Gözlərin dənizim olarmı görən?
Enə bilrəmmi dərinliyinə?
Bilirsən dənizi çox sevirəm mən,
İtərəm gözünün maviliyində.
Mənə dəniz boyda ürək bağışla,
Mən orda yaşadım arzularımı.
Dəniz gözlərindən axan baxışla,
Çırpım sahilinə dalğalarımı.
Nə ayrılıq odu, nə də ki, həsrət,
Sənin limanına heç yanaşmasın.
Sən mənə dəniz ol- ismi məhəbbət,
Dalğan əllərimi heç buraxmasın…
Kəmalə Məcidova
@seirqoxulum
Enə bilrəmmi dərinliyinə?
Bilirsən dənizi çox sevirəm mən,
İtərəm gözünün maviliyində.
Mənə dəniz boyda ürək bağışla,
Mən orda yaşadım arzularımı.
Dəniz gözlərindən axan baxışla,
Çırpım sahilinə dalğalarımı.
Nə ayrılıq odu, nə də ki, həsrət,
Sənin limanına heç yanaşmasın.
Sən mənə dəniz ol- ismi məhəbbət,
Dalğan əllərimi heç buraxmasın…
Kəmalə Məcidova
@seirqoxulum
❤3👍3
Başımı qoyaram gündə yüz kərə,
Bir yol ayağını qoyduğun yerə.
Eşqindir ucaldan məni göylərə,
Bu eşqin gücünə minnətdaram mən.
Sevgiyə həd qoymaq düzü günahdı,
Cahilin hər işi, sözü günahdı,
Eşqi günah saymaq özü günahdı,
Kim deyir eşqimdə günahkaram mən?!
Özün bir aləmsən, eşqin bir aləm,
Sən olan könüldə nə kədər, nə qəm,
Sənsiz bu dünyanın ən bədbəxtiyəm,
Səninlə dünyada BƏXTİYARam mən.
Bəxtiyar Vahabzadə
@seirqoxulum
Bir yol ayağını qoyduğun yerə.
Eşqindir ucaldan məni göylərə,
Bu eşqin gücünə minnətdaram mən.
Sevgiyə həd qoymaq düzü günahdı,
Cahilin hər işi, sözü günahdı,
Eşqi günah saymaq özü günahdı,
Kim deyir eşqimdə günahkaram mən?!
Özün bir aləmsən, eşqin bir aləm,
Sən olan könüldə nə kədər, nə qəm,
Sənsiz bu dünyanın ən bədbəxtiyəm,
Səninlə dünyada BƏXTİYARam mən.
Bəxtiyar Vahabzadə
@seirqoxulum
❤12👍3❤🔥2
Hardasan, ay gedib ümid sındıran?
Səs gəldi: "Xəyalam, şirin arzuyam",
Axı mən özüm də ürək yandıran,
özüm də kiminsə yuxusundayam…
Vahid Əziz
@seirqoxulum
Səs gəldi: "Xəyalam, şirin arzuyam",
Axı mən özüm də ürək yandıran,
özüm də kiminsə yuxusundayam…
Vahid Əziz
@seirqoxulum
👍8❤4👏2
Bir qadın unutmuşam...
Ona yazılan şeirin
Sətrin unutmamışam.
Evimin ünvanın
Unuduram
Di gəl ki,
Unutduğum qadının
Ətrin unutmamışam.
Çoxmu unutqanam mən?
Dəli kimi sevdiyim
Qadını unutmuşam.
Canım niyə yanmasın,
Ad günü yadımdadı
Adını unutmuşam.
Səddam Laçın
@seirqoxulum
Ona yazılan şeirin
Sətrin unutmamışam.
Evimin ünvanın
Unuduram
Di gəl ki,
Unutduğum qadının
Ətrin unutmamışam.
Çoxmu unutqanam mən?
Dəli kimi sevdiyim
Qadını unutmuşam.
Canım niyə yanmasın,
Ad günü yadımdadı
Adını unutmuşam.
Səddam Laçın
@seirqoxulum
❤11👍4
Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.
İlqarı gözəl olmayanı istəməz aşiq,
Can ver elə cananə ki ilqarı gözəldir.
Mən bir uca boylu gözəlin zülfünə bəndəm
Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir.
Yüzlərlə gözəl başqa vilayətdə də çoxdur,
Amma bizim ölkə bütün – elcari gözəldir.
Yar olsa mənimlə mənə biganə nə eylər?
Uçmaz elə bir xanə ki memarı gözəldir.
Mən istədiyimçün o gülü qeyri də sevdi
Qiymətli o şeydir ki xiridarı gözəldir.
Vahid, mənə insaf elə, sima ilə baxma,
Əhsən elə bir şairə əşarı gözəldir.
Əliağa Vahid
@seirqoxulum
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.
İlqarı gözəl olmayanı istəməz aşiq,
Can ver elə cananə ki ilqarı gözəldir.
Mən bir uca boylu gözəlin zülfünə bəndəm
Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir.
Yüzlərlə gözəl başqa vilayətdə də çoxdur,
Amma bizim ölkə bütün – elcari gözəldir.
Yar olsa mənimlə mənə biganə nə eylər?
Uçmaz elə bir xanə ki memarı gözəldir.
Mən istədiyimçün o gülü qeyri də sevdi
Qiymətli o şeydir ki xiridarı gözəldir.
Vahid, mənə insaf elə, sima ilə baxma,
Əhsən elə bir şairə əşarı gözəldir.
Əliağa Vahid
@seirqoxulum
❤9👍4
Belə də olur. Yüksəlmək üçün quyunun dibini, o qaranlığı görmək lazımdır. Görəsən ki şahlanasan, görəsən ki Yusif kimi yüksələsən. Allah bizim üçün xoş anları gizlədir, ən qaranlığı gördükdən sonra ərmağan edir, könlümüzü şad edir..
Hər şey könlünüzcə olsun🤍
@seirqoxulum
Hər şey könlünüzcə olsun🤍
@seirqoxulum
❤9👍1🙏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Səni nə gündüzlər, nə də gecələr,
Səni hər günümdə gözləyəcəyəm.
Səni nə payızda, nə də ki, yazda
Gələn hər fəsildə gözləyəcəyəm.
Səni nə qəlbimlə, nə də ruhumla,
Bütün varlığımla bil, sevəcəyəm.
Səni nə indi, nə də ölüncə,
Mən səni əbədi çox sevəcəyəm.
Səni nə unutdum, nə xatırladım,
Sən ki, daim mənim düşüncəmdəsən.
Səni nə axtardım, nə də ki, tapdım
Sən hər an mənim ürəyimdəsən
Fidan Yusupova
@seirqoxulum
Səni hər günümdə gözləyəcəyəm.
Səni nə payızda, nə də ki, yazda
Gələn hər fəsildə gözləyəcəyəm.
Səni nə qəlbimlə, nə də ruhumla,
Bütün varlığımla bil, sevəcəyəm.
Səni nə indi, nə də ölüncə,
Mən səni əbədi çox sevəcəyəm.
Səni nə unutdum, nə xatırladım,
Sən ki, daim mənim düşüncəmdəsən.
Səni nə axtardım, nə də ki, tapdım
Sən hər an mənim ürəyimdəsən
Fidan Yusupova
@seirqoxulum
❤11👍2
Dedim: - Ey gül, nə rəvadır belə fəryad eləyim?
Dedi: - Əvvəl de nəyin imdad elǝyim.
Dedim: - Artıq çəkir aləm məni Məcnuna misal
Dedi: - Leyla kimi belə etməmişəm ad eləyim.
Dedim: - İnsaf elə, can ver bu ölən sevgimizə
Dedi: - İsa deyiləm, möcüzə icad eləyim.
