ADPU
4.38K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
🎬🎥İmtahan prosesi pərdəarxası detallarla birbaşa mənbədən

❓ADPU-da semestr imtahanları necə keçirilir?

❓İmtahanların təşkili, yoxlanılması və apellyasiya mərhələsində hansı mexanizmlər tətbiq olunur?

🟢Bütün bu suallara ADPU TV-nin hazırladığı xüsusi reportajda aydın cavab tapacaqsan❗

📺İmtahan prosesini yaxından görmək üçün reportajı ADPU-nun rəsmi yutub kanalında izləyin.

https://youtu.be/16-4vZoGrks?si=IcTQ2cnJJbzBfKep
❤8
📣 “Hədəfdə STEAM 8” beynəlxalq təlim-treninqinə qeydiyyat davam edir

Azərbaycan Dövlət Pedaqoji Universiteti,Hədəf Şirkətlər Qrupu və Doğu Akdeniz Universitetinin təşkilatçılığı və Azərbaycan Maarifçilər Assosiasiyasının tərəfdaşlığı ilə 26–27 yanvar 2026-cı il tarixlərində növbəti “Hədəfdə STEAM 8” beynəlxalq interaktiv təlim-treninqi keçiriləcək.

Artıq 8-ci dəfə təşkil olunan bu beynəlxalq platforma təhsil sahəsində çalışan ekspertləri, müəllimləri və tədqiqatçıları bir araya gətirərək STEAM əsaslı təhsilin tətbiqi üzrə müasir yanaşmaların paylaşılmasını, innovativ metodların təqdimini və beynəlxalq təcrübə mübadiləsini hədəfləyir.

Təlim-treninq çərçivəsində iştirakçılar:
🚀 STEAM əsaslı təhsilin tətbiqi üzrə təcrübə mübadiləsi;
🧠 XXI əsr bacarıqlarının inkişaf etdirilməsi;
🤖 Süni intellekt və texnologiyaların tədris prosesinə inteqrasiyası;
🌍 Beynəlxalq mütəxəssislərin iştirakı ilə yeni elmi yanaşmalar
mövzularında bilik və bacarıqlar əldə edəcəklər.

Təlim-treninqi uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaq.

Qeydiyyat : https://forms.gle/C2jHAX5pK5k2vLKZ9


📍 Ünvan: Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı şəh., Səbail ray., Üzeyir Hacıbəyli 68
📞 +994 77 220 44 22
❤1
Tələbələr üçün riyaziyyat düşərgəsi təşkil olunacaq!

“Bir Könüllü” Tələbə Təşkilatı və "Pathtomath" Tələbə Riyaziyyatçılar Klubunun birgə təşkilatçılığı ilə Quba rayonunda tələbələrin qış düşərgəsi - "MathCamp 2026" təşkil ediləcək.

Tarix: 4-9 fevral 2026-cı il

🔗 Qeydiyyat üçün link:
https://forms.gle/PaUfiLSFVfVrEum28

ℹ️ Düşərgə ali riyaziyyata marağın artırılması, riyaziyyatın süni intellekt, yeni texnologiyalar və kriptoqrafiya sahələrində tətbiqləri barədə tələbələrin məlumatlandırılması, eləcə də qış tətili dövründə riyazi biliklərin möhkəmləndirilməsi məqsədi daşıyır.

⚠️ Qeydiyyat üçün son tarix: 23 yanvar 2026-cı il

▫️Düşərgədə kimlər iştirak edə bilər?
* Riyaziyyat, fizika və texniki ixtisaslarda bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV, V kurs tələbələri;
* Magistratura və doktorantura səviyyəsi üzrə təhsil alan tələbələr.

📌 Seçilmiş namizədlər “Riyazi analiz” və “Cəbr və ədədlər nəzəriyyəsi” fənləri üzrə baza biliklərinin yoxlanılması məqsədilə test mərhələsinə dəvət ediləcəklər.
❤1
Qanlı 20 Yanvar hadisələrindən 36 il keçir.
Canları bahasına azadlığımızın təməlini atan 20 Yanvar şəhidlərinin əbədi xatirəsini dərin ehtiramla yad edirik!

#adpu #ElmvəTəhsilNazirliyi #eduaz #20Yanvar #HüznGünü
💔8🔥1
Pedaqoji Universitetin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

Ətraflı: https://shorturl.at/5Ghzg

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #20Yanvar #HüznGünü
👏7❤1
24 Yanvar - Beynəlxalq Təhsil Günüdür!

“Ali məktəb müəllimi olmaq, müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq iki qat şərəfli və eyni zamanda ikiqat məsuliyyətli işdir.”

