Vüsət Əzizov
10.3K subscribers
17.6K photos
79 videos
172 files
7.16K links
Təhsil ilə bağlı rəsmi məlumatlar
Online şəkildə bütün növ təhsil xidmətləri göstərilir.
Əlaqə: +994777645000
Youtube:https://youtube.com/c/VusetAzizov
İnstagram: https://www.instagram.com/vuset.azizov
Tik-Tok: https://www.tiktok.com/@vusatazizov?_t=ZS-8t
Download Telegram
❗Dövlət İmtahan Mərkəzinin (DİM) Maliyyə departamentinin İqtisadi təhlil, büdcə və hesabatlılıq şöbəsinin müdiri dəyişib.

Bununla bağlı DİM sədri Məleykə Abbasova müvafiq əmr imzalayıb.

Belə ki, Elşən Cabbarov İqtisadi təhlil, büdcə və hesabatlılıq şöbəsinin müdiri vəzifəsindən ayrılıb, onun yerinə isə Vəfa Hüseynova təyin olunub.

(İqtisadiyyat.az)
Son günlərin əsas müzakirə mövzusu barədə fikirlərinizi bizimlə bölüşün.

Sizcə hansı?
💘3
“Xarici mərkəzlərin sosial şəbəkələr vasitəsilə hicab və digər dini mövzuları qabardaraq təhsilin dünyəvi xarakterinə qarşı ideoloji təbliğat aparması milli təhlükəsizliyə, cəmiyyətin dünyəvi dəyərlərinə və gənclərin azad inkişafına birbaşa təhdid kimi qiymətləndirilməlidir”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasına əsasən, təhsil dünyəvi xarakter daşıyır və dövlətin dindən ayrılığı prinsipi əsas götürülür.

Ətraflı: https://muallim.edu.az/kenar-dini-ideoloji-tesirlerden-qorunmaq-ucun-sistemli-maariflendirme-vacibdir-hikmet-elizade

#AzərbaycanMüəllimi
❤1
Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbində namaz vaxtı. 1911-ci il

📌Xatırladaq ki, Hacı Zeynalabdin Tağıyevin 1901-ci ilin oktyabrında açdığı bu məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi.
Ətraflı:
https://www.facebook.com/share/1F2Nsbjynr/?mibextid=wwXIfr
❤9
❗️Qanunvericiliyə əsasən, valideynlər övladlarının ümumi təhsil almasını təmin etməyə borcludurlar.

Bu vəzifənin üzrsüz səbəbdən yerinə yetirilməməsi valideynlik vəzifələrinin icra olunmaması kimi qiymətləndirilə və xəbərdarlıqdan tutmuş valideynlik hüquqlarının məhdudlaşdırılması və ya məhrum edilməsinə qədər tədbirlərə səbəb ola bilər.

⚡️Lakin uşağın dərsə davamiyyətinin təmin edilməməsinə görə birbaşa inzibati cərimə nəzərdə tutulmur.

📌Ətraflı:
https://modern.az/az/olke/832082/ovladini-uzrsuz-sebeblerden-mektebe-gondermeyen-valideynler-sert-cezalandirilacaq/
👍4
TQDK-nın (indiki DİM) ilk sədri, filologiya üzrə fəlsəfə doktoru Vurğun Əyyub: "Mənə qarşı sui-qəsd hazırlanırdı"
Ətraflı:
https://www.facebook.com/share/v/1F64ZMssov/?mibextid=wwXIfr
“Ümumtəhsil məktəblərində geyim qaydaları ilə bağlı qəbul edilən qərar cəmiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olub. Bu məsələyə təhsilimizin mahiyyəti, dünyəvilik prinsipi və qarşılıqlı hörmət çərçivəsində yanaşmalıyıq”.

Bu barədə “Azərbaycan müəllimi”nə danışan elm və təhsil üzrə mütəxəssis Murad Ağalarov bildirib ki, məktəblərdə vahid geyim qaydalarının tətbiqini hər hansı bir dinin və ya dini inanclı insanların sıxışdırılması kimi qiymətləndirmək doğru deyil.

