbəsənsə, komandamıza qoşulmaq üçün bu fürsəti qaçırma!

Açıq vakansiyalar:
1. Sədr müavini
– Ümumi işlər üzrə
– Tələbələrlə iş üzrə
– Təşkilati məsələlər üzrə
2. Fakültə sədri
3. Baş katib
4. Layihə meneceri
5. Qrafik dizayner
Təşkilatımızda fəaliyyət göstərərək layihələrin təşkili, forumlar, konsert proqramları, mədəni tədbirlər və sosial təşəbbüslərdə birbaşa iştirak etmək, liderlik və komanda işi bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəksən.

Kökümüz dərin, sözümüz uca – irsimiz gücümüz, mədəniyyətimiz kimliyimizdir; bu ruhla yüksəlirik!

Qeydiyyat linki:
https://forms.gle/hZtnb9YwdBc9cHjbA
21 Fevral – Beynəlxalq Ana Dili Günüdür.

Ana dilimiz kimliyimizin, mədəniyyətimizin və tarixi irsimizin ayrılmaz hissəsidir. Hər bir dil bir xalqın ruhunu yaşadır və onu gələcək nəsillərə ötürür.
👍1
Su çərşənbəniz mübarək! 💧

Qoy həyatınız su kimi saf, bərəkətli və axar olsun. Bu çərşənbə sizə yenilik, təmizlik və gözəl başlanğıclar gətirsin! 💙
👎4👍2
UNEC THİK fakültə idarə heyətləri ilə görüşlərə start verib.

24 fevral 2026-cı il tarixində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) THİK tərəfindən ilk görüş “Türk Dünyası İqtisad” fakültəsi və “Rus İqtisad Məktəbi”nin idarə heyəti üzvləri ilə keçirilib.

Görüşdə fəaliyyət istiqamətləri, təşkilati məsələlər və qarşıdakı planlar müzakirə olunub, tələbələrin sosial rifahı, hüquqlarının qorunması və komanda işinin gücləndirilməsi ön plana çəkilib.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən fakültələrdə görüşlərin növbəti mərhələdə də davam etdirilməsi nəzərdə tutulur.
❤2
25 fevral 2026-cı il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən növbəti görüş baş tutmuşdur.

Görüş “Biznes və menecment” fakültəsinin idarə heyəti üzvləri ilə keçirilmişdir. Görüş zamanı fakültə üzrə mövcud fəaliyyət istiqamətləri nəzərdən keçirilmiş, təşkilati məsələlər müzakirə olunmuş, qarşıda duran vəzifələr və planlaşdırılan tədbirlər barədə geniş fikir mübadiləsi aparılmışdır.

Eyni zamanda tələbələrin sosial rifahının yüksəldilməsi, hüquq və maraqlarının qorunması, idarə heyəti üzvlərinin təşəbbüskarlığının artırılması, fakültə strukturları arasında koordinasiyanın və komanda işinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən fakültələrdə görüşlərin növbəti mərhələdə də davam etdirilməsi nəzərdə tutulur.

Daha ətraflı: https://www.instagram.com/p/DVMUCL1DoUh/?igsh=MW9xN2RvYnRycXBreg==
👍2
Bu gün Azərbaycan tarixinə qanla yazılmış Xocalı faciəsindən 34 il ötür.

1992-ci il fevralın 26-da Xocalıda günahsız insanlar amansızcasına qətlə yetirildi. Bu, tariximizin ən qanlı səhifələrindən biridir. 613 nəfər dinc sakin – qadınlar, uşaqlar, yaşlılar vəhşicəsinə öldürüldü, yüzlərlə insan itkin düşdü və əsir götürüldü.

Xocalı təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsidir. Biz bu dəhşətli hadisəni heç vaxt unutmayacaq və gələcək nəsillərə çatdıracağıq.
👍1
26 fevral 2026-cı il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən növbəti görüş baş tutmuşdur.

Görüş “Rəqəmsal İqtisadiyyat” və “Mühəndislik” fakültələrinin, “UNEC Dizayn Məktəbi”nin, eləcə də “Xüsusi İstedadlar Klubu”nun idarə heyəti üzvləri ilə keçirilmişdir.

Görüş zamanı ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilmiş, onların əziz xatirəsinin daim xalqımızın yaddaşında yaşayacağı vurğulanmışdır.

Daha sonra fakültə üzrə mövcud fəaliyyət istiqamətləri nəzərdən keçirilmiş, təşkilati məsələlər müzakirə olunmuş, qarşıda duran vəzifələr və planlaşdırılan tədbirlər barədə geniş fikir mübadiləsi aparılmışdır.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən fakültələrdə görüşlərin növbəti mərhələdə də davam etdirilməsi nəzərdə tutulur.

