Operativ Media
✔
84.9K subscribers
7.46K photos
3.63K videos
13 files
7.25K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
⚡İlham Əliyev:

● Onlar (ABŞ rəhbərliyi - red.) dərk edirdilər ki, Zəngəzur dəhlizi vacib layihədir, çünki bu, Azərbaycanı onun Naxçıvan bölgəsi ilə birləşdirəcək.

● Onlar çox səmərəli şəkildə işlədilər, həmçinin Ermənistana da izah etdilər ki, bu sülh Ermənistana da lazımdır.

● Təbii ki, Ağ Evdə tarixi görüş zamanı mən Prezident Tramp və Ermənistanın Baş naziri üçtərəfli bəyanata imza atdıq. Eyni zamanda, iki ölkənin xarici işlər nazirləri də sülh sazişini parafladılar.
⚡Prezident: Bu gün bizim regionda təhdidlər kifayət qədər realdır. Biz bunu kitablarda oxumuruq, bunu real həyatda görürük.

Biz imkanlarımızı genişləndirməliyik, müdafiəmizi gücləndirməliyik, milli maraqlarımızı müdafiə etməliyik və mümkün qədər çox ölkə ilə praktiki əməkdaşlığımızı gücləndirməliyik.
⚡İlham Əliyev: Azərbaycan artıq Çindən müəyyən təyinatlı hərbi məhsullar əldə edib.

● Onların bir hissəsi Qələbəmizin beşinci ildönümünə həsr olunmuş hərbi paradda nümayiş etdirildi.

● Digər hissəsi hazırda ölkəmizə gətirilir, bəzi layihələr isə hələ müzakirə mərhələsindədir. Biz hərbi-texniki əməkdaşlığın inkişafında çox maraqlıyıq.
⚡Prezident İlham Əliyev: Mən tez-tez Özbəkistana səfər edirəm, yəqin ki, bu il də səfər edəcəyəm.
Media is too big
VIEW IN TELEGRAM
Ötən gün axşam saatlarında Dövlət Bayrağı Meydanı istiqamətində baş verən qəzanın görüntüləri yayılıb

● 3 piyada təxminən 200-220 metr yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən istifadə edib

● Motosiklet sürücüsü isə onları vurmamaq üçün dayanmaq istədikdə idarəetməni itirərək yıxılıb və xəsarət alıb

● Hadisə zamanı piyadalar xəsarət alan sürücüyə kömək göstərmək əvəzinə hadisə yerini tərk ediblər.
Prezident: Biz hesab edirik ki, insan hüquqları universal məsələdir.

Bakı Təşəbbüs Qrupu bəlkə də bu gün ən səmərəli QHT-lərdən biridir ki, bu məsələni (müstəmləkəçiliyi – red.) qlobal gündəliyə daxil edib.
Operativ Media
⚡Azərbaycan Prezidenti: ● Yeni Kaledoniyanın, Polineziyanın, Martinikanın və Sen-Martenin azad olmasını istəyirik. ● Bir daha vurğulayıram ki, bunun Fransa ilə münasibətlərimizə heç bir aidiyyəti yoxdur. Bu məsələ bəzən yanlış təqdim olunur və Azərbaycana…
⚡Azərbaycan Prezidenti: Fransanın dənizaşırı əraziləri kolonial, müstəmləkəçilik siyasəti nəticəsində əziyyət çəkir.

● Orada hətta nüvə testləri həyata keçirilir. Polineziyada bəlkə 200-dən artıq nüvə sınaqları keçirilib.

● Bu hərəkətlərə görə məsuliyyət daşıyanlar dünyaya insan hüquqları və demokratiya haqqında mühazirə oxumağa çalışan eyni insanlardır.

● Bu gün baxsaq görərik ki, yüzlərlə insan bundan əziyyət çəkir. Bu gün Bakı Təşəbbüs Qrupu hər hansısa hibrid müharibədə ittiham edilir.

● Zənnimcə, bu, müstəqil medianın çox mühüm missiyasıdır.
Media is too big
VIEW IN TELEGRAM
⚡️Prezident Şuşada Qlobal Media Forumun iştirakçıları ilə bir arada.
Media is too big
VIEW IN TELEGRAM
Prezident Şuşada Qlobal Media Forumu keçirilən məkandan belə ayrıldı
Hikmət Hacıyev "Tiktok" və "Linkedin" nümayəndələri ilə görüşüb
Prezident IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə
⚡Qazaxıstanda Azərbaycan televiziya kanallarının, Azərbaycanda isə Qazaxıstan telekanallarının yayımı həyata keçirilə bilər

Bu barədə məsələ Prezidentin köməkçisi Hikmət Hacıyev və Qazaxıstanın mədəniyyət və informasiya nazirinin birinci müavini Kanat İskakov arasında keçirilən görüş zamanı müzakirə edilib.
⚡️ Tramp: ABŞ İranın dəniz limanlarına qarşı blokadanı bərpa edir.

● Bərpa olunan məhdudiyyətlər yalnız İrana aid gəmilərin və rəsmi Tehranın tərəfdaşlarının limanlara giriş-çıxışını qadağan edəcək.

● ABŞ Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsi müqabilində buradan daşınan bütün yüklərin dəyərinin 20 faizini kompensasiya olaraq almaq niyyətindədir.
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib.
⚡Hikmət Hacıyev: Azərbaycan tez-tez beynəlxalq dezinformasiya kampaniyalarının hədəfinə çevrilir.

● Bir çox siyasətçilər və ekspertlər Azərbaycana qarşı yönəlmiş geniş dezinformasiya və qarayaxma kampaniyalarını müşahidə ediblər.

● Biz bu faktları yoxlayır və faktlara əsaslanan cavablar təqdim edirik. İndi isə həqiqəti sübut etmək daha çətindir, çünki texnologiya nəhəngləri və peşəkar jurnalistikanın rolunu oynamalı olan bəzi institutlar bəzən dezinformasiyanın yayılmasında fəal iştirak edirlər.

● Hökumətlər, media təşkilatları, texnologiya şirkətləri, akademiya və vətəndaş cəmiyyəti dəqiq, şəffaf və hesabatlı informasiya mühitinin yaradılması üçün ortaq məsuliyyət daşıyırlar.
Hikmət Hacıyev:

● Son illərdə Azərbaycan media mühitinin hərtərəfli modernləşdirilməsini həyata keçirir.

● Bu islahatlar peşəkar jurnalistikanın gücləndirilməsi, institusional potensialın artırılması, etik standartların təşviqi, media savadlılığının artırılması və medianın sürətli texnoloji dəyişikliklərə uyğunlaşmasına kömək etmək məqsədi daşıyır.

● Media islahatı dayanıqlı institutların qurulması, müstəqil jurnalistikanın dəstəklənməsi, dezinformasiyaya qarşı müqavimətin artırılması və ictimai etimadın gücləndirilməsi haqqındadır.
⚡Prezidentin köməkçisi: Qarabağ münaqişəsi beynəlxalq medianın da diqqət mərkəzində olub.

● Bəzi beynəlxalq media qurumları bizi bu münaqişədə günahkar qismində təqdim etməyə çalışırdılar. Bu da çox təəssüf doğurur.

● Qarabağ münaqişəsi haqqında danışarkən qeyd etmək lazımdır ki, biz sadəcə öz suverenliyimizi bərpa etmək istəyirdik və buna nail olduq.

● Lakin buna baxmayaraq, beynəlxalq mediada bizə qarşı qərəzli yanaşmalar davam edirdi.
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub.
⚡️İlham Əliyev Fransanın milli bayramı münasibətilə Emmanuel Makronu təbrik edib