Vüsət Əzizov
10.3K subscribers
17.6K photos
79 videos
172 files
7.16K links
Təhsil ilə bağlı rəsmi məlumatlar
Online şəkildə bütün növ təhsil xidmətləri göstərilir.
Əlaqə: +994777645000
Youtube:https://youtube.com/c/VusetAzizov
İnstagram: https://www.instagram.com/vuset.azizov
Tik-Tok: https://www.tiktok.com/@vusatazizov?_t=ZS-8t
Download Telegram
📚 “Müəllim gələcəyi formalaşdırır, onun maaşı yüksək olmalıdır”

Müəllimlərin əməkhaqqının deputat və məmurların gəlirləri ilə müqayisəsi son günlər müzakirə mövzusuna çevrilib.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirir ki, müəllimlərin maddi rifahının yüksəldilməsi tələbinə elmi və fundamental əsaslarla haqq qazandırmaq mümkündür.

💬 “Müəllim sadəcə dərs deyən şəxs deyil, gələcək idarəçiləri, alimləri, deputatları və məmurları yetişdirən əsas fiqurlardan biridir”.

Onun sözlərinə görə, müəllim əməyinin qiymətləndirilməsi sosial yardım deyil, strateji investisiya kimi nəzərdən keçirilməlidir.
👍7❤1
UNEC THE Dünya Universitetləri Reytingi 2027-də (Times Higher Education World University Rankings 2027 - THE 2027) bir sıra aparıcı xarici universitetlərdən önə çıxdı.
Uğurlar, UNEC!
Hər şey daha da yaxşı olacaq!

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov

#UNEC
#THEunirankings
👍2
Yüksək bal topladı, Qubada oxumağı seçdi

Qəbul imtahanında 607,7 bal toplayan Aysu Mustafayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olub.

Yüksək nəticəsinə baxmayaraq Qubada təhsil almağı seçən Aysu Mustafayeva bunun uşaqlıq arzusu olduğunu bildirib. O, eyni zamanda anasının müəllim olmaq arzusunu da gerçəkləşdirmək istədiyini deyib.

Aysu uğurunun əsas sirrini intizam və məsuliyyətdə görür. Abituriyent olduğu müddətdə gündə 5-6 saat planlı şəkildə hazırlaşdığını, bəzən saat 03:30-04:00-da oyanaraq dərs oxuduğunu və diqqətini təhsilə yönəltdiyini bildirib.

Mənbə: azedu.аz

#quba #təhsil #foto
👍1
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər.

Elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı əmr imzalayıb.

Ətraflı: https://muallim.edu.az/nazir-tehsil-iscilerini-teltif-etdi-siyahi
👍1
Elm və təhsil üzrə mütəxəssis Rəvan Əliyev
Ətraflı:
https://vt.tiktok.com/ZSbujH1jg/
👎18💩3🖕1
Zəfər tariximiz – Cəbrayıl Şəhəri Günü! 🇦🇿
❤3
📚 5 Oktyabrda ehtiramla anılan şəhid müəllimlər

Müəllimlik yalnız bilik vermək deyil, həm də vətənə, xalqa və dövlətə sədaqət nümunəsi olmaqdır.

🇦🇿 44 günlük Vətən müharibəsində 20 təhsil işçisi qəhrəmancasına şəhid olub. Onların arasında tarix, riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, fizika, gənclərin çağırışaqədərki hazırlığı müəllimləri, məktəb direktorları və digər təhsil işçiləri də var.

Onlar sinif otağında öyrətdikləri vətən sevgisini döyüş meydanında öz həyatları ilə sübut etdilər.

Şəhid müəllimlərimizin və bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.

Ruhunuz şad olsun!
❤6👍1
Bakı Dövlət Universitetində (BDU) tələbələrdən müxtəlif tədbirlər və özəl günlərlə bağlı pul yığılması narazılığa səbəb olub.

Bu barədə Oxu. Az-ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş şikayəti daxil olub.

Şikayətçi iddia edib ki, BDU-nun Politologiya ixtisasında təhsil alan tələbələrdən müxtəlif məqsədlər üçün pul toplanılır.

"Dərslər cəmi bir aydır başlayıb, amma artıq bezmişik. Hər dəfə ad günlərinə pul yığılır, indi də 5 Oktyabr - Müəllimlər Günü ilə bağlı pul toplanır. İmkanı olan var, olmayan var. Kiminsə etiraz etməyə cürəti çatmır", - deyə şikayətçi bildirib.

İddia ilə bağlı aidiyyəti üzrə sorğu göndərilib.

