ADPU
4.38K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
“ADPU-da professor-müəllim heyətinin tədris yükünün azaldılması Qaydası” təsdiq olunub

Qəbul olunan qaydalar ADPU-da professor-müəllim heyətinin elmi-tədqiqat fəaliyyətlərini dəstəkləmək və stimullaşdırmaq məqsədi daşıyır.
Qaydalarda elmi uğurları və tədqiqat səriştəsi əsas alınaraq professor-müəllim heyətinin illik tədris yükünün 40%-dək azaldılması meyarları əks olunur. Qaydalara uyğun olaraq, müəyyən olunmuş 9 meyardan ən az 4-nə cavab verən tədqiqatçı müəllimlərin müraciətləri əsasında onların dərs yükü azaldılacaq.
Lakin bu qaydadan yararlanan tədqiqatçıların sayı ADPU-nun tam ştatda olan professor-müəllim heyətinin 5 faizindən çox olmamalıdır.
Qaydaların tətbiqinin əsas məqsədi akademik heyətin elmi-tədqiqat nəticələrini stimullaşdıraraq onları daha da yüksəltmək və nəticədə universitetin akademik nüfuzunu artırmaqdır.
❤1👍1
❤5👍2👏2
ADPU MEH ədəbi dərnəyinin yeni rəhbəri Firuz Yusibov
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən MEH ədəbi dərnəyinin yeni rəhbəri Firuz Yusibovdur.
Firuz Yusibov 2005-ci ildə Gədəbəy rayonun anadan olub. 2023-cü ildə orta təhsilini başa vuraraq, ADPU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olub. Hazırda III tədris ili tələbəsidir.
Tələbəlik dövrünün ilk günlərindən gənclərin inkişafına yönəlmiş müxtəlif təlim və proqramlarda fəal iştirak edib. MEH ədəbi dərnəyinin təşkil etdiyi layihə və tədbirlərdə fəallığı ilə fərqlənib. O, bir çox layihə və tədbirlərdə aktiv iştirak edib, fəaliyyəti sertifikat, fəxri fərman və təşəkkürnamələrlə dəyərləndirilib.
O, 2 Fevral-Azərbaycan Gənclər Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən aktivliyinə görə təltif edilib, özəl təhsil müəssisələri tərəfindən təşkil edilən təlimçilər üçün təlim proqramını uğurla tamamlayıb. COP29 çərçivəsində aktiv könüllülük fəaliyyəti göstərib.
❤7👍1
Əziz tələbələr,
Yuxarı kurs tələbələrinin iyul, avqust və sentyabr aylarının təqaüdləri ödənildi.Xeyirlə xərcləyin!
Qeyd: Birinci tədris ilinin tələbələrinin təqaüdləri ayrıca ödəniləcək.
❤66💔12👏6🔥1
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərovun 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriki

Ətraflı: https://bit.ly/48fAmBe

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #5Oktyabr #müəllimlərgünü
❤22👏2🥰1
Gələcəyin qurucularının peşə bayramıdır.

Əziz müəllimlər ailəmiz,

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günümüz mübarək olsun!

#adpu #edu #ElmvəTəhsilNazirliyi #eduaz #PedaqojiUniversitet #5Oktyabr #MüəllimlərGünü #GələcəyinQurucuları
❤45🥰3🔥1
ADPU tələbəsi Sidneydə keçirilən Beynəlxalq Astronavtika Konqresində
Ətraflı: http://bit.ly/46JD2pu

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi
👏3🥰1
Pedaqoji Universitetin tələbəsi Avropa çempionu olub
Azərbaycan Dövlət Pedaqoji Universitetinin I tədris ili tələbəsi, paraatlet Kamran Zeynalov Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Kamran 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma (P1) yarışında 235,6 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb və Avropa çempionu adını qazanıb. Kamran bundan öncə qitə birinciliyində Aybəniz Babayeva ilə birlikdə 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P6) gümüş medal, həmçinin 50 metr məsafəyə tapançadan atəş açmada (P4) 221,6 xalla daha bir gümüş medal əldə edib.
Qeyd edək ki, Kamran Turab oğlu Zeynalov 1992-ci ildə Sabirabad şəhər anadan olub. 2008 ildən para-atıcılıq idman növü ilə məşğuldur. O, dəfələrlə qitə və dünya miqyaslı yarışların qalib olub. Tokio və Paris Yay Paralimpiya Oyunlarda ölkəmizi təmsil edib. Kamran beynəlxalq arenada uğurlu çıxışlarına görə cari tədris ilində müsabiqədənkənar qaydada ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinə qəbul olunub.
❤9👍5🔥2
İlk dəfə ölkədəki bütün alimlərə limitsiz sayda ödənişsiz məqalə dərc etmək imkanı təqdim edildi

