mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Bununla əlaqədar #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

Ümummilli Liderin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

#RİNN
❤2🙏1
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər.

Dövlətimizin başçısı görüşdə çıxış edərək bildirib ki:

- Ümumiyyətlə, Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacaq.

- Ona görə nəqliyyat məsələləri də burada həll olunur və gələcəkdə Cəbrayıl, beynəlxalq nəqliyyat dəhlizi üzərində qurulan şəhər və kəndlər bundan faydalanacaq.
❤1👎1
❤3
mincom.gov.az
Photo
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərinin açarlarını təqdim edib.

Dövlətimizin başçısı görüşdə çıxış edərək bildirib ki:

- Zəngilanda hava limanı, konqres mərkəzi fəaliyyət göstərir.

- Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir. Biz Zəngilanı nəinki Azərbaycanın, bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik.

- Dəmir yolu inşa edilir. Yaxın gələcəkdə – bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq, necə ki, bu gün Ağdama dəmir yolu ilə gedirlər. Gələn il Xankəndiyə dəmir yolu ilə gedəcəklər. Bu dəmir yolu davam edəcək, Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək. Faktiki olaraq buradan Naxçıvana 30 dəqiqəlik bir yol olacaq. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı bu coğrafi bağlantı ilə ölkəmizin əsas hissəsi ilə birləşdirəcəyik.

- Eyni zamanda İran sərhədində körpü, demək olar ki, tikilib bizim təşəbbüsümüzlə və indi sərhəd-gömrük infrastrukturu, binalar tikilir. Yəqin ki, bir neçə aydan sonra o da açılışa hazır olacaq və bu, beynəlxalq nəqliyyat dəhlizi olacaq. Buradan keçən həm dəmir yolları, həm də avtomobil yolları böyük xeyir gətirəcək.

- Ermənistanla burada sərhəd açılandan, Zəngəzur dəhlizi açılandan sonra Zəngilan faktiki surətdə ölkəmizin yeganə rayonu olacaq ki, bunun iki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq. Görün bunun nə qədər böyük əhəmiyyəti var. Çünki bu həm Şərq – Qərb dəhlizidir, Naxçıvandan Türkiyəyə, sonra Avropaya uzanan yoldur, həm də Şimal – Cənub dəhlizidir. Zəngilandan Ağbənd üzərindən İrana və Fars körfəzinə, buradan Naxçıvana keçməklə Culfaya, yenə də Fars körfəzinə. Bu, beynəlxalq bir mərkəz olacaq, əvəzolunmaz mərkəz olacaq.
👍2❤1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyində Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək on üçüncü sessiyasına (#WUF13) hazırlıqla bağlı ölkə ərazisində, habelə tədbir məkanlarında dayanıqlı və keyfiyyətli #telekommunikasiya xidmətlərinin təmin edilməsi məqsədilə görülmüş işlər və son vəziyyətə dair iclas keçirilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədovun sədrlik etdiyi iclasda ölkə ərazisində, habelə tədbir məkanlarında dayanıqlı və keyfiyyətli telekommunikasiya xidmətləri ilə bağlı həyata keçirilmiş işlər, Bakı Olimpiya Stadionunda internet xidmətlərinə olan tələblər müzakirə edilib. Həmçinin internet xidmətlərinin, beynəlxalq internet kanallarının, mobil telefon rabitəsinin (səs/internet) təşkili üzrə hazırkı vəziyyət nəzərdən keçirilib.

Tədbirin telekommunikasiyaya olan tələbatının yüksək səviyyədə təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

#RİNN
❤1
AZCON Holding və Azərbaycan Texniki Universitetinin əməkdaşlığı və “TUM International GmbH”nın #akademik dəstəyi ilə təsis edilən “AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) təqdimat mərasimi keçirilib.

Yeni təsis edilmiş məktəb Azərbaycanda sənaye və ali təhsil arasında daha praktik, beynəlxalq akademik keyfiyyət standartlarına əsaslanan və gələcəyin #texnoloji peşələrinə istiqamətlənmiş #innovativ əməkdaşlıq modelini formalaşdırır.

Ətraflı: https://bit.ly/4ubHIhi

#RİNN
❤2
Qazaxıstanın paytaxtı Astanada TRACECA Hökumətlərarası Komissiyasının XVIII illik toplantısı keçirilib. Tədbirdə Azərbaycanı #rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də TRACECA-nın Azərbaycan üzrə milli katibi Fariz Əliyev təmsil edib.

Nazir müavini Cavid Qurbanov çıxışında Azərbaycanın TRACECA-da aktiv iştirakını və təşkilatla əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını bildirib. Həmçinin nəqliyyat-logistika sektorunun inkişafı, #tranzit prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.

İclas çərçivəsində Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb.

Ətraflı: https://bit.ly/4uHPtvc

#RİNN
❤2
Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən “İnternetə qoşulma və #internet infrastrukturu” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda İşçi qrupun rəhbəri və üzvləri, eləcə də özəl sektor nümayəndələri iştirak ediblər.

İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov açılış çıxışı edərək Dünya Bankının “Business Ready (B-READY) 2025” hesabatında Azərbaycanın kommunal xidmətlər sahəsi, xüsusilə internet xidmətləri üzrə yüksək nəticə ilə qiymətləndirildiyini qeyd edib. O bildirib ki, müvafiq hesabatda Azərbaycan internet xidmətlərinin əməliyyat effektivliyi üzrə 101 ölkə arasında 31,05 xalla 5-ci yerdə qərarlaşıb. Ümumilikdə kommunal xidmətlər indikatoru üzrə Azərbaycan 83,05 xalla 25-ci mövqedə qərarlaşıb və bu nəticə ilə region ölkələrini qabaqlayıb.

Ətraflı: https://bit.ly/4dH2iQF

#RİNN
❤2