Operativ Media
✔
86.7K subscribers
7.48K photos
3.63K videos
13 files
7.26K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿Gəncə şəhər 21 nömrəli tam orta məktəb bu gün
⚡Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:

● 13 oktyabr saat 22:00 radələrindən etibarən Azərbaycanın dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb.

● Hücum xarici haker qruplaşması tərəfindən həyata keçirilib, Azərbaycanın dövlət informasiya infrastrukturlarına 100-dən artıq dövlət domeni hədəfə alınıb.

● Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranıb.

● Görülmüş müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib.
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿Vahid məktəbli formasının tətbiqindən sonra işğaldan azad edilən Ağdam və Xankəndidə məktəblərdən görüntülər
⚡Media və Yayım Şurası:

● Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi açıq müşahidə olunur.

● Siyasi-ideoloji motivlərlə müşayiət olunan, ictimai rəyin manipulyasiyası və ölkənin daxili məsələlərinə müdaxilə xarakteri daşıyan bu cür fəaliyyət informasiya məkanından sui-istifadənin və ictimai etimadı sarsıtmaq cəhdlərinin qəbuledilməz nümunəsidir.

● İran və Türkiyədən, xüsusilə "Telegram", "X" və "TikTok" platformaları üzərindən məqsədyönlü informasiya hücumlarının intensivləşməsini informasiya təhlükəsizliyinin qorunması, dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq prinsipləri ilə uzlaşmayan hal kimi qiymətləndirir və qətiyyətlə pisləyirik.

● Həmin ölkələrin media və sosial media seqmentində Azərbaycan haqqında əsassız və qərəzli materialların, Azərbaycan dövlətinin və xalqının ünvanına hədə, təhdid və təhqirin adi hala çevrilməsi, bununla bağlı hakimiyyət orqanları tərəfindən heç bir tədbir görülməməsi ictimaiyyətimiz arasında narahatlıq və ciddi narazılıq doğurur.
Operativ Media pinned «⚡Media və Yayım Şurası: ● Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi açıq müşahidə olunur. ● Siyasi-ideoloji motivlərlə…»
Prezident İlham Əliyev:

● “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində şəhər və kəndlərimiz yenidən qurulur, soydaşlarımızın doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilir.

● Azərbaycan bu işləri öz maliyyə imkanları hesabına həyata keçirir. İndiyədək bərpa və yenidənqurmaya dövlət büdcəsindən 25.5 milyard manat vəsait ayrılmışdır.

● Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənmiş, 47 yaşayış məntəqəsinə 40 mindən çox insan qayıtmışdır.

● İşğaldan azad edilmiş ərazilərdə hazırda 100 minə yaxın insan yaşayır, təhsil alır və fəaliyyət göstərir.
Prezident:

● Qarabağ və Şərqi Zəngəzurda qurulan nəqliyyat infrastrukturu yaşayış məntəqələrini bir-biri ilə və ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir.

● İndiyədək 1500 kilometrə yaxın yol tikilmiş, 11.7 kilometr uzunluğunda Murovdağ tuneli dünyada mürəkkəb dağlıq şəraitdə həyata keçirilən quruculuq işlərinin mühüm mühəndislik nümunəsinə çevrilmişdir.

● Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları istifadəyə verilmişdir. Dəmir yollarının inşası davam etdirilir.

● Horadiz–Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinin mühüm tərkib hissəsi kimi Azərbaycanın beynəlxalq nəqliyyat və logistika əlaqələrinin genişlənməsində strateji əhəmiyyət daşıyır.
İlham Əliyev:

● İşğal dövründə 54.3 min hektar meşə sahəsi məhv edilmiş, torpaq və su ehtiyatları çirkləndirilmişdir.

● İndiyədək 600 hektar meşə fondu bərpa olunmuşdur.

● Çünki meşələrin və su ekosistemlərinin bərpası, iqlim dəyişmələrinin təsirlərinə davamlı tikinti həllərinin tətbiqi regionun uzunmüddətli inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.
⚡Ararat Mirzoyan: Azərbaycanla sülh içindəyik, baxmayaraq ki, hələ atılmalı bir neçə addım qalıb.

● Türkiyə ilə normallaşmada əhəmiyyətli irəliləyişlər var.

● Bir gün oyanıb Türkiyə-Ermənistan sərhədləri açılıb xəbəri oxuya bilərik.
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib.
📊 ExpressBank 2026-ci ilin III rübünü yüksək göstəricilərlə tamamlayıb.

Belə ki, bank keçən ilin müvafiq dövrü ilə müqayisədə xalis mənfəətdə 65,09% artımla 9,9 milyon, əməliyyat mənfəətində isə 21% artımla 18,5 milyon manat yüksək nəticə əldə etmişdir.

🏦 Aktivlər –725.447 mln ₼ - ⬆ 8,81%
🪙 Kredit Portfeli – 592.363 milyon manat – ⬆ 7.76%
✔ İstehlak krediti – 239.038 – ⬆ 4.66%
💵 Biznes Krediti – 222.953 mln – ⬆ 11.92%
💰 Depozit Portfeli – 372.202 mln – ⬆ 19.51%
🖋 Fiziki şəxslərin depozitləri – 329.994 mln – ⬆ 27.04%
📊 Əməliyyat Mənfəəti – 18.535 mln - ⬆ 21%
🔔 Faiz Gəlirləri – 70.210 mln - ⬆ 15.75%
📈 Xalis Mənfəət – 9.941 mln - ⬆ 65.09%

● III rübün nəticələri Expressbankın bazarda dayanıqlı və sürətli artım tempini qoruduğunu təsdiqləyir.
⚡️Azərbaycanda aprelin 1-dən kartdan- karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib.
Rusiya XİN rəhbəri Azərbaycana səfər edəcək.

Məlumata görə, Sergey Lavrov oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.
⚡Media və Yayım Şurası:

İranın "Səhər" ("Sahar Azəri") telekanalı Türkiyənin Diyarbakır vilayətində keçirilmiş tədbirə aid görüntüləri Azərbaycanla əlaqələndirib, onları Azərbaycanda hicablı şəxslərə dəstək məqsədilə təşkil olunmuş aksiya kimi təqdim edib.
⚡️Azərbaycan XİN Jan-Noel Baronun Azərbaycanı əsassız iddialarla hədəf almasını pisləyib:

● Fransa nazirinin Azərbaycana qarşı ittihamları Fransa tərəfinin Azərbaycanla münasibətlərdə qarşıdurma ritorikasından hələ də əl çəkə bilmədiyini göstərir.

● Fransa tərəfini Azərbaycanla bağlı əsassız iddialara son qoymağa, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suveren bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərinə riayət etməyə çağırırıq"
Vyetnamın Vitse-prezidenti Vo Thi An Suan Azərbaycana səfərə gəlib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.
Forwarded from Şəbəkə
This media is not supported in your browser
VIEW IN TELEGRAM
QHT-lərin təşkilatçılığı ilə bir qrup azərbaycanlı xanım milli baş örtüyü – kəlağayı ilə Qız Qalasının qarşısından yürüşə başlayıb.

• Təşəbbüsün məqsədi milli geyimlərə, xüsusilə kəlağayıya marağın artırılmasıdır.

• Qeyd edək ki, Azərbaycan kəlağayısı 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
⚡️Sabah Bakıda AQEM-in VII Zirvə Görüşü keçiriləcək

Tədbirdə iştirak edəcək liderlər və nümayəndələr:

🇦🇿 Azərbaycan — Prezident İlham Əliyev (ev sahibi və sədr)

🇺🇿 Özbəkistan — Prezident Şavkat Mirziyoyev

🇰🇬 Qırğızıstan — Prezident Sadır Japarov

🇰🇿 Qazaxıstan — Prezident Kasım-Jomart Tokayev

🇹🇯 Tacikistan — Prezident Emomali Rahmon

🇮🇱 İsrail — Prezident İsxak Hersoq

🇱🇦 Laos — Prezident Thongloun Sisoulith

🇰🇭 Kamboca — Baş nazir Hun Manet

🇻🇳 Vyetnam — Vitse-prezident Võ Thị Ánh Xuân

🇹🇷 Türkiyə — Xarici işlər naziri Hakan Fidan (Prezident Rəcəb Tayyib Ərdoğanı təmsil edir)

🇨🇳 Çin — Xarici işlər naziri Wang Yi

🇷🇺 Rusiya — Xarici işlər naziri Sergey Lavrov

🇮🇳 Hindistan — Xarici işlər nazirinin müavini Kirti Vardhan Singh

🇮🇷 İran — Xarici işlər nazirinin müavini Kazım Qəribabadi

🇦🇪 BƏƏ — Xarici işlər üzrə dövlət naziri Khalifa bin Shaheen Al Marar

🇵🇸 Fələstin — Xarici işlər naziri Varsen Aghabekyan Shahin

🇱🇰 Şri-Lanka — Xarici işlər naziri Vijitha Herath

🇧🇾 Belarus — Nümayəndələr Palatasının sədri İqor Sergeyenko

🇹🇲 Türkmənistan — Prezident Sərdar Berdiməhəmmədov

Qeyd: İştirakçılarla bağlı siyahıya yeni adlar əlavə oluna bilər.