ADPU
4.38K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
Pedaqoji Universitetin tələbəsi Avropa çempionu olub
Azərbaycan Dövlət Pedaqoji Universitetinin I tədris ili tələbəsi, paraatlet Kamran Zeynalov Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Kamran 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma (P1) yarışında 235,6 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb və Avropa çempionu adını qazanıb. Kamran bundan öncə qitə birinciliyində Aybəniz Babayeva ilə birlikdə 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P6) gümüş medal, həmçinin 50 metr məsafəyə tapançadan atəş açmada (P4) 221,6 xalla daha bir gümüş medal əldə edib.
Qeyd edək ki, Kamran Turab oğlu Zeynalov 1992-ci ildə Sabirabad şəhər anadan olub. 2008 ildən para-atıcılıq idman növü ilə məşğuldur. O, dəfələrlə qitə və dünya miqyaslı yarışların qalib olub. Tokio və Paris Yay Paralimpiya Oyunlarda ölkəmizi təmsil edib. Kamran beynəlxalq arenada uğurlu çıxışlarına görə cari tədris ilində müsabiqədənkənar qaydada ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinə qəbul olunub.
❤9👍5🔥2
İlk dəfə ölkədəki bütün alimlərə limitsiz sayda ödənişsiz məqalə dərc etmək imkanı təqdim edildi

Elm və Təhsil Nazirliyi (ETN) və Böyük Britaniyanın nüfuzlu Kembric Universitetinin “Cambridge Press” nəşriyyatı arasında əldə edilmiş razılığa əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün müəlliflər növbəti 3 il ərzində “Cambridge Press” tərəfindən nəşr edilən 422 yüksək impakt faktorlu, hibrid və “gold” açıq əlyetərli (Open Access) jurnallarda limitsiz sayda məqalə dərc etmək imkanı əldə etmişdir.

“Web of Science” və “Scopus”da indekslənən bu jurnallarda açıq əlyetərli (Open Access) məqalə dərcinin qiyməti minlərlə manat dəyərində ölçülür. Lakin, sözügedən razılıq əsasında Azərbaycanlı alimlər bu ödənişi etmədən öz məqalələrini Kembric Universiteti Nəşriyyatının jurnallarında dərc edə bilər. Razılaşma, eyni zamanda ölkənin 140 elmi və ali təhsil müəssisəsinə “Cambridge Press” nəşriyyatının jurnallarını müddətsiz oxumaq imkanını təqdim edir.

Xidmətdən istifadə etmək istəyən müəlliflər, “Cambridge Core” (cambridge.org/core/journals) platformasına daxil olaraq müvafiq qaydada yararlana bilərlər.

#EATDA #ETN #Cambridge #ADPU
❤5
"Tədris prosesində inklüzivlik və müxtəlifliyin idarə olunması" təliminə qeydiyyat başlandı

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzi "Tədris prosesində inklüzivlik və müxtəlifliyin idarə olunması"təliminə qəbul elan edir.

Təlimin əsas istiqamətləri aşağıdakılardır:

· İnsan hüquqlarına əsaslanan inklüziv təhsil

· Əlilliyin sosial modeli

· İnklüziv sinif təcrübəsinin yaradılması: uşaqyönümlü pedaqoqika

· İnklüziv siniflərdə müxtəlif təlim üsulları

· Təqdimat və çıxış etmək bacarıqlarının formalaşdırılması. Bədən dili

· İnklüziv siniflərdə dərs planlaşdırılmasına verilən tələblər

· İnklüziv siniflərdə qiymətləndirmə metodları

Təlimçi: ADPU-nun baş müəllimi p.ü.f.d. Gülşən Eminova

Təlim kursunu müvəffəqiyyətlə bitirən iştirakçılar sertifikatla təltif olunacaqlar.

Qeydiyyat: https://docs.google.com/forms/d/1a6iHMHP_nU02WVVm7ql45jT7GgHDtvQSTLn1AUNOnhw/edit

Əlavə məlumat: tlc@adpu.edu.az
🎥 ADPU TV komandasının bir parçası sən ol! 🎬

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəsmi yutub kanalı – ADPU TV universitetin tələbələrindən ibarət könüllü komandaya yeni üzvlər axtarır!
Əgər səni kamera, yaradıcı ideyalar və sosial media cəlb edirsə, bu elan sənin üçündür! 💥

Aşağıdakı istiqamətlər üzrə bizə qoşula bilərsən 👇
🎙️ Aparıcı
🟢 Proqramları, canlı yayımları və müsahibələri idarə etmək
🟢 Qonaqlarla ünsiyyət qurmaq, mövzuları dinamik şəkildə təqdim etmək

📱 Mobiloqraf
🎥 Proqram və reportajların çəkilişi
🎞️ Reels və qısa videoçarxların hazırlanması

💻 Montajçı
✂️ Video materialların montajı, rəng korreksiyası və optimallaşdırılması
🎧 Səs və qrafik elementlərin əlavə edilməsi

📲 SMM
📢 Sosial media hesablarının idarə edilməsi
💡 Postların hazırlanması, paylaşımların planlaşdırılması

