Azərbaycan Cüdo Federasiyası
✔
3.58K subscribers
24.7K photos
2.52K videos
6 files
1.31K links
Azərbaycan Cüdo Federasiyasının rəsmi Telegram hesabı
Download Telegram
Azərbaycan Cüdo Federasiyası (ACF) məşqçilərin ustalıq və peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə dan dərəcələri üzrə seminara start verib. Tədris prosesinə ümumilikdə 56 nəfər cəlb olunub.

Seminarın tədrisi ACF-in Təhsil şöbəsinin ekspertləri tərəfindən həyata keçirilir. Proqram çərçivəsində I dan dərəcəsi üzrə “Nage-no-Kata”, II dan dərəcəsi üzrə isə “Katame-no-Kata” istiqamətində nəzəri və praktik məşğələlər təşkil olunur, iştirakçıların bilik və bacarıqları inkişaf etdirilir.

Dörd gün davam edəcək seminarın sonunda dan dərəcələri üzrə imtahan təşkil olunacaq.
👍11❤1
🥋 14–15 mart tarixlərində Polşanın paytaxtı Varşavada cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri keçiriləcək.

🇦🇿 Ölkəmiz yarışda 9 çəki dərəcəsində 19 cüdoçu ilə (15 kişi, 4 qadın) təmsil olunacaq.

📌 Milli komandamıza kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.

👥 Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq turnirdə 31 ölkədən 359 idmançı mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, "A" kateqoriyalı hakimlər Nazim Umbayev və Akif Tahirov da yer alacaq.

Qadınlar

-57 kq
Gülnarə Bayramova

-70 kq
Aytac Qardaşxanlı

-78 kq
Nərmin Əmirli
Günel Həsənli

Kişilər

-60 kq
Babarəhim Mirzəyev
Murad Əliyev
Kənan Hüseynov

-66 kq
Nazir Talıbov
Hüseyn Allahyarov
Tofiq Məmmədov
Yaşar Nəcəfov
Elşən Əsədov

-73 kq
İbrahim Əliyev
Rüfət Şövlətov
Nəriman Mirzəyev

-90 kq
Xəyyam Əliyev
Nihad Şıxəlizadə

-100 kq
Elmar Qasımov

+100 kq
Camal Feyziyev

İdmançılarımıza uğurlar arzulayırıq!
👍11❤3👏1