Vüsət Əzizov
10.3K subscribers
17.6K photos
79 videos
172 files
7.16K links
Təhsil ilə bağlı rəsmi məlumatlar
Online şəkildə bütün növ təhsil xidmətləri göstərilir.
Əlaqə: +994777645000
Youtube:https://youtube.com/c/VusetAzizov
İnstagram: https://www.instagram.com/vuset.azizov
Tik-Tok: https://www.tiktok.com/@vusatazizov?_t=ZS-8t
Download Telegram
Martda Azərbaycanda 16 gün qeyri-iş günü olacaq.

🔺Belə ki, martın 8-i Beynəlxalq Qadınlar Günüdür və Azərbaycanda iş olmayan bayram günü sayılır. Bu tarix bazar gününə düşdüyünə görə, növbəti həftənin ilk iş günü - 9 mart da qeyri-iş günüdür.

Beləliklə, 5 günlük iş həftəsində çalışanlar üçün 3 gün ardıcıl iş olmayacaq.

🔺Bu il Novruz və Ramazan bayramı günləri üst-üstə düşür. Martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart tarixləri də qeyri-iş günləri olacaq.

🔹Martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşəcəyindən növbəti iş günü istirahət günü hesab olunur.

🔺Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri - 27 və 30 mart da qeyri-iş günləri olacaq.
🔺Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləridir.
31 mart bayramdan sonra ilk iş günü olacaq
👍9❤3
İmtahanın başlanmasından 1 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində imtahan zalından çıxmaq qadağandır. Qalan vaxt ərzində imtahandan çıxan şagirdlər cavab vərəqləri ilə birlikdə sual kitabçasını da nəzarətçiyə təhvil verməlidir. İmtahanda sona qədər iştirak edənlər sual kitabçalarını özləri ilə apara bilərlər.
“İmtahan qurtardı!” elan olunduqda nəzarətçi cavab vərəqinizi təhvil alır. İmtahan zalından çıxmağa icazə verildikdən sonra imtahan binasını tərk edə bilərsiz.
Cavab vərəqinin təhvil verilməsinə görə abituriyent şəxsən məsuliyyət daşıyır. Cavab vərəqini təhvil verdikdən sonra imtahana buraxılış vərəqəsində nəzarətçiyə imza etdirməlisiniz. Cavab vərəqini nəzarətçiyə təhvil verməsəniz, imtahan nəticələriniz ləğv olunacaqdır. Abituriyent cavab vərəqlərinin zərfə qoyularaq bağlanmasında iştirak edib, zərfin üzərindəki aktı imzalaya bilər.

Dövlət İmtahan Mərkəzi
👍7
Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib.

ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi həyata keçirilib.

Bu gün saat 08:00-dan 20:00-dək yeddi vətəndaşın Azərbaycana keçidi təmin olunub.

//report
👍5
Forwarded from Birlik Team
🥳BURAXILIŞ İMTAHANINDAN YÜKSƏK BAL TOPLAMAQ ŞANSI!

Buraxılış imtahanında nəticənizi daha da yüksəltmək istəyirsinizsə diqqətlə oxuyun😁

Seminar gəlir!!!
Bəs müəllimlər kim olacaq?🫣
✔️Riyaziyyat- Vüsət Əzizov
✔️Azərbaycan dili - Validə Vəliyeva
✔️İngilis dili- Yasəmən Turab
✔️Rus dili (Ana dili) - Milana Namazova
✔️Riyaziyyat ( Rus bölməsi) - Ayxan Qardaşxanov

Buraxılış imtahanına az zaman qalmış nəyə çox diqqət yetirməli olduğunuzu seminarda öyrənəcəksiniz🫶🏻✌🏻

01.03.2026 20:00

Görüş ödənişsiz və telegramda online olacaq
Link paylaşılacaq
❤9
Forwarded from Birlik Team
Ölkəyə səs salmaq üçün son 10 dəqiqə🥳🥳

https://t.me/seshligorushler

Görüş ödənişsiz və səsli formatda olacaq❤️❤️
❤4👍4🔥1
❤1
Hər bir abituriyentə öz arzusunu reallaşdırmaq qismət olsun!
❤32👍4💩1
Dostumuz bizi şəxsən qarşılayır😂
😁18😍5👍1
“Mingəçevir Dövlət Universitetində keçirilən Beynəlxalq İngilis dili Olimpiadası region üçün mühüm əhəmiyyət kəsb edən akademik platformadır”.

