12 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi ilə Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumun əsas məqsədi əqli imkanları məhdud şəxslərin adaptiv cüdo vasitəsilə reabilitasiyasını və fiziki-psixoloji inkişafını dəstəkləmək, idmançılar üçün əlçatan və sağlam mühit yaratmaq, həmçinin inklüziv idmanın inkişafını təşviq etməkdir.
Sənəd çərçivəsində tərəflər ölkədə adaptiv cüdonun inkişafı, əqli imkanları məhdud şəxslərin bu idman növünə cəlb olunması, birgə layihə və proqramların həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, maarifləndirici tədbirlərin, təlim və seminarların təşkili, məşqçilər və mütəxəssislər üçün peşəkar inkişaf imkanlarının yaradılması da nəzərdə tutulur.
Memorandum Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin prezidenti Mövlud Mirəliyev tərəfindən imzalanıb.
Tədbir çərçivəsində adaptiv cüdo üzrə turnir də təşkil olunub.

👍11
🥋 Bu gün cüdo üzrə U-16 yeniyetmələr arasında “İstedadların seçimi” yarışının II turu start götürəcək.
📍 Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək turnirdə 72 klub və idman cəmiyyətindən 356 idmançı (296 oğlan, 60 qız) 16 çəki dərəcəsində mübarizə aparacaq.
📺 Yarış Azərbaycan Cüdo Federasiyasının rəsmi "YouTube" kanalından canlı yayımlanacaq.
Tatami 1: https://www.youtube.com/live/HNlzB4TCZcY?si=BlZrAW7xzsWnOP10
Tatami 2: https://www.youtube.com/live/MNyDUrcTNeU?si=GSZ9q_1gufjQAv1v
Tatami 3: https://www.youtube.com/live/E_l8K5secUA?si=3KOYGKPoBP-_XgQx

👍3🔥1
🗓 Bu gün Polşanın paytaxtı Varşavada cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri başlayacaq.
🥋 Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışda ölkəmizi 9 çəki dərəcəsində 19 cüdoçu ilə təmsil olunacaq.
✅ İlk yarış günündə 5 çəki dərəcəsində 14 idmançımız tatamiyə çıxacaq.
📺 Avropa Açıq Turnirini JudoTV vasitəsilə canlı yayımlanacaq.
🔗 https://judotv.com/competitions/cont_open_pol2026/overview

👍5🙏4❤2