Xəzər Xəbər Tv
10.4K subscribers
32.4K photos
10.6K videos
7 files
803 links
❌Rəsmi Xəzər Tv kanalı deyil

📌Ən Son Xəbərlər

🔍Dünyada Baş Verən Xəbərlər

✅Xəzər Xəbər - də

♻️ Reklam üçün Rəhbər

@XezerXeberAdmin
Download Telegram
❗️Prezident İlham Əliyev: Biz özümüzə hörmət edən insanlarıq, biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq
👍6💘2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirak edib. Qurultaydan görüntüləri sizə təqdim edirik
👍5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴 SON DƏQİQƏ

Jurnalist: "NATO Zirvəsində Türkiyəyə qarşı sanksiyaların ləğv edilmə vaxtının gəldiyini bildirdiniz."

Tramp:

"Türkiyəni sevirəm.

Prezident Ərdoğanla hər zaman danışıram. Bildiyiniz kimi, o, mənim dostumdur."
👍12❤1
⛈️Sabah da Bakıya və bölgələrə yağış yağacaq
⚡️ Yağış səbəbindən Bakıda sürət həddi endirildi

▪️Yağışlı hava ilə əlaqədar Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospektində isə 20 km/saat müəyyənləşdirilib.

▪️Məlumat-sürət tablolarında “sürüşkən yol” işarəsi aktivləşdirilib.
Ərdoğan Türk Dövlətləri Təşkilatının təsis olunmasına yol açan Naxçıvan Sazişinin 17-ci ildönümü və Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə paylaşım edib:

"Dildə, fikirdə və işdə birlik" şüarı ilə başladığımız bu qardaşlıq yolunda birliyimizin, bərabərliyimizin və həmrəyliyimizin əbədi olmasını diləyirəm" - deyə paylaşımda bildirib.
👍7
🇦🇿1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

● Həmin seçkidə Heydər Əliyev 98,84 faiz səs toplayıb.

● Bu tarix Azərbaycanın müstəqilliyini yenicə bərpa etdiyi, ölkənin ağır siyasi, sosial və iqtisadi böhranla üz-üzə qaldığı bir dövrə təsadüf edirdi.
👍7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌬️ 🚎 Buzovnada güclü külək səbəbilə ağac avtobusun üzərinə aşıb
🙏3❤1
⚠️ Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi baş verib

🔹 Sürüşmə nəticəsində Xınalıq da daxil olmaqla 8 dağ kəndi ilə nəqliyyat əlaqəsi kəsilib.

🔹 Əraziyə texnika və canlı qüvvə cəlb olunub, yolun təmizlənməsi və hərəkətin bərpası üçün işlər aparılır.
🙏3
‼️İçərişəhərdə nəqliyyatın hərəkəti dəyişir

15 oktyabrdan Qoşa Qala meydanında avtomobillərin hərəkəti dayandırılacaq və ərazi piyadalara veriləcək.

Sakinlər İçərişəhərə giriş üçün Səftər Quliyev küçəsindəki girişdən istifadə edəcəklər.
👍6👏1
⚡️Gəncənin ilk dəfə raket atəşinə tutulmasından 6 il ötür

▪️4 oktyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri Gəncəni ilk dəfə raket atəşinə tutub. Üç raket zərbəsi nəticəsində 1 nəfər həlak olub, 32 nəfər yaralanıb, yaşayış evlərinə və avtomobillərə ciddi ziyan dəyib.

▪️Hadisədən 3 il sonra, 4 oktyabr 2023-cü ildə Gəncənin atəşə tutulması əmrini verməkdə ittiham olunan Araik Arutyunyan DTX əməkdaşları tərəfindən saxlanılıb.
👍6💔3👏1
🇦🇿 Bu gün Cəbrayıl Şəhəri Günüdür, şəhərin işğaldan azad edilməsindən 6 il ötür
👍10❤3👏3👎1
⛈️Bakıda iki gün yağış yağacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeronda oktyabrın 6-7-də yağış yağacağı gözlənilir. 6-sı gündüz bəzi yerlərdə yağış qısamüddətli leysan xarakterli olacaq. 7-si gecə və səhər yağıntının intensivləşəcəyi ehtimal edilir.
👏4👍2
⚡️Prezident İlham Əliyev Türkiyə və Azərbaycanın birgə yaratdığı dərman istehsalı müəssisəsinin açılışını edib.

● Pirallahı Sənaye Parkında qurulan layihənin ümumi dəyəri 113,9 milyon manatdır.

● 5,2 hektar ərazidə yerləşən müəssisənin illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard tablet və kapsul təşkil edir.

● Burada kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsicilər, antibiotiklər və digər dərmanlar istehsal olunacaq.

● Zavodda 178 nəfər daimi işlə təmin ediləcək.

● Məhsulların daxili bazara satılması ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər xarici ölkələrə ixracı da nəzərdə tutulur.
👍7❤1👎1👏1
⚡️ İlham Əliyev dünya çempionu Əhməd Yusifovla görüşüb.
👍7❤1👎1👏1
❗️Bakıda 9-cu sinif şagirdi sinif yoldaşını bıçaqlayıb

Hadisə bu gün günorta saatlarında Nizami rayonunda baş verib.

Orta məktəblərdən birində təhsil alan yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən şagird polis tərəfindən müəyyən edilərək saxlanılıb.
🙏2❤1
⚖️ MN-in sabiq yüksək vəzifəli şəxsləri ilə bağlı qərar qüvvədə saxlanılıb

Bakı Apellyasiya Məhkəməsi general-mayor Nizami Məmmədov, polkovnik Cəlal Kazımov, Bayram Bayramov və Vüsal Əlizadə barəsində hökmdən verilən apellyasiya şikayətinə baxıb.

▪️ Şikayət təmin edilməyib.
▪️ Bakı Hərbi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
❤3👍3🤔1
❗️Sərhədi keçdikdən sonra saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev hələlik Ermənistanda qalacaq

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O, hərbçiyə qarşı cinayət işinin davam etdiyini və onun həbsdə olduğunu deyib.

Mümkün mübadilə barədə danışan Paşinyan konkret cavab verməyib və qeyd edib ki, gələcəkdə Ermənistan hərbçisi sərhədi keçərsə, belə bir variant problem yarada bilər
❤4🙏1
❗️YENİ QANUN qüvvəyə minir: Korrupsiya barədə məlumat verənlərə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək.
👍13👏3❤2