Operativ Media
✔
89.5K subscribers
7.48K photos
3.63K videos
13 files
7.26K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
⚡️Paşinyan: "Qarabağ hərəkatının" davam etdirilməsi üçün edilən bütün cəhdlərin qarşısını almağa davam edəcəyik.

● Ermənistan xalqı da məhz buna səs verib

● Biz bu cür cəhdləri Ermənistan xalqını yeni qumar oyununa çəkmək cəhdi kimi qəbul edəcəyik və qarşısını almaq üçün hər şeyi edəcəyik.
⚡Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb
Yeni yaradılan Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin nizamnaməsi təsdiqlənib
⚡Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında iştirak edir:

● Müzakirələr zamanı nazir Azərbaycanın Ukraynaya humanitar yardımını davam etdirdiyini, ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarını və zərər çəkmiş icmaları dəstəkləməyə yönəlmiş yenidənqurma təşəbbüslərini vurğulayıb

● Ceyhun Bayramov Azərbaycanın Ukraynaya humanitar dəstək göstərməyə davam etməyə hazır olduğunu bildirib
⚡Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyəti yenidən təşkil edilir.
"Azərlotereya" Bakı sakininə 500 000 manat qazandırdı!

Qalib Aynurə Həsənova📍Zabrat qəsəbəsində yerləşən OBA marketdən aldığı "Prestij" ani lotereyası ilə böyük uduşa sahib olub.
Aynurə xanım bu uduşla həyatının ən unudulmaz anlarından birini yaşadığını deyir.
Növbəti qazanan sən ola bilərsən. Şansına inanlar ən yaxın satış nöqtəsindən öz “Poz-Qazan” biletini seçə bilər.

Ərtaflı: https://azl.az/3LrsWSv
⚡ Hikmət Hacıyev Bakıda səfərdə olan Fransa Prezidentinin kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalterlə görüşüb

● Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və perspektivləri nəzərdən keçirilib.

● Həmçinin regional proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
⚡️Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib.
⚡️Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib
⚡️Prezident Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuları və mülki işçiləri təltif edib.
Ceyhun Bayramov Polşada Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba ilə görüşüb.

Görüş zamanı Azərbaycan–Ukrayna əməkdaşlığının mövcud gündəliyi və gələcək perspektivləri müzakirə edilib.
Xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, habelə regional gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov Polşada ATƏT-in Baş katibi ilə danışıqlar aparıb.

Tərəflər Azərbaycan–ATƏT əməkdaşlığının mövcud vəziyyəti və gələcək perspektivlərini müzakirə ediblər.
Venesuela zəlzələlərdən sonra dəstəyə görə Azərbaycana təşəkkür edib.
Silahlı Qüvvələrin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq.
⚡️Hikmət Hacıyev:

● NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə məhsuldar görüşüm oldu.

● Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və əməkdaşlığın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmişik.

● Xüsusilə, Azərbaycanla NATO arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsində əldə edilən irəliləyişi qeyd etdik.

● Həmçinin, Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektləri üzrə və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq.
⚡️Ermənistan parlamentinin sədri dəyişir

● Paşinyan bildirib ki, Ruben Rubinyanın Ermənistan parlamentinə sədr kimi namizədliyi irəli sürülüb

● Rubinyan Ermənistan parlamentinin vitse-spikeri kimi çalışıb.
Azərbaycan və Niderland XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib.