Operativ Media
✔
86.9K subscribers
7.48K photos
3.63K videos
13 files
7.26K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
⚡️Prezident İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif edib.
⚡️Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 10 vaqondan ibarət buğda göndərilib
Vaşinqtonda İsrail və Livan arasında birbaşa danışıqların növbəti raundu başlayıb.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Azərbaycana səfərə gəlib.
⚡Sabahdan etibarən ABB kartları ilə "m10" arasında pul köçürmələri dayandırılır
Kriştiano Ronaldo Özbəkistanla oyunda hesabı açaraq 6 fərqli dünya çempionatında qol vuran yeganə futbolçu oldu.
DÇ-2026: Kriştiano Ronaldonun dubl etdiyi oyunda Portuqaliya Özbəkistanı 5:0 hesabı ilə məğlub edib.
İranın İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib.
⚡ Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin iyulun 1-də Azərbaycana səfər edəcəyi bildirilir
⚡Azərbaycan Dəmir Yolları:

● ADY Bakı–Tbilisi–Bakı istiqaməti üzrə heç bir turizm şirkəti ilə əməkdaşlıq etmir, hər hansı şirkətə və ya vasitəçiyə kvota ayrılmır

● Hazırda biletlərin kütləvi şəkildə alınıb sonradan satılmasını təsdiqləyən fakt yoxdur.

● Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərin satışa çıxarıldığı 21 may 2026-cı il tarixindən indiyədək ümumilikdə 20 minə yaxın bilet alınıb.

● Aktiv bilet satışı dövrünün hazırkı 30 gündən 90 günə qədər artırılması mexanizminin yaxın günlərdə tətbiqi planlaşdırılır.

● Sosial şəbəkələrdəki iddialardan biri də Bakı–Tbilisi qatarlarının dolu olmaması ilə bağlıdır. Qatar Bakıdan yola düşərkən tam dolu olmaya bilər, bu təbiidir, çünki sərnişinlərin heç də hamısı səfərinə Bakı Dəmiryol Vağzalından başlamır.

● Hazırda Bakı–Tbilisi–Bakı marşrutu üzrə tələbat çox yüksək olduğundan biletlər satışa çıxarılandan qısa müddət ərzində satılır.

● Ona görə də sərnişinlərə səyahət tarixinə uyğun biletləri mütəmadi olaraq yoxlamağı tövsiyə edirik.
Prezident İlham Əliyev İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb.
⚡İlham Əliyev:

● Bu gün dünyada müsəlmanlara qarşı nifrətin aşılanması, İslam mədəni irsinin hədəfə alınması və İslam dəyərlərinin təhqir olunması geniş vüsət alıb.

● Müqəddəs kitabımız "Qurani-Kərim"in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi heç bir halda ifadə azadlığı ilə əsaslandırıla bilməz və tamamilə qəbuledilməzdir.

● İslamofobiya yalnız müsəlmanlara qarşı dözümsüzlük halı deyil, qarşılıqlı anlaşmaya və dinc birgəyaşayışa təhdid yaradan təhlükəli tendensiyadır.

● Məyusedici haldır ki, Qərbdə bəzi siyasi dairələr, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq təsisatlar anti-İslam əhvali-ruhiyyəsini təlqin edərək, İslamı ekstremizm və terrorizm ilə eyniləşdirməyə, dinimizə qarşı qərəzli təsəvvür yaratmağa və onu təhlükə mənbəyi kimi qələmə verməyə cəhdlər göstərir.
⚡İslam Zirvə Konfransının 16-cı Sessiyası 2027-ci ildə Azərbaycanda keçiriləcək.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqının sədrliyi İndoneziyadan Azərbaycana keçib.
⚡Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
⚡Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 oktyabr saat 06:00-dək uzadılıb
⚡️AZAL: Azərbaycan Hava Yollarının 24 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.
⚡Bir sıra icbari sığorta növləri üzrə yeniliklərin tətbiqi nəzərdə tutulur.