Elm və Təhsil Nazirliyi (ETN) və Böyük Britaniyanın nüfuzlu Kembric Universitetinin “Cambridge Press” nəşriyyatı arasında əldə edilmiş razılığa əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün müəlliflər növbəti 3 il ərzində “Cambridge Press” tərəfindən nəşr edilən 422 yüksək impakt faktorlu, hibrid və “gold” açıq əlyetərli (Open Access) jurnallarda limitsiz sayda məqalə dərc etmək imkanı əldə etmişdir.

“Web of Science” və “Scopus”da indekslənən bu jurnallarda açıq əlyetərli (Open Access) məqalə dərcinin qiyməti minlərlə manat dəyərində ölçülür. Lakin, sözügedən razılıq əsasında Azərbaycanlı alimlər bu ödənişi etmədən öz məqalələrini Kembric Universiteti Nəşriyyatının jurnallarında dərc edə bilər. Razılaşma, eyni zamanda ölkənin 140 elmi və ali təhsil müəssisəsinə “Cambridge Press” nəşriyyatının jurnallarını müddətsiz oxumaq imkanını təqdim edir.

Xidmətdən istifadə etmək istəyən müəlliflər, “Cambridge Core” (cambridge.org/core/journals) platformasına daxil olaraq müvafiq qaydada yararlana bilərlər.

#EATDA #ETN #Cambridge #ADPU
❤5
"Tədris prosesində inklüzivlik və müxtəlifliyin idarə olunması" təliminə qeydiyyat başlandı

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzi "Tədris prosesində inklüzivlik və müxtəlifliyin idarə olunması"təliminə qəbul elan edir.

Təlimin əsas istiqamətləri aşağıdakılardır:

· İnsan hüquqlarına əsaslanan inklüziv təhsil

· Əlilliyin sosial modeli

· İnklüziv sinif təcrübəsinin yaradılması: uşaqyönümlü pedaqoqika

· İnklüziv siniflərdə müxtəlif təlim üsulları

· Təqdimat və çıxış etmək bacarıqlarının formalaşdırılması. Bədən dili

· İnklüziv siniflərdə dərs planlaşdırılmasına verilən tələblər

· İnklüziv siniflərdə qiymətləndirmə metodları

Təlimçi: ADPU-nun baş müəllimi p.ü.f.d. Gülşən Eminova

Təlim kursunu müvəffəqiyyətlə bitirən iştirakçılar sertifikatla təltif olunacaqlar.

Qeydiyyat: https://docs.google.com/forms/d/1a6iHMHP_nU02WVVm7ql45jT7GgHDtvQSTLn1AUNOnhw/edit

Əlavə məlumat: tlc@adpu.edu.az
🎥 ADPU TV komandasının bir parçası sən ol! 🎬

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəsmi yutub kanalı – ADPU TV universitetin tələbələrindən ibarət könüllü komandaya yeni üzvlər axtarır!
Əgər səni kamera, yaradıcı ideyalar və sosial media cəlb edirsə, bu elan sənin üçündür! 💥

Aşağıdakı istiqamətlər üzrə bizə qoşula bilərsən 👇
🎙️ Aparıcı
🟢 Proqramları, canlı yayımları və müsahibələri idarə etmək
🟢 Qonaqlarla ünsiyyət qurmaq, mövzuları dinamik şəkildə təqdim etmək

📱 Mobiloqraf
🎥 Proqram və reportajların çəkilişi
🎞️ Reels və qısa videoçarxların hazırlanması

💻 Montajçı
✂️ Video materialların montajı, rəng korreksiyası və optimallaşdırılması
🎧 Səs və qrafik elementlərin əlavə edilməsi

📲 SMM
📢 Sosial media hesablarının idarə edilməsi
💡 Postların hazırlanması, paylaşımların planlaşdırılması

💻🎨 Dizayner
– Sosial media postları, elanlar və videolar üçün dizaynların hazırlanması


🗓️ Son qeydiyyat tarixi: 18 oktyabr 2025

Ətraflı məlumat və qeydiyyat 👇
https://docs.google.com/forms/d/e/1FAIpQLScBeJovPQL6A4vJRXIpah4wZ6OB9riFOy7kYTX1HMUPZ-wvjQ/viewform?usp=header