Vüsət Əzizov
10.3K subscribers
17.6K photos
79 videos
172 files
7.16K links
Təhsil ilə bağlı rəsmi məlumatlar
Online şəkildə bütün növ təhsil xidmətləri göstərilir.
Əlaqə: +994777645000
Youtube:https://youtube.com/c/VusetAzizov
İnstagram: https://www.instagram.com/vuset.azizov
Tik-Tok: https://www.tiktok.com/@vusatazizov?_t=ZS-8t
Download Telegram
✅ 25 fevral saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin yerdəyişməsinə start veriləcək.

🌐 Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

❗ Yerdəyişmə məktəbəhazırlıq qrupları və 1-10-cu siniflər üçün aktivləşdirilir.

📌 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. 9-cu siniflər üzrə yerdəyişmə prosesi 5 mart 2026-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.

#ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #ŞagirdYerdəyişməsi #Şagird
Forwarded from Vüsət Əzizov
❓ Çağırışçıların bölgüsü prosesi necə aparılır?

✔️ Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr üzrə bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəlinə əsasən çağırışçının antropometrik göstəriciləri (boy, çəki), hərbi xidmətə yararlılıq kateqoriyası nəzərə alınmaqla aparıldıqdan sonra, onlar Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin daxili bölgüsü ilə hərbi hissələrə təyin olunurlar.

#Qanunnədeyir
#FAQ
#SHXÇDX
❤1
Xocalı soyqırımından 34 il ötür.

Bu faciəni unutmadıq, unutmayacağıq. 🥀

#XocalıSoyqırımı #KhojalyGenocide #JusticeForKhojaly #XocalıyaƏdalət
😭5❤1🕊1
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan bir qrup qız tələbənin sosial şəbəkələrdəki fotolarının icazəsiz şəkildə istifadə edildiyi iddia olunur.

Naməlum şəxs onların sosial şəbəkə profillərindən götürülən şəkillərini süni intellektlə montaj edərək platformada yayımlayıb.

İctimai TV
😱7
🇦🇿🥀Rektorların Xocalı soyqırımı ilə bağlı PAYLAŞIMLARI

Rektorlar öz rəsmi feysbuk səhifələrində paylaşımlar edərək xalqımızın qan yaddaşına həkk olunmuş bu dəhşətli hadisənin qurbanlarını dərin hüzn və ehtiramla yad ediblər.

Ətraflı:

https://azedu.az/az/rektorlar/103298/rektorlarin-xocali-soyqirimi-ile-bagli-paylasimlari/
❤3
⚡️Tələbələrin fotolarını yayan şəxsi KMBİ saxladı

⚠️DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, BDU-nun hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb.
Əlavə məlumat veriləcəkdir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10❤3
Sual: “Mən 18 fevral-5 mart tarixləri ərzində olan sənəd qəbulunda “elektron ərizəmi” təsdiq edim. İmtahana gedəndə bunu çap edib aparmalıyam?”
Cavab: Şəkildəki sənəd “Abituriyentin elektron ərizəsidir” və bu sənəd abituriyentin müvafiq olaraq I,II,III və IV ixtisas qrupu üzrə blok imtahanında iştirak üçün və eyni zamanda V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik kolleclərə qəbul olmaq üçün qeydiyyatdan keçdiyini təsdiq edən sənəddir.
Xüsusi qeyd: Bu sənədi çap etməyə ehtiyac yoxdur. 9 mart,15 mart və 19 aprel tarixlərində olacaq imtahanlarda bu sənədi çap edib aparmırsız!!!

Hər birinizə uğurlar arzu edirəm!
Vüsət Əzizov
❤5
❤1
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutu 2026-2027-ci tədris ili üçün “İctimai təhlükəsizlik və idarəetmə” ixtisasına kursant qəbulu elan edir.

Ətraflı: https://muallim.edu.az/daxili-qosunlarinin-herbi-institutuna-qebulelan-edilir
⚡️100 mindən çox abituriyent ali təhsil üçün qeydiyyatdan keçdi

Ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasında) qəbul üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 104 362 nəfər təşkil edib.

Onlardan 93 786 nəfəri Azərbaycan bölməsi, 10 576 nəfəri isə rus bölməsi üzrə müraciət edib.

Kolleclərə (11 illik baza) isə 94 411 nəfər sənəd verib. Bu kateqoriya üzrə 86 049 nəfər Azərbaycan bölməsi, 8 362 nəfər isə rus bölməsi üzrə qeydiyyatdan keçib.
Təhsil eksperti Ramin Nurəliyev təklif edib ki, universitetlərə qəbul zamanı ümumi 700 yekun balın üzərinə məktəb performans balı da əlavə olunsun.
Redaktor.az-a danışan "Master of Sciance" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlunun fikrincə, təklif maraqlı, amma çox həssas və riskli bir mexanizmdir:
"Çünki hazırda ali məktəbə qəbul sistemi əsasən mərkəzləşmiş imtahan nəticəsinə, yəni maksimum 700 bala əsaslanır. Məktəb performans balının əlavə edilməsi isə bir növ modeli dəyişir və bir neçə ciddi sual yaradır. Burada müsbət tərəflər odur ki, 11 illik əmək qiymətləndirilir.“

Ətraflı:
https://redaktor.az/news/education/316104-mekteb-bali-edaletsizlik-yarada-biler
👎2👍1
DİN: Bakı Dövlət Universiteti, eləcə də digər ali təhsil müəssisələrinin hüquq fakültəsi tələbələrinin şəkillərini montaj edərək üzərinə təhqiramiz ifadələr yazdığı və sosial şəbəkələrdə paylaşdığı, silinməsi müqabilində isə pul tələb etdiyi barədə müraciətlər daxil olub.

Kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı Fəxri Cəbrayılov saxlanılıb.
🤬12
‼️ Prezident İlham Əliyev Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Ətraflı: https://muallim.edu.az/mekteblerde-telefonlardan-istifade-ile-bagli-qaydalar-hazirlanacaq-serencam

#AzərbaycanMüəllimi #Sərəncam
👏7
Bütün abituriyentlərə uğurlar arzu edirəm!
🤣9👍3