ADPU
4.39K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
ADPU tələbələrinin 68 faizi ödənişsiz təhsil alacaq

Tələbələrə sosial dəstək dövlətimizin prioritetlərindəndir. ADPU-ya qəbul olunan tələbələrdən 141 nəfəri güzəştli şərtlərlə qəbul olunub. Bu da ümumi qəbul sayının 5,79 faizini təşkil edir. Digər yandan ümumi qəbul olunanların 62,10 faizi dövlət sifarişi əsasında təhsil alacaq.
Yəni cari ildə də ADPU-ya qəbul olunan tələbələrin 68 faizə qədəri dövlət hesabına təhsil alacaq.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #tələbə #qəbul
❤2🔥1
ADPU-nun yeni proqramları yüksək cəlbediciliyə malikdir

ADPU-da cari tədris ilində ilk dəfə qəbul aparılan yeni proqramlar əmək bazarının tələbinə uyğun seçilib və ilk qəbuldan özünü doğruldub. Əsas kampusda açılan riyaziyyat və fizika müəllimliyi proqramının 15 plan yerinin hamısı dolub, ən yüksək qəbul balı 637,1 olub. Magistratura səviyyəsində ilk dəfə təklif edilən “Azərbaycan dilinin xarici dil kimi tədrisi”, “Fəlsəfə tarixi” və “Əhalinin müxtəlif qrupları ilə sosial iş” proqramları üzrə də ayrılmış bütün yerlər tutulub.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #tələbə #qəbul2026
❤2
ADPU-nun tədqiqat universiteti hədəfi – ölkədə ilk 5-lik, 5 faizlik büdcə gəliri

Universitetdə elmi fəaliyyətin həm kəmiyyət, həm də keyfiyyət göstəricilərində ciddi irəliləyiş var. 2024-cü ildə ADPU-nun 197 müəllifi “Scopus” bazasında indekslənən nəşrlərdə 408 elmi məqalə dərc etdirib. 2026-cı ilin ilk yarısında isə Q1 və Q2 kateqoriyalı nüfuzlu jurnallarda təxminən 20 məqalə çap olunub.
Növbəti mərhələnin məqsədi isə elmi nəticələri institusional nüfuza və dayanıqlı tədqiqat imkanlarına çevirməkdir. ADPU beynəlxalq elmi bazalardakı göstəricilərinə görə ölkənin ilk beş universiteti sırasında yer almağı, ən azı bir elmi jurnalını müvafiq beynəlxalq indeksə daxil etməyi, qrant və sifarişli tədqiqatlardan əldə olunan gəliri büdcənin 5 faizinə çatdırmağı hədəfləyir.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #eatda #PedaqojiUniversitet
❤3👍2
Pedaqoji Universitet qeyri-pedaqoji ixtisasların payını 30 faizə çatdıracaq

İxtisas portfelinin şaxələndirilməsi universitetin pedaqoji missiyasını zəiflətmir, onun təsir dairəsini genişləndirir. Hazırda ADPU şəbəkəsinin bakalavriat üzrə 3605 plan yerinin 530-u, yaxud 14,7 faizi qeyri-pedaqoji, 3 075-i, yaxud 85,3 faizi pedaqoji proqramlara aiddir. 2030-cu ilədək yaxınprofilli qeyri-pedaqoji proqramlar üzrə qəbulun payının 30 faizə çatdırılması nəzərdə tutulur.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #eatda #tələbə
27 Sentyabr - Anım Günüdür!

Bu gün Böyük Zəfərə gedən 44 günlük savaşın başladığı tarixdən 6 il keçir.
Şanlı tariximizin ildönümündə bütün şəhidlərimizin əbədi xatirələrini ehtiramla yad edir, qazilərimizə şəfa diləyirik.

#adpu #eduaz #27Sentyabr #Anımgünü #Zəfər #QarabağAzərbaycandır!
❤2
ADPU dünyanın ilk 1000 universiteti sırasına daxil olmağı hədəfləyir

2025-ci ildə qəbul olunan “ADPU–2030” Strateji İnkişaf Planı ümumi niyyətlər deyil, ölçüləbilən nəticələr üzərində qurulub. Strategiya 6 strateji məqsədi və 34 konkret hədəfi birləşdirir. Başlıca istiqamət 2030-cu ilədək sosial elmlər sahəsində dünyanın ilk 1 000 universiteti sırasına daxil olmaq və dördüncü nəsil universitet modelinə keçməkdir.

