Operativ Media
✔
83.8K subscribers
7.48K photos
3.63K videos
13 files
7.26K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
"Şahdağ” Turizm Mərkəzində “TourismLAB” Yay Düşərgəsi keçirilir

● “Şahdağ” Turizm Mərkəzində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 20 illik yubileyinə həsr olunmuş “TourismLAB” Yay Düşərgəsi keçirilir.

● Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm və Menecment Universiteti, “Şahdağ” Turizm Mərkəzi və Azərbaycan Turizm Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Birliyinin tərəfdaşlığı ilə təşkil olunan düşərgədə ATMU-nun tələbələri iştirak edir.

● Düşərgənin əsas məqsədi turizm sahəsində təhsil alan gənclərin peşəkar bilik və bacarıqlarının inkişafına dəstək göstərmək, onların liderlik, komanda işi və praktik fəaliyyət istiqamətində bacarıqlarını gücləndirməkdir. Eyni zamanda düşərgə dövlət–universitet–özəl sektor əməkdaşlığı nümunəsi kimi çıxış edərək turizm təhsili və sənayenin birgə fəaliyyətinin önəmini vurğulayır.

● “TourismLAB” Yay Düşərgəsi çərçivəsində iştirakçılar üçün turizm sənayesinin aktual mövzularını əhatə edən təlimlər, panel müzakirələri və master-klasslar keçirilir. Bununla yanaşı, komanda quruculuğuna yönəlmiş fəaliyyətlər, intellektual və idman yarışları, şəhər turu, eləcə də müxtəlif sosial və mədəni proqramlar təşkil olunur. Düşərgə proqramı iştirakçıların peşəkar inkişafını dəstəkləməklə yanaşı, onların kommunikasiya və komanda şəklində fəaliyyət göstərmək bacarıqlarının təkmilləşməsinə töhfə verir.
⚡Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Ermənistana 17 milyon 128.64 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Peter Pelleqrini və Əli Əsədov arasında görüş olub.

Görüşdə iki ölkə arasında ticarət-investisiya və infrastruktur əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib.
⚡️Azərbaycan XİN:

● Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif silahlı münaqişə bölgələrində və yüksək riskli ərazilərdə Azərbaycan vətəndaşlarının fəaliyyət göstərməsi, habelə onların həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları təəssüf hissi ilə qeydə alınmaqda davam edir.

● Xüsusilə, Qara dəniz hövzəsində davam edən hərbi əməliyyatlar, mülki gəmiçiliyə qarşı mövcud təhlükələr, pilotsuz uçuş aparatları, raket və digər silahlardan istifadə edilməsi nəticəsində regionda təhlükəsizlik vəziyyəti son dərəcə həssas olaraq qalır. Hərbi əməliyyatların coğrafiyası və intensivliyi nəzərə alınmaqla, mülki gəmilər və onların ekipaj üzvləri üçün risklər əhəmiyyətli dərəcədə artıb.

● Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan və ya bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən dəniz gəmilərində işləməkdən çəkinməyə bir daha çağırış edirik.
⚡Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib.
⚡️AQTA: Ölkəyə gətirilən heyvanlar yalnız xüsusi ixtisaslaşmış nəqliyyat vasitələrində daşınmalıdır.
⚡️Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumu çərçivəsində Azərbaycan Turizm Bürosu (ATB) ilə “Slovakia Travel” arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair memorandum imzalanıb.

● Memoranduma əsasən, tərəflər turizm sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə B2B formatlı tədbirlərin, eləcə də turizm sənayesi və media nümayəndələri üçün tanışlıq səfərlərinin təşkili istiqamətində birgə fəaliyyət göstərəcəklər.

● Bununla yanaşı, memorandumda hər iki ölkənin turizm potensialının beynəlxalq səviyyədə təşviqi və turizm sənayesi arasında əlaqələrin inkişafı məqsədilə birgə marketinq və tanıtım layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

● Qeyd edək ki, “Wizz Air” aviaşirkəti tərəfindən Bakı və Bratislava şəhərləri arasında birbaşa uçuşların həyata keçirilməsi planlaşdırılır.
⚡️Azərbaycan və Malayziya arasında vizasız rejimin tətbiqi istiqamətində işlər aparılır

"Report"un məlumatına görə, yaxın aylarda bu məsələ ilə bağlı irəliləyiş gözlənilir.
⚡️Azərbaycan xarici işlər naziri 16-17 iyul tarixlərində Rusiyaya səfər edəcək.
Macarıstanın keçmiş xarici işlər naziri Peter Siyatro deputat vəzifəsindən istefa verib və Çinin avtomobil nəhəngi BYD şirkətində işləməyə başlayıb.

Siyatro bildirib ki, BYD-də xarici əlaqələr və yeni biznes xətlərinin inkişafı üzrə məsul qrupun rəhbəri kimi çalışacaq.