Vilayət Yolcuları
3.9K subscribers
388 photos
27 videos
2 files
103 links
Allahın adı ilə

Həyat ölümdən soruşdu:
Niyə camaat mənə aşiq olduğu halda, sənə nifrət edirlər?
Ölüm cavab verdi: Buna görə ki, sən şirin bir yalansan, mənsə acı bir həqiqət.

İmam Əli (ə) buyurmuşdur: "Siz ölümdən qaçırsınız halbuki ona doğru qaçırsın
Download Telegram
✍ Həzrət Əli (ə) buyurur:

✅ "Tövratdan on iki ayə seçib ərəb dilinə tərcümə etdim və gündə üç dəfə onlara nəzər salıram"...

🔸 1. Ey Adəm övladı! Nə qədər ki, Mənim səltənətim əbədidir rəhbərlərdən, rəislərdən qorxun olmasın.
🔸 2. Ey Adəm övladı! Nə qədər ki, Mənim xəzinələrim doludur, başqasına ümidvar olma.
🔸 3. Ey Adəm övladı! Nə qədər ki, Məni tapırsan, başqası ilə ülfət yaratma, çünki, istənilən vaxt çağırsan sənə yaxın və sənə qarşı mehribanam.
🔸 4. Ey Adəm övladı! Mən səni sevirəm, sən də Məni sev.
🔸 5. Ey Adəm övladı! Nə qədər ki, Sirat körpüsündən keçməmisən arxayın olma.
🔸 6. Ey Adəm övladı! Hər şeyi sənin üçün yaratmışam, səni isə Özüm üçün, Məndən necə qaçırsan?!
🔸 7. Ey Adəm övladı! Səni ilk öncə torpaqdan, sonra nütfədən yaratdım, nütfəni çeynənmiş ət parçasına çevirib səni xəlq etdim.
🔸 8. Özünə xatir Mənə qəzəblənirsən, lakin, Mənə görə özünə qəzəblənmirsən.
🔸 9. Mənim qoyduğum vəzifələri icra etmək sənin öhdənə düşür, sənin ruzin isə Mənim öhdəmə. Sən vəzifələrini yerinə yetirməkdən boyun qaçırsan da, Mən öz öhdəmdə olanı–bəndəmin ruzisini verməyi daim yerinə yetirirəm.
🔸 10. Ey Adəm övladı! Hamı səni özləri üçün istəyir, Mən isə səni sənin özündən ötrü istəyirəm. Elə isə Məndən qaçma.
🔸 11. Necə ki, Mən səndən sabahın vəzifələrini tələb etmirəm, sən də Məndən sabahın ruzisini tələb etmə.
🔸 12. Əgər, öz qismətinə razı olsan, sənin qəlbini və bədənini rahat edərəm, yox əgər, narazı olsan səndə dünyaya qarşı tamah yaradaram. Nə qədər ardınca qaçsan da öz qismətindən başqa bir şey ələ gətirə bilməzsən.

〰〰〰〰〰
https://t.me/vilayet_yolcusu
❤4
✅ Nəfsin zənginliyi

Quran buyurur: “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz.” (“Nur” surəsi, ayə 37)

«رِجالٌ لا تُلْهيهِمْ تِجارَةٌ وَ لا بَيْعٌ عَنْ ذِكْرِ اللَّه»

Elə insanlar vardır ki, onlar ticarət ardınca deyil və alış-veriş onları doyuzdurmur, ticarətlər var, amma bu ticarət onları Allahı zikr etməkdən yayındıra bilmir. Hədisdə deyilir: “Allahla zəngin olmaq ən böyük zənginlikdir.” (“Qürərül-hikəm və dürərül-kəlam”, səh. 97)

«الْغِنَى بِاللَّهِ أَعْظَمُ الْغِنَى»

Başqa bir hədisdə də gəlmişdir: “Mömin Subhan Allahla ehtiyacsız olur.” (“Təsnifu-qürəril-hikəm və dürəril-kəlam”, səh. 91)

«غِنَى الْمُؤْمِنِ بِاللَّهِ سُبْحَانَه‏»

https://t.me/vilayet_yolcusu
❤8
❓Gecə namazına oyanmaq üçün nə etmək lazımdır?

✅ Gecələr tez yatın və “Kəhf” surəsinin axırıncı ayəsini oyanmaq niyyəti ilə oxuyun. Tez yatmağa adət edin.

❓ Seyru-sülukda ailə ilə necə davranmaq lazımdır?

✅ Ailədə məhəbbət, əxlaqda helm (təmkinli olmaq və yumşaqlıq) müvəffəqiyyətin əsasını təşkil edir.

✍ Böyük ustad Ayətullah Əli Füruği

https://t.me/vilayet_yolcusu
❤9
Həzrət Musa (ə.s) dağa qalxmaq istəyərkən, yoldan keçən bir kəs ona dedi:
"Rəbbinə de ki, bu qədər günah edirəm, niyə məni cəzalandırmır?" Allah Həzrət Musaya (ə.s) belə cavab verdi:
"O zaman get və ona de ki, ən ağır cəza budur ki, namaz qılır, amma namazın ləzzətini duymur..."

AyətullahHaqqşunas
😢7
Həzrət Peyğəmbər (s) buyurur :

Allah taala yeddi nəfəri lənət edib ki, onlardan biri o kişidir ki; həyat yoldaşının geyiminə laqeyd olsun.

📚 Mustədrəkul vəsail, cild 14, səh 291
❤6👍1
İnsanların haqqını bu dünya ikən ödəyin və onlardan halallıq alın,
çünki axirətdə haqq-hesab çətin və ağır olacaq!

Ayətullah Bəhcət(r.ə)
❤5
✨ Əmirəl-möminin İmam Əli əleyhis-səlam buyurub:
"İnsanların içində Allahı ən çox tanıyanlar, Ondan daha çox (şey) istəyənlərdir."

📚 Uyunul -Hikəm vəl-Məvaiz, Əl-Laysi, səh. 22, hədis 2795.
❤6
Ayətullah Fatıminiya (r.ə):

Allahın və Əhli-beytin (ə) lüğətində “İndiyənə qədər harada idin?”
ifadəsi yoxdur!
Nə zaman tövbə etsək və geri dönsək, bizi qəbul edərlər.
Peyğəmbər (s.a.s) Allahın İsmi-əzəm adlarına and içib.
Hər dəfə “Allah, Lə iləhə illə huvə” ifadəsi gəlsə, bilin ki, bu, İsmi -əzəmdir.
Əgər məsələ bu qədər sadə olsaydı, Peyğəmbər (s) belə böyük bir and içməzdi!

Həzrət Peyğəmbər (s) buyurur:
"And olsun o Allaha ki, Ondan başqa Məbud yoxdur. Nə zaman mömin bəndə Allaha hüsnü-zənn edər, Allah mömin bəndəsinin gümanının yanında olar. Çünki Allah kərimdir. Bütün yaxşılıqlar Onun əlindədir. Həya edər ki, mömin bəndəsi Ona hüsnü-zənn etsin və O, da bu gümanı nakam qoysun. Ona görə də Allaha hüsnü-zənn edin və Ona rəğbət bəsləyin".
❤10👍2😍2
✅ Əllamə Həsənzadə Amuli:

✍ Bil ki, dəstəmaz nurdur və onun davamlı olması insanın mənəviyyatının yüksəlməsinə səbəb olar.
Bu bərəkətli əməl elm və əməl əhli tərəfindən sınanmışdır".
❤8👍5👏2
Peyğəmbər (s.a.s) buyurur:

“Hər kim hər Cümə günü valideynlərinin qəbrini ziyarət etsə, günahları bağışlanar və salehlərdən yazılar.”
❤5
✅ Təzkiyə yolu

🔹Bütün həva həvəsləri yerli-dibli kökündən çıxaran və insanı nəfsin təzkiyə (paklanma) və islahına vadar edən şey #ölümü yada salmaqdır.

