Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışlarda hakim kimi çıxış ediblər.
“A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda, “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Ülvi Əliyev və Rəşad Əliyev isə Monteneqronun paytaxtı Podqoritsada baş tutan böyüklər arasında Avropa Kubokunda ədalət təmsilçiləri sırasında yer alıblar.

👍11
🗓️ 14–15 mart tarixlərində cüdo üzrə U-16 yeniyetmələr arasında “İstedadların seçimi” yarışının II turu keçiriləcək.
🥋 Turnirdə 71 klub və idman cəmiyyətindən 358 idmançı (297 oğlan, 61 qız) 16 çəki dərəcəsində mübarizə aparacaq.
⚡️ “İstedadların seçimi” yarışının keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır.
📌 Qeyd edək ki, 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaq.
📍 Məkan: Abşeron Olimpiya İdman Kompleksi
🔖 Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

👍9❤3👏3
Azərbaycan Cüdo Federasiyası (ACF) məşqçilərin ustalıq və peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə dan dərəcələri üzrə seminara start verib. Tədris prosesinə ümumilikdə 56 nəfər cəlb olunub.
Seminarın tədrisi ACF-in Təhsil şöbəsinin ekspertləri tərəfindən həyata keçirilir. Proqram çərçivəsində I dan dərəcəsi üzrə “Nage-no-Kata”, II dan dərəcəsi üzrə isə “Katame-no-Kata” istiqamətində nəzəri və praktik məşğələlər təşkil olunur, iştirakçıların bilik və bacarıqları inkişaf etdirilir.
Dörd gün davam edəcək seminarın sonunda dan dərəcələri üzrə imtahan təşkil olunacaq.

👍11❤1
🥋 14–15 mart tarixlərində Polşanın paytaxtı Varşavada cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri keçiriləcək.
🇦🇿 Ölkəmiz yarışda 9 çəki dərəcəsində 19 cüdoçu ilə (15 kişi, 4 qadın) təmsil olunacaq.
📌 Milli komandamıza kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.
👥 Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq turnirdə 31 ölkədən 359 idmançı mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, "A" kateqoriyalı hakimlər Nazim Umbayev və Akif Tahirov da yer alacaq.
Qadınlar
-57 kq
Gülnarə Bayramova
-70 kq
Aytac Qardaşxanlı
-78 kq
Nərmin Əmirli
Günel Həsənli
Kişilər
-60 kq
Babarəhim Mirzəyev
Murad Əliyev
Kənan Hüseynov
-66 kq
Nazir Talıbov
Hüseyn Allahyarov
Tofiq Məmmədov
Yaşar Nəcəfov
Elşən Əsədov
-73 kq
İbrahim Əliyev
Rüfət Şövlətov
Nəriman Mirzəyev
-90 kq
Xəyyam Əliyev
Nihad Şıxəlizadə
-100 kq
Elmar Qasımov
+100 kq
Camal Feyziyev
İdmançılarımıza uğurlar arzulayırıq!

👍11❤3👏1