ADPU
4.38K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
📣 "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026/2027-ci tədris ili üçün dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu 15 aprel 2026-cı il tarixindən açıq elan olunur.

🕕 Sənəd qəbulu üçün son tarix 5 iyun 2026-cı il saat 18:00-dır.

🔗 Proqrama müraciət şərtləri, tələb olunan sənədlər və sənəd qəbuluna dair təlimat videosu ilə tanış olmaq üçün elana keçid edə bilərsiniz:

https://dp.edu.az/az/news/4978
❤1
🎬"Qalib sən!"in IV tədris binasından olan buraxılışı ADPU TV yutub kanalında yayımdadır.

🎤Bu dəfə də iştirakçılarımız bir-birindən maraqlı sualları cavablandırmağa çalışıblar.

🎁Qalibə isə hədiyyəmiz var.

📺Bizi izləməyi unutmayın. Növbəti qalib sən ola bilərsən.

https://youtu.be/8XtEcA56BOA?si=fLE8uCSr_OcopHzz
ADPU qarışıq tədris modeli təklif edir
Prorektordan açıqlama
Tələbələr necə fikirləşir?
#adpu #eduaz #adputv #students #studentlife

https://www.instagram.com/reel/DXPohtvDN5m/?igsh=dzJvNnl2ajBnaWEw
👍2
Böyük təəssüf hissi ilə bildiririk ki, 2006-2019-cu illərdə ADPU-nun mətbuat katibi olmuş Mənsur İbrahimli dünyasını dəyişib.

Pedaqoji Universitetin rəhbərliyi və kollektivi Mənsur müəllimin yaxınlarına və ailə üzvlərinə dərin hüznlə başsağlığı verir.

Allah Rəhmət Eləsin!
😢6❤2
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərovun doğum günüdür.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyəti və çoxminlik tələbə kollektivi adından rektorumuzu səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı və peşəkar müəllim kadrlarının hazırlanması yolunda apardığı vacib islahatlarda davamlı uğurlar arzu edirik.
Doğum gününüz mübarək, cənab rektor!
❤6👏1
“Uyğunlaşma və dəyişikliklərin idarə edilməsi” adlı təlimə qeydiyyat başlanır

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzi “Uyğunlaşma və dəyişikliklərin idarə edilməsi” adlı təlim təşkil edir.

Təlimin məqsədi iştirakçılara dəyişikliklərin effektiv idarə olunması sahəsində zəruri bilik və bacarıqların qazandırılmasıdır. Təlim çərçivəsində dəyişiklik strategiyasının hazırlanması, dəyişiklik üçün dəstəyin formalaşdırılması mərhələlərinin müəyyən edilməsi, dəyişikliklərin idarə olunması və kommunikasiya planlarının hazırlanması mövzuları əhatə olunur.

Bununla yanaşı, iştirakçılar məlumatların toplanması, mövcud narahatlıqların müəyyənləşdirilməsi və aradan qaldırılması, alternativlərin dəyərləndirilməsi və dəyişiklik istiqamətinin uyğunlaşdırılması üçün effektiv strategiyaların tətbiqi üzrə praktiki yanaşmalarla tanış olacaqlar. Təlimdə həmçinin insanların dəyişiklikləri dəstəkləməyə təşviq edilməsi, inandırma metodları və dəyişikliklərin idarə olunmasına dair müasir texnologiyalar təqdim ediləcəkdir.

Təlim I dərəcəli dövlət qulluqçusu dosent Afaq Hüseyn tərəfindən aparılacaq. Təlim canlı formada müəllim və tələbə heyəti üçün nəzərdə tutulmuşdur. Təlimin sonunda iştirak edənlər sertifikatla təmin olunacaq.

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun: https://forms.gle/xLZWbhF1ixy7b6vm7
❤1