#adpu #PedaqojiUniversitet #edu #ElmvəTəhsilNazirliyi #eduaz #eatda
Tələbə rəyi ADPU-da əsas keyfiyyət alətlərindən birinə çevrilir

Pedaqoji Universitetdə 2025-ci ildə keçirilmiş meqasorğuda 5137 tələbə iştirak edib. Respondentlərin 81 faizi müəllimlərin tədris bacarıqlarından tam razı qaldığını, 73 faizi isə proqramların zəruri mütəxəssis bacarıqları qazandırdığını bildirib. Sorğu çərçivəsində 9 000-dən çox açıq rəy toplanıb.
Qeyd edək ki, hər il keçirilən bu kimi sorğuların nəticələri tədris keyfiyyətinin yüksəldilməsi ilə bağlı qəbul olunan qərarlarda nəzərə alınır.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #eatda #tələbə
Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 %-dən çox artıb

Son illərdə Pedaqoji Universitetin magistratura üzrə plan yerlərinin sayı artaraq 2021/2022-ci tədris ilindəki 372-dən 2026/2027-ci tədris ilində 637-yə yüksəlib ki, bu da son 5 ildə ADPU-nun magistratura qəbul planında 71,24 faiz artım deməkdir.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #qəbul #tələbə
ADPU-nun rektoru professor Cəfər Cəfərovun 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriki

Ətraflı: https://adpu.edu.az/xeberler/adpu-rektoru-beynelxalq-muellimler-gunu-tebriki

#adpu #PedaqojiUniversitet #edu #ElmvəTəhsilNazirliyi #eduaz #eatda
❤1
Pedaqoji Universitet magistratura səviyyəsində 40 ixtisaslaşma üzrə yeni təhsil proqramları hazırlayıb

Yeni tədris ili ərəfəsində Pedaqoji Universitetin müvafiq işçi qrupunda magistratura səviyyəsində 40 ixtisaslaşma üzrə təhsil proqramları hazırlanaraq təsdiqə təqdim edilib.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #edu #yeniproqram
Pedaqoji Universitet məktəblərlə tədqiqat tərəfdaşlığı quracaq

Məktəblə əməkdaşlıq gələcək müəllim hazırlığının əsas xəttinə çevrilir. Mentor institutunun yaradılması, baza məktəblərinin sayının artırılması, əmək bazarı nümayəndələrinin proqramların hazırlanmasına cəlb edilməsi və pedaqoji təcrübənin bütün hazırlıq dövrünə yayılması bu yanaşmanın başlıca istiqamətləridir. Məktəb artıq yalnız təcrübə yeri deyil, universitetin tədqiqat tərəfdaşı kimi nəzərdən keçirilir.
Universitet tədqiqatı məktəbin gündəlik ehtiyaclarına yaxınlaşdırmağı qarşıya məqsəd qoyur. Oxu savadlılığı, STEAM, inklüziv sinif, formativ qiymətləndirmə, müəllim rifahı, regionlarda pedaqoji kadrların saxlanılması və süni intellekt dövründə akademik dürüstlük əsas tədqiqat istiqamətləri kimi müəyyənləşdirilir. Bu yanaşma elmi biliklərin məktəb mühitinə uyğunlaşdırılmasını və tədqiqatçı ilə müəllim arasında bilik vasitəçiliyinin qurulmasını önə çəkən OECD yanaşması ilə səsləşir.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #eatda #PedaqojiUniversitet
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü!

"Müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda ikiqat məsuliyyətlidir.”


Ümummilli Lider Heydər Əliyev,
ADPU-nun 60 illik yubileyindəki nitqindən

#adpu #eduaz #5Oktyabr #MüəllimlərGünü
#müəllimlərinmüəllimi
❤2
“ADPU-2030”-un tətbiqi - nəticəyönümlü idarəetmə modeli

2026/2027-ci tədris ilindən etibarən iş planlarının “ADPU-2030” Strateji İnkişaf Planına uyğunlaşdırılması məqsədilə Pedaqoji Universitetin struktur vahidlərinin iş planlarında hər fəaliyyət strateji hədəf, ilkin və gözlənilən göstərici, icra müddəti, məsul tərəf və sübut mənbəyi ilə əlaqələndirilir. Beləliklə, universitet idarəçiliyində əsas sual “nə etdik?” deyil, “nəyi dəyişdik?” olur.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #eatda #ADPU2030
❤1
ADPU-da rəqəmsallaşma yeni idarəetmə və təhsil mədəniyyətidir

Pedaqoji Universitetdə tam rəqəmsallaşmaya dorğu sürətli addımlar atılır. Elektron sənəd dövriyyəsi, “MyADPU” e-universitet sistemi, “Moodle” elektron tədris platforması və elektron kitabxana vahid elektron universitet modelinin əsasını yaradır.

#ADPU #PedaqojiUniversitet #reqemsallasma #MyADPU #euniversitet
18 Oktyabr - Müstəqilliyin Bərpası Günüdür!

Bu gün milli kimliyimizin, azadlıq ideyalarının və dövlətçilik iradəsinin bayramıdır. Müstəqilliyimiz əbədi, dövlətçiliyimiz sarsılmaz olsun!

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #18Oktyabr #MüstəqilliyinBərpasıGünü