💻🎨 Dizayner
– Sosial media postları, elanlar və videolar üçün dizaynların hazırlanması


🗓️ Son qeydiyyat tarixi: 18 oktyabr 2025

Ətraflı məlumat və qeydiyyat 👇
https://docs.google.com/forms/d/e/1FAIpQLScBeJovPQL6A4vJRXIpah4wZ6OB9riFOy7kYTX1HMUPZ-wvjQ/viewform?usp=header
👏2
ADPU-da akad. Y.Məmmədəliyevin 120 illiyinə həsr olunan “Kimya, Texnologiya, Ekologiya” Respublika elmi konfransı keçiriləcək
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Elm və Ali Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə akademik Yusif Məmmədəliyevin anadan olmasının 120-ci ildönümünə həsr olunmuş “Kimya, Texnologiya, Ekologiya” Respublika elmi konfransı keçiriləcək.

Konfrans 2025-ci il 25–26 noyabr tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutacaq.

Konfransın elmi bölmələri

* Kimyanın aktual problemləri
* Yaşıl enerji və ekoloji problemlər
* Kimyanın tədrisinin müasir üsulları

Tezislərin tərtib olunma qaydaları

Tezislər Microsoft Word proqramında, Times New Roman (12 pt) şrifti ilə, 1,5 interval, A4 formatında və 3 səhifəyə qədər hazırlanmalıdır.
Səhifə sərhədləri: yuxarıdan və aşağıdan – 25 mm, soldan və sağdan – 20 mm.

Tezisin əvvəlində aşağıdakı məlumatlar qeyd olunmalıdır:

* Tezisin adı
* Müəllifin soyadı, adı, atasının adı
* Təmsil olunduğu müəssisə
* E-mail ünvanı
* Mobil telefon nömrəsi
* Konfransın elmi bölməsinin adı

Tezislər konfransın mövzusuna uyğun olmalı və cteym120@gmail.com elektron ünvanına göndərilməlidir.
Tələblərə cavab verməyən materiallar qəbul edilmir.

🕓 Tezislərin son göndərilmə tarixi: 14 noyabr 2025-ci il

📍 Konfransın keçiriləcəyi ünvan:
Azərbaycan Dövlət Pedaqoji Universiteti,
Ü.Hacıbəyli küçəsi 68, Bakı, AZ1000

📞 (+99412) 493-05-85
🌐 www.adpu.edu.az
ADPU-nun Strateji İnkişaf Mərkəzi vakansiya elan edir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi (ADPU SİM) universitetin uzunmüddətli inkişaf istiqamətlərinin formalaşdırılması, strateji planlaşdırma, innovasiya və tədqiqat fəaliyyətlərinin koordinasiyası ilə məşğuldur.

Mərkəz hazırda dinamik, analitik düşüncəyə malik və təhsil sahəsində yeniliklərə açıq peşəkarları “baş mütəxəssis” və “mütəxəssis” vəzifələri üzrə komandamıza qoşulmağa dəvət edir.

📌 Əsas vəzifə öhdəlikləri

Mərkəzin fəaliyyət istiqamətləri üzrə innovativ layihələrin təşəbbüskarı olmaq və onların icrasına rəhbərlik etmək;
Universitetin strateji planlaşdırma, inkişaf və analitik fəaliyyətlərinə dəstək göstərmək;
Müxtəlif istiqamətlər üzrə tədqiqat və sorğular hazırlamaq, nəticələri təhlil etmək və hesabatlaşdırmaq;
Analitik hesabat, təhlil və təqdimatların hazırlanmasında iştirak;
Məlumat bazalarının yenilənməsi və sistemləşdirilməsində, gündəlik fəaliyyətlərin təşkilində iştirak.
🎓 Namizədə dair tələblər

Ali təhsil (idarəetmə, iqtisadiyyat, təhsil, siyasət, beynəlxalq münasibətlər və ya digər müvafiq sahələr üzrə);
“Baş mütəxəssis” vəzifəsi üçün magistratura təhsili tələb olunur.
“Mütəxəssis” vəzifəsi üçün minimum 1 il, “Baş mütəxəssis” vəzifəsi üçün isə minimum 3 il müvafiq iş təcrübəsi;
Azərbaycan dili – mükəmməl, ingilis dili – arzuolunandır;
MS Office və ya Google Workspace proqramlarında sərbəst işləmək bacarığı;
Analitik düşünmə, tədqiqat aparmaq və mətn/hesabat hazırlamaq bacarığı;
Komanda işi, məsuliyyətlilik, dəqiqlik və vaxtın idarə edilməsi keyfiyyətləri.
İş rejimi

İş qrafiki: Bazar ertəsi – Cümə (09:00 - 18:00).

İş yerinin ünvanı: F.Xoyski küç. 109, Bakı, Azərbaycan. (ADPU-nun V tədris binası)

📩 Müraciət qaydası

Namizədlər CV-lərini “Strateji İnkişaf Mərkəzi – [vəzifə adı]” başlığı ilə📧 strateji.inkishaf@adpu.edu.az ünvanına göndərməlidirlər.

Son müraciət tarixi: 25 oktyabr 2025-ci il
❤5