Təəssüf hissi ilə bildiririk ki, İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasının müəllimi Nəzərova Səmayyə Xeyrulla qızı dünyasını dəyişib.
Pedaqoji Universitetin rəhbərliyi və professor-müəllim kollektivi adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!

💔28😢16❤1
Onlar 600-dən yüksək balla ADPU-nu seçdilər
Son dövrlərdə təhsil sahəsində həyata keçirilən ardıcıl islahatlar və müəllimlik peşəsinin artan nüfuzu abituriyentlərin seçimlərinə də təsir göstərir. Belə ki, qəbul imtahanlarında yüksək bal əldə edən gənclər arasında müəllimlik ixtisasına maraq durmadan artır.
Müəllim hazırlığı üzrə ixtisaslaşmış əsas ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dərs prosesinin məzmununun zənginləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi, tələbələrin əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarla yetişdirilməsi istiqamətində görülən məqsədli işlər nəticəsində gələcək pedaqoqlar seçim zamanı ənənəvi müəllimlik məktəbi sayılan bu universitetə üz tuturlar. Artıq bir neçə ildir ki, qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin ixtisas seçərkən ADPU-ya üstünlük verməsi adi hala çevrilib.
2025/2026-cı tədris ili üçün bakalavriat pilləsinə qəbul göstəricilərinə əsasən, 600-dən yuxarı bal toplamış 5 nəfər abituriyent ADPU-da təhsil almağı seçib. Onlardan 4 nəfəri universitetin fakültələrində, 1 nəfəri isə Şəki filialında ali təhsil alacaq.
Gəlin həmin tələbələrlə tanış olaq:
Nuray Cavid qızı Mehtizadə Bakı şəhəri S. Abbasov adına 117 nömrəli tam orta məktəbin məzunudur. Orta məktəbi fərqlənmə attestatı ilə başa vurub. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında 619 bal toplayaraq ADPU-nun Riyaziyyat müəllimliyi (tədris ingilis dilində) ixtisasına qəbul olunub.
Aysun Elman qızı Əhmədli Bakı şəhəri F. Bayramov adına 22 nömrəli tam orta məktəbin məzunudur. Orta təhsilini fərqlənmə attestatı ilə başa vurub və qəbul imtahanlarında 607.7 bal toplayaraq ADPU-nun Riyaziyyat müəllimliyi (tədris ingilis dilində) ixtisasını seçib.
Mehti Ramil oğlu Şahbazov Masallı rayonu M.Qarayev adına Sığınacaq kənd tam orta məktəbinin məzunudur. Qəbul imtahanlarında 604.4 bal toplayan Mehtinin seçimi ADPU-nun Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası olub.
Aytən Fariz qızı Əsədzadə İmişli rayonu A. Eminov adına 7 saylı tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Qəbul imtahanlarında 601.5 bal toplayan Aytən təhsilini ADPU-nun Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi ixtisasında davam etdirəcək.
Aytac Sahib qızı Abdullayeva Şəki şəhər 18 saylı tam orta məktəbin məzunudur. Qəbul imtahanlarında 623.4 bal toplayan Aytac elə Şəki filialında, Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasında təhsil alacaq.

❤3
Üst və alt həftələr
Əziz tələbələr,
Bildiyiniz kimi, ADPU-da dərs cədvəlləri üst/alt həftə prinsipi ilə təşkil olunur. Bəzi fənnlər üst həftədə, digərləri isə alt həftədə tədris oluna bilər. Belə fənnlər dərs cədvəlində yarımxanalarda göstərilir. Yuxarı yarımxanada olan fənnlər üst həftədə, aşağıda olanlar isə alt həftədə tədris olunur.
Bir qayda olaraq semestrin ilk həftəsi üst həftə hesab olunur.
2025/2026-cı tədris ilinin payız semestri üçün üst/alt həftə bölgüsü ilə paylaşımdan tanış ola bilərsiniz.
#adpu #PedaqojiUniversitet #tədris #dərs #semestr #althəftə #üsthəftə

❤11
I tədris ilinin tələbələri və magistrantlarının nəzərinə
15 sentyabr tarixində universitetə gəlmə qrafiki
#ADPU #eduaz #PedaqojiUniversitet #ixtisas

👍4❤2👏2
Pedaqoji Universitet: Qəbul dövründə 8 milyondan çox baxış, 12.500-dək müraciət
2025/2026-cı tədris ili üçün ali məktəblərin bakalavriat və magistratura pillələrinə tələbə qəbulu və elektron qeydiyyat prosesi müddətində (30 iyun 2025-ci il - 11 sentyabr 2025-ci il tarixləri aralığında) Pedaqoji Universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən abituriyentlərdən, tələbələrdən, həmçinin ictimaiyyət və media nümayəndələrindən daxil olan müraciətlərə çevik cavab verilməsi istiqamətində planlı iş aparılıb. Xüsusilə abituriyentlər və onların valideynlərinin ixtisas seçimi, mövcud ixtisaslar, universitetin infrastrukturu və naviqasiyası, təqaüd imkanları, yataqxana, onlayn qeydiyyat, təhsil tələbə krediti və digər bu kimi məsələlərlə bağlı müraciətləri operativ şəkildə nəzərdən keçirilib və zəruri dəstək göstərilib.
30 iyun - 11 sentyabr tarixləri aralığında universitetin sosial media hesablarında məlumat xarakterli 60 poster və videoməzmun paylaşılıb ki, bu məzmunlar rəsmi instaqram, feysbuk və linkedin səhifələri, teleqram, votsap və yutub kanalları vasitəsilə ümumilikdə 8 milyon 125 min dəfə izlənilib. Bu, paylaşımlara orta hesabla bir gün ərzində 112 min 847 dəfə baxılması deməkdir. Hesabat dövrü ərzində şöbə tərəfindən vətəndaşlardan müxtəlif əlaqə vasitələri ilə daxil olmuş ümumilikdə 12.453 müraciət operativ qaydada cavablandırılıb ki, bu da orta hesabla bir günə 173 müraciət deməkdir. Müraciətlərin 10.199-u instaqram səhifəsi üzərindən, 1.239-u votsap xəttindən, 356-ı feysbuk, linkedin və teleqram səhifələri və imeyl vasitəsilə, 609-u isə zəng formasında daxil olan müraciətlərdir.
Qeyd edək ki, ötən ilin analoji dövrü ərzində cavablandırılmış müraciətlərin ümumi sayı 5.356 təşkil etmişdir ki, bu da ötən illə müqayisədə 132.5 %-dən çox artım deməkdir.
Onlayn qeydiyyatla bağlı universitetdə yerində müraciət xidmətinin təşkil edilməməsinə baxmayaraq, müraciət etmiş 50-dən çox vətəndaşa yerində xidmət göstərilib.
Şöbə tərəfindən ADPU-ya yeni qəbul olunmuş tələbələrin məlumatlandırılması və tədris prosesinə adpaptasiyasına dəstək göstərilməsi istiqamətində işlər davam etdirilir.

❤8🔥1