Azərbaycan Cüdo Federasiyası
✔
3.59K subscribers
24.7K photos
2.52K videos
6 files
1.31K links
Azərbaycan Cüdo Federasiyasının rəsmi Telegram hesabı
Download Telegram
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının sonuncu yarış günündə qarışıq komanda mübarizəsinə start verilib.

Azərbaycan millisi 1/16 final mərhələsində Avstriya yığması ilə qarşılaşıb və rəqibini 4:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Komandamıza ilk xalı qadınların +70 kq çəki dərəcəsində Madina Kaisinova qazandırıb. O, Mariya Höllvart üzərində qələbə qazanıb.

Daha sonra kişilərin +90 kq çəki dərəcəsində Zelim Kotsoyev Movli Borçaşvilini məğlub edərək hesabı 2:0-a çatdırıb.

-57 kq-da Xədicə Qədəşova Laura Kallingerə qalib gəlib. Ardınca -73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev Firas Ben Saadı üstələyərək Azərbaycan millisinin dördüncü qələbəsini rəsmiləşdirib.

Beləliklə, qarşılaşmada 4:0 hesablı üstünlük əldə edən millimiz mübarizəni vaxtından əvvəl başa vuraraq 1/8 finala vəsiqə qazanıb.

Azərbaycan yığması növbəti mərhələdə Yaponiya millisi ilə qarşılaşacaq.
🙏6👍1
Azərbaycan - Yaponiya qarşılaşmasında hesab bərabərdir - 1:1.
🙏2🤔1
Yaponiya hesabda önə keçir - 2:1.
🤔2❤1