ADPU
4.39K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
Əziz ADPU tələbəsi!

IELTS sertifikatı qazanmısan?! Nəticəni bizə gətir, ödənişini geri al!

#ADPU #eduaz #ıelts #PedaqojiUniversitet
❤4
Xoş gəldin, 11 ayın sultanı Ramazan!
Bu müqəddəs ay süfrənizdən bərəkət, üzünüzə təbəssüm gətirsin.

#adpu #PedaqojiUniversitet #ElmvəTəhsilNazirliyi #eduaz #Ramazan
❤21
“Danışıqların aparılması və stereotipler” adlı təlim keçiriləcək

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim–Tədris Mərkəzi “Danışıqların aparılması ve stereotiplər” adlı təlim təşkil edir.

Təlim zamanı iştirakçılara kommunikasiyanın texnika və növləri ilə bağlı məlumat verilir. İştirakçılarda aktiv dinləmə texnikaları, məlumatın düzgün ötürülməsi, iştirakçılarda komanda ilə işləmək üçün inandırma, aktiv dinləmə, verbal, qeyri-verbal və digər ünsiyyət bacarıqları təkmilləşdirilir. Danışıqlar zamanı stereotiplər və onların ünsiyyət vasitəsilə idarə edilməsi öyrədilir. Ünsiyyət zamanı əsas səhvlər və qızıl qaydalar göstərilir. Təlim iştirakçılarında müxtəlif qrup oyunları, keyslər, beyin həmləsi, diskussiya, “5C”metodikası, digər vasitələrdən istifadə etməklə uğurlu ünsiyyətin qurulması üzrə bacarıqlar təkmilləşdirilir.
Təlim 1-ci dərəcəli dövlət qulluqçusu, dosent Afaq Hüseyn tərəfindən aparılacaq.

Təlim müəllim və tələbə heyəti üçün əyani formada keçiriləcək.

Təlimin sonunda iştirak edənlər sertifikatla təmin olunacaq.

Qeydiyyat: https://forms.gle/oHjS54e9P19J1TG58
❤2
SPSS və digər statistik analiz proqramları üzrə təlimlər keçiriləcək

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzi tərəfindən “Tədqiqat analitikası” fənnini tədris edən müəllimlər üçün SPSS və digər statistik analiz proqramları üzrə təlimlərin təşkili nəzərdə tutulur.

Təlimlər Ankara Universiteti tərəfindən dəvət olunmuş təlimçilər tərəfindən onlayn formatda həyata keçiriləcəkdir.

Təlimin əsas məqsədi müəllimlərin statistik analiz alətlərindən effektiv istifadəsini gücləndirmək, empirik tədqiqatların aparılması və nəticələrin şərh edilməsi sahəsində bilik və bacarıqlarını inkişaf etdirməkdir.

Qeydiyyat: https://forms.gle/wts3VS2YwbgSvKKL8
❤1
21 Fevral - Beynəlxalq Ana Dili Günüdür!

Ana dili xalqın milli ruhunun və mənəvi dəyərlərinin ifadəsidir.

#adpu #ElmvəTəhsilNazirliyi #eduaz #eatda #AnaDiliGünü
👍2
ADPU-da “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” Beynəlxalq elmi konfransı keçiriləcək

Ətraflı: https://adpu.edu.az/index.php/az/x%C9%99b%C9%99rl%C9%99r/2876

#adpu #PedaqojiUniversitet #edu #ElmvəTəhsilNazirliyi #eduaz #eatda
Filologiya fakültəsinin Xarici Dillər Mərkəzi müsabiqə elan edir!

İngilis dilində sərbəst və spontan danışmaq, fikirlərini əsaslandırmaq və real ünsiyyət mühitində özünü sınamaq istəyirsənsə, “Talk to Me” səni gözləyir!

Danış, Müzakirə et, İnkişaf et, Qazan!