Operativ Media
✔
85K subscribers
7.46K photos
3.63K videos
13 files
7.25K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
⚡Azərbaycan Prezidenti:

● Yeni Kaledoniyanın, Polineziyanın, Martinikanın və Sen-Martenin azad olmasını istəyirik.

● Bir daha vurğulayıram ki, bunun Fransa ilə münasibətlərimizə heç bir aidiyyəti yoxdur. Bu məsələ bəzən yanlış təqdim olunur və Azərbaycana qarşı istifadə edilir.

● Ümid edirəm ki, bu mesajlarım Parisdə də düzgün qəbul olunacaq. Çünki hazırda Fransa ilə münasibətlərin normallaşdırılması prosesindəyik.

● Onlar bizi tənqid edirlər, biz də onları tənqid edirik. Bu, normaldır. Bu, hücum deyil. Bu, iki suveren dövlət arasında normal işgüzar münasibətlərin bir hissəsidir.

● Heç biri digərindən üstün deyil və heç kəs digərinə nə etməli olduğunu diktə edə bilməz. Amma öz mövqeyini ifadə etmək, narahatlığını bildirmək və tənqid etmək tamamilə normaldır.
Operativ Media pinned «⚡Ukraynalı jurnalist Dmitri Qordon: Prezident Putinə nə məsləhət görürsünüz? Prezident İlham Əliyev: Məncə çoxdan dərk edilməli idi ki, bu müharibə dayandırılmalıdır.»
⚡Prezident: Biz əvvəlki illərdə heç ağlımıza gələ bilməyən bazarlara qaz nəql edirik, məsələn, Suriyaya. Suriyadan qonşu ölkələrə də keçə bilərik. Orada da qaza böyük tələbat var.

Yəni avropalı tərəfdaşlarla təmaslarımızda biz bu mesajı çatdırırıq ki, bizim uzunmüddətli müqavilələrə ehtiyacımız var, birgə səy göstərərək qaz nəqli sisteminin genişləndirməsi ehtiyacı var.
⚡Prezident: Azərbaycan Rusiya ilə münasibətlərə böyük dəyər veririk.

● Rusiya Federasiyasının rəsmi şəxslərinin, o cümlədən Prezident Putinin ölkələrimiz arasında münasibətlərin müsbət dinamika ilə inkişaf etməsinə dair bəyanatlarını da görmüşük.

● Mən deyərdim ki, münasibətlər tam şəkildə normallaşıb.

● Müxtəlif səviyyələrdə təmaslar davam edir. Həm hökumətlər səviyyəsində, həm hökumətlərarası komissiyanın həmsədrləri arasında, həm Xarici İşlər nazirlikləri, həm də Prezident administrasiyaları xətti ilə fəal əlaqələr mövcuddur.

● Bu baxımdan hesab edirəm ki, hər şey normal inkişaf edir və biz bundan məmnunuq.
⚡İlham Əliyev: ABŞ Azərbaycana silah satışına qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb

Birləşmiş Krallıq və Avropa Birliyinin üzv dövlətləri də daha sonra eyni addımı atıblar.
⚡İlham Əliyev:

● Onlar (ABŞ rəhbərliyi - red.) dərk edirdilər ki, Zəngəzur dəhlizi vacib layihədir, çünki bu, Azərbaycanı onun Naxçıvan bölgəsi ilə birləşdirəcək.

● Onlar çox səmərəli şəkildə işlədilər, həmçinin Ermənistana da izah etdilər ki, bu sülh Ermənistana da lazımdır.

● Təbii ki, Ağ Evdə tarixi görüş zamanı mən Prezident Tramp və Ermənistanın Baş naziri üçtərəfli bəyanata imza atdıq. Eyni zamanda, iki ölkənin xarici işlər nazirləri də sülh sazişini parafladılar.
⚡Prezident: Bu gün bizim regionda təhdidlər kifayət qədər realdır. Biz bunu kitablarda oxumuruq, bunu real həyatda görürük.