✍Həzrət Ayətullah Muhəmməd Təqi Bəhcət (r)

https://t.me/vilayet_yolcusu
❤5👍2
☑️ Nəfsin zənginliyi

Quran buyurur: “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz.” (“Nur” surəsi, ayə 37)

«رِجالٌ لا تُلْهيهِمْ تِجارَةٌ وَ لا بَيْعٌ عَنْ ذِكْرِ اللَّه»

Elə insanlar vardır ki, onlar ticarət ardınca deyil və alış-veriş onları doyuzdurmur, ticarətlər var, amma bu ticarət onları Allahı zikr etməkdən yayındıra bilmir. Hədisdə deyilir: “Allahla zəngin olmaq ən böyük zənginlikdir.” (“Qürərül-hikəm və dürərül-kəlam”, səh. 97)

«الْغِنَى بِاللَّهِ أَعْظَمُ الْغِنَى»

Başqa bir hədisdə də gəlmişdir: “Mömin Subhan Allahla ehtiyacsız olur.” (“Təsnifu-qürəril-hikəm və dürəril-kəlam”, səh. 91)

«غِنَى الْمُؤْمِنِ بِاللَّهِ سُبْحَانَه‏»

https://t.me/vilayet_yolcusu
❤5👍2💯2
Əllamə Təbətabai:

"Hər məclisin xalçası olma!
Yəni, əzizim, hər rast gəldiyin yerdə oturma! Hər kəslə oturub-durma, dostluq etmə.
O insanlar ki, sənin mənəviyyatına, imanına mənfi təsir göstərirlər, onlardan uzaq dur".

https://t.me/vilayet_yolcusu
❤4👍3😍2
Ayətullah Behcət:

" İnsan bilsə ki,
Allahın gözü önündədir və Allah eşidəndədir,günah etməz.
Bütün azğınlıqlarımızın səbəbi budur ki,Allahı görən və şahid bilmirik..!

•📚 “Dəyərli Nöqtələr” | s. 75
❤11👍3😍1
İmam Sadiq (ə):«Allah-taala Musa peyğəmbərə (s) vəhy nazil etdi:
"Gecə düşdükdə ibadətimdən qafil olub yuxuya gedən kəs, əgər Məni sevdiyini güman edərsə, yalan söyləmişdir. Məgər aşiq öz sevgilisi ilə bir xəlvətə çəkilmək istəməzmi?!»

📚Əmali Səduq, səh.292, hədis 1
❤7
Ayətullah Behcət:

"Bunu başqaları etdi, biz də etdik" bəhanəsi qəbul olunmur. Çünki hər zaman dünyapərəstlər və kafirlər çoxluq təşkil ediblər".
❤4
✍ Ayətullah Pəhləvani

Şeytanın qarşısında vacibləri yerinə yetirərək günahları tərk edin. Mənəvi gücünüz artdığında məkruhları tərk etməyə və müstəhəbləri yerinə yetirməyə başlayın.

https://t.me/vilayet_yolcusu
❤5
✍Ayətullah Dəstiğeyb:

İnsan səy etməlidir ki, günah etməsin. Özünü islah etməlidir.
Həmçinin Əhlibeytlə (ə) rabitəsini möhkəm etməlidir. Həqiqətən də ümid elə bunadır.

https://t.me/vilayet_yolcusu
❤6💯3
Ayətullah Behcət(r.ə):

"Hər hansı bir çətinlik, bəla və əzab başımıza gəlibsə, bilməliyik ki, ondan əvvəl bu düyün və imtahanın zəminəsini özümüz hazırlamışıq; ya vacibi tərk etməklə, ya haram bir işi görməklə, ya çox təkid olunmuş bir müstəhəbi tərk etməklə, ya da şübhəli işlərlə".

📚 "Behcət hüzurunda", cild 1, səh. 358

https://t.me/vilayet_yolcusu
❤7👍5👏2