#BDU #təhsil #oxuaz
❤1
Bakalavriat səviyyəsi üzrə dövlət sifarişli yerlərə qəbul olunmaq üçün keçirilən əlavə müsabiqə haqqında məlumat
2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalmışdır. Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələr arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilmişdir.
Əlavə müsabiqənin nəticələrinə əsasən bakalavriat səviyyəsi üzrə 1870 tələbə ödənişsiz təhsil almaq hüququ əldə etmişdir. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilmişdir.
Ətraflı:
https://dim.gov.az/az/metbuat/xeberler/bakalavriat-seviyyesi-uzre-dovlet-sifarisli-yerlere-qebul-olunmaq-ucun-kecirilen-elave-musabiqe-haqqinda-melumat-1
👍2
📚"Dövlət sifarişi əsasında ayrılan hər bir təhsil yeri bir gəncin təhsilinə dövlət tərəfindən verilən dəstəkdir. Bu imkanlardan maksimum dərəcədə tələbələrin xeyrinə istifadə olunmasını vacib hesab edirik".

Bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildiirb.

O deyib ki, hər il ali təhsil müəssisələrinə qəbul aparıldıqdan sonra müxtəlif səbəblərdən dövlət sifarişi üzrə müəyyən sayda yer boş qalır.
❤1👍1
📌 623 balla Qubada müəllimliyi seçdi: “İstəmədiyim işdə niyə işləməliyəm?”

623 bal toplayaraq ADPU Quba filialında Riyaziyyat müəllimliyi ixtisasına qəbul olan Elşad Musayev yüksək nəticəsinə baxmayaraq, seçimindən geri dönməyib.

🎓 Ona “Bakını, ADA-nı və ya mühəndisliyi seç” deyənlər olsa da, Elşad uşaqlıqdan arzuladığı müəllimlik peşəsini seçib.

Gələcəyin riyaziyyat müəllimi qəbul imtahanına 2 il ciddi hazırlaşdığını, uğurunda müəllimlərinin və ailəsinin böyük dəstəyinin olduğunu deyir.

📚 Elşad yüksək nəticə toplamaq istəyən abituriyentlərə isə müəllimi diqqətlə dinləməyi və mövzuları mütəmadi təkrarlamağı, riyaziyyatı öyrənməkdə çətinlik çəkənlərə isə ən sadə suallardan başlayaraq tədricən çətinlərə keçməyi tövsiyə edir.

Ətraflı:
https://azedu.az/az/news/111349/613-balla-qubada-muellimliyi-secdi-basqa-ixtisaslara-hevesim-yoxdur
👍2
“Elə bir ölkə yoxdur ki, onun təhsil sahəsində problemi olmasın. Mən işləyən dövrdə də olub, bu gün də var, gələcəkdə də olacaq. Ancaq fikrimcə, təhsildə ən ciddi problemlərdən biri müəllimlərin əməkhaqqı məsələsi idi.

Bu gün həmin məsələ yavaş-yavaş, hissə-hissə öz həllini tapmaqdadır. İndi müəllimlərin əməkhaqqı mənim dövrümə nisbətən hiss olunacaq dərəcədə artıb və ilbəil artmaqda davam edir. Məktəb direktorlarının əməkhaqqı da artıb. Bu da çox yaxşı işdir. Beynəlxalq təcrübə öyrənilir, ölkəmizə gətirilir və tətbiq olunur. Dərsliklərin və dərs vəsaitlərinin çapına çox ciddi fikir verilir. Kurikulum islahatı ölkəmizdə davam edir. Məktəblərimiz müasir avadanlıqlarla təchiz olunur”- Misir Mərdanov

(c) Azərtac
Forwarded from Vüsət Əzizov
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ANQOLA PREZİDENTİ EDUARDU DUŞ SANTUŞ İLƏ GÖRÜŞMÜŞDÜR

Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Nyu-Yorkda Anqola Prezidenti Eduardu Duş Santuş ilə görüşmüşdür.

Azərbaycanı özünün ikinci vətəni adlandıran cənab Duş Santuş 1969-cu ildə Bakıda Neft Akademiyasını bitirdiyini bildirdi. O, Azərbaycanla sıx bağlı olduğunu vurğulayaraq Heydər Əliyevlə görüşündən çox məmnun qaldığını söylədi. Heydər Əliyevin vaxtilə Sovetlər İttifaqının rəhbərlərindən biri olarkən onun vətəninə səfərini xatırlayan Anqola Prezidenti hazırda müstəqil Azərbaycan Respublikası Prezidentinin Anqolaya səfər etməsinə böyük ehtiyac duyulduğunu bildirdi. Cənab Duş Santuş Anqolada çox adamın Azərbaycanda təhsil almasından və ölkələrimiz arasında möhkəm mənəvi əlaqələr yarandığından razılıqla söhbət açdı.
Onun haqqında və Azərbaycan barədə söylədiyi xoş sözlərə görə cənab Duş Santuşa minnətdarlığını bildirən Prezident Heydər Əliyev Anqoladakı hazırkı vəziyyət, şimal ilə cənub arasında gedən müharibənin taleyi ilə maraqlandı. Bu fikirləri diqqətlə dinləyən Anqola Prezidenti təəccübünü gizlətmədən dedi: Cənab Prezident, deyəsən, Anqoladakı vəziyyəti siz məndən yaxşı bilirsiniz.
Respublikamızın rəhbəri müsahibinə Ermənistanın Azərbaycana təcavüzündən ətraflı bəhs etdi. Sonra o, respublikamızın Anqola ilə sıx əməkdaşlıq etmək niyyətində olduğunu bildirdi. Prezident Heydər Əliyev dedi ki, biz beynəlxalq təşkilatlarda da sizin ölkə ilə eyni platformadan çıxış edərək, Azərbaycanın haqq işinə səs verməyinizi arzulayırıq. Cənab Santuş bu fikirlərə tərəfdar olduğunu bildirərək dedi ki, Anqola həmişə Azərbaycanın mövqeyini dəstəkləyəcək və ölkənin beynəlxalq təşkilatlardakı nümayəndələrinə bu barədə göstərişlər verəcəkdir.
Görüşün sonunda Prezident Heydər Əliyev cənab Duş Santuşun daha tələbə kimi yox, Anqola dövlətinin Prezidenti kimi Azərbaycana səfərə gəlməsini arzuladı. Anqola Prezidenti də Azərbaycan rəhbərini öz ölkəsinə rəsmi səfərə dəvət etdi.
03.11.1995

