ADPU
4.39K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
📢Əziz tələbələr!

🎬"Sualım var!"ın növbəti buraxılışı ADPU TV yutub kanalında yayımdadır.

🎥Bu dəfə Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova tələbələrimizdən gələn sualları cavablandırdı.

📚 Kitabxananın ümumi fəaliyyəti, 👩‍💻elektron kitabxanadan istifadə qaydaları və digər məsələlərlə bağlı sizə maraqlı olan sualların cavablarını öyrənmək üçün ADPU TV ekranlarına yaxın əyləşin.

https://youtu.be/8k_8Cw_6EnQ?si=VYtsCrWAxhS4bhte

#adpu #eduaz #tv #studentslife #kitabxana #sualımvar
Əziz tələbələr!

" Qalib Sən!" in növbəti buraxılışı ADPU TV yutub kanalında yayımdadır.

Bu dəfə qazanan təkcə iştirakçılar deyil. Siz də qalib olmaq şansı qazana bilərsiniz!
Necə? Elə isə videonu izlə və hədiyyə qazanmaq şansı əldə et!

https://youtu.be/bcBOeFj88W8?si=qM_2v1OHUpJaY6hA
❤1
Artıq diplom və diploma əlavələr tam rəqəmsal formada təqdim olunacaq

#ADPU #edugovaz #PedaqojiUniversitet #rəqəmsal #diplom #eatda #nkgovaz
😢16💔14👍1👏1
🎬🎥İmtahan prosesi pərdəarxası detallarla birbaşa mənbədən

❓ADPU-da semestr imtahanları necə keçirilir?

❓İmtahanların təşkili, yoxlanılması və apellyasiya mərhələsində hansı mexanizmlər tətbiq olunur?

🟢Bütün bu suallara ADPU TV-nin hazırladığı xüsusi reportajda aydın cavab tapacaqsan❗

📺İmtahan prosesini yaxından görmək üçün reportajı ADPU-nun rəsmi yutub kanalında izləyin.

https://youtu.be/16-4vZoGrks?si=IcTQ2cnJJbzBfKep
❤8
📣 “Hədəfdə STEAM 8” beynəlxalq təlim-treninqinə qeydiyyat davam edir

Azərbaycan Dövlət Pedaqoji Universiteti,Hədəf Şirkətlər Qrupu və Doğu Akdeniz Universitetinin təşkilatçılığı və Azərbaycan Maarifçilər Assosiasiyasının tərəfdaşlığı ilə 26–27 yanvar 2026-cı il tarixlərində növbəti “Hədəfdə STEAM 8” beynəlxalq interaktiv təlim-treninqi keçiriləcək.

Artıq 8-ci dəfə təşkil olunan bu beynəlxalq platforma təhsil sahəsində çalışan ekspertləri, müəllimləri və tədqiqatçıları bir araya gətirərək STEAM əsaslı təhsilin tətbiqi üzrə müasir yanaşmaların paylaşılmasını, innovativ metodların təqdimini və beynəlxalq təcrübə mübadiləsini hədəfləyir.

Təlim-treninq çərçivəsində iştirakçılar:
🚀 STEAM əsaslı təhsilin tətbiqi üzrə təcrübə mübadiləsi;
🧠 XXI əsr bacarıqlarının inkişaf etdirilməsi;
🤖 Süni intellekt və texnologiyaların tədris prosesinə inteqrasiyası;
🌍 Beynəlxalq mütəxəssislərin iştirakı ilə yeni elmi yanaşmalar
mövzularında bilik və bacarıqlar əldə edəcəklər.

Təlim-treninqi uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaq.

Qeydiyyat : https://forms.gle/C2jHAX5pK5k2vLKZ9


📍 Ünvan: Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı şəh., Səbail ray., Üzeyir Hacıbəyli 68
📞 +994 77 220 44 22
❤1
Tələbələr üçün riyaziyyat düşərgəsi təşkil olunacaq!

“Bir Könüllü” Tələbə Təşkilatı və "Pathtomath" Tələbə Riyaziyyatçılar Klubunun birgə təşkilatçılığı ilə Quba rayonunda tələbələrin qış düşərgəsi - "MathCamp 2026" təşkil ediləcək.

Tarix: 4-9 fevral 2026-cı il

🔗 Qeydiyyat üçün link:
https://forms.gle/PaUfiLSFVfVrEum28

ℹ️ Düşərgə ali riyaziyyata marağın artırılması, riyaziyyatın süni intellekt, yeni texnologiyalar və kriptoqrafiya sahələrində tətbiqləri barədə tələbələrin məlumatlandırılması, eləcə də qış tətili dövründə riyazi biliklərin möhkəmləndirilməsi məqsədi daşıyır.

⚠️ Qeydiyyat üçün son tarix: 23 yanvar 2026-cı il

▫️Düşərgədə kimlər iştirak edə bilər?
* Riyaziyyat, fizika və texniki ixtisaslarda bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV, V kurs tələbələri;
* Magistratura və doktorantura səviyyəsi üzrə təhsil alan tələbələr.

📌 Seçilmiş namizədlər “Riyazi analiz” və “Cəbr və ədədlər nəzəriyyəsi” fənləri üzrə baza biliklərinin yoxlanılması məqsədilə test mərhələsinə dəvət ediləcəklər.
❤1
Qanlı 20 Yanvar hadisələrindən 36 il keçir.
Canları bahasına azadlığımızın təməlini atan 20 Yanvar şəhidlərinin əbədi xatirəsini dərin ehtiramla yad edirik!

#adpu #ElmvəTəhsilNazirliyi #eduaz #20Yanvar #HüznGünü
💔8🔥1