ADPU
4.38K subscribers
3.62K photos
40 videos
8 files
556 links
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi telegram kanalı

Əlaqə:

🌐 www.adpu.edu.az

📠 Tel.:
+994124930032;
+994124981841

📩 İmeyl:
office@adpu.edu.az;
media@adpu.edu.az

📲 Instagram DM: instagram.com/adpueduaz
Download Telegram
İmtahan prosesindəki yeni mexanizmlər və nəticələrin elanı ilə bağlı ən çox verilən sualların cavabları

#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #imtahan #suallar
❤2👍1
15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərovun TƏBRİKİ

Ətraflı: https://adpu.edu.az/index.php/az/x%C9%99b%C9%99rl%C9%99r/3108-15i%CC%87yunadpurektortebrik

#adpu #PedaqojiUniversitet #edu #ElmvəTəhsilNazirliyi #eduaz #eatda
15 İyun - Milli Qurtuluş Günüdür!

Azərbaycan dövlətçiliyinin dönüş nöqtələrindən olan Milli Qurtuluş Günündə xalqımız Ümummilli Lider Heydər Əliyevin timsalında sabitlik və sarsılmazlığı, tarixi Zəfərə gedən yolu seçdi!
❤6
Əziz sonuncu tədris ilinin tələbələri,


Azərbaycan Dövlət Pedaqoji Universiteti və filiallarından məzun olacaq tələbələrin təcrübələrinin qiymətləndirmə qaydalarında dəyişiklik edilib.
Dəyişikliyə əsasən, cari tədris ilində təcrübənin yekun nəticəsi tədris və istehsalat təcrübələrində topladığınız balların ortalaması (ədədi ortası) ilə müəyyən olunacaq.
Hesabatlar isə təcrübə rəhbərinə təqdim olunacaq və ayrıca hər-hansı müdafiə keçirilməyəcək.
Məsələn, siz tədris təcrübəsindən 90 bal, istehsalat təcrübəsindən 80 bal toplamısınızsa, o halda yekun təcrübə qiymətiniz bu qiymətlərin ədədi ortası olan 85 bal olacaqdır.

Məzun olacaq bütün tələbələrimizə uğurlar arzulayırıq.

#adpu #eduaz #PedaqojiUniversitet #gələcəyinqurucuları #təcrübə
❤27👏6👍1🥰1
❤21👍5🥰2🔥1👏1
👏10
Əziz tələbələr!

Tələbələrimizin çoxsaylı müraciətləri və bütün tələbələrimizin rahat iştirak etmək imkanını nəzərə alaraq "Məzun Günü"nün tarixi dəyişdirildi.

"ADPU Məzun Günü 2026" 29 iyun 2026-cı il tarixində keçiriləcək.

📍Məkan: ADPU-nun II saylı tədris binası (Akad. Həsən Əliyev küçəsi 104)

⏰Saat: 16:30

🎤🎭 MƏZUN GÜNÜNÜN XÜSUSİ QONAQLARI HAQQINDA MƏLUMATLAR ÜÇÜN İZLƏMƏDƏ QALIN!

#ADPU #PedaqojiUniversitet #məzun2026 #məzungünü
❤5🔥5
🔥7❤4😢2
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi SABAH qrupları layihəsinin bakalavriat səviyyəsində 2026/2027–ci tədris ili üçün müvafiq ixtisaslar üzrə fənlərin tədrisi məqsədilə professor-müəllim heyəti saathesabı qaydada işə dəvət olunur.

Müsabiqədə iştirak üçün son müraciət tarixi – 07.07.2026-cı il, 23:59
Müsabiqə barədə ətraflı məlumatı https://sabah.edu.az/ ünvanına daxil olaraq xəbərlər bölməsindən əldə edə bilərsiniz.
Təlim - “Pedaqoji tədqiqatlarda metodoloji və statistik səhvlər: Scopus indeksli jurnalların gözləntiləri”

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzi “Pedaqoji tədqiqatlarda metodoloji və statistik səhvlər: Scopus indeksli jurnalların gözləntiləri” mövzusunda təlim təşkil edir.

Təlimdə müzakirə olunacaq məsələlər

Scopus indeksli jurnalların əsas gözləntiləri

Pedaqoji tədqiqatlarda ən çox rast gəlinən metodoloji səhvlər

Tədqiqat dizaynında buraxılan kritik nöqsanlar

SPSS analizlərində geniş yayılmış statistik səhvlər

Rəyçilərin ən çox irad bildirdiyi məqamlar

Məqalələrin rədd edilməsinin əsas səbəbləri

Scopus indeksli jurnallarda nəşr strategiyaları

Real məqalələr üzərində nümunələrin təhlili

Təlimçi: Dosent Qalib Şərifov

- fizika üzrə fəlsəfə doktoru
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Keyfiyyətin təminatı şöbəsinin müdiri

- Fizikanın tədrisi metodikası kafedrasının dosenti

- Təhsildə Keyfiyyət Təminatı Agentliyinin eksperti

- Erasmus+ beynəlxalq layihələrinin iştirakçısı

- Kopenhagen Universitetində dəvətli mühazirəçi

- 91 elmi əsərin müəllifi

- 18 Scopus və Web of Science indeksli məqalənin müəllifi

- Fizikanın tədrisi metodikası üzrə 11 Scopus/Web of Science məqaləsinin müəllifi

- Finlandiyanın LUMAT, Böyük Britaniyanın Physics Education və European Journal of Physics jurnallarının rəyçisi

- Bir sıra beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvü


Müddət:3 gün (onlayn)

Təlim kursunu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunur.

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun; https://forms.gle/bb1akAPXDhkjMkBJA
Pedaqoji Universitet “THE Impact Rankings 2026”da dünya üzrə 1001-1500 aralığındadır

Ətraflı: https://adpu.edu.az/index.php/az/x%C9%99b%C9%99rl%C9%99r/3124-theimpactrankings2026

#adpu #PedaqojiUniversitet #edu #ElmvəTəhsilNazirliyi #eduaz #eatda
👍2
26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür!

#adpu #ElmvəTəhsilNazirliyi #eduaz #silahlıqüvvələrgünü #Azərbaycan
❤6👍3
ADPU-nun 9 şəhid məzunu “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Ətraflı: https://adpu.edu.az/index.php/az/x%C9%99b%C9%99rl%C9%99r/3130-vetenexidmetegoreordeni

#adpu #PedaqojiUniversitet #edu #ElmvəTəhsilNazirliyi #eduaz #eatda
👏13
Əziz tələbələr!
İyun ayının təqaüdü hesablara yükləndi. Gün ərzində karta mədaxil olunacaq.
Xeyirlə xərcləyin!
❤30