Pedaqoji Universitet 31 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edir
Azərbaycan Dövlət Pedaqoji Universiteti üzrə 2026-2027-ci tədris ili üçün magistratura səviyyəsinə qəbul planı və 2025-ci ilin keçid balları
#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #magistratura #qəbul

❤1
Bakalavrların ixtisaslarından asılı olmayaraq ADPU-da seçə biləcəyi ixtisaslaşmalar
2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimində iştirak edən ixtisasından asılı olmayaraq bütün bakalavrlar Pedaqoji Universitetdə qəbul aparılan 31 ixtisaslaşmadan 8-ni seçə bilərlər.
Bu ixtisaslaşmalar Gənclərlə iş (1,5 il), Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş, Əhalinin müxtəlif qrupları ilə sosial iş, Fəlsəfə tarixi, Ümumi idarəetmə (MBA, 2 il), Ümumi idarəetmə (MBA, 1,5 il), Marketinq (MBA, 2 il) və Marketinq (MBA, 1, 5 il) ixtisaslaşmalarıdır.
Posterdə bu ixtisaslaşmaların hər biri üzrə minimum test balı, plan yeri və dövlət sifarişi və ödənişli əsaslar üzrə ötən il formalaşan keçid balı göstərilir.
Qeyd edək ki, cədvəldə keçid balı göstərilməyən Əhalinin müxtəlif qrupları ilə sosial iş və Fəlsəfə tarixi ixtisaslaşmalarına bu il ilk qəbul həyata keçirilir.
#adpu #magistratura #qəbul #ixtisasseçimi #eatda #edugovaz #dim

Abituriyentlər üçün ADPU ilə yaxından tanış olmaq şansı - ali təhsil müəssisələrinin sərgisi
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə 29–31 iyul 2026-cı il tarixlərində keçiriləcək ali təhsil müəssisələrinin sərgisində iştirak edəcək.
Sərginin əsas məqsədi ixtisas seçimi ərəfəsində abituriyentləri ölkənin ali təhsil müəssisələrinin təhsil imkanları, qəbul olunan ixtisaslar, tədris mühiti və tələbə həyatı ilə yaxından tanış etmək, onların gələcək peşə seçiminə dəstək göstərməkdir.
ADPU-nun sərgi stendini ziyarət edəcək abituriyentlər və valideynlər universitetin bakalavriat və magistratura səviyyələri üzrə təhsil proqramları, 2026/2027-ci tədris ili üçün qəbul aparılan ixtisaslar, həmin ixtisaslar üzrə plan yerləri, ötən tədris ilində formalaşmış keçid balları, yeni açılmış ixtisaslar, təqaüd imkanları, beynəlxalq əməkdaşlıq layihələri, tələbə mübadilə proqramları, qarışıq tədris modeli, universitetin maddi-texniki bazası və tələbə həyatı barədə ətraflı məlumat əldə edə biləcəklər.
Bununla yanaşı, universitetin nümayəndələri ziyarətçiləri maraqlandıran sualları cavablandıracaq, ixtisas seçimi ilə bağlı fərdi məsləhətlər verəcək, qəbul qaydaları, təhsil imkanları və gələcək karyera perspektivləri haqqında ətraflı məlumat təqdim edəcəklər.
Abituriyentləri, valideynləri və təhsillə maraqlanan hər kəsi ADPU-nun sərgi stendini ziyarət etməyə dəvət edirik.
Qeyd edək ki, ali təhsil müəssisələrinin sərgisi Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi 50 ünvanında yerləşən Elektron İmtahanlar Korpusunda keçiriləcək.
Sərgidə abituriyentlər və onların valideynləri iştirak edə bilərlər.
Sərgidə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ziyarətçilərə sərgidə iştirak etmək üçün özlərinə uyğun tarixi və saatı seçmək imkanı da verilir.
https://portal.dim.gov.az/sergi/

❤1🥰1
📌Hörmətli həmkarlar,
Naxçıvan Dövlət Universitetində 15–16 oktyabr 2026-cı il tarixlərində "Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO 29)" keçiriləcək.
Elmin bütün sahələrini əhatə edən konfrans ənənəvi (üzbəüz) formatda təşkil olunacaq. Tədbir doktorantlar və gənc tədqiqatçılar üçün elmi nəticələrin təqdimatı, aktual mövzular ətrafında müzakirələrin aparılması, təcrübə və bilik mübadiləsinin həyata keçirilməsi, eləcə də müxtəlif elm sahələri arasında multidissiplinar əməkdaşlığın və yeni elmi yanaşmaların formalaşdırılması baxımından mühüm platforma rolunu oynayacaq.
“Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransına (NASCO 29)" sənəd qəbulu 1 oktyabr 2026-cı il tarixinədək davam edir.

