Operativ Media
✔
84.4K subscribers
7.48K photos
3.63K videos
13 files
7.26K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
⚡Şuşada İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub
İlham Əliyev: Azərbaycan-Slovakiya əlaqələri inkişafı uğurla gedir.

Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır. Dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir.
⚡⚡Slovakiya Qarabağda məktəb tikəcək
Expressbank Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil edib

● Mediatur çərçivəsində iştirakçılar Azərbaycan Biznesinin İnkişafı Fondunun dəstəyilə Expressbank tərəfindən güzəştli biznes krediti ilə maliyyələşdirilmiş GP Safety MMC - İş Əlcəkləri İstehsalı Müəssisəsini ziyarət ediblər.

● Səfər proqramı çərçivəsində iştirakçılar Xankəndi şəhərində yerləşən Zəfər Parkını ziyarət edərək sərbəst zaman keçiriblər.

@Expressbank_asc
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ermənistan-Gürcüstan sərhəd-keçid məntəqəsində uzun növbələr yaranıb.

● Ermənilər bildirirlər ki, Gürcüstan tərəfi bilərəkdən onları gec buraxır

● Məntəqədə yaranmış gərginlik fonunda huşunu itirən şəxslərin olduğu barədə də məlumatlar yayılıb.
⚡2027-2028-ci illərdə Slovakiyanın Azərbaycandakı səfirliyi NATO-nun təmas ofisi kimi fəaliyyətini davam etdirəcək.
İlham Əliyev və Pelleqrini bir-birilərinə hədiyyələr təqdim ediblər
İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar.
🇦🇿🇸🇰İlham Əliyev və Peter Pelleqrini Qarabağda
⚡⚡Peskov: Bakının Ukrayna ilə bağlı mövqeyi Moskva ilə fikir ayrılığı mövzusudur, lakin bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə kölgə salmır.
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar.
⚡Slovakiya hökuməti Azərbaycana hədiyyə olaraq Ağdamda məktəb tikintisinə başlayır:

● Məktəbin ümumi ərazisi 3 hektardır

● Binada ümumilikdə 35 sinif, texnologiya, hərbi hazırlıq, kompüter otaqları, kitabxana, fizika, biologiya və kimya laboratoriyaları yaradılacaq.

● Akt və idman zalları, bufet və digər zəruri tədris infrastrukturu olacaq.

● Binanın elektrik təchizatını təmin etmək üçün Günəş panellərinin quraşdırılması nəzərdə tutulur.

● Məktəbin ərazisində həm şagirdlər, həm də sakinlər üçün qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri yaradılacaq, yaşıllıq zolaqları salınacaq.

● Slovakiyanın milli qəhrəmanı Milan Rastislav Ştefanik adına olan 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməli bu gün qoyulub.
⚡️Peskov: Hesab edirik ki, xüsusən də Azərbaycan kimi bir ölkə ilə münasibətlərimizi hərtərəfli inkişaf etdirməliyik.
⚡Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisələr yenidən təşkil edilir
⚡️AZAL: Azərbaycan Hava Yollarının 14 iyul 2026-cı il tarixinə planlaşdırılan J2 – 8048 nömrəli Trabzon-Bakı reysi texniki nasazlıq səbəbindən təxirə salınıb. 

Sözügedən reysin sərnişinlərinin 15 iyul tarixində həyata keçiriləcək reys vasitəsilə daşınması nəzərdə tutulur.
AFB Bank yarım ili güclü nəticələrlə başa vurub:

● 2026-cı ilin 30 iyun tarixinə Bankın ümumi aktivləri 536,9 milyon manat təşkil edib.

● Bu, 2025-ci ilin sonu ilə müqayisədə 26,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 72,2% artım deməkdir.

● Bankın kredit portfeli ilk yarımildə 406,4 milyon manata çataraq ilin əvvəlindən 35,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 100,3% artıb

● 2026-cı ilin ilk yarısında Bankın müştəri vəsaitləri 342,3 milyon manata yüksəlib.

● Bu göstərici ilin əvvəli ilə müqayisədə 51,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 142,9% artım təşkil edir.

Ətraflı: https://afb.az/afb-bank-yarim-ili-guclu-neticelerle-basa-vurdu-kredit-portfeli-2-defe-artdi
İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib.