ADPU
4.38K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
Pedaqoji Universitetin magistraturaya boş qalan yerlərinə qəbul olunmuş bakalavrların qeydiyyat qaydaları


2025-2026-cı tədris ili üzrə ADPU-nun magistraturaya boş qalan yerlərinə qəbul olunmuş şəxslərin elektron qaydada qeydiyyatı 21 avqust 2025-ci il tarixində başlayacaq və 28 avqust saat 18:00-da başa çatacaq.

Elektron qeydiyyat üçün bakalavrlar https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi zəruridir (əgər tələb olunan sənəd varsa).

“portal.edu.az”da ilk dəfə qeydiyyatdan keçənlər üçün təlimat: https://edu.gov.az/uploads/news/07/telimat.pdf

Elektron sistem üzrə qeydiyyat 28 avqust saat 18:00-da başa çatacaq. Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisəsinə qəbul olunmaqdan imtina etmiş hesab olunur.

Portala PDF formatında yüklənməsi tələb olunan sənədlərin və ADPU-nun Magistratura və doktorantura şöbəsinə 15-22 sentyabr 2025-cü il tarixlərində təqdim ediləcək sənədlərin siyahısı postlarda verilmişdir.

Məlumatların təsdiqi və sənədlərin yüklənməsindən (tələb olunan sənəd varsa) sonra, hansısa düzəliş yoxdursa, ödəniş hissəsinə keçiriləcək. Ödənişi birbaşa https://portal.edu.az/ üzərindən şəxsi səhifənizdə bank kartları vasitəsilə, "Birbank" tətbiqi, "Emanat" və "Ekspresspay" ödəniş aparatları ilə FİN kod vasitəsilə (bu hallarda ödəniş portalda avtomatik qaydada əks olunacaq), banklarda isə invoys kodla (invoys kod onlayn qeydiyyat prosesində “ödəniş” hissəsində sizə veriləcək) ödəyə bilərsiniz (bu halda ödəniş qəbzini sistemə yükləməlisiniz).

❗ İllik təhsil haqqının minimum 50%-i ödənilməlidir. Bu halda qalan hissə dekabr ayının sonunadək ödənilməlidir.

❗ Tələbə Təhsil Krediti Fonduna müraciət edən tələbələr təhsil müəssisəsini məlumatlandırmalıdırlar. Bunun üçün elektron qeydiyyat zamanı müvafiq bənd işarələnməlidir.

✅ Təhsil haqqından azad olunmaq, yaxud təhsil haqqına güzəşt hüququ verən hallar, eləcə də Tələbə Təhsil Krediti Fonduna müraciət qaydaları ilə tanış olmaq üçün müvafiq postdakı QR kodu oxutmanız kifayətdir.

ADPU-nun Magistratura və doktorantura şöbəsi

📍: Bakı şəh., Həsən Əliyev küç., 104, ADPU-nun 2 saylı tədris binası, otaq 313

☎️: +994124658153
❤6
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun nəticələri elan olundu

Tələbə adını qazanan bütün abituriyentləri təbrik edirik!

Pedaqoji Universitet Sizi qarşılamağı səbrsizliklə gözləyir.



#adpu #PedaqojiUniversitet #qəbul #nəticə #bakalavr #edu #eduaz #DİM
❤57💔2👏1
❤20🥰2
Pedaqoji Universitet - 104 ildir təhsilimizin keşiyindəyik!

Bu gün ölkəmizin müəllimlik məbədi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 104 ili tamam olur.

#ADPU #PedaqojiUniversitet #eduaz #edugovaz #1921 #müəllim
❤19🥰1👏1
Doğum gününüz mübarək, Mehriban xanım!

Bu gün çoxşaxəli fəaliyyəti ilə Azərbaycan elmi, təhsili, mədəniyyəti və tarixinin inkişafına misilsiz töhfələr verən, gördüyü işlərlə bütün həmvətənlərimizin dərin rəğbət və sevgisini qazanan Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

#MehribanƏliyeva #adpu #PedaqojiUniversitet #eduaz
❤16🥰1
❤10👏1
Pedaqoji Universitetin qəbul planı 99.7 faiz dolub


Ətraflı: http://bit.ly/4fYCMpE

#adpu #eduaz #PedaqojiUniversitet #qəbul
❤9👏1
Pedaqoji Universitet üzrə boş qalan plan yerləri

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin yalnız Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə rus bölməsində 9 plan yeri boş (vakant) qalmışdır.

Ali təhsil müəsisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

#adpu #PedaqojiUniversitet #eduaz #ixtisas #boşyer #seçim #tspx #qəbul
❤1
📢 PEDAQOJİ UNİVERSİTETƏ QƏBUL OLUNAN TƏLƏBƏLƏRİN ONLAYN QEYDİYYATI ⬇️

🖥️ ADPU-nun bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin qeydiyyatı yalnız elektron qaydada aparılır.

🔰28 avqust tarixində ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.

Abituriyentlər https://portal.edu.az/ platformasında şəxsi hesab açaraq, “Xidmətlər” bölməsində “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə qeydiyyat üçün müraciət etməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

⏰Elektron sistem üzrə qeydiyyat 08 sentyabr 2025-ci il saat 18:00-da başa çatacaq. Bu vaxt ərzində qeydiyyatdan keçməyən abituriyentlər ali təhsil müəssisəsinə qəbul olunmaqdan imtina etmiş hesab olunur.
🔴Qeydiyyat zamanı tələb olunan sənədlərlə posterlərdə ➡️ tanış ola bilərsiniz.

Tələb olunan sənədləri yükləyib ilkin müraciət edildikdən sonra 2 iş günü ərzində universitet tərəfindən müraciətə baxılır və hansısa düzəliş yoxdursa, ödəniş statusu təyin olunur. Ödənişi birbaşa https://portal.edu.az/ üzərindən şəxsi səhifənizdə 💳bank kartları vasitəsilə, 📱"Birbank" tətbiqi, 🏧"Emanat" və "Eksprespay" ödəniş aparatları ilə FİN kod vasitəsilə (bu hallarda ödəniş portalda avtomatik qaydada əks olunacaq).
🏦 Banklarda isə invoys kodla (invoys kod ödəniş hissəsində sizə veriləcək) ödəyə bilərsiniz (bu halda ödəniş qəbzini sistemə yükləməlisiniz).

‼️ Təhsil haqqının minimum 50%-i qeydiyyat zamanı ödənilməlidir. Digər hissəsi isə dekabrın sonunadək ödənilməlidir.

🔴Təhsil Tələbə Krediti Fonduna (TTKF) müraciət edəcək tələbələr elektron qeydiyyat zamanı müvafiq bəndi işarələməlidirlər.

❗ Ödənişli əsaslarla qəbul olunub təhsil haqqından azad olunan, yaxud təhsil haqqına güzəşt hüququ olan tələbələr elektron qeydiyyat zamanı müvafiq bəndi seçərək aid olduqları kateqoriyanı seçməli və tələb olunan sənədlərin elektron variantını sistemə yükləməlidirlər.

📃Dərslər başladıqda isə tələbələr bəzi zəruri sənədləri əyani qaydada universitetə təqdim etməlidirlər (posterlərdə əks olunur).

Əlaqə:
📍 Bakı ş., Üzeyir Hacıbəyli 68
📞+994124987801
📧 office@adpu.edu.az
tedris.informasiya@adpu.edu.az
❤6