Operativ Media
✔
86.7K subscribers
7.48K photos
3.63K videos
13 files
7.26K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
⚡️Azərbaycan və Laos arasında xidməti pasport sahibləri üçün viza rejimi ləğv ediləcək.
⚡Yeni Azərbaycan Partiyası:

● Uzun müddətdir ki, Türkiyənin bir sıra media orqanlarında və sosial media platformalarında, o cümlədən AKP iqtidarına yaxınlığı ilə tanınan informasiya resurslarında Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli, böhtan və iftira xarakterli məlumatların yayılması müşahidə edilir.

● Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın, hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin məsələnin mahiyyətini, Azərbaycanın konstitusion quruluşunu və ölkəmizdə dini etiqad azadlığının hüquqi əsaslarını nəzərə almadan populist və məsuliyyətsiz açıqlama verməsi ciddi təəssüf doğurur.

● Belə açıqlamalar Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərinin ruhuna ziddir və ictimai müstəvidə süni gərginlik yaratmağa xidmət edə bilər.
Operativ Media
⚡Yeni Azərbaycan Partiyası: ● Uzun müddətdir ki, Türkiyənin bir sıra media orqanlarında və sosial media platformalarında, o cümlədən AKP iqtidarına yaxınlığı ilə tanınan informasiya resurslarında Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli, böhtan…
⚡Yeni Azərbaycan Partiyası:

● İlk növbədə, Azərbaycan–İsrail münasibətlərinin məqsədli şəkildə təhrif olunması, bu əlaqələrə guya müstəsna xarakter verilməsi və bundan Azərbaycan əleyhinə siyasi ittihamlar irəli sürülməsi cəhdlərini qətiyyətlə rədd edirik.

● Azərbaycan Respublikası İsraillə beynəlxalq hüquq normalarına və qarşılıqlı maraqlara əsaslanan normal dövlətlərarası münasibətlərə malikdir.

● Azərbaycanın Fələstin məsələsində mövqeyi isə ardıcıl, aydın və prinsipialdır.

● Ölkəmiz Fələstin xalqının qanuni hüquqlarını daim dəstəkləmiş, Fələstinə maliyyə və humanitar yardımlar göstərmişdir.

● Fələstin Prezidenti Mahmud Abbas və Baş nazir Məhəmməd Mustafa müxtəlif vaxtlarda Azərbaycanda səfərdə olmuşlar.

● Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin fəaliyyəti də Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə təmin olunur.
Operativ Media
⚡Yeni Azərbaycan Partiyası: ● İlk növbədə, Azərbaycan–İsrail münasibətlərinin məqsədli şəkildə təhrif olunması, bu əlaqələrə guya müstəsna xarakter verilməsi və bundan Azərbaycan əleyhinə siyasi ittihamlar irəli sürülməsi cəhdlərini qətiyyətlə rədd edirik.…
⚡Yeni Azərbaycan Partiyası:

● Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Azərbaycan dünyəvi dövlətdir.

● Bu prinsip Türkiyə Respublikasının Konstitusiyasında da təsbit olunmuşdur.

● Buna görə də Azərbaycanın dünyəvi dövlət quruluşunun və təhsil siyasətinin siyasi manipulyasiya predmetinə çevrilməsi qəbuledilməzdir.

● Türkiyənin özündə dini və dünyəvi dəyərlər ətrafında aparılan siyasi müzakirələr cəmiyyətdə qütbləşməni dərinləşdirir.

● Hesab edirik ki, baş örtüyü kimi həssas məsələlərdən siyasi manipulyasiya və bölücülük vasitəsi kimi istifadə edilməsi nə Türkiyə xalqının birliyinə, nə də ümumilikdə müsəlman dünyasının həmrəyliyinə xidmət edir.

● Ümid edirik ki, Türkiyənin müvafiq siyasi dairələri bu cür məsuliyyətsiz açıqlamalardan düzgün nəticə çıxaracaq, Azərbaycan–Türkiyə münasibətlərinə zərər verə biləcək addımlardan çəkinəcəklər.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿Azərbaycanda məktəblərin bir çoxu bu gün dərsə belə başladı. Vahid forma, himnlə.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿Şəmkir rayonu, Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəbi
⚡️Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib

Əvvəllər məhkum olunmuş Fuad İbrahimov barəsində cinayət işi başlanıb.
⚡QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə:

● Azərbaycanda hicab qadağan olunmayıb.

● Dini təhsil müəssisələrində qızlar hicabla təhsil alırlar.

● Amma dövlət təhsil müəssisələrində vahid forma ilə bağlı qərar qəbul olunub.
⚡QMİ sədri:

● Azərbaycanın tolerantlıq siyasəti və müxtəlif dini məzhəblər arasında qardaşlıq münasibətlərinin təşviqi beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir.

● Ölkənin müstəqilliyinə və dövlətçiliyinə qarşı yönələn çağırışlar yolverilməzdir.

● Hicab məsələsindən istifadə edərək Azərbaycan dövlətinə qarşı mənfi rəy formalaşdırmaq və ölkəni digər dövlətlərlə qarşıdurmaya sürükləmək cəhdləri var.
⚡Azərbaycan XİN:

● Qara dəniz akvatoriyasında “CHELSEA-3” adlı yük gəmisi dron hücumuna məruz qalıb.

● 15 nəfərdən ibarət gəmi heyətində olan 8 nəfər vətəndaşımızın hamısı xilas edilib

● Onlardan 1 nəfər, 1993-cü il təvəllüdlü Ramin Rauf oğlu Qəmbərli hazırda Varna şəhərindəki hərbi hospitala yerləşdirilib və onun səhhəti nəzarətdə saxlanılır.

● Digər 7 nəfər Azərbaycan vətəndaşı ilkin tibbi müayinədən keçib, onların vəziyyəti qənaətbəxşdir.
⚡Qırğızıstan Prezidenti Sadır Japarov sabah Azərbaycana səfər edəcək
⚡Prezident İlham Əliyevin dəvəti ilə sabah Özbəkistan Prezidenti Azərbaycana gələcək
⚡Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.
🇦🇿🇹🇷 Milli Məclisin Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu:

● Türkiyənin bəzi media orqanlarında Azərbaycana qarşı qərəzli məlumatların yayılması, AK Parti millət vəkillərinin və Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın ölkəmiz haqqında əsassız ittihamlar səsləndirməsi ciddi narahatlıq doğurur.

● Azərbaycan müstəqil və suveren dövlətdir. “Bir millət, iki dövlət” prinsipi iki müstəqil dövlətin mövcudluğuna əsaslanır və Azərbaycanın daxili işlərinə müdaxilə üçün əsas kimi istifadə edilə bilməz.

● Məktəblərdə tətbiq olunan qaydalar bütün vətəndaşlara bərabər şəkildə şamil edilir və hər hansı dini qrupu hədəf almır.

● Bu məsələnin siyasiləşdirilməsi və Azərbaycanın təhsil siyasətinə qarşı əsassız ittihamlar irəli sürülməsi qəbuledilməzdir.

● Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə hörmət etməyə və iki ölkə arasındakı münasibətlərə zərər verə biləcək açıqlamalardan çəkinməyə çağırırıq.
⚡️Çempionlar Liqası: "Sabah" 1-0 "Slavia Praqa"
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿 Azərbaycan Prezidenti İlham Əliyev erməni işğalından azad edilən Zəngilanda dağıdılan və donuz tövləsinə çevrilən məscidin bərpası üçün ilk işi şəxsən başladır.

● Məscidlərimiz donuz tövləsinə çevriləndə bütün İslam dünyası bu təhqirə səssiz qalırdı.

● İranın yük maşınları isə həmin vaxt separatçı rejimlə əlbir olaraq Qarabağı talan etməklə məşğul idi.
⚽️ "Sabah" UEFA Çempionlar Liqasının 2-ci turu çərçivəsində keçirilən matçda Çexiyanın "Slaviya" komandasını 2:0 hesabı ilə məğlub edib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi "Məktəblim" fotolayihəsi" elan edib.