Xəzər Xəbər Tv
10.4K subscribers
32.4K photos
10.6K videos
7 files
803 links
❌Rəsmi Xəzər Tv kanalı deyil

📌Ən Son Xəbərlər

🔍Dünyada Baş Verən Xəbərlər

✅Xəzər Xəbər - də

♻️ Reklam üçün Rəhbər

@XezerXeberAdmin
Download Telegram
✨ABŞ dövlət katibi Marko Rubio: Prezident Tramp ilk hücum edən olmaq qərarına gəldi, çünki o nəticəyə gəldi ki, ilk vuran biz olmamalıyıq. Biz İranın hücumunu qəbul etməzdik. Onların bizə hücum etməsini gözləmədən hərəkətə keçdik.
😈3👻1
⚡️Vəzifəsinin 407 günündən sonra Donald Trampın xalis təsdiq reytinqi keçən həftədən bir qədər aşağı düşüb

19 (38% bəyənir, 58% rədd edir).

Son azalmalar aşağıdakılarla əlaqəli görünür: ABŞ-İsrailin İrana qarşı qeyri-populyar birgə zərbəsi (yalnız 27% öncədən hərəkəti dəstəkləyib).

İmmiqrasiya maliyyəsi ilə əlaqədar hökumətin qismən bağlanması. İnflyasiya və qiymətlərlə bağlı narazılığın davam etməsi (bu məsələ üzrə xalis -24).

Mənbə: The Economist
❤3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️Bakıda avtomobil velosipedçini vuraraq öldürüb

Ötən gün gecə paytaxtın Şərifzadə küçəsində “BYD” markalı avtomobillə velosipedçi vurulub. Nəticədə 51 yaşlı velosipedçi Natiq Vahabov hadisə yerində həyatını itirib.
🙏7
❗️Almaniya Kansleri Trampla görüşdən sonra: Vaşinqton Rusiyaya yenidən təzyiq göstərərsə, Prezident Putin də güzəştlərə getməyə hazır olacaq

“Mən ABŞ, Ukrayna və Rusiya arasında aparılan danışıqların Avropa tərəfini də əhatə edəcək şəkildə genişləndirilməsinin tərəfdarı olduğumu bildirdim”,
— Fridrix Merts bildirib.
👏2
🇺🇳 BMT Minabda qızlar məktəbinə edilən silahlı hücuma görə məsuliyyət daşınmasını və cinayətkarların cəzalanmasını tələb edir.
👏2
⚡️⚡️ İran Hörmüz boğazından keçməyə cəhd edən 10 tankerə hücum edib.
❤7👎1
‼️ SEPAH rəhbərinin müşaviri general Ebrahim Cabari ölkəyə əlavə zərər vurulacağı təqdirdə, İranın Yaxın Şərqin əsas iqtisadi mərkəzlərinə zərbə endirə biləcəyi ilə xəbərdarlıq edib
👏2
⚡️⚡️Bu gün bəzi ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
❤7👏1
⚡️İran Televiziyası: Tehranda partlayışlar eşidilib
👏2
🚨 TƏCİLİ:

🔸 İranda radiasiya sızıntısı aşkarlanıb.
🇮🇷 Unutmayın ki, İranın hələ də böyük uran ehtiyatı var və indi nüvə bombasının yaradılmasının qarşısını alan bir fətva yoxdur.

- İran KİV
⚡️⚡️İran: Avropa müharibəyə qoşularsa, cavab zərbələri endiriləcək

İran KİV-lərinin iddiasına görə, Avropa ölkələri ABŞ–İsrail koalisiyasının tərəfində müharibəyə qoşulacağı təqdirdə, onların hədəfə alınması mümkündür.
👎2
⚡️⚡️Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
8. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
10. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
11. Zərifə Əliyeva küçəsində;

12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
13. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
14. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.
❤2👏1
🇺🇸🇮🇷 ABŞ tərəfdən İrana qarşı əməliyyatda 50 mindən çox hərbçi, 200 təyyarə, 2 aviadaşıyıcı gəmi iştirak edir.
❤6
⚠️ Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,56 ABŞ dolları və ya 8,2% bahalaşaraq 86,16 ABŞ dolları olub
❤2👏1
🇮🇷İran Bağdad yaxınlığında yerləşən ABŞ bazasına hücum edib
👎2
🗣 Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir

Bu barədə Prezident İlham Əliyevin sosial media hesablarında edilən paylaşımda qeyd olunub.

"Hazırda Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir", - paylaşımda bildirilib.
👏2🫡1
🇦🇿🇮🇷 İrandan Azərbaycan sərhədi ilə indiyədək təxliyə edilənlərin sayı 1200-ə çatıb

Təxliyə olunanların 224-ü Azərbaycan vətəndaşıdır.
🙏2
⚡️⚡️Bakı Ağır Cinayətlər Məhkəməsinin şöbə rəisi vəfat etdi

Məhkəmənin icra şöbəsinin rəisi Mübariz Abdullayev uzun sürən xəstəlikdən sonra martın 3-də günorta saatlarında vəfat edib.

Məlumata görə, mərhum ağciyər xərçəngindən əziyyət çəkib.
🙏2
🚨 İsrail Ordusu Beyrutda "Hizbullah"ın mövqelərini vurur
👏2