Xəzər Xəbər Tv
10.4K subscribers
32.4K photos
10.6K videos
7 files
803 links
❌Rəsmi Xəzər Tv kanalı deyil

📌Ən Son Xəbərlər

🔍Dünyada Baş Verən Xəbərlər

✅Xəzər Xəbər - də

♻️ Reklam üçün Rəhbər

@XezerXeberAdmin
Download Telegram
❗️Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının "Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
👍9🙏1
🇦🇿Bu gün Bakı Qran-prisinə start veriləcək

▪️“Formula 1”də iki sərbəst yürüş, “Formula 2”də isə sərbəst yürüş və sıralama turları keçiriləcək.

⏰ İlk sessiya 10:00-da başlayacaq.
👏4❤2
⚡️Azərbaycanən xarici işlər naziri ABŞ hökumətinin təşkil etdiyi “Sülh yolu ilə rifah: Transxəzər Ticarət Marşrutu və TRIPP-yə investisiya” tədbirində çıxış edib.

● Ceyhun Bayramov Azərbaycanın iqtisadi inkişafı, dayanıqlı təchizat zəncirləri və yeni investisiya imkanları üçün regional bağlantılılığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

● Nazir TRIPP layihəsinin Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz çoxmodlu bağlantı yaradacağını, daha geniş regional əlaqələri gücləndirəcəyini və davamlı regional sülhə töhfə verəcəyini bildirib.

● Ceyhun Bayramov layihənin həyata keçirilməsi istiqamətində ABŞ-ın səylərinə görə minnətdarlığını ifadə edib. O, həmçinin TRIPP-in regional enerji bağlantılılığının və şaxələndirmənin inkişafına töhfə vermək potensialını qeyd edib.
❤4
🇦🇿DTX rəisi Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir
👍4👏1
📍 IV Bakı Təhlükəsizlik Forumu keçirilib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusunda IV Bakı Təhlükəsizlik Forumu (BTF) keçirilib.
👍3❤1
⚡️Xəzər dənizində 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.
🙏6
⚽️ “Sabah”ın Çempionlar Liqasındakı 4 ev oyunu üçün 104 620 bilet satılıb.
❤6👍3
🏛 YAP-ın VIII Qurultayının keçiriləcəyi tarix AÇIQLANDI

📅 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı 2 oktyabrda Heydər Əliyev Mərkəzində keçiriləcək.

📩 Qurultay iştirakçıları artıq bu barədə məlumatlandırılıblar.

📌 Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, qurultay Partiyanın İdarə Heyəti tərəfindən 5 ildə bir dəfədən az olmayaraq çağırılır.

🗓 Partiyanın sonuncu qurultayı 5 mart 2021-ci ildə keçirilib.
❤6👍3👏2
⚡Türkiyənin Şanlıurfa bölgəsində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb
🙏6
⛈️Sabah Bakıda yağış, bölgələrdə leysan və dolu gözlənilir
❤7👍1👏1
🇦🇿 Hər kəsə salam mən Elvirayam. 16 yaşım var və hazırda xərçənglə mübarizə aparıram. Sizlərdən xahiş edirəm bu linkə daxil olun səs verin
👇
https://woobox.com/vmfar8
❤6👍2
Forwarded from Express.Xeberler
SON DƏQİQƏ ‼️ Mal əti qalxdı

Azərbaycanda mal ətinin qiymətində növbəti bahalaşma qeydə alınıb.

Bakının bəzi ərazilərində hazırda sümüklü mal ətinin 1 kiloqramı 20 manata, sümüksüz mal əti isə 26 manata satılır.
👎18👍2❤1
❗️Monteneqro Türkiyə vətəndaşları üçün vizasız səyahət rejimini ləğv edib
👍3👏1
Tacikistanın Baş naziri Koxir Rasulzoda Azərbaycana səfərə gəlib.
👍6❤3👏1
⚡️⚡️Ceyhun Bayramov və Ararat Mirzoyan ABŞ-də görüşüblər

● Hər iki nazir Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayaraq, 2025-ci il Vaşinqton Sülh Sammiti çərçivəsində nail olunmuş razılaşmalardan sonra əldə olunmuş irəliləyişi nəzərdən keçiriblər.

● Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat infrastrukturunun açılmasına xüsusi diqqət yönəlib.

● Bu kontekstdə, sülhün faydalarının praktiki nümunələri kimi Azərbaycan və Ermənistan arasında ticarət və tranzit əlaqələri vurğulanıb.

● Nazirlər müxtəlif çoxtərəfli platformalarda müsbət gündəliyin təşviq edilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

● Nazirlər birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər.
👏6