Vüsət Əzizov
10.3K subscribers
17.6K photos
79 videos
172 files
7.16K links
Təhsil ilə bağlı rəsmi məlumatlar
Online şəkildə bütün növ təhsil xidmətləri göstərilir.
Əlaqə: +994777645000
Youtube:https://youtube.com/c/VusetAzizov
İnstagram: https://www.instagram.com/vuset.azizov
Tik-Tok: https://www.tiktok.com/@vusatazizov?_t=ZS-8t
Download Telegram
📚Belçikadan olan 15 yaşlı yeniyetmə Loran Simons çox gənc yaşda zəkası və qeyri-adi #akademik nailiyyətləri ilə bir çox insanı heyran edib.

📌Loran ibtidai məktəbə dörd yaşında başlayıb və cəmi iki il sonra, altı yaşında bitirib. Daha sonra orta məktəbi davam etdirərək universitetə daxil olub və 12 yaşında #magistr dərəcəsini alıb. O, kvant fizikası üzrə ixtisaslaşıb, bozonlara, qara dəliklərə və kainatın ən sirli hadisələrindən bəzilərini izah edən #riyazi çərçivələrə diqqət yetirib.

⚡️O, Antverpen Universitetində cəmi 15 yaşında #kvant fizikası üzrə ilk #fəlsəfə doktoru dərəcəsini alıb və bu, onu fizika üzrə tarixdə qeydə alınmış ən #gənc fəlsəfə doktorlarından biri edib.

🎓Həyatının erkən yaşlarında ən yüksək akademik nailiyyət səviyyəsinə çatdıqdan sonra Laurent dərhal ikinci #PhD almağa qərar verərək bir çoxlarını təəccübləndirib və bu addım onun öyrənmə və tədqiqata olan dərin ehtirasını ortaya qoyub.

Ətraflı: https://muallim.edu.az/12-yasinda-magistr-15-yasinda-felsefe-doktoru-oldu-loran-simons
❤4👏4👍3
Vüsət Əzizov
https://www.instagram.com/p/DUnrlh_DGCp/?igsh=MXF0NDkzOHcxM2Z4Mg==
Eksternat imtahanlarının nəticələri açıqlanıb.
Əvvəlki illərdə ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan imtahanlarda müsbət nəticə əldə edən və etməyən şəxslərə nəticələr barədə məlumatlar eksternlərin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndərilib (kimə sms gəlməyibsə,səbrli olsun,gələcək).
Növbəti mərhələdə eksternlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq ümumi orta və tam orta təhsil haqqında attestat ala biləcəklər.
Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
Eksternlər “Buraxılış imtahanında” (“V qrup imtahanı”) iştirak etmək üçün mütləq 18 fevral-5 mart tarixində dim.gov.az saytında şəxsi kabinet yaradaraq (şəxsi kabineti olmayanlar yaradır,əvvəlki dövrlərdə kabinet yaradanlar “köhnə şəxsi kabinetdən” istifadə edir) dim.gov.az saytında yaradılmış xüsusi başlıqda yerləşdirilmiş linkə daxil olaraq “Abituriyentin elektron ərizəsini” online şəkildə dolduraraq (özü və ya müəllimi edə bilər) təsdiq etməklə qeydiyyatdan keçməlidir. XI siniflər üçün imtahan “19 aprel” ,IX siniflər üçün isə “17 may” 2026-cı il tarixində təşkil ediləcək!
Hət birinizə uğurlar arzu edirəm!
Vüsət Əzizov
❤2
Vüsət Əzizov
https://www.instagram.com/p/DUnBi_3DJpJ/?igsh=bnpvaWJyczk0cHQ1
Abituriyent dim.gov.az saytındakı şəxsi kabinetdə qeyd edilən faktiki yaşayış yerini dəyişmək üçün ilk öncə dim.gov.az saytına daxil olaraq “şəxsi kabinet” yazılmış başlığa daxil olur (https:/ekabinet.dim.gov.az//) və orada “Giriş” yazılan hissənin üzərindən vuraraq orada olan
“İstifadəçi adı” (Fin kod izahı: https://t.me/vusetezizov/19895) və “parol” (Şəxsi kabineti yaradan zaman təyin edilən parol) hissəsinə özünə məxsus məlumatları qeyd etməklə “Şəxsi kabinet”ə giriş edir. Daha sonra abituriyent şəxsi kabinetdə olan “Əlaqə məlumatları” yazısının üzərindən “click” etdikdən sonra bu səhifədə “Faktiki yaşadığı məntəqə” adlı hissəsinin üzərindən vuraraq hazırda faktiki yaşadığı ünvanının aid olduğu yaşayış məntəqəsini (rayon və ya şəhər) seçməlidir və daha sonra “yadda saxla” düyməsini sıxmaqla artıq yaşayış yerini dəyişmiş olur. 19 aprel “Buraxılış imtahanında” artıq faktiki yaşayış yerinə görə imtahan yerləri Dövlət İmtahan Mərkəzi tərəfindən təyin ediləcək ( məzunlar üçün imtahan adətən Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəmkir, Şəki, Lənkəran, Mingəçevir, Şirvan, Qazax, Ağstafa, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Quba, Xaçmaz və Naxçıvan MR-də keçirilir)
Əvvəlki illərin məzunları (2025-ci il və ondan əvvəllki (2024,2023,2022,2021 və s) illərdə XI sinif üzrə tam orta təhsilini başa vuran və müvafiq olaraq tam orta təhsil haqqında sənəd (11 illik attestat) əldə edən şəxslər “Buraxılış imtahanında” (“V qrup imtahanı”) iştirak etmək üçün mütləq 18 fevral-5 mart tarixində dim.gov.az saytında şəxsi kabinet yaradaraq (şəxsi kabineti olmayanlar yaradır,əvvəlki dövrlərdə kabinet yaradanlar “köhnə şəxsi kabinetdən” istifadə edir) dim.gov.az saytında yaradılmış xüsusi başlıqda yerləşdirilmiş linkə daxil olaraq “Abituriyentin elektron ərizəsini” online şəkildə dolduraraq (özü və ya müəllimi edə bilər) təsdiq etməklə qeydiyyatdan keçməlidir. Xüsusi qeyd: Yaşayış yerini ərizəni təsdiq etməmişdən əvvəl dəyişmək lazımdı. İmtahan “19 aprel” 2026-cı il tarixində təşkil ediləcək!
Ətraflı:
https://t.me/vusetezizov/19891
https://t.me/vusetezizov/19892
https://t.me/vusetezizov/19900

Hər birinizə uğurlar arzu edirəm!

Vüsət Əzizov
❤1
“Kadr hazırlığına gəldikdə, bu, əsas vəzifələrdən biridir. Son vaxtlar bu istiqamətdə müəyyən işlər görülür. Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.
Ətraflı:

https://muallim.edu.az/prezident-ilham-eliyev-tehsil-sistemimizde-kadr-hazirligina-daha-boyuk-diqqet-gostermeliyik
‼️“Kadr hazırlığına gəldikdə, bu, əsas vəzifələrdən biridir. Son vaxtlar bu istiqamətdə müəyyən işlər görülür. Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.

Prezident qeyd edib ki, həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar.

“Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir”, - deyə dövlət başçısı əlavə edib.
👍3❤1
‎WhatsApp'ta Vüsət Əzizov (təhsil xəbərləri) kanalını takip edin: https://whatsapp.com/channel/0029Vb9q6ODLtOjHOWEOVe31
Prezident: “Kadr hazırlığına gəldikdə, bu, əsas vəzifələrdən biridir. Son vaxtlar bu istiqamətdə müəyyən işlər görülür.

Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir”.
👍4❤‍🔥2❤1
Forwarded from Vüsət Əzizov
Sual:
Hansı ixtisas qrupları var və həmin qruplarda hansı fənlərdən imtahan verilir?

Cavab:
İxtisas qrupları və altqrupları üzrə imtahan fənləri aşağıdakılardır:
I ixtisas qrupu
RK altqrupu üzrə:
riyaziyyat, fizika, kimya;
Rİ altqrupu üzrə:
riyaziyyat, fizika, informatika;
I ixtisas qrupu üzrə Riyaziyyat-Kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı,Riyaziyyat-İnformatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər ödəniş etməklə əlavə olaraq informatika fənnindən fərq imtahanı verirlər.

- II ixtisas qrupu:
riyaziyyat, coğrafiya, tarix;

- III ixtisas qrupu
DT altqrupu -qəbul imtahanı dilinə uyğun olaraq Azərbaycan və ya rus dili, tarix, ədəbiyyat;
TC altqrupu -qəbul imtahanı dilinə uyğun olaraq Azərbaycan və ya rus dili, tarix, coğrafiya;
III ixtisas qrupu üzrə dil-tarix (DT) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, tarix-coğrafiya (TC) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər ödəniş etməklə əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verirlər.

- IV ixtisas qrupu:
biologiya, kimya, fizika.