Ətraflı:

https://azertag.az/xeber/azerbaycan_prezidenti_heyder_eliyev_anqola_prezidenti_eduardu_dus_santus_ile_gorusmusdur-798836

https://az.wikipedia.org/wiki/Joze_Eduardu_du%C5%9F_Santu%C5%9F
DTX rəisi: Oktyabrın 1-nə olan məlumata görə, 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

“Bizim vəzifəmiz hər bir insanın taleyinə aydınlıq gətirməkdir”.
Bunu Bakıda keçirilən Beynəlxalq Konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib.

Əli Nağıyev bildirib ki, Vətən müharibəsində qazanılmış Zəfər və 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri axtarışlar üçün yeni imkanlar yaradıb: “Ümumilikdə 11 576 donordan bioloji nümunələr toplanaraq sistemləşdirilib. İnsan qalıqları üzərində aparılan ekspertizalar onların işgəncələrə məruz qaldığını göstərir. Bu əməllərə hüquqi qiymət verilməlidir”.
📚Jurnalistlər təhsilin kölgədə qalan tərəflərini açıqladı

Təhsil gündəmində məktəblər, müəllimlər, şagird nailiyyətləri və ali təhsil daha çox müzakirə olunur. Bəs diqqətdən kənarda qalan problemlər hansılardır?

🧠 Məktəb psixoloqlarının fəaliyyəti,
📖 kitabxanaların vəziyyəti,
🏫 kənd məktəblərinin problemləri,
♿ inklüziv təhsildə maarifləndirmə,
👩‍🎓 tələbələrin istehsalat təcrübəsi,
🎨 şagirdlərin dərsdənkənar inkişaf imkanları,
📌 məktəbdən yayınma və davamiyyət məsələləri...

AzEdu.az təhsil jurnalistlərindən təhsilin “ögey övladları” hesab edilə biləcək sahələri və onların həlli üçün atılmalı addımları soruşub.

Ətraflı:
https://azedu.az/az/news/111387/tehsilde-kolgede-qalan-meseleler-jurnalistler-problemleri-aciqladilar
👍2❤1
Bəlkə də Bakı şəhəri üzrə ən ucuz qiymətlər sayıla bilər. Bəs sizin təhsil aldığınız təhsil müəssisəsində qiymətlər necədir?
❤7👍3
🎓 Bəzi kolleclərin ləğv olunması gözlənilir

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov AzEdu.az və Modern.az-a açıqlamasında “Ali təhsil haqqında” qanun layihəsi çərçivəsində kolleclərlə bağlı planlardan danışıb.

📌 Onun sözlərinə görə, bəzi kolleclərin profilinə uyğun universitetlərin tərkibinə verilməsi, digərlərinin isə ləğvi nəzərdə tutulur.

🗣️ “Niyə Tibb Universitetinin nəzdində tibb kolleci olmasın? Yaxud niyə Pedaqoji Kollec Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərkibində olmasın?”, - deyə komitə sədri bildirib.
👍3❤2
Azərbaycanda noyabr ayı uzunmüddətli istirahət günləri ilə yadda qalacaq. Beşgünlük iş rejimində çalışanlar ay ərzində ümumilikdə 11 gün işə çıxmayacaqlar.
BAKU.WS xəbər verir ki, xüsusilə noyabrın 8, 9 və 10-u ardıcıl üç istirahət gününə təsadüf edir. Noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu tarixlərin həftəsonuna düşməsi səbəbindən noyabrın 10-u da beşgünlük iş həftəsində istirahət günü hesab edilir.
Beləliklə, beşgünlük iş həftəsində çalışanlar noyabr ayında 11, altıgünlük iş həftəsində çalışanlar isə ümumilikdə 7 qeyri-iş günü keçirəcəklər.
👍1