Vüsət Əzizov
10.3K subscribers
17.6K photos
79 videos
172 files
7.16K links
Təhsil ilə bağlı rəsmi məlumatlar
Online şəkildə bütün növ təhsil xidmətləri göstərilir.
Əlaqə: +994777645000
Youtube:https://youtube.com/c/VusetAzizov
İnstagram: https://www.instagram.com/vuset.azizov
Tik-Tok: https://www.tiktok.com/@vusatazizov?_t=ZS-8t
Download Telegram
❓ Ali təhsil müəssisəsindən xaric edilmiş şəxslər hərbi xidmətə çağırılırmı?

✔️ “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

#Qanunnədeyir
#FAQ
#SHXÇDX
❓ Xarici ölkə vətəndaşlığını qəbul etmiş şəxslər hərbi xidmətə çağırılırmı?
✔️ Azərbaycan Respublikası vətəndaşının hərbi vəzifənin icrası və hərbi xidmətkeçmə məsələsinin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinin tələblərinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

#Qanunnədeyir
#FAQ
#SHXÇDX
❓ Çağırışçıların bölgüsü prosesi necə aparılır?

✔️ Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr üzrə bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəlinə əsasən çağırışçının antropometrik göstəriciləri (boy, çəki), hərbi xidmətə yararlılıq kateqoriyası nəzərə alınmaqla aparıldıqdan sonra, onlar Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin daxili bölgüsü ilə hərbi hissələrə təyin olunurlar.

#Qanunnədeyir
#FAQ
#SHXÇDX
❓Arxiv və hərbi xidmətkeçmə haqqında arayışları necə əldə etmək olar?

✔️Müvafiq arayışların elektron qaydada əldə edilməsi üçün “Elektron hökumət” portalında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qeydiyyatında olan vətəndaşlar www.e-gov.az və www.my.gov.az saytlarında elektron arayışlar bölməsinə daxil olmaqla “Vətəndaşın hərbi qeydiyyatda olması barədə arayış” və “Vətəndaşın hərbi xidmət keçməsi barədə arayış” linkləri vasitəsi ilə qeyd olunan məzmunlu arayışlar əldə edə bilərlər. Müvafiq arayışın əldə olunması üçün vətəndaşdan “Elektron imza”, “Asan imza” və ya Elektron Hökumət Portalında qeydiyyatdan keçməklə istifadəçi adı və şifrəsi əldə etmək tələb olunur.
Əlavə olaraq vətəndaşlar “ASAN Xidmət” mərkəzlərinə və ya hərbi qeydiyyatda olduqları Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinə şəxsiyyətini təsdiq edən sənədlə şəxsən müraciət edərək müvafiq arayışla təmin edilirlər.

#Qanunnədeyir
#FAQ
#SHXÇDX
❓ Çağırışçıların bölgüsü prosesi necə aparılır?

✔️ Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr üzrə bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəlinə əsasən çağırışçının antropometrik göstəriciləri (boy, çəki), hərbi xidmətə yararlılıq kateqoriyası nəzərə alınmaqla aparıldıqdan sonra, onlar Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin daxili bölgüsü ilə hərbi hissələrə təyin olunurlar.

#Qanunnədeyir
#FAQ
#SHXÇDX
👍2👎1
Forwarded from Vüsət Əzizov

❤1