Pedaqoji Universitet bakalavriat səviyyəsinə tələbə qəbulu elan edir
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 2026/2027-ci tədris ili üçün 26 ixtisas üzrə bakalavriat səviyyəsinə qəbul elan edir.
Tələbə qəbulu 3 bölmə - Azərbaycan, rus və ingilis bölmələri üzrə aparılır. Bakalavriat səviyyəsinə Azərbaycan bölməsi üzrə 2075, rus bölməsi üzrə 280, ingilis bölməsi üzrə 215 yer olmaqla ümumilikdə 2570 plan yeri ayrılıb.
Posterlərdə qəbul planı və ixtisaslar üzrə ötən il formalaşmış minimal keçid balları ilə tanış ola bilərsiniz.
Qeyd edək ki, 2026/2027-ci tədris ilində ADPU-da Riyaziyyat və fizika müəllimliyi ixtisası üzrə ilk dəfə qəbul aparılacaq. Eyni zamanda, Sosial iş ixtisasının rus bölməsi və Təhsildə sosial-psixoloji xidmət ixtisasının ingilis bölməsi üzrə də ilk dəfə qəbul həyata keçiriləcək. Buna görə də, həmin ixtisaslar üzrə keçid balı hələ ki formalaşmayıb.
#ADPU #qəbul #ixtisasseçimi #keçidbalı #PedaqojiUniversitet #edugovaz #EATDA

👍2
ADPU əməkdaşlarının tədqiqatları 20-dək nüfuzlu beynəlxalq jurnallarda dərc olunub
Ətraflı: https://adpu.edu.az/xeberler/adputedqiqatlarinufuzlujurnallarda
#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #eatda

🔥1
Magistrant adını qazanan bütün tələbələrimizi təbrik edirik!
#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #magistratura

❤5
ADPU ali təhsil müəssisələrinin sərgisində
Ətraflı: https://adpu.edu.az/xeberler/adpu-ali-tehsil-muessiselerinin-sergisinde
#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #eatda #DİM #sərgi

❤3
ADPU-nun dərsləri gənc kadrları MİQ imtahanlarına tam hazırlaya bilir? | Özəl Müsahibə - Prorektor dosent Eldar ASLANOV TƏHSİL TV-yə danışır
https://youtu.be/-_QOW3Rqbj8?si=VYItKOPlZjYHv9gU
#TəhsilTV #ADPU #Dərs #MİQ #Müsahibə

YouTube
ADPU-nun dərsləri gənc kadrları MİQ imtahanlarına tam hazırlaya bilir? | Özəl Müsahibə
***************************************************
"Təhsil TV – Öyrənmənin ən maraqlı ünvanı! 🎓🇦🇿
Kanalımızda Azərbaycanın təhsil gündəmi, elm yenilikləri, şagird və tələbələr üçün faydalı məsləhətlər, müəllimlər üçün metodiki tövsiyələr yer alır.
Biz…

ADPU-ya ən yüksək balla qəbul ol, "Firudin bəy Köçərli adına təqaüd" al
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının müvafiq qərarına əsasən 2022-ci ildən etibarən hər il ADPU-nun bakalavriat səviyyəsinə ən yüksək balla qəbul olunan tələbəyə 1 il müddətində "Firudin bəy Köçərli adına təqaüd" verilir. Təqaüdün məbləği 125 manatdır və 1 təqvim ili müddətini (12 ay) əhatə edir.
#adpu #eduaz #ElmvəTəhsilNazirliyi #qəbul #təqaüd

👏2
1 Avqust - milli kimliyimizin və birliyimizin, varlığımızın rəmzlərindən olan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür!
#ADPU #PedaqojiUniversitet #eduaz #Azərbaycandili