Bu fikirləri universitetin rektoru Anar Eminov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib.

Rektor qeyd edib ki, olimpiadada 100-dən çox Mingəçevir məktəblisi və universitet tələbəsi iştirak edir. Bu, region gənclərinin bilik və bacarıqlarının inkişafına göstərdiyi marağın real göstəricisidir.

Ətraflı: https://muallim.edu.az/rektor-beynelxalq-olimpiada-regionda-qlobal-kompetensiyalarin-inkisafina-xidmet-edir
❤2
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında təhsil alan 2005-ci il təvəllüdlü Aysun Zöhrab qızı Teymurova yaşadığı Bərdə rayonunda xəstəlik səbəbindən dünyasını dəyişib.

Bu barədə filialın sosial şəbəkə səhifəsində məlumat verilib.

O, 4-cü kursdə təhsil alırmış.
😢11
⚡️Qiyabi oxuyanlara hərbi xidmətdən möhlət verilə bilər - hansı hallarda?

Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilməsi təklif edilir. Belə ki, məruzəyə əsasən, təhsil hüququnun ayrı-seçkiliyə yol verilmədən zamanında reallaşdırılması və bununla da bərabərlik hüququnun təmin edilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 21-ci (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) maddəsində qiyabi təhsilalma formasında təhsil alan şəxslərə münasibətdə də çağırışa möhlət verilməsi ilə bağlı müvafiq dəyişikliyin edilməsi təklif olunur.

Mövzu ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, qiyabi təhsil alanlara hərbi çağırışdan möhlət hüququnun verilməsi təklifi təhsil baxımından kifayət qədər faydalı və maraqlı təşəbbüs kimi qiymətləndirilə bilər.

Ətraflı:

https://azedu.az/az/universitetler/103401/qiyabi-oxuyanlara-herbi-xidmetden-mohlet-verile-biler-hansi-hallarda/
Bütün abituriyentlərə xəyallarını gerçəkləşdiməyi arzulayıram!
❤16👏2
❤7
Siyəzən rayonunda yeniyetmə qızın meyiti tapılıb.

Hadisə martın 1-də rayon mərkəzində qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Arzu Pənah qızı Kamilovanın meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkarlanıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Mənbə: Qafqazinfo.аz

#shimalnews #şimal #siyəzən
Ötən həftə sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələrinin fotolarının montaj və süni intellektlə dəyişdirilərək nalayiq formada paylaşılması ilə bağlı bir nəfər tutulsa da, bu əməllər davam edir.

Bu dəfə naməlum şəxs və ya şəxslər həmin əməllərə görə tutulmuş Fəxri Cəbrayılova dəstək xarakterli paylaşım etməkdədir. Belə ki, sosial şəbəkələrdə, xüsusilə “TikTok”da “Fəxri Cəbrayılova azadlıq” adlı səhifələr yaradılıb və orada qızların fotoları qeyri-əxlaqi məzmunda yayılır.

Qeyd edək ki, məsələ ictimailəşəndən sonra Daxili İşlər Nazirliyi əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Fəxri Cəbrayılovu saxlayıb. Hazırda onun əməllərinin kimin tərəfindən davam etdirilməsi məlum deyil.

Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, araşdırmalar davam etdirilir.
🤬9❤1
🤬17
Tövsiyələrlə tanış olmaq üçün https://shorturl.at/o1PKf linkinə daxil ola bilərsiniz.
❤5
❤12💘2🤷2