Operativ Media
✔
85.9K subscribers
7.48K photos
3.63K videos
13 files
7.26K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
Silahlı Qüvvələr Gününə özəl

● ExpressBankda hərbi peşə sahibləri üçün 70 000 manatadək nağd kredit 3%-dək endirimlə!

● Kampaniya tarixi: 21 iyun - 1 iyul

İndi sifariş et: https://bit.ly/exb_kampaniya


Daha ətraflı: @expressbank_asc
Media is too big
VIEW IN TELEGRAM
⚡️Azərbaycan və Türkmənistan prezidentləri Şuşa şəhərində olublar
Media is too big
VIEW IN TELEGRAM
⚡️ İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində yaşayan uşaqlarla görüşüblər.
Bakıda Dövlət Turizm Agentliyi və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin birgə təşkilatçılığı ilə “AQEM ölkələrində dairəvi yaşıl turizm” (“Circular Green Tourism in the CICA Countries”) mövzusunda beynəlxalq konfrans keçirilir.

● Konfransda AQEM Katibliyi ilə yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya, Monqolustan, Hindistan, Kamboca, Şri-Lanka, Tailand, Vyetnam, İran, Misir, İordaniya, İsrail, Fələstin daxil olmaqla üzv dövlətlərin nümayəndə heyətləri iştirak edirlər.

● Tədbirin açılış mərasimində çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, “dairəvi yaşıl turizm” turizm sahəsinin gələcək inkişaf istiqamətini müəyyən edən aktual yanaşmalardan biri kimi çıxış edir. O qeyd edib ki, indiyədək Azərbaycanda turizmin dayanıqlı inkişafı istiqamətində ekoturizm və aqroturizm istiqamətlərinin formalaşdırılması, təbiət əsaslı turizm marşrutlarının inkişafı istiqamətində mühüm addımlar atılmışdır.

● Fuad Nağıyev, həmçinin konfransın AQEM ölkələri arasında əməkdaşlığın möhkəmlənməsinə və yeni tərəfdaşlıqların qurulmasına töhfə verəcəyini vurğulayıb.

● AQEM-in Baş katibi Kayrat Sarıbay çıxışında “AQEM ölkələrində dairəvi yaşıl turizm” təşəbbüsünün regionda dayanıqlı və ekoloji məsuliyyətli turizmin inkişafına töhfə verdiyini vurğulayıb. Baş katib turizmin iqtisadi sahə olmaqla yanaşı, mədəni dialoq və etimadın möhkəmləndirilməsi üçün vacib platforma olduğunu vurğulayıb. O, bu konfransın layihənin yekun mərhələsi kimi nəticələrin təqdimatı və qabaqcıl təcrübələrin paylaşılması baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

● Konfrans çərçivəsində keçirilən müzakirələrdə turizm kəndlərinin yaradılması, yerli təşəbbüslərə dəstək mexanizmləri, qrant proqramları, təlim fəaliyyətləri və təbiət əsaslı turizm məhsullarına investisiyalar vasitəsilə yerli icmalar üçün yeni imkanların formalaşdırılması məsələləri müzakirə olunacaq.
Prezidentlər Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar.
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar.
Azərbaycan Dəmir Yolları ilə “CRRC Ziyang” arasında 4 yeni magistral sərnişin lokomotivinin alınmasına dair müqavilə imzalanıb.
⚡Türkmənistan tərəfindən Füzulidə məscid kompleksi inşa edilir:

● Məscidin hər biri 40 metrdən ibarət 2 minarəsi olacaq.

● Əsas günbəzin hündürlüyü isə 30 metr təşkil edəcək.

● Məsciddə eyni vaxtda 500 nəfər ibadət edə biləcək.

● Məscid kompleksinin ümumi ərazisi 1 hektardan çoxdur.
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Bülbülün ev-muzeyi ilə tanış olublar.
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib.
Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb.
⚡Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu ermənistanlı həmkarı Davit Xudatyan ilə iki ölkə arasında keçmişdə aktiv şəkildə istifadə olunmuş dəmir yolu və avtomobil əlaqələrinin bərpasına yönəlmiş səyləri müzakirə edib.

Tərəflər, həmçinin tarixi Ani körpüsünün bərpası prosesini də müzakirə ediblər.