Ümummilli Lider Heydər Əliyev,
ADPU-nun 60 illiyindəki çıxışından

#ADPU #PedaqojiUniversiret #eatda #Eduaz #Təhsil
❤8💔1
“Karyera planlaması texnikaları” adlı təlim keçiriləcək

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim–Tədris Mərkəzi “Karyera planlaması texnikaları” adlı təlim təşkil edir.
Təlim zamanı iştirakçılara karyeranın qurulmasında təhlil, axtarış, müsahibələrdə iştirak, karyera xəritəsinin tərtibi, digər alət və texnikalar öyrədiləcək, simulyasiya və oyunlar təşkil ediləcək.

Təlim 1-ci dərəcəli dövlət qulluqçusu, dosent Afaq Hüseyn tərəfindən aparılacaq.
Təlim əyani formada keçiriləcək, müəllim və tələbə heyəti üçün nəzərdə tutulmuşdur.

Təlimin sonunda iştirak edənlər sertifikatla təmin olunacaq.

Qeydiyyat:
https://docs.google.com/forms/d/1rK6Ckg2pfnMT_mc6SY5UpqYgfNv8w9zS7wUKKqDe-cw/edit
❤1
İmtahanlarınız necə keçir?

🎤 ADPU TV bunu tələbələrimizin özündən soruşdu!

🎞️ İmtahan təəssüratları ilə bağlı videoreportajımız artıq yayımdadır.

📺İzləməyi və öz fikrinizi ⌨️ şərh bölməsində bölüşməyi unutmayın!

https://youtu.be/8G8XErnoxgs?si=yjxjKGWVpZViNf-_
❤1
ADPU Avropa üzrə QS Dünya Universitetləri Reytinqində yer alıb


Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilk dəfə olaraq “QS Dünya Universitetləri Reytinqi Avropa 2026” reytinqində yer alıb. Universitet sözügedən reytinqdə 601-650-ci yerlər intervalında qərarlaşıb. QS Avropa Reytinqi universitetlərin akademik reputasiyası, elmi-tədqiqat fəaliyyəti, tədris resursları, beynəlxalq göstəriciləri, tələbə və müəllim mobilliyi, eləcə də sosial və ekoloji təsirləri üzrə məlumatlara əsaslanır. Reytinq nəticələri Avropa üzrə ali təhsil müəssisələrinin mövcud göstəricilərinin müqayisəli təqdimatı xarakteri daşıyır.

Qeyd edilən qiymətləndirmələrdə Avropanın 42 ölkəsindən ümumilikdə 958 ali təhsil müəssisəsi qiymətləndirməyə cəlb olunub. Reytinq Avropa üzrə universitetləri müqayisəli şəkildə təhlil edən regional beynəlxalq reytinq mexanizmidir. QS metodologiyasına əsasən reytinq universitetləri 12 göstərici üzrə qiymətləndirir. Bu meyarlara akademik reputasiya, işəgötürənlər arasında reputasiya, məzunların məşğulluq nəticələri, fakültə-tələbə nisbəti, fakültə üzrə elmi məqalələr, hər məqaləyə düşən istinadlar, beynəlxalq tədqiqat şəbəkəsi, beynəlxalq müəllim nisbəti, beynəlxalq tələbə müxtəlifliyi, daxil olan və xaricə gedən mübadilə tələbələri, eləcə də davamlılıq göstəricisi daxildir. Qiymətləndirmədə Azərbaycandan ADPU da daxil olmaqla 15 ali təhsil müəssisəsi iştirak edib.

Pedaqoji Universitet Azərbaycan universitetləri arasında fakültə üzrə elmi məqalələrin sayına görə 1-ci yer, hər məqaləyə düşən istinadlar üzrə 2-ci yer, beynəlxalq tədqiqat şəbəkəsi üzrə 2-ci yer, fakültə-tələbə nisbəti üzrə 2-ci yer, məzunların məşğulluq nəticələri üzrə 4-cü yerdə qərarlaşıb. Daxil olan mübadilə tələbələri göstəricisi üzrə ADPU 1-ci yerdə, xaricə gedən mübadilə tələbələri göstəricisi üzrə isə 12-ci yerdə qərarlaşıb. Universitet akademik reputasiya göstəricisi üzrə 9-cu yer, işəgötürənlər arasında reputasiya üzrə 6-cı yer, beynəlxalq müəllim nisbəti üzrə 9-cu yer, beynəlxalq tələbə müxtəlifliyi üzrə 6-cı yer, davamlılıq göstəricisi üzrə isə 6-cı yer tutub.

Bunlarla yanaşı reytinqdə Pedaqoji Universitet Avopra üzrə fakültə-tələbə nisbətinə görə 57-ci, akademik nüfuz və işəgötürən nüfuzu üzrə 301+, məşğulluq nəticələrinə görə isə 380-ci yerdə qərarlaşıb.

#adpu #edu #ElmvəTəhsilNazirliyi #eduaz #QS #QSEurope
❤7👍1