Biz imkanlarımızı genişləndirməliyik, müdafiəmizi gücləndirməliyik, milli maraqlarımızı müdafiə etməliyik və mümkün qədər çox ölkə ilə praktiki əməkdaşlığımızı gücləndirməliyik.
⚡İlham Əliyev: Azərbaycan artıq Çindən müəyyən təyinatlı hərbi məhsullar əldə edib.

● Onların bir hissəsi Qələbəmizin beşinci ildönümünə həsr olunmuş hərbi paradda nümayiş etdirildi.

● Digər hissəsi hazırda ölkəmizə gətirilir, bəzi layihələr isə hələ müzakirə mərhələsindədir. Biz hərbi-texniki əməkdaşlığın inkişafında çox maraqlıyıq.
⚡Prezident İlham Əliyev: Mən tez-tez Özbəkistana səfər edirəm, yəqin ki, bu il də səfər edəcəyəm.
Media is too big
VIEW IN TELEGRAM
Ötən gün axşam saatlarında Dövlət Bayrağı Meydanı istiqamətində baş verən qəzanın görüntüləri yayılıb

● 3 piyada təxminən 200-220 metr yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən istifadə edib

● Motosiklet sürücüsü isə onları vurmamaq üçün dayanmaq istədikdə idarəetməni itirərək yıxılıb və xəsarət alıb

● Hadisə zamanı piyadalar xəsarət alan sürücüyə kömək göstərmək əvəzinə hadisə yerini tərk ediblər.
Prezident: Biz hesab edirik ki, insan hüquqları universal məsələdir.

Bakı Təşəbbüs Qrupu bəlkə də bu gün ən səmərəli QHT-lərdən biridir ki, bu məsələni (müstəmləkəçiliyi – red.) qlobal gündəliyə daxil edib.
Operativ Media
⚡Azərbaycan Prezidenti: ● Yeni Kaledoniyanın, Polineziyanın, Martinikanın və Sen-Martenin azad olmasını istəyirik. ● Bir daha vurğulayıram ki, bunun Fransa ilə münasibətlərimizə heç bir aidiyyəti yoxdur. Bu məsələ bəzən yanlış təqdim olunur və Azərbaycana…
⚡Azərbaycan Prezidenti: Fransanın dənizaşırı əraziləri kolonial, müstəmləkəçilik siyasəti nəticəsində əziyyət çəkir.

● Orada hətta nüvə testləri həyata keçirilir. Polineziyada bəlkə 200-dən artıq nüvə sınaqları keçirilib.

● Bu hərəkətlərə görə məsuliyyət daşıyanlar dünyaya insan hüquqları və demokratiya haqqında mühazirə oxumağa çalışan eyni insanlardır.

● Bu gün baxsaq görərik ki, yüzlərlə insan bundan əziyyət çəkir. Bu gün Bakı Təşəbbüs Qrupu hər hansısa hibrid müharibədə ittiham edilir.

● Zənnimcə, bu, müstəqil medianın çox mühüm missiyasıdır.
Media is too big
VIEW IN TELEGRAM
⚡️Prezident Şuşada Qlobal Media Forumun iştirakçıları ilə bir arada.
Media is too big
VIEW IN TELEGRAM
Prezident Şuşada Qlobal Media Forumu keçirilən məkandan belə ayrıldı
Hikmət Hacıyev "Tiktok" və "Linkedin" nümayəndələri ilə görüşüb
Prezident IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə
⚡Qazaxıstanda Azərbaycan televiziya kanallarının, Azərbaycanda isə Qazaxıstan telekanallarının yayımı həyata keçirilə bilər

Bu barədə məsələ Prezidentin köməkçisi Hikmət Hacıyev və Qazaxıstanın mədəniyyət və informasiya nazirinin birinci müavini Kanat İskakov arasında keçirilən görüş zamanı müzakirə edilib.
⚡️ Tramp: ABŞ İranın dəniz limanlarına qarşı blokadanı bərpa edir.

● Bərpa olunan məhdudiyyətlər yalnız İrana aid gəmilərin və rəsmi Tehranın tərəfdaşlarının limanlara giriş-çıxışını qadağan edəcək.

● ABŞ Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsi müqabilində buradan daşınan bütün yüklərin dəyərinin 20 faizini kompensasiya olaraq almaq niyyətindədir.
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib.