Operativ Media
✔
88.7K subscribers
7.48K photos
3.63K videos
13 files
7.26K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
UFC: Rafael Fiziyev gecənin əsas döyüşündə meksikalı Manuel Torresə nakautla qalib gəldi.
Türkiyə güclü zəlzələdən sonra Venesuelaya xilasedici qrup göndərib.
Paytaxtda motosikletlə yol hərəkəti qaydalarını kobud şəkildə pozan 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb.
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib.
Avropa İttifaqı zəlzələdən sonra Venesuelaya 5 milyon avro ayırıb.
Operativ Media
⚡️İsrail hökuməti qondarma "erməni soyqırımı"nın rəsmi tanınması üçün qətnaməni Knessetə təqdim edəcəyini bildirir
⚡️ İsrail hökuməti qondarma “erməni soyqırımı”nın rəsmi tanınması ilə bağlı təklifi yekdilliklə təsdiqləyib.

Hökumətin təklifi Knesset (parlament) tərəfindən müzakirə olunmalı və səsverməyə çıxarılmalıdır.
⚡️Azərbaycan XİN:

● Ras Tanurada on dörd nəfərin həyatına son qoyan faciəli vertolyot qəzasından dərin kədər hissi keçiririk.

● Bu faciə ilə əlaqədar qurbanların ailələrinə, eləcə də Səudiyyə Ərəbistanı Krallığı hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk.
Operativ Media
⚡️ İsrail hökuməti qondarma “erməni soyqırımı”nın rəsmi tanınması ilə bağlı təklifi yekdilliklə təsdiqləyib. Hökumətin təklifi Knesset (parlament) tərəfindən müzakirə olunmalı və səsverməyə çıxarılmalıdır.
⚡️Türkiyə XİN:

● Bütün dünyanın gözü qarşısında Fələstin xalqına qarşı sistematik zülm tətbiq edən və Beynəlxalq Ədalət Məhkəməsində qəzzalılara qarşı soyqırımı törətmək ittihamı ilə mühakimə olunan İsrail hökuməti 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi siyasi qərarlarla öz cinayətlərinin üstünü ört-basdır etməyi hədəfləyir.

● Hüquqi və tarixi həqiqətləri yox sayan bu bədxah təşəbbüs, Beynəlxalq Cinayət Məhkəməsində fələstinlilərə qarşı törədilən cinayətlərlə əlaqədar aparılan təhqiqat çərçivəsində barələrində həbs qətimkan tədbiri qərarı çıxarılan Netanyahu və cinayət ortaqlarının düşdüyü çıxılmazlığı gözlər önünə sərir.

● Türkiyə İsrailin regiondakı ekspansionist və qeyri-sabitlik yaradan siyasətinə son qoyulması və Netanyahu hökumətinin başda Fələstin xalqı olmaqla, mülki şəxslərə qarşı törətdiyi cinayətlərə görə qanun qarşısında cavab verməsi üçün qətiyyətlə çalışmağa davam edəcəkdir.
⚡⚡Azərbaycan XİN: İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur.

● 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir.

● Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur.

● İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırırıq.
⚡Azərbaycanda bu ilin sonunadək kriptovalyuta ilə bağlı qanun qəbul edilə bilər.
İlham Əliyev I Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş iclasın iştirakçılarına müraciət edib.
⚡Prezident İlham Əliyev:

● Azərbaycan XIX əsrdən etibarən köklü ictimai-siyasi və mədəni dəyişikliklər nəticəsində yeni tipli teatr, məktəb və ilk milli mətbu orqanı yaratmaqla milli özünüdərkin gerçəkləşməsinə zəmin hazırlamış, müsəlman və türk dünyasında artıq ilk demokratik dövlət qurmuşdu.

● Paytaxt Bakı şəhəri də hələ ötən əsrin əvvəllərindən özünün milli ruhlu ziyalılar nəslindən ibarət intellektual mühitinin yüksək səviyyəsi ilə seçilərək dünya türkologiyasının mötəbər mərkəzlərindən biri kimi tanınırdı

● Əfsuslar olsun ki, Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçirilməsinin qarşısı az sonra sovet totalitar idarə üsulu tərəfindən düşünülmüş formada süni maneələrlə alındı.

● Qurultay nümayəndələrinin əksəriyyətini isə məqsədli şəkildə 1930-cu illərdə amansız repressiyalara məruz qoydular. Onların xatirəsini bu gün də ehtiramla yad edirik.
⚡️Vətəndaşlar bankların onlara onlayn qaydada kredit ayırmasını məhdudlaşdıra biləcəklər.

Yeni qaydalar kiberhücum hallarının qarşısını almağa da kömək edəcək.
ℹ️Universitetlərin I kursunu başa vuran və gələcək karyerasını kompüter elmləri sahəsində qurmaq istəyən tələbələr üçün AZSET bakalavr proqramına qəbul elan olunur:

● Texniki və ya təbiət elmləri üzrə təhsil
● Uğurlu akademik nəticə
● İngilis dili: minimum B2

AZSET hansı imkanları yaradır?

● Münhen Texniki Universitetinin (TUM) akademik dəstəyi
● Tam ödənişsiz ingilisdilli təhsil və Almaniyada yay məktəbi imkanı
● AzTU diplomu və “TUM International GmbH” sertifikatı
● AZCON Holding ekosistemində təcrübə və karyera imkanları

Son müraciət tarixi 15 iyuldur. Seçilən 60 tələbədən biri olmaq üçün elə indi müraciət edin və 2-ci kursdan AZSET-də davam edin!

Qeydiyyat üçün: https://www.azsetedu.az/registration/account
İyulun 1-dən Bakı metropoliteninin Bənövşəyi xəttində yay qrafikinin tətbiqinə başlanılır.

Xətt üzrə qatarların hərəkəti “Xocəsən-8 Noyabr” və əks istiqamətdə 8 dəqiqə intervalla təşkil olunacaq.
⚡Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyəti təkmilləşdirilir

● Nümayəndəliyin işçilərinin say həddi 55 ştat vahidi müəyyən edilib

● Prezidentin səlahiyyətli nümayəndəliyi Naxçıvanda 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.
⚡Rusiya XİN: Son hadisələr göstərir ki, TRİPP layihəsinin həyata keçirilməsinin qeyri-müəyyən perspektivləri var.

● Biz düşünmürük ki, ABŞ və İsrailin İrana qarşı təxribatçı təcavüzündən sonra rəsmi Tehran ABŞ-nin ölkənin şimal sərhədində olmasından məmnun olsun.

● Həmçinin, TRIPP-in Ermənistanda Rusiya sərhədçiləri tərəfindən qorunan ərazidən keçməsi planlaşdırılır.

● Buna görə də bu layihə ilə bağlı həm Rusiyanın, həm də Avrasiya İqtisadi Birliyinin fikirləri nəzərə alınmalıdır.
⚡Rusiya XİN: Rusiya və Azərbaycan arasında 2024-cü il dekabrın 25-də "AZAL" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının nəticələri ilə bağlı bütün məsələlər həll edilib.
Təhsilalanların dərs (məşğələ) müddətində mobil və elektron cihazlardan istifadə etməsi qadağan olunub.
Media is too big
VIEW IN TELEGRAM
⚡Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.

Mehriban Əliyeva iclasda çıxış edib:

● Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir.

● Eyni zamanda, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur.

● Sirr deyil ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində həm yeni imkanlar, eyni zamanda, yeni təhlükələr yaradır.

● Biz yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıyıq.

● Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir.

● Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik.

● Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır.