Operativ Media
✔
86.9K subscribers
7.48K photos
3.63K videos
13 files
7.26K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
KTMT Daimi Şurasının sədri Viktor Vasilyev:

Qərb ölkələrinin Ermənistan ətrafındakı qeyri-dost hərbi-siyasi addımları regionda vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər.
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
⚡️ABB: Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib.

Problem yaxın zamanda aradan qaldırılacaq.
⚡Prezident İlham Əliyev Bakıda səfərdə olan İran parlamentinin sədri Qalibafı qəbul edib
Operativ Media
⚡️ABB: Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib. Problem yaxın zamanda aradan qaldırılacaq.
⚡️AccessBank da kart əməliyyatlarında yaranan problemlə bağlı müştərilərinə xəbərdarlıq mesajı göndərib

● Hazırda bir sıra bankların tətbiqlərinə daxil olmaqda çətinlik müşahidə olunur

● Bəzi kartlarda balans mənfi əks olunsa da, banklar problemin tezliklə aradan qaldırılacağını bildirirlər.
Ceyhun Bayramov Polşaya işgüzar səfərə gedib.

Səfər çərçivəsində nazirin Ukrayna Bərpa Konfransında iştirakı və bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
⚡️Azərbaycan XİN:

Fransa Milli Assambleyasının üzvlərinin ünvanladıqları suallara cavab olaraq, “Dağlıq Qarabağdan köçürülmüş” ermənilərə dəstək, “erməni məhbuslarının taleyi və onların azad edilməsi”, “erməni dini və mədəni irsi,” “Azərbaycan-Ermənistan sülh prosesində insan hüquqları”, habelə “Azərbaycanda insan hüquqları” kimi məsələlərə dair Avropa və Xarici İşlər Nazirliyinin 23 iyun tarixində Parlamentin internet səhifəsində dərc edilmiş əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik.
Operativ Media
⚡Prezident İlham Əliyev Bakıda səfərdə olan İran parlamentinin sədri Qalibafı qəbul edib
⚡️Prezident İlham Əliyev:

● Son vaxtlar qardaş İran xalqı çox böyük əziyyətlər çəkib

● Müharibə dövründə Azərbaycan xalqı və dövləti İran xalqı və dövlətinin yanında olub

● Məsud Pezeşkianla telefonla danışıqları, həmçinin müxtəlif səviyyələrdə digər təmaslar və həmrəylik nümunələri bunun əyani göstəricisidir

● Müharibənin dayandırılması Azərbaycan tərəfindən sevinc hissi ilə qarşılanıb

● Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın

Məhəmməd Baqir Qalibaf:

● İran çətin günlərində yanında olduğu üçün Azərbaycan dövlətinə və xalqına minnətdardır

● Müharibə böyük dərd və faciədir.

● Həmin dövrdə Azərbaycanın İranla mehriban qonşuluq münasibətlərinə sadiq qalması, humanitar yardımını əsirgəməməsi, Azərbaycan xalqının İranın yanında olması İran xalqının yaddaşında əbədi qalacaq.

● İran müharibə dövründə dostunu və düşmənini tanıyıb. Bu xüsusda dost ölkə kimi Azərbaycan İranın yanında olub.
⚡️AMB:

● "Azərikard"a üzv bankların müştərilərinə təsir edən texniki nasazlıq aradan qaldırılıb

● Sözügedən insident hər-hansı kibermüdaxilə və ya dələduzluq halları ilə bağlı deyil, texniki səbəblərdən baş verib.
ABŞ və İranın texniki qruplarının məsləhətləşmələri iyunun 30-da davam edəcək.
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salınıb

Bu mərhələdə adıçəkilən bölgələrə ümumilikdə 58 ailə (237 nəfər) köçürülüb.
Venesuelanın şimalında 7,1 maqnitudada zəlzələ qeydə alınıb.

Hazırda zərərçəkənlər və ya dağıntı barədə məlumat yoxdur.
⚽️ FIFA U-15 Dünya Çempionatı və 2026-cı il Festivalı Azərbaycanda keçiriləcək.

● Turnirin ilk tarixi 22-31 oktyabr 2026-cı il aralığında baş tutacaq.

● Yarışda FIFA-ya üzv olan bütün ölkələrin 15 yaşadək oğlanlardan ibarət komandaları iştirak edə biləcək.
Milli Məclisdə yeni “Balıqçılıq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb

● Yeni sənəd ölkədə balıq və digər su bioresurslarının ovunun, akvakulturanın təşkilinin, bu resursların artırılması, istifadəsi və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir.

● Qanun layihəsində Xəzər dənizinin Azərbaycan bölməsində, sərhəd su obyektlərində və Ələt azad iqtisadi zonasında balıqçılıq fəaliyyətinin tənzimlənməsi qaydaları, həmçinin qayda pozuntularına görə məsuliyyət tədbirləri əks olunub.

● Yeni qanun qüvvəyə mindiyi gündən "Balıqçılıq haqqında" 27 mart 1998-ci il tarixli köhnə qanun ləğv ediləcək.
Ceyhun Bayramov polşalı həmkarı Radoslav Sikorski ilə danışıqlar aparıb.

Tərəflər praqmatik Polşa-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərini, eləcə də iki ölkə arasında saziş layihələri üzərində işi müzakirə ediblər.
Kral III Çarlz Britaniyada keçirilən forumda Muxtar Babayevlə söhbət edib.
Operativ Media
Venesuelanın şimalında 7,1 maqnitudada zəlzələ qeydə alınıb. Hazırda zərərçəkənlər və ya dağıntı barədə məlumat yoxdur.
Azərbaycan XİN: Venesuelada baş verən, insan tələfatına və genişmiqyaslı dağıntılara səbəb olan dağıdıcı zəlzələdən dərin kədər hissi keçiririk.

Qurbanların ailələrinə dərin hüznlə başsağlığı verir və bu çətin dövrdə Venesuela xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk.
"Maliyyə icarəsi haqqında" qanun qüvvəyə minib

Qanunun tələblərini pozan şəxslər məsuliyyət daşıyırlar.
Hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişikliyi təsdiqlənib