- V qrupu: abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər.

Dövlət İmtahan Mərkəzi
❤1
"IX sinfi bitirənlər XI sinifdə də buraxılış imtahanını yeni formatda verəcəklər" - DİM sədri
🤡4
Çadır şəhərciyi, Sabirabad, 2001 - 📷 Mirnaib Həsənoğlu
Zəngilan, Ağalı, 2026 - 📷 Azərtac

#BöyükQayıdış #QarabağaQayıdış #ŞərqiZəngəzur #Qarabağ
❤3
✅️ Dövlət İmtahan Mərkəzi 15 fevral 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçirəcək.

⏰️ İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

📑 Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

✅ Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

✅️ “İmtahana buraxılış vərəqəsi”ni.

📌 Ətraflı məlumat üçün https://shorturl.at/1NLkB linkinə daxil ola bilərsiniz.

📍İmtahanda iştirak edəcək şəxslərə linkə daxil olub xəbərlə tanış olmağı tövsiyə edirik.

Bütün iştirakçılara uğurlar arzu edirik!
📢 Eksternat imtahanlarının nəticələri açıqlandı!

Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri bəlli olub.

Nəticələrə əsasən:
🔹 İbtidai təhsil səviyyəsi üzrə – 1 şagird
🔹 Tam orta təhsil səviyyəsi üzrə – 1 şagird


Ümumilikdə 2 şagird müsabiqədən uğurla keçib.

✅ Uğur qazanan şagirdlər cari tədris ilinin II yarım ilindən etibarən bir sinif yuxarıda təhsillərini davam etdirmək imkanı əldə ediblər.
Milli qiymətləndirmə sistemində müstəsna xidmətləri olan Məleykə Xanım Abbaszadənin rəhbərliyi ilə Dövlət İmtahan Mərkəzi əməkdaşları daim öz şəffaf fəaliyyəti ilə xidmət göstərir.
Ətraflı:
https://www.instagram.com/p/DUq3d3SDJm9/?igsh=YmdkcnEyeW50emRq
🥴4👍1
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” ixtisasına 678.750 bal ilə qəbul olub.

Orxan Nəzərli 2001-ci ildə TQDK-nin qəbul imtahanında (indiki DİM)
678.750 bal ilə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” ixtisasına qəbul olub.
Ətraflı:
https://www.instagram.com/p/DUq5oTujDF5/?igsh=OWc1bW5nbXp1eDcz
Füzuli rayonu Qarabağ kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor, “İlin gənc müəllimi” Əlihüseyn Yaqubov fikirlərini bölüşüb.
Repetitorluğu tamamilə aradan qaldırmaq real görünmür, lakin bu yükü məktəb daxilində tənzimləmək mümkündür.
“Şagirdlərin maraq dairəsinə baxdıqda, İKT dövründə yaşadığımızı və yorğun şagirdlərin diqqətini başqa istiqamətlərə yönəltməyə meyilli olduqlarını görürük. Buna görə də qeyd etdiyimiz məsələlər mütləq həllini tapmalıdır.
Repetitor fəaliyyətini tam dayandırmaq çətindir. Müəllim sərbəst vaxtında əlavə xidmət göstərir və bunun müqabilində ödəniş alır. Lakin bu prosesi daha effektiv şəkildə tənzimləmək mümkündür.
İnkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanaraq, dərsdən sonra şagirdlərin məktəbdə qalması, əlavə dərslərin məktəb daxilində təşkili, sabahkı mövzuların əvvəlcədən izah edilməsi, həmçinin əlavə təlimçilərin və müəllim köməkçilərinin məktəbə cəlb olunması yüklənməni azalda bilər".
👍4
Bu gün Xidmətimizin yaradılmasından 14 il ötür.

Cənab Prezident İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır.

Ətraflı: https://seferberlik.gov.az/az/news/detail/995
Eksternat qaydasında keçirilən imtahanların nəticələri bəlli olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, imtahanlarda iştirak edən şəxslərin bilik və bacarıqları müvafiq qaydalara uyğun olaraq qiymətləndirilib və nəticələr təsdiq edilib.
Nəticələr barədə məlumat iştirakçılara SMS bildirişi vasitəsilə göndərilib.
Qeyd edək ki, eksternat imtahanlarının keçirilməsində əsas məqsəd müxtəlif səbəblərdən təhsilini yarımçıq qoymuş və ya müvafiq sinif üzrə təhsilini təsdiqləmək istəyən şəxslərə biliklərini qiymətləndirmək imkanı yaratmaqdır.