ADPU
4.38K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
ADPU magistratura səviyyəsi üzrə boş qalan yerlərə qəbul elan edir

Azərbaycan Dövlət Pedaqoji Universiteti 2026/2027-ci tədris ili üçün magistratura səviyyəsinə boş qalan plan yerlərinə qəbul elan edir.
Qeyd edək ki, boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 24-dən 30-dək aparılacaq. İxtisaslaşma seçimində iştirak etmək hüququ olan bakalavrlar müsabiqədə iştirak etmək üçün 30 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər. Hər bir bakalavr 20-dək ixtisaslaşma kodunu seçə bilər.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #magistratura #qəbul
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun nəticələri elan olundu

Tələbə adını qazanan bütün abituriyentləri təbrik edirik!

Pedaqoji Universitet Sizi qarşılamağı səbrsizliklə gözləyir.

#adpu #adputv #PedaqojiUniversitet #qəbul #eduaz
❤10
İxtisas seçimində ADPU-nu neçənci yerdə qeyd etmişdiniz?
Anonymous Poll
48%
1-ci
28%
İlk üçlükdə
14%
5-10 arası
7%
10-15 arası
7%
Daha aşağı sıralarda
❤6
İxtisasım hansı korpusda yerləşir?

Pedaqoji Universitetdə mövcud ixtisasların tədris binaları üzrə bölgüsünü təqdim edirik.

Qeyd: Texnologiya müəllimliyi ixtisası əsas etibarilə əsas binada olsa da, həftənin bəzi günlərində IV tədris binasında dərs keçirilir.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #qəbul #ixtisas
❤3
Pedaqoji Universitet - 105 ildir təhsilimizin keşiyindəyik!

Bu gün ölkəmizin müəllimlik məbədi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 105 ili tamam olur.

#ADPU #PedaqojiUniversitet #eduaz #eduaz #ADPU105
❤9
ADPU-nun bakalavriat səviyyəsinə qəbul olunanların nəzərinə!

2026-2027-ci tədris ili üzrə ADPU-nun bakalavrat səviyyəsinə qəbul olunmuş abituriyentlər 28 avqust tarixindən 08 sentyabr 18:00-dək https://my.gov.az/ portalı vasitəsilə onlayn qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat üçün abituriyentlər https://my.gov.az/ portalında şəxsi hesaba daxil olmalı, "Xidmətlər" bölməsindən "Sahələr", açılan pəncərədən "Təhsil" və "Ali və orta ixtisas müəssisələrinə təhsilalan qeydiyyatı" seçimlərini etməlidirlər. Açılan bölmədə şəxsi və qəbul məlumatlarını təsdiqləmək və tələb edilən sənədləri yükləmək zəruridir.
Portala yüklənməsi tələb edilən sənədlərlə postda tanış ola bilərsiniz.

Qeyd edilmiş müddətədək onlayn qeydiyyatı tamamlamayanlar ali təhsil müəssisəsinə qəbuldan imtina etmiş sayılırlar.

#adpu #ElmvəTəhsilNazirliyi #qəbul #qəbul2026 #qeydiyyat
❤2
Ödənişin edilməsi ilə bağlı təlimat

Ödənişli əsaslarla qəbul olunanlar müraciətlərini tamamladıqdan sonra müraciətləri ali təhsil müəssisəsi tərəfindən baxılıb kabinetlərində "Ödəniş et" yazısı görünənədək gözləməlidirlər.

"Ödəniş et" yazısı göründükdən sonra ödəniş aşağıdakı vasitələrlə ödənilə bilər:
•Birbaşa şəxsi kabinetdən bank kartı vasitəsilə
•Mobil bank tətbiqləri vasitəsilə "Ödənişlər" >Təhsil>Ali təhsil müəssisələri seçməklə
•Şəxsi kabinetdə göstərilən invoys kodu təqdim etməklə bank filiallarında
•FİN kodla ödənişi dəstəkləyən ödəniş terminalları vasitəsilə Təhsi>Ali təhsil müəssisələri> FİN kod seçməklə
Digər ödəniş vasitələri ilə edilən ödənişlər zamanı ödəniş qəbzinin şəklini portala yükləmək məcburiyyəti yarana bilər.
Təhsil haqqının ən azı yarısının ödənilməsi tələb edilir.

Ödəniş edildikdən sonra kabinetdə "Ödəniş edildi" yazısı görünməlidir. Əgər bu yazı görünmürsə, kabinetin "Ödəniş" bölməsindən "Digər" seçilməklə ödəniş qəbzinin şəkli sistemə daxil edilməlidir.

#adpu #bakalavr #qəbul
Təhsil haqqından azad olunan tələbələr

Güzəşt kateqoriyasına aid edilən və  təhsil haqqı dövlət tərəfindən ödənilən təhsilalanlar portal qeydiyyatı zamanı müvafiq bəndi işarələməli və bu statusu təsdiqləyən sənədləri portala yükləməlidirlər.

Güzəşt kateqoriyasına aid olmanın meyarları barədə postda ətraflı məlumat qeyd edilib.

#adpu #ElmvəTəhsilNazirliyi #bakalavr #qəbul #qeydiyyat
❤1
Ödənişi Təhsil Tələbə Krediti vasitəsilə ödəmək istəyən şəxslər qeydiyyat zamanı müvafiq bəndi işarələməli və paralel olaraq https://www.e-ttkf.edu.az/ saytında mygov ID (əvvəlki adı ilə Digital Login/ASAN Login) və ya natariusdan alınmış ərizə nömrəsi ilə qeydiyyatdan keçərək müraciət ünvanlamalıdırlar. TTK barədə ətraflı məlumat üçün QR kodları oxudun.

#adpu #ElmvəTəhsilNazirliyi #qəbul #bakalavr #qeydiyyat
Qeydiyyatla bağlı ən çox verilən sual

Qeydiyyat üçün hansı sənədlər tələb olunur və universitetə gəlməliyəmmi?

- Qeydiyyat yalnız www.my.gov.az platforması (yalnız sayt vrsiyası) üzərindən onlayn formada aparılır və heç bir əlavə sənədə, universitetə gəlməyə ehtiyac yoxdur.

- Dərslər başladıqda fakültəyə təqdim edəcəyiniz sənədlərlə bağlı mygov-da müraciətiniz təsdiqləndikdə sizə qeyd hissəsində məlumat göndəriləcək, eyni zamanda fakültəniz tərəfindən məlumat veriləcək.

#ADPU #PedaqojiUniversitet #qəbul #qeydiyyat #mygov #eduaz #eatda
ADPU boş qalan yerlərə qəbul elan edir

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə əsas yerləşdirmədə boş qalan plan yerlərinə qəbul elan edir.

Boş qalan yerlər aşağıdakı ixtisaslar üzrədir:

Kimya müəllimliyi — IV qrup, Azərbaycan bölməsi — 44 yer;
Biologiya müəllimliyi — IV qrup, Azərbaycan bölməsi — 21 yer;
Riyaziyyat müəllimliyi — I qrup, RK altqrupu, ingilis bölməsi — 6 yer;
Fizika müəllimliyi — I qrup, RK altqrupu, ingilis bölməsi — 5 yer;
Tarix və coğrafiya müəllimliyi — II qrup, ingilis bölməsi — 3 yer.

Boş qalan yerlərə ixtisas seçimi 28 avqust – 2 sentyabr tarixlərində Dövlət İmtahan Mərkəzinin internet saytı üzərindən aparılacaq.

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #qəbul #qəbul2026