Dedim: - Olmaz məni şad eyləyəsən, ey zalim?
Dedi: - Öyrəşmişəm aşıqları naşad elayim.
Dedim: - Ey şah, məqam eylə könül taxtında
Dedi: - Vaxtım var o viranǝni abad elǝyim?
Dedim: - olmuş yenə könlüm quşu zülfündə əsir
Dedi: - Bitsin ki, axır ey azad eləyim.
Dedim: -Azad eləmə, yad elə Pünhanı, gülüm
Dedi: - Yad etdiyim insanı necə yad eləyim?
Pünhan Əzim
@seirqoxulum
Dedi: - Əvvəl de nəyin imdad elǝyim.
Dedim: - Artıq çəkir aləm məni Məcnuna misal
Dedi: - Leyla kimi belə etməmişəm ad eləyim.
Dedim: - İnsaf elə, can ver bu ölən sevgimizə
Dedi: - İsa deyiləm, möcüzə icad eləyim.
Dedim: - Olmaz məni şad eyləyəsən, ey zalim?
Dedi: - Öyrəşmişəm aşıqları naşad elayim.
Dedim: - Ey şah, məqam eylə könül taxtında
Dedi: - Vaxtım var o viranǝni abad elǝyim?
Dedim: - olmuş yenə könlüm quşu zülfündə əsir
Dedi: - Bitsin ki, axır ey azad eləyim.
Dedim: -Azad eləmə, yad elə Pünhanı, gülüm
Dedi: - Yad etdiyim insanı necə yad eləyim?
Pünhan Əzim
@seirqoxulum
👍7❤4❤🔥2
Bütün ömrüm boyu könlüm könlünə,
Gözlərim gözünə od bağışlasın.
Sən çox incitmisən mənim könlümü,
Ona bir təsəlli qat, bağışlasın...
Musa Yaqub
@seirqoxulum
❤10👍2🕊2
Mənə üfüq boyda geniş səmanı,
Göydə buludları, yerdə dumanı,
Dənizdə dalğanı sən bağışladın,
Bu hüsnü-mənanı sən bağışladın.
Uzanan yolların dümağ sətrini,
Dünyanın ən gözəl çəmən ətrini,
Qumlu sahillərdə sən bağışladın,
O zərif əllərdə sən bağışladın.
Nəriman Həsənzadə
@seirqoxulum
Göydə buludları, yerdə dumanı,
Dənizdə dalğanı sən bağışladın,
Bu hüsnü-mənanı sən bağışladın.
Uzanan yolların dümağ sətrini,
Dünyanın ən gözəl çəmən ətrini,
Qumlu sahillərdə sən bağışladın,
O zərif əllərdə sən bağışladın.
Nəriman Həsənzadə
@seirqoxulum
👍5❤3
Sənsiz tüstü-duman olub,
Göyə qalxar ahım mənim.
Heç vaxt məni tərk eləmə,
Eşqim mənim, ruhum mənim.
Dağa çıxsam inadım ol,
Quşa dönsəm qanadım ol.
Sən ünvanım, sən adım ol,
Eşqim mənim, ruhum mənim.
...Gələcəyim, sabahım ol,
Döyüşlərdə silahım ol.
İnamımda Allahım ol,
Eşqim mənim, ruhum mənim.
Fikir vermə ağlı kəmə,
Vaxtsız batma dərdə, qəmə.
Heç vaxt məni tərk eləmə,
Eşqim mənim, ruhum mənim.
Zəlimxan Yaqub
@seirqoxulum
Göyə qalxar ahım mənim.
Heç vaxt məni tərk eləmə,
Eşqim mənim, ruhum mənim.
Dağa çıxsam inadım ol,
Quşa dönsəm qanadım ol.
Sən ünvanım, sən adım ol,
Eşqim mənim, ruhum mənim.
...Gