Vüsət Əzizov
10.3K subscribers
17.6K photos
79 videos
172 files
7.16K links
Təhsil ilə bağlı rəsmi məlumatlar
Online şəkildə bütün növ təhsil xidmətləri göstərilir.
Əlaqə: +994777645000
Youtube:https://youtube.com/c/VusetAzizov
İnstagram: https://www.instagram.com/vuset.azizov
Tik-Tok: https://www.tiktok.com/@vusatazizov?_t=ZS-8t
Download Telegram
❗Müstəqilliyin ilk illərində yaşanan iqtisadi çətinliklər fonunda məktəbli forması məcburi geyim atributu olmaqdan çıxaraq bir müddət arxa plana keçdi. Sonrakı illərdə isə təhsilə dövlət qayğısının artması, şagirdlər arasında sosial bərabərliyin təşviqi, rahatlıq və estetik görünüş məsələləri vahid məktəbli forması mövzusunu yenidən gündəmə gətirdi.

⚡Ötən illər ərzində məktəbli formaları yalnız geyim dəyişikliyinin deyil, həm də cəmiyyətin zövqündə, iqtisadi imkanlarında və təhsilə yanaşmasında baş verən dəyişikliklərin göstəricisinə çevrildi.

Bəs Azərbaycan məktəblərində forma ənənəsi hansı mərhələlərdən keçib?

Ətraflı:https://modern.az/az/tehsil/835278/azerbaycanda-mektebli-formalarinin-35-illik-tarixcesi-fotolar/
❤1👍1
Vüsət Əzizov
“Abituriyent” verilişinin növbəti qonağı Dövlət İmtahan Mərkəzinin İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin müdiri Nigar Hüseynova-Didavaridir. O, ali təhsil müəssisələrinə və kolleclərə sənəd qəbulu ilə bağlı Mərkəzə daxil olan suallara aydınlıq…
🔺Bu il də Bakı Ali Neft Məktəbi 35 Prezident təqaüdçüsü ilə lider oldu!

Cənab Prezident İlham Əliyevin 2026–2027-ci tədris ili üzrə Prezident təqaüdçüləri haqqında Sərəncamına əsasən, ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 tələbədən 35-i Bakı Ali Neft Məktəbinin tələbəsidir!

🔺Bu nəticə ilə BANM növbəti dəfə ölkə üzrə liderliyini qoruyub saxlayır.

🔺BANM artıq 7-ci dəfədir Prezident təqaüdçülərinin sayına görə liderdir.

Tələbələrimizin ixtisaslar üzrə bölgüsü belədir:

🔹 Maliyyə – 13 nəfər
🔹 İnformasiya təhlükəsizliyi – 10 nəfər
🔹 Kimya mühəndisliyi – 8 nəfər
🔹 Kompüter elmləri – 3 nəfər
🔹 Data analitikası – 1 nəfər

Qürur duyuram ki, Azərbaycanın ən istedadlı, bilikli və məqsədyönlü gəncləri Bakı Ali Neft Məktəbini seçir, bizə inanır və gələcəklərini bizimlə qurmağa qərar verirlər.

Bizə güvənən, BANM-i seçən bütün intellektual gəncliyimizə təşəkkür edir, hər birini ürəkdən təbrik edirəm!

BANM- nin rektoru Elmar Qasımov
👍9
❗Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev dindirmə zamanı heç kimə zərər vermək niyyətində olmadığını bildirib. O, erməni ailəsinin evinə daxil olduqdan sonra ev sahibəsinin silahından yapışdığını və buna görə atəş açmağa məcbur olduğunu deyib.

✍Bu barədə Ermənistanın “Joğovurd” qəzeti Azərbaycan əsgərinin dindirmə zamanı iatintaqa danışdıqlarına istinadən yazıb.
Ətraflı:
https://modern.az/az/olke/836857/irevanda-saxlanilan-azerbaycan-esgerinin-ifadesi-yayildi/
Bu gün Binə qəsəbəsi “Südçülük Sovxozu”nda yerləşən 136 saylı məktəbdə şagirdlərə xəsarət yetirilib.

Əməli törədən şəxslər saxlanılıb.
Ətraflı:
https://www.facebook.com/share/v/19JoT2Utm1/?mibextid=wwXIfr
DİN-in məlumatına görə, oktyabrın 12-də Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
👍1
“Sabah”dan tarixi qələbə! 🦉
Təmsilçimiz “Slaviya”nı məğlub edərək Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazandı. Təbrik edirik! 🤩

#azpfl #pfl #ucl
❤2👍1
Şərur Peşə Liseyində fərqli nəsilləri birləşdirən maraqlı bir mənzərə var. Səhərlər eyni evdən çıxan nənə və nəvə eyni təhsil müəssisəsinə üz tutur.

Onlardan biri illərdir ailəsi üçün hazırladığı yeməkləri peşəkar səviyyədə bişirməyi öyrənmək, digəri isə ailə ənənəsini davam etdirərək elektrik peşəsinə yiyələnmək istəyir.

Eyni liseydə fərqli ixtisaslar üzrə təhsil alan 63 yaşlı nənə və 16 yaşlı nəvə ilə söhbətləşdik.

Ətraflı: https://muallim.edu.az/tehsilin-pese-seciminin-ve-oyrenmek-isteyinin-yasi-yoxdur-telebe-nene-neve
👍2
❗Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub.

Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib.

🗣Mübahisə zamanı Elvin Mirkamilə onunla zarafat etməsini irad tutub. Mirkamil isə ona "Kişi deyilsən?" sualını verib. Nəticədə mübahisə böyüyüb və Elvin Mirkamilə şillə vurub. Şillədən əsəbiləşən Mirkamil Elvinə yumruq zərbələri endirməyə başlayıb. Hadisə nəticəsində Elvin yıxılıb və başı betona dəyib.

⚡Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Mirkamil Mirislamov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.
(Oxu.az)

Ətraflı:
https://modern.az/az/hadise/840062/bakida-kollecde-kutlevi-dava-telebe-komaya-dusdu/
Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərdən birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdinin dərsə buraxılmaması ilə bağlı insident baş verib.

Şagirdin atası Çingiz Balabəyov direktorla münaqişə yaradaraq məktəbin iş rejimini pozub və müəllimlərə qarşı nalayiq ifadələr işlədib.

O, polis əməkdaşları tərəfindən saxlanılaraq inzibati qaydada həbs edilib.
❤2
🚨 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib

📍 Abşeron rayonunun Xırdalan şəhərində yerləşən orta məktəblərdən birinin şüşələri gecə saatlarında daş parçaları ilə sındırılıb.

👮 Hadisəni törətməkdə şübhəli bilinən Bəxtiyar Muradov polis tərəfindən saxlanılıb və həbs edilib.

🔎 Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.
Əziz hicablı şagirdlərim, parta arxasındakı yerlərinizi boş görmək müəllimləriniz üçün ürəkaçan deyil! Əminəm ki, inandığınız Allahı çox sevirsiniz və yenə də əminəm, Allah o qədər böyük olmalıdır ki, sizin kimi saf mələklərə günah yazmasın! İnanın ki, Allahı sizin hicabdan imtina etməyiniz yox, məhz hicaba görə təhsildən imtina etməyiniz daha çox incidər. İnandığınız Allah bu sonsuz kainatı yaradacaq qədər böyük və qüdrətlidirsə inanın ki, sizi bağışlamağı da bacarar. Əminəm ki, inandığınız dini çoxunuz bilmirsiniz və sizə öyrədilənlərə əsasən araşdırmadan, oxumadan hicab bağlamısınız. Sizə din haqda çox şeyi yanlış öyrədiblər. Vaxt gələcək bunları özünüz elmlə, təhsillə kəşf edəcəksiniz.

Nəinki sizin, hətta valideynlərinizin də əksəriyyətinin inandığı quranı oxumadığına adım kimi ƏMİNƏM ! İşıqlı gələcək elmlə, təhsillə gəlir. Siz özünüz də hərəniz bir işıqsınız.
Müəllimləriniz SİZİ ÇOX SEVİR !

(c) Hafiz Süleymanov
❤9
❤13😐5👎2
Bu təklif problemi
həll edəcək?
❗Azərbaycanda əmək bazarının cari vəziyyətini əks etdirən rəsmi rəqəmlər iqtisadiyyatdakı dinamikanı aydın nümayiş etdirir. Son məlumatlara görə, ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1173 manat təşkil edib.

⚡Məsələylə bağlı danışan iqtisadçı Əkrəm Həsənov Avropa Xartiyasında əməkhaqqı ilə bağlı məsələyədə toxunub.

🗣Onun sözlərinə görə orta aylıq gəlir 1173 manat olaraq qeydə alınırsa, minimal əmək haqqı da 700 manatdan az olmamalıdır. Ancaq bizdə orta aylıq gəlir 1173 manat, minimum gəlir isə 400 manat olaraq hesablanır.

Ətraflı:
https://modern.az/az/iqtisadiyyat/841853/minimal-emek-haqqi-700-manat-olmalidir-iqtisadci/
17 oktyabr – Azərbaycanda ilk həmkarlar ittifaqının yaranması ölkəmizin əmək və ictimai həyat tarixində mühüm mərhələdir.

Bir əsrdən artıq tarixi yol keçən həmkarlar ittifaqları bu gün də əmək hüquqlarının qorunması, sosial rifahın yüksəldilməsi və əmək münasibətlərinin inkişafı istiqamətində mühüm fəaliyyət göstərir.

Bu əlamətdar gün münasibətilə bütün həmkarlarımızı təbrik edir, həmkarlar ittifaqı hərəkatının inkişafına töhfə verən hər kəsə təşəkkürümüzü bildiririk.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Araz Paşayev
👍2
❗İbtidai sinif şagirdlərinin məktəb çantalarının həddindən artıq ağır olması son illərdə valideynlərin, pedaqoqların və səhiyyə mütəxəssislərinin ən çox müzakirə etdiyi problemlərdən biridir.

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri açıqlama verib.

⚡Ekspert bildirib ki, məktəbli çantalarının ağır olması bir neçə amillə bağlıdır və problemin həlli kompleks yanaşma tələb edir.

Ətraflı:
https://modern.az/az/tehsil/842257/agir-mektebli-cantalari-sagirdlerin-zehnine-tesir-ede-biler/
❤2
Azərbaycanda bir sıra bölgələrdə ictimai asayişi pozanlar həbs olunublar.

Bakues.az Lent.az-a istinadən xəbər verir ki, hadisələr Abşeron rayonu Masazır, Babək rayonu Nehrəm qəsəbələri, Sumqayıt və Mingəçevir şəhərləri, həmçinin Hacıqabul, eləcə də Masallı rayonlarında qeydə alınıb.

Hacıqabulda 2 nəfər olmaqla ümumilikdə 7 nəfər məktəblərin yaxınlığında ucadan nalayiq ifadələr işlədərək, ictimai asayişi pozublar. Ərazidə xidmətdə olan polis əməkdaşları onlara irad bildirərək, hərəkətlərini dayandırmalarını desələr də, həmin şəxslər qanuni tələbə məhəl qoymayaraq əməllərinə davam ediblər.

Nəticədə polis əməkdaşları tərəfindən saxlanılıblar. Onların hər biri barəsində müvafiq maddələrlə protokollar tərtib olunub.

Ərazi üzrə məhkəmələrin qərarı ilə həmin şəxslərdən üçü 25, ikisi 10, biri 15 gün və digəri isə 1 ay müddətinə inzibati qaydada həbs olunub.
🗿1