Daha ətraflı: https://www.instagram.com/p/DVOxcaUDNX9/?igsh=M2E4N2Nka2hqZGxw
👍1
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC-in məzunu Məzdək Eyvazlının 30 illik yubileyi qeyd olunub.

26 fevral 2026-cı il tarixində 44 günlük Vətən müharibəsinin şəhidi Məzdək Eyvazlının doğum günü tədbirində UNEC Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı tex.f.d.,dos. Cəfərov Elman, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev və fəal tələbələr iştirak ediblər.

Şəhidimizin 30 illik yubileyi münasibətilə əvvəlcə məzarı ziyarət edilib, ruhuna dualar oxunub və əziz xatirəsi dərin ehtiramla yad olunub. Daha sonra kollektiv üzvləri şəhidin ailəsinə baş çəkərək onlara mənəvi dəstək göstəriblər.

Qeyd edək ki, Məzdək Eyvazlı Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Onun xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Daha ətraflı: https://www.instagram.com/p/DVO-GuYjv5j/?igsh=MXUyNmU3b2s1dzhiNQ==
❤1
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC-in məzunu Cəbizadə Əbilin doğum günü qeyd olunub.

26 fevral 2026-cı il tarixində şəhid Əbil Cəbizadənin doğum günü münasibətilə UNEC kollektivi onun məzarını və ailəsini ziyarət edib. UNEC Tələbə Həmkərlar İttifaqı Komitəsinin sədr müavini Həsən Həşimov və fəal tələbələr Sumqayıt Şəhidlər xiyabanında şəhidin məzarı önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Ölümündən sonra Əbil Cəbizadə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Yaşasaydı 33 yaşı olacaqdı.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Daha ətraflı: https://www.instagram.com/p/DVQCp9ZjNgp/?igsh=MXdndzYyMWJyNXFtbQ==
❤1
27 fevral 2026-cı il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən növbəti görüş baş tutmuşdur.

Görüş “İqtisadiyyat və idarəetmə” fakültəsinin və “Qiyabi və əlavə təhsil mərkəzi”nin idarə heyəti üzvləri ilə keçirilmişdir. Görüş zamanı fakültə üzrə mövcud fəaliyyət istiqamətləri nəzərdən keçirilmiş, təşkilati məsələlər müzakirə olunmuş, qarşıda duran vəzifələr və planlaşdırılan tədbirlər barədə geniş fikir mübadiləsi aparılmışdır.

Eyni zamanda tələbələrin sosial rifahının yüksəldilməsi, hüquq və maraqlarının qorunması, idarə heyəti üzvlərinin təşəbbüskarlığının artırılması, fakültə strukturları arasında koordinasiyanın və komanda işinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən fakültələrdə görüşlərin növbəti mərhələdə də davam etdirilməsi nəzərdə tutulur.

Daha ətraflı: https://www.instagram.com/p/DVRPW7HjJqD/?igsh=MWdjb2VzMTN0ZzY1ag==
Bu gün UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Həsən Həşimovun doğum günüdür.

UNEC THİK ailəsi olaraq, Həsən bəyi doğum günü münasibətilə təbrik edir, həyatında və fəaliyyətində uğurlar arzu edirik!
❤2🙏2
2 mart 2026-cı il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən növbəti görüş baş tutmuşdur.

Görüş “Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE)”nin, “Maliyyə və mühasibat” fakültəsinin, “SABAH”mərkəzinin, “Mədəni-kütləvi tədbirlər” komissiyasının və “İctimaiyyətlə əlaqələr” (PR) departamentinin idarə heyəti üzvləri ilə keçirilmişdir. Görüş zamanı fakültə üzrə mövcud fəaliyyət istiqamətləri nəzərdən keçirilmiş, təşkilati məsələlər müzakirə olunmuş, qarşıda duran vəzifələr və planlaşdırılan tədbirlər barədə geniş fikir mübadiləsi aparılmışdır.

Eyni zamanda tələbələrin sosial rifahının yüksəldilməsi, hüquq və maraqlarının qorunması, idarə heyəti üzvlərinin təşəbbüskarlığının artırılması, fakültə strukturları arasında koordinasiyanın və komanda işinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir.

Daha ətraflı: https://www.instagram.com/p/DVZCcBqjkvd/?igsh=MWhtNXBubzJ1NG5hdw==
❤1👍1