Vüsət Əzizov
10.3K subscribers
17.6K photos
79 videos
172 files
7.16K links
Təhsil ilə bağlı rəsmi məlumatlar
Online şəkildə bütün növ təhsil xidmətləri göstərilir.
Əlaqə: +994777645000
Youtube:https://youtube.com/c/VusetAzizov
İnstagram: https://www.instagram.com/vuset.azizov
Tik-Tok: https://www.tiktok.com/@vusatazizov?_t=ZS-8t
Download Telegram
“Tələbə yataqxanalarının sayının artırılması və bu sahəyə özəl sektorun cəlb edilməsi ilə bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarıla bilər”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.

Deputat qeyd edib ki, məsələ parlamentin payız sessiyasında dövlət büdcəsinin müzakirəsi zamanı gündəmə gətirilə bilər.

Onun sözlərinə görə, bu istiqamətdə iqtisadi təşviq mexanizmlərinin, eləcə də müvafiq hüquqi çərçivənin formalaşdırılmasına ehtiyac var.

Ətraflı: https://muallim.edu.az/telebelerin-yataqxana-problemi-nece-hell-oluna-biler-deputatdan-teklif

#AzərbaycanMüəllimi #Tələbə #Yataqxana
👍3
🎓 Tələbələrə nəqliyyatda güzəşt ediləcək!

TələbəPlus kartı ilə BakıKart üzrə gediş haqqını ödəyən tələbələr xərclədikləri məbləğin 10%-ni geri qazanacaqlar.

🔹 İmkan həm fiziki TələbəPlus kartına, həm də QR ödənişlərinə şamil olunur.
🔹 İlin sonunadək gündəlik say limiti tətbiq edilməyəcək.

📌 Bilik Günü münasibətilə təqdim olunan bu imkan tələbələrin gündəlik nəqliyyat xərclərinin bir hissəsini geri qazanmasına şərait yaradacaq.
👍2
Sumqayıt Dövlət Universitetinin (SDU) prorektoru Elşad Abdullayev vəzifəsindən azad edilib.
Modern.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
O, ali məktəbin elm və innovasiyalar sahəsinə cavabdeh olan prorektoru idi.
Qeyd edək ki, Abdullayev Elşad Tofiq oğlu 1981-ci il oktyabrın 20-də Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub.
2023-cü ilin dekabrında SDU-nun prorektoru təyin olunmuşdu.
❗️Azərbaycan Dillər Universiteti (ADU) ölkəmizin təhsil məkanında növbəti tarixi yeniliyə imza atır.

✅ İlk dəfə olaraq ali məktəb səviyyəsində Afrikanın qədim dillərindən olan Suaxili dilinin tədrisinə başlanılacaq. Bu barədə ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib.

📌 Rektor qeyd edib ki, dilin yüksək səviyyədə mənimsənilməsini təmin etmək məqsədilə tədris prosesinə Keniyadan yerli mütəxəssis cəlb edilib.

ℹ️ Ətraflı: https://adu.edu.az/az/xeberler/xeberler/15016.html
Bir gün, şanlı tarix, əbədi zəfər 🇦🇿

Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələnən lokal xarakterli antiterror tədbirlərindən 3 il ötür.
Forwarded from otk.az
IX sinif şagirdləri üçün vacib elan! Distance Learning Center-də buraxılış fənləri üzrə onlayn dərslər artıq başlayıb!
Sentyabr ayı – ÖDƏNİŞSİZ DƏRSLƏR + 40% ENDİRİM KAMPANİYASI!

Dərslər onlayn keçirilir və Azərbaycanın hər yerindən qoşulmaq mümkündür.

📩 Qeydiyyat üçün +994771039236
🎓 Şagirdlər artıq repetitorsuz universitetə qəbul ola bilir.

MÜTDA direktoru Eşqi Bağırov bildirib ki, təmayül modeli tətbiq olunan məktəblərdə şagirdlərin nəticələri diqqətçəkəndir.

📌 14 məktəbdə tətbiq olunan layihə 400-dən çox şagirdi əhatə edib. Onların 95%-dən çoxu ali təhsil müəssisələrinə qəbul olub.

Layihə çərçivəsində şagirdlərin əlavə hazırlıq ünvanlarına getmədən, məktəbin öz imkanları və müəllimləri hesabına ali məktəbə hazırlanması nəzərdə tutulub.