Ətraflı: https://muallim.edu.az/geyim-qaydalari-dini-inancli-insanlarin-sixisdirilmasi-kimi-qiymetlendirilmemelidir-murad-agalarov

#AzərbaycanMüəllimi
❤1
📚Kollecə yalnız universitetə imtahansız qəbul olmaq məqsədilə üz tutmaq bu təhsil müəssisələrinin əsas funksiyasını arxa plana keçirir.

Bunu “Azedu Podkast”ın efirində təhsil eksperti Elmin Nuri bildirib.

🗣️Onun sözlərinə görə, kolleclərə marağın qorunmasında subbakalavrların universitetlərə imtahansız qəbul imkanının mühüm rolu var. Lakin bu imkana arxalanaraq seçim edənlər gələcəkdə gözlədikləri nəticəni əldə etməyə bilərlər.

📌Ətraflı:
https://modern.az/az/tehsil/832130/universitete-imtahansiz-qebul-umidi-ile-kollec-secenlere-xeberdarliq/
❗️📚Təhsilin keyfiyyəti müzakirə olunarkən adətən ali məktəblərin reytinqləri və buraxılış imtahanlarının nəticələri ön plana çıxır. Lakin təhsilin sonrakı pillələrində köklü dəyişikliklərə nail olmaq üçün ilk növbədə ibtidai təhsilin keyfiyyəti artırılmalıdır. Elm və təhsil naziri Emin Əmrullayevin səsləndirdiyi fikir də bu məqama diqqət çəkir:

“İbtidai təhsilin sonunda əsaslı dəyişiklik görmürüksə, tam orta və ali təhsildə də bunu görmək mümkün deyil”.

📣Mövzu ilə bağlı danışan deputat Ceyhun Məmmədov müəllimlərin hazırlığının mühüm rol oynadığını bildirib.

Ətraflı:
https://modern.az/az/tehsil/827580/ibtidai-siniflerde-zeif-oxuyan-sagirdlere-elave-destek-verilsin-deputat/
✍️Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Modern.az-a müsahibəsində bəzi kolleclərin müvafiq universitetlərin tərkibinə daxil edilməsinin, digərlərinin isə ləğvinin nəzərdə tutulduğunu bildirib.

Bu dəyişikliklər kollec diplomlarının etibarlılığı, hazırda təhsil alan tələbələrin və subbakalavrların gələcəyi ilə bağlı suallar yaradır.

⚡️Mövzu ilə bağlı danışan təhsil eksperti Elmin Nuri bildirib ki, kollecin və ya universitetin bağlanması həmin müəssisənin qanuni fəaliyyət göstərdiyi dövrdə verdiyi diplomların etibarlılığına təsir etmir.

Ətraflı:
https://modern.az/az/tehsil/829321/baglanan-kolleclerin-mezunlari-universitete-qebul-ola-bilecekler/
👍2
⚡🗣️ “Digər yol məktəbdə müəllimin maaşının beş-altı dəfə artırılması ola bilər. Ümumiyyətlə müəllim saathesabı deyil, saat 9-dan 6-a dək işləyənlər kimi ödəniş almalıdır. Vallah, heç bir müəllim istəməz ki, səhərdən axşama qədər əlində köhnə çanta, içində termos, bir az çörək, davamlı işləsin. Nə etsin?
💰Aldığı əməkhaqqı yaşayışını təmin etmir, ailəsi var, uşaqları böyüyür.
Başqa bir məqama toxunmaq istəyirəm: cavanlar dövlət qulluğuna niyə gedirlər? Çünki orada əməkhaqqı yüksəkdir. Eyni yanaşmanı müəllimliyə də tətbiq edək. Onda təkcə xanımlar deyil, kişilər də müəllimliyə üz tutacaqlar”.

✍️Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov Modern.az-a geniş müsahibə verib.

📌Ətraflı:
https://modern.az/az/musahibe/832206/sagirdlerin-oxuyub-qavramamaginin-sebebi-ya-derslik-ya-da-muellimdir-musahibe/
👏4
📌 “Müəllim peşəsinin vurğunu olmalıdır”.

📌 “Bu gün də minlərlə "müəllim" adını daşıyan var ki, heç vaxt müəllim qarşısında oturmayıb”.

📌 “Müəllim gedir, sertifikasiyada bal toplaya bilmir və sonra utanmadan məktəbə qayıdır”.

📌 “Hər kəs bildiyi kimi geyinəndə çoxlarının diqqəti dağılır, dərs kənarda qalır”.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov AzEdu.az və Modern.az-a müsahibəsində məktəbli forması, ibtidai təhsilin vəziyyəti, müəllimlərin əməkhaqqısı və sertifikatlaşdırma ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

Ətraflı:
https://www.facebook.com/share/p/1Dn9xFC8Rq/?mibextid=wwXIfr
👍2
"DİM-dən aldığımız məlumata əsasən hicablı şagirdlər buraxılış və blok imtahanlarında iştirak edə biləcək"
Təhsil eksperti Eldəniz Mahmudov
❤8👍1
Məktəbdə düzgün geyim qaydaları
Ətraflı:
https://www.facebook.com/share/p/19p3ywVcay/?mibextid=wwXIfr
👎15👍5❤2
1901-ci ilin 7 oktyabrında Bakıda müsəlman qızlar üçün ilk təhsil ocağı - Qızlar Məktəbi açılıb. Məktəb tanınmış maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə böyük mesenat, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfidən inşa edilmişdi. “Cəmaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir” deyən H.Z.Tağıyevin min-bir əziyyət bahasına açdırdığı qızlar məktəbi 20-ci əsr müsəlman Şərq təhsil tarixində çevrilişə səbəb oldu. Bu, Cənubi Qafqazda müsəlman xanımlar üçün ilk ali təhsil müəssisəsi idi. Məktəbin direktoru Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova-Zərdabi idi.
Ətraflı:
https://www.facebook.com/share/1F4ADWTRpR/?mibextid=wwXIfr
❤14👍1
📊 Azərbaycanda kolleclərdə cəmi 113 elmi dərəcəli müəllim çalışır!

2025/2026-cı tədris ilinin əvvəlinə orta ixtisas təhsili müəssisələrində 6 352 nəfər professor-müəllim heyəti fəaliyyət göstərib.

Onlardan:
🔹 9 nəfəri elmlər doktoru;
🔹 104 nəfəri fəlsəfə doktorudur.

Elmi adlara gəlincə, kolleclərdə 10 professor və 31 dosent çalışır.

Qeyd edək ki, ötən tədris ili ilə müqayisədə kolleclərdə professor-müəllim heyətinin ümumi sayı 22 nəfər azalıb.
❤1
🎓 700 bal toplayan tələbələr Prezident təqaüdünə layiq görüldü

Prezident İlham Əliyev 2026–2027-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul olunan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

🌟 Təqaüdçülər arasında 700 bal toplayan Samir Tağıyev (Azərbaycan Tibb Universiteti) və Burlaxatun Məcidova (ADA Universiteti) da var.
UNEC-in 5 tələbəsi Prezident təqaüdünə layiq görülüb! 🎉

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) Maliyyə ixtisası üzrə təhsil alan 5 tələbəsi Prezident təqaüdünə layiq görülüb.

Prezident təqaüdçülərimiz:
Leyla Rəsul
Seymur İsmayılov
Əli Umudov
Elvin Hacıyev
Xəyal Xasməmmədli

Tələbələrimiz Prezident təqaüdü ilə yanaşı, əlaçı təqaüdü, eləcə də qəbul imtahanlarında 650 və daha yüksək bal toplayaraq UNEC-i seçdikləri üçün universitetin xüsusi təqaüdünü də alacaqlar.

Beləliklə, tələbələrimizin aylıq təqaüdü ümumilikdə 850 manat təşkil edəcək:

350 manat – Prezident təqaüdü;
200 manat – əlaçı təqaüdü;
300 manat – UNEC-in xüsusi təqaüdü.

Tələbələrimizi təbrik edirik, təhsillərində və gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq! 🤩

#UNEC #PrezidentTəqaüdü
❤6