Win Or Lost🧚‍♀🍀
6.82K subscribers
4.53K photos
3.11K videos
5 files
22 links
Bütün insanlar hiç kimseye göstermedikleri bir acıyı taşır. Ve kimse bir insanın içindeki o acıyı bilmez'🫀

ᥫ᭡. YouTube Kanalımız: https://youtube.com/channel/UCVrMPNzjhPH85dTQnJtbwfQ

ᥫ᭡. Reklam və əlaqə: @Solittaa
Download Telegram
- Baş dediyin köhnəlir, ölür insan ölmədən - dedi. Sonra qəlbini göstərdi:
- Köhnəlməyən, azalmayan şey bax buradadır🧚🏻‍♀
@winorlost #byme
👍6🔥1
Etiraf edilməmiş hisslər, əsla ölməz🦋
@winorlost #byme
👍3❤1👏1
İçine attı, üzüldü, küstü herkese, dünyaya bile'🫀
@winorlost #byme
❤5👍1
Öz içinə qısılıb, özündən sıxılır adam
Yıxıla-yıxıla böyümür, böyüdükcə yıxılır adam🪴
@winorlost #byme
👍8
Həyatınızı cahillərə, kobudlara, pislərə sərf edərək yazıq etməyin. Yaşayın !🦋
@winorlost #byme
❤8👍1
Düşüncələrin nədirsə həyatında odur. Həyatın gedişini dəyişdirmək istəyirsənsə düşüncələrini dəyişdir🌸
@winorlost #byme
❤7
Hərkəs özünə uyğun insanlarla, olması lazım olan yerdədir. Nə qarğanı gül bağına, nə də bülbülü zibilliyə öyrəşdirə bilməzsiniz🕊
@winorlost #byme
❤9😱1
Batan günəş üçün ağlamayın; yenidən doğulduğunda nə edəcəyinizə qərar verin🌞
@winorlost #byme
👍10❤2
Buludlar da insanlar kimidir. Biri gedir və digəri onun yerini doldurur. Amma arada qalan bəzi buludlar olur. Onlar da bir gün yağış yağdırıb torpağa qarışıb yox olurlar. Əslində, ölürlər, amma əbədi olaraq yaşayırlar☁️
@winorlost #byme
❤6
Fariborz Lachini - Soltane ghalbha (Türkçe Çeviri)
Moonchild
Bu qədər insan içində ürəyim tək tənha qaldı... Hamıya açılan ürəyimə açıla bilmədi heç kim. Bəlkə də ürəyim qorxurdu ətrafdakılardan: son bir ümidi var idi ki, bəlkə heç kim yaxına gəlməsə daha uzun müddət sakit qalaram. Amma bilmirdi ki, yaşadıqları heç vaxt tərk etməyəcəkdi onu. Özü özünə əzablar verəcək, hər yerdə, hər şeydə əvvəlkiləri xatırladacaqki. Bilmiyəcəkdi, özü öz yolu ilə getsin, yoxsa hər şeyi atıb irəli baxsın...Axı irəlidəki olacağı özü olmaya bilərdi: o halını sevməyə bilərdi, zəhləsi gedərdi, daş olardı, heç nə olmazdı, ya da bəlkə də.. daha canlı olardı. Heç vaxt o, 2-ci ehtimala baxmadı, çünki nə olacağı bilməmək, olduğun cəhənnəmdən daha yaxşıdır.🥀
• P.S - Mahnının bir başa təsiri çox oldu. Şedever əsərdir və məncə, bu mahnını daha da yaymaq lazımdır.
@winorlost #byme
❤3👍1
Bu yazını yazmaq istəyirəm:
Uşaqları ölən analara, atalara,
Həyat yoldaşı ölən bütün qadınlara, kişilərə,
Ana və atası rəhmətə gedən hər yaşda uşaq qalanlara,
Və ya ana, atasını heç tanşmayanlara,
Yanlarında olsa belə tanımaq istəməyənlərə,
Qəlblərə olanlara, olmayanlara,
Özlərini tapmaq istəyənlərə,
Tapa bilməyənlərə, amma yenə də vaz keçməyənlərə,
Vaz keçənlərə,
Nə qədər çalışsalar da, heç nə əldə eliyə bilməyənlərə,
Hamısına, hamısına....
Dünya nə qədər insan var. Hər birinin taleyi, hər birinin düşüncələri, həyatı, çətinlikləri, xarakteri, xasiyyətləri necə də fərqlənir.
Hər bir insan necə də fərqli sınaqlardan keçir.
Allah necə onlara fərqli imtahanlar verir.
Kimsə yolda gəzəndə arxasınca onu izləyər deyə qorxur,
Kimsə evində oturur,
Ya da özünü atır çöllərə. Heç nə vecinə olmur.
Hər kəs artıq öz ağrısını, acısını neyləcəyini tapa bilmir.
Artıq insanlar bilmirlər, öz hisslərini ifadə eləsinlər.
İnsanlar bilirsiniz, nə istəyirlər ?
İnsanlar görünmək istəyirlər.. Başa düşülmək, insanlar anlaşılmaq istəyirlər.
Güvənmək istəyirlər... Onlar istəmirlər güvənləri qırılsın.
Onlar istəyirlər ki, elə adamlar olsun ki həyatlarında, bir baxışından belə anlasın ki, sən necəsən. Amma belə insanlar çox az olur.
Xahiş edirəm, hər şeyi başa düşə bilən insanları, çox duyğusal insanları, kədərli insanları, çalışan insanları, çalışa bilməyən insanları..
Hər kəs, amma hər kəsi anlamağa çalışın
Hər birimiz bu həyata bir dəfə gəlirik. İnsanları günahlandırmaqdan, onlara kin yükləməkdən, özümüzə nifrət qədər ağır yüklər yükləməkdən çəkinmək lazımdır.
Bunların heç biri bizə lazım olmayacaq.
Amma dünyaya xeyir vermək, Allahı sevmək, özümüzü sevmək və bunların nəticəsində ətrafdakıları, təbiəti, heyvanları, bütün canlı/cansız, bütün dünya aləmi sevmək...
Bu bilirsiniz necə gözəl bir hissdir ?
Çalışın bu hissə sahib olun.
Heç neyi itirməyin.
Çalışın ətrafa sevgi yayın🌟💖🍀
@winorlost #byme
❤16👍1🥰1👏1
İçimdə son zamanlar qəribə hisslər var😢 Allah hər şeyi, hər kəs üçün xeyirli etsin🧚‍♀
@winorlost #byme
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍2👏1
Aldanma insanın gözəlliyinə,
Gözəllik insanın daxilindədir.
Xarici olsa da, parlaq bir Günəş,
Daxili bəlkə də zülmət gecədi🌓
@winorlost #byme
👏3🔥1🥰1
"Qarabağ" qrupu - Qarabağ işğalda olan zaman Azərbaycan musiqisini, muğamını, mədəniyyətini dünyaya tanıtmaq və gün gəldikdə bu mahnıları orda oxumaq üçün bu adı seçdilər. Və bugün Üzeyir Hacıbəylinin və bir çox dahilərimizin ruhu şaddır🤍 Çünki, onların əsərləri artıq öz torpaqlarında oxunur, çalınır🇦🇿
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, ailələrinə səbr versin🙏🏻
Bu boyda xəzinəmiz var, gəlin onları unutmayaq və tanıdaq!🌎
@winorlost #byme
❤‍🔥2👍2
Bəzən həyata ara vermək lazım gəlir. Yorulursan, tükənirsən, həyatın çətinlikləri üst-üstə gəlir və s. İçindən qaçmaq gəlir. İnsanlardan, şəhərin səs-küyündən, qorxularından, qorxduqlarından, həyatdan, hətta bəzən özündən belə qaçmaq istəyir insan. Belə anlarda o axan suları durultmağa çalışın, sakitləşin, hisslərinizə qulaq asın. Baxın görün onlar sizə nə anlatmağa çalışır. Əslində istədiyiniz nədir. Heç nə etməyin. Sadəcə özünüzü dinləyin. Sizin 2 günlük ara verməyiniz dünyada heç bir qlobal problemə səbəb olmayacaq, ama daxilinizdəki problemlərin çoxuna şəfa olacaq. Həyat təlaşı içində qaçarkən özünüzü unutmayın. Unutmayın ki, sizə sizdən başqa heç kəs və heç nə qalmayacaq🍀
@winorlost #byme
👍3❤1
Mən qəribə insanam. Dünən can atdığım şeyə bu gün vecsiz yanaşa bilirəm. Dünən uğrunda canımı verəcəyim insanları, bu gün yox saya bilirəm. Edilən ən xırda səhvə görə anında silə bilirəm. Çox susuram, çünki sözümün qiymətini bilirəm 🌿🌻🌞
@winorlost #byme
❤2🔥1💘1