ADPU
4.38K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
Əziz ADPU tələbəsi!

Yay aylarında IELTS sertifikatı qazanmısan, elə isə nəticəni bizə gətir, ödənişini geri al!

#ADPU #eduaz #ıelts #PedaqojiUniversitet
❤4
“Elmi məqaləni hazırlamaq üçün 11 addım. Elmi indeksli jurnalların məqalələrə dair tələbləri” mövzusunda təlim

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzi “Elmi məqaləni hazırlamaq üçün 11 addım. Elmi indeksli jurnalların məqalələrə dair tələbləri” mövzusunda təlim təşkil edir.
Təlimin məzmunu:
✔️Elmi məqaləni hazırlamağa başlamaq üçün ilk edilməli olanlar
✔️Elmi məqalənin hazırlanması ilə bağlı beynəlxalq elmi sferada tətbiq olunan metodologiyalar
✔️Məqalənin strukturlaşdırılması üçün 11 addım
✔️ Məqalənizi elmi auditoriya üçün cəlbedici etməkdə nələrə üstünlük verilməlidır?
✔️ Elmi məqalənizin nəşrə qədərki statusları, çap və çapdan sonrakı mərhələ
✔️ Beynəlxalq elmi indeksli jurnalların məqalə ilə bağlı tələbləri və bu tələbləri yerinə yetirmək üçün diqqət edilməli məqamlar
Təlimçi:
• Ruslan Rəhimli: Fəlsəfə doktoru, dosent, AMEA Arxeologiya və Antropologiya İnstitutu Antropologiya Mərkəzinin aparıcı elmi işçisi
• Müddət: 1 gün (onlayn)
Təlim kursunu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunur.
Qeydiyyat :
https://docs.google.com/forms/d/1BY12Mi8Nx5F98lqHU7MkqYMvFi8JOmNaoDvNrliTbCI/edit

Əlavə məlumat: tlc@adpu.edu.az
Tarix: 30 sentyabr 2025
❤2
“Elmi-pedaqoji məqalələrin yazılmasında süni intellekt texnologiyalarının səmərəli tətbiqi yolları” mövzusunda təlim

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzi “Elmi-pedaqoji məqalələrin yazılmasında süni intellekt texnologiyalarının səmərəli tətbiqi yolları” mövzusunda təlim təşkil edir. Təlim proqramına daxildir:
- Süni intellektin elmi yazılarda istifadəsi – qlobal təcrübə və praktiki nümunələr
- Süni intellektlə elmi məqalənin məzmununu necə zənginləşdirməli
- Süni intellektin zərərli təsirlərindən necə qorunmalı
- Fakt yanlışlıqları və uydurma istinadlar
- Süni intellektin təqdim etdiyi mətnlərdə uyğunsuzluqları, qeyri-dəqiqlikləri necə müəyyənləşdirməli
- Elmi mənbələrin süni intellekt vasitəsilə axtarışı və yoxlanılması
- APA və digər istinad üslublarının tətbiqi yolları
- Məqalə strukturu: giriş, metodologiya, nəticə və müzakirə hissələrinin yazılmasında süni intellektin rolu
- Annotasiya, açar sözlər və məqalə başlığının yazmasında süni intellektin dəstəyi
- Mətnin redaktəsi, elmi üslubun təkmilləşdirilməsi və terminoloji dəqiqlik
- Plagiatın qarşısının alınması və elmi etikaya uyğun yazı qaydaları
- Real nümunələr əsasında süni intellektdən istifadə zamanı yaranan etik problemlər və onların həlli yolları
- Süni intellekt vasitəsilə uyğun jurnalların müəyyənləşdirilməsi, “saxta jurnallar”dan qorunma yolları.
Praktiki hissə:
- İştirakçılar öz tədqiqat mövzuları əsasında real elmi məqalə strukturu quracaq və süni intellektin köməyi ilə başlıq, annotasiya və nəticə hissələrini hazırlayacaqlar.
- İştirakçıların öz təcrübələri: kim hansı süni intellekt alətətindən istifadə edir.

Təlim 16 Oktyabr tarixində onlayn formatda keçiriləcək.

Qeydiyyat : https: https://forms.gle/gRRt85vA7rctkzQh7
❤3
ADPU YUNESKO Klubun yeni rəhbəri Validə İsmayılzadə

ADPU YUNESKO klubunun yeni rəhbəri məlum olub.
Filologiya fakültəsinin III tədris ili tələbəsi Validə İsmayılzadə klubun yeni rəhbəri olub.
Validə Xanlar qızı İsmayılzadə Bakı şəhəri 329 nömrəli tam orta məktəbin məzunudur.2023-cü ildə orta təhsilini başa vuraraq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin İngilis dili müəllimliyi ixtisasına qəbul olunub. .
2023-cü ildə keçirilən “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin I mövsümünün xüsusi mükafatçısı olub. Müsabiqə qalibləri üçün təşkil edilmiş mentorluq proqramını uğurla tamamlayıb. Cari ildə 2 Fevral Gənclər Günü münasibətilə universitetin ictimai həyatında fəal iştirakına görə ADPU-nun rektoru prof. Cəfər Cəfərov tərəfindən Fəxri Fərmanla təltif edilib.
Validə eyni zamanda ölkəmizdə keçirilən COP29 və Formula 1 Azərbaycan Qran-Prisi kimi beynəlxalq miqyaslı tədbirlərdə fəal könüllü fəaliyyəti ilə fərqlənib.
2024-cü ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) Suraxanı Gəmi-Muzeyi və Gənc Könüllülər İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən təcrübə proqramını, 2025-ci ildə isə Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən həyata keçirilən “İnkişaf və Təcrübə Akademiyası 4” proqramını uğurla tamamlayıb.
❤2
ADPU-ya qəbul olan tələbələrin 64 faizi dövlət sifarişi ilə təhsil alacaq

2025/2026-cı tədris ili üçün bakalavriat pilləsinə qəbulun nəticələrinə əsasən ADPU-nun plan yerləri tam dolub. Qəbul olunanların 57 %-i (1507 nəfər) dövlət sifarişi, 43%-i (1145 nəfər) isə ödənişli əsaslarla qəbul olunub. Həmçinin ödənişli əsaslarla qəbul olunan tələbələrin 178 nəfəri güzəşt kateqoriyası üzrə qəbul edilib (ümumi qəbulun 7 faizə qədəri). Bu isə qəbul olunan tələbələrin ümumilikdə 64 %-ə qədərinin dövlət hesabına təhsil alacağı deməkdir.

#adpu #eduaz #PedaqojiUniversitet #qəbul #edugovaz
ADPU-da tütorluq təlimlərinə start verilir
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyyət göstərən Təlim-Tədris Mərkəzi tütor olmaq istəyənlər üçün təlimlər təşkil edir.
Təlimlər 2 ay müddətində davam edəcək və ödənişlidir.
Təlimlərə qeydiyyat 15.10.2025-cü il tarixinədək davam edəcək.
Qeydiyyat bitdikdən sonra qeydiyyatdan keçənlər üçün təlimin başlanma tarixi elan ediləcək.
Əlavə məlumat üçün: tlc@adpu.edu.az

Qeydiyyat linki:
https://docs.google.com/forms/d/e/1FAIpQLSdIlVfN1vYV40ui4scC2fvWr6bak6mT8l578jaazhst-Og-Hw/viewform?usp=header
👍1
❤5
27 Sentyabr - Anım Günüdür
Bu gün Böyük Zəfərə gedən 44 günlük savaşın başladığı tarixdən 5 il keçir.

Şanlı tariximizin 5-ci ildönümündə bütün şəhidlərimizin əbədi xatirələrini ehtiramla yad edir, qazilərimizə şəfa diləyirik.

Qüdrətli Azərbaycan dövlətinin cənnətə çevirdiyi Qarabağ və Şərqi Zəngəzur, müharibə zəfərinin 5-ci ildönümündə sülh yolunda da əldə etdiyimiz misilsiz zəfər ölkəmizin işıqlı gələcəyindən xəbər verir.

#adpu #eduaz #27Sentyabr #Anımgünü #Zəfər #QarabağAzərbaycandır!
❤14💔6👏1
Pedaqoji Universitetə ödənişli qəbul olan tələbələrin 17 faizə qədəri tələbə kreditindən yararlanıb

Pedaqoji Universitetə ödənişli əsaslarla qəbul olunan tələblərin 16.8 faizi (192 nəfər) təhsil tələbə kreditindən faydalanıb. Ötən il bu rəqəm 12.5 faiz (134 nəfər) təşkil edirdi.

#adpu #eduaz #edugovaz #qəbul #PedaqojiUniversitet
😢1
❤2
Cari tədris ilində ADPU-ya qəbul olunan tələbələrin 73 faizi regionların, 27 faizi isə Bakı şəhərinin payına düşür.

#adpu #eduaz #edugovaz #qəbul #PedaqojiUniversitet
❤1
74 əcnəbi Pedaqoji Universitetdə təhsil almaq üçün müraciət edib

2025/2026-cı tədris ilində ADPU-da təhsil almaq üçün portal.edu.az üzərindən 74 əcnəbi vətəndaş müraciət edib. Onlar Türkiyə, Pakistan, Gürcüstan, Rusiya, İran və digər ölkələrin vətəndaşlarıdırlar.

#adpu #eduaz #edugovaz #qəbul #PedaqojiUniversitet