Xəzər Xəbər Tv
10.4K subscribers
32.4K photos
10.6K videos
7 files
803 links
❌Rəsmi Xəzər Tv kanalı deyil

📌Ən Son Xəbərlər

🔍Dünyada Baş Verən Xəbərlər

✅Xəzər Xəbər - də

♻️ Reklam üçün Rəhbər

@XezerXeberAdmin
Download Telegram
⚡️Sabah bütün müavinət, təqaüd və sosial yardımların ödənişi yekunlaşacaq
👏3💋1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️⚡️Hindistanın Baş naziri Narendra Modi İsrailə səfər edib.

Modini Netanyahu qarşılayıb.
👎6
‼️Ermənistanın iqtisadiyyat naziri:

● Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin inkişafı istiqamətində müzakirələr davam edir.

● Azərbaycan bizə Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib və biz də öz növbəmizdə onlara siyahımızı təqdim etmişik.

● Əminəm ki, iki ölkə arasında yüz milyonlarla dollar dəyərində ikitərəfli ticarət potensialı var.
👎5
‼️Volodimir Zelenski bildirib ki, Rusiya ərazisinə 1400 km məsafəyə qədər dəqiq “Flamingo” raket zərbələri endirilib.

Onun sözlərinə görə, raketlərin sayı maliyyə və komponentlərdən asılı olaraq artırılacaq.

"Bəzi raketlər Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilsə də, əksəriyyəti hədəflərini dəqiq vurub və buraxılan bütün raketlər təyinat zonasına çatıb",- deyə o qeyd edib.
👏4
❗️Özünü televiziya əməkdaşı kimi qələmə verib pul tələb edən şəxs saxlanılıb
👏6
⚡️Prezident İlham Əliyev işğaldan azad edilən bölgələrdə səfərdədir.

Prezident:

● Xocavənd kəndində görülmüş işlərlə tanış olub

● Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

● Xocalının Xanabad kəndində görülmüş işlərlə tanış olub
❤7👏1
XƏBƏRDARLIQ❗️Temperatur 8 dərəcə enəcək, qar yağacaq

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fevralın 27-si axşamdan martın 2-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.
👏12
Prezident İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub
👏5❤1
🌙Sabah Azərbaycanda Ramazan ayının səkkizinci günüdür

İmsak saat 05:55, iftar isə saat 18:42-yə təyin olunub.

İmsak duası
“Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin”.

Tərcüməsi:
“İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək verməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı nəsib et Öz qüdrətin sayəsində, ey ümid edənlərin Pənahı!”

İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!
👏6❤2
⚡️ İlham Əliyev: İndi Azərbaycan elə güclüdür, əminəm ki, bundan sonra heç kim bizə qarşı torpaq iddiası ilə çıxış edə bilməz.

● Ona görə sülh, əmin-amanlıq olmalıdır, heç bir itki olmamalıdır.

● Amma güclü Ordumuz da hər zaman olmalıdır ki, bunu biz təmin edək. Onu da edirik.
❤9👏4👍2
🥀Azərbaycan xalqı "Ana harayı" abidəsini ziyarət edir
❤4🙏1
❗️Səhiyyə naziri TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdiriləcəyi ilə bağlı iddialara münasibət bildirib.

APA-nın sualına cavab olaraq, Teymur Musayev jurnalistlərə açıqlmasında bildirib ki, səhiyyə sahəsində mərhələli islahatlar aparılır.
👍4👏2
🇦🇿🇹🇷 Türkiyə XİN Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib:

"26 fevral 1992-ci ildə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində günahsız mülki insanlara qarşı törədilmiş qətliamı qətiyyətlə pisləyirik. Xocalıda yaşanan vəhşət vicdanlarda utancverici qara ləkə olaraq qalmaqda davam edir.

Qətlə yetirilən 613 qardaşımızın, yaralananların, əsir götürülən və itkin düşən bütün azərbaycanlı qardaşlarımızın acısını daim qəlbimizdə daşıyırıq.

Xocalı qətliamında həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığımızı bir daha ifadə edirik".
❤3🙏1