Xəzər Xəbər Tv
10.4K subscribers
32.4K photos
10.6K videos
7 files
803 links
❌Rəsmi Xəzər Tv kanalı deyil

📌Ən Son Xəbərlər

🔍Dünyada Baş Verən Xəbərlər

✅Xəzər Xəbər - də

♻️ Reklam üçün Rəhbər

@XezerXeberAdmin
Download Telegram
❗️Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
👍5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. - havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır.
🙏2
🌐 Bu gün Bakıda AQEM-in VII Zirvə Görüşü keçiriləcək

▪️Oktyabrın 15-də Bakıda keçiriləcək görüşdə regional təhlükəsizlik, sülh və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq.

▪️Azərbaycan 2024–2026-cı illərdə AQEM-ə sədrlik edir.
👍2🥴2
🇦🇿Bu gün İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür
❤3👍3
🇦🇿 Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
👍4
❗️İstanbulda son 76 ilin yağıntı rekordu qeydə alınıb

• Təbii fəlakət nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəstəxanaya yerləşdirilib.

• Güclü yağış səbəbindən məktəblərdə və bəzi iş yerlərində tətil daha bir gün uzadılıb
🙏4
❗️Paşinyan: "2031-ci ilə qədər Azərbaycanla Sülh Sazişinin imzalanmasına nail olmağı qarşıma məqsəd qoymuşam"
👍8
❗️Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkət hissəsində qalıb

Hazırda polis tərəfindən problemin aradan qaldırılması məqsədilə işlər görülür.
👎4
Paşinyan: "Türkiyənin COP17-də nazirlər səviyyəsində iştirak edəcəyini bilirəm. Hazırda isə Azərbaycanın iştirakı ilə bağlı, ən azı mənim üçün, təsdiqlənmiş məlumat yoxdur”.
👻2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️İstanbulda sel nəticəsində ölənlərin sayı 3-ə çatıb
🙏3👍1
⛔️Kosmetikadan istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmayıb. Şagirdin atası məktəbə gələrək rəhbərliyi və müəllimləri təhqir edib, iş rejimini pozub. O, polis tərəfindən saxlanılaraq həbs edilib.
👍13👎1
Naxçıvanda dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin Topçubaşov küçəsində qeydə alınıb.
“Hyundai”, “Audi” və iki “Kia” markalı avtomobili bir-birinə çırpılıb.
Toqquşma nəticəsində Aysel Zeynalova (2001), Gülyanaq Hacıyeva (1961), Zənibə Seyidova (1983), Sadiq Həsənzadə (2008) və Ülvi Quliyev (2008) xəsarət alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
⚡️ Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi ekoloji cinayətlər yenidən gündəmə gəlib:

● Monitorinq və peyk təsvirlərinin təhlilinə əsasən, işğal dövründə 54 min hektardan çox meşə örtüyü kütləvi şəkildə qırılaraq və ya yandırılaraq tamamilə məhv edilib.

● Xüsusi qorunan təbiət abidələri siyahısına daxil olan 100 ildən 2000 ilə qədər yaşı olan çinar, palıd, qoz və digər qiymətli ağac növləri material və xammal kimi istifadə olunmaq üçün qanunsuz qırılıb.

● Şuşa ərazisində yerləşən tarixi Topxana meşəsində minlərlə qiymətli ağac qırılıb və flora örtüyü sıradan çıxarılıb.

● Avropada ən böyük, dünyada isə ikinci böyük təbii Şərq çinarı meşəliyi olan Zəngilanda yerləşən Bəsitçay Qoruğunun (107 hektar) böyük hissəsi qırılaraq yandırılıb.

● İşğal olunmuş ərazilərdə yerləşən 2 dövlət təbiət qoruğu (Bəsitçay və Qaragöl) və 4 dövlət təbiət yasaqlığı (Laçın, Qubadlı, Arazboyu, Daşaltı) biologiya və ekosistem baxımından dərin deqradasiyaya uğradılıb.

● Ərazidə mövcud olan 70-dən çox fauna və 100-ə yaxın flora növü yaşayış mühitinin məhv edilməsi nəticəsində kritik həddə çatdırılıb.

● Ermənistan ərazisindəki Qacaran mis-molibden və Qafan filizsaflaşdırma kombinatlarının ağır metal və kimyəvi tullantıları ilər boyu birbaşa Oxçuçaya axıdılıb.

● İşğal altında olmuş ərazilərdə 163 mineral xammal yatağı (o cümlədən 13 qızıl, mis vı civə yatağı) ekoloji və texnoloji normativlər gözlənilmədən talan edilib.

● Kəlbəcərdəki və Zəngilandakı qızıl yataqlarının zəhərli kimyəvi üsullarla (sianid və mülfət istifadəsilə) qanunsuz istismarı nəticəsində ətraf torpaqlar və yeraltı sular zəhərlənib.

● 100 000 hektardan çox kənd təsərrüfatı torpağı sıradan çıxarılıb.

● Təxminən 1.5 milyondan çox mina və partlamamış hərbi sursatın basdırılması nəticəsində böyük torpaq sahələri ekoloji dövriyyədən çıxarılıb, biologiya və biologiyanın təbii bərpa prosesi dayandırılıb.

Bütün bunların fonunda Ermənistan Biomüxtəliflik haqqında Konvensiyanın Tərəflər Konfransının 17-ci sessiyasına (COP17) ev sahibliyi etməyə hazırlaşır.
❗️❗️Qara dənizdə ticarət gəmilərinə hücumlar NATO ölkələrinin sahillərinə yaxınlaşır.

📰 “The Guardian”ın məlumatına görə, son 10 gündə Rusiyanın törətdiyi ehtimal olunan altı hücum qeydə alınıb.

⚠️ Analitiklər bildirirlər ki, hücumlar Rumıniya və Bolqarıstan sahillərində gəmiçiliyi təhdid edir və NATO-nun 4-cü maddəsi üzrə məsləhətləşmələrə səbəb ola bilər.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚢 İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri bir neft tankerinin Oman boğazının cənubunda dəniz minasına çırpıldığını açıqlayıb.

🔥 Nəticədə gəminin maşın bölməsində partlayış baş verib və yanğın başlayıb.
❗️❗️Tramp: Zelenskinin Rusiyanın neft emalı zavodlarına hücumları dünya dizel bazarına ciddi zərər vurur