Eşqi Bağırovun sözlərinə görə, şagirdlərin nəticəsində əsas rol fərdi məşğələlərdən çox, məktəbin təhsil imkanları və xidmətin keyfiyyətinə məxsusdur.
👍1
Xırdalan şəhərində "AAAF Park" yaşayış kompleksində yerləşən Yaşam Beynəlxalq Məktəbində şagirdlər üçün hazırlanan nahar yeməyi.Çalışıb Məktəb haqqında daha detallı məlumat paylaşacam. Xırdalan şəhərində yüksək standartlara cavab verən belə bir Məktəbin olması şəhər sakini kimi həqiqətən çox xoşdur. Şəkildən də göründüyü kimi bir məktəblinin doya biləcəyi qədər təamlar var. Maraqlananlar üçün ünvan:
📍 Xırdalan, AAAF Park yaşayış kompleksi
Əlaqə nömrəsi:
📞 051 557 00 00
👍2
Elşad Abdullayevlə bağlı yayılan məlumat dəqiqləşdirildi

Bu gün bəzi media resurslarında Sumqayıt Dövlət Universitetinin (SDU) Elm və innovasiyalar üzrə prorektoru Elşad Abdullayevin vəzifəsindən azad edilməsi barədə məlumat yayılıb.
Sumqayıt.tv-nin etibarlı mənbədən əldə etdiyi məlumata görə, bu məlumat həqiqəti əks etdirmir.
Qeyd edək ki, SDU-nun rəsmi internet səhifəsində Elşad Abdullayev hazırda Elm və innovasiyalar üzrə prorektor kimi göstərilir.
Sumqayıt.tv məlumatı dəqiqləşdirərək təqdim edir.

#ElşadAbdullayev #SDU #SumqayıtDövlətUniversiteti #SumqayıtTV #Sumqayıt
👍1
20 Sentyabr - Dövlət Suverenliyi Günü
#Azərbaycan #Azerbaijan
👍1
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir.

"Şərq qapısı" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Naxçıvan Dövlət Universitetinə keçir.

Elm və Təhsil Nazirliyinə qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
👍1
Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

🔻Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.

🔹Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir.

📌Eyni zamanda, valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər.
👌1
📌 Qərara əsasən, təhsilin dünyəvilik prinsipinə uyğun olmayan və vahid formanı pozan geyim elementlərindən istifadəyə icazə verilməyəcək. Bu isə məktəblərdə hicab və digər dini geyim elementlərinin qadağan olunması deməkdir.

🔹 Əsas məqamlar:

👨‍👩‍👧 Şagirdlərin geyim tələblərinə əməl etməsinə görə valideynlər cavabdehdir.

🏫 Qaydalara nəzarəti məktəbin Pedaqoji Şurası həyata keçirəcək.

🇦🇿 Yalnız milli-mənəvi tədbirlərdə Pedaqoji Şuranın icazəsi ilə milli geyimlərdən istifadə oluna bilər.

https://aztehsil.az/az/news/3244-sagirdlerin-mektebde-hicab-geyinmesi-qadagan-olunur
Universitet tələbələrimizin uğurları
Avtobusa/metroya minə bilmək
Dərsə vaxtında çatmaq
Tıxacda 2-3 saat vaxt keçirmək
😎

Təhsil məsələləri üzrə mütəxəssis Sərvər Rüstəmov
Türkiyədə liseyə silahlı hücum olub, ölən və yaralananlar var

Hadisə ölkənin Manisa vilayətinin Turqutlu rayonunda baş verib.

İlkin məlumata görə, hücum edən şəxs liseyin qarşısında ətrafa atəş açmağa başlayıb.

Nəticədə 1 şagirdin öldüyü, 8 nəfərin isə yaralandığı qeyd olunur.

Silahlı insidenti törədən şəxs saxlanılıb.
😨2👍1
Bütün günahları tələbələrdə görürlər
❤2
🎓 Tələbə təqaüdləri artırılır?

Sosial şəbəkələrdə tələbə təqaüdlərinin artırılması ilə bağlı müxtəlif məlumatlar yayılıb.

AzEdu.az məlumatın doğruluğunu dəqiqləşdirmək üçün bir sıra ali təhsil müəssisələri arasında sorğu keçirib. Universitetlərdən bildirilib ki, təqaüdlərin artırılması ilə bağlı hər hansı yenilik yoxdur.

📌 Qeyd edək ki, tələbə təqaüdləri sonuncu dəfə 2025-ci il sentyabrın 1-dən artırılıb. Hazırda bakalavriat üzrə təqaüdlər 110-200 manat, magistratura üzrə isə 120-240 manat təşkil edir.
👏2😭1
YENİLƏNİB❗️

Sabahdan Bakı Dövlət Universitetində dərslər onlayn keçiriləcək.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, buna səbəb son günlər şəhərdəki tıxaclardır.

Dərslər həftəsonuna qədər onlayn rejimdə davam edəcək.

Artıq tələbələr bu barədə məlumatlandırılıb.

***

Bakı Dövlət Universitetindən sorğumuza cavab olaraq bildirilib ki, “Formula-1” tədbiri ilə əlaqədar olaraq 23-25 sentyabr tarixlərində (3 gün müddətində) Bakı Dövlət Universitetində dərslər məsafədən - onlayn formada təşkil olunacaq.
👍1
Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 23-25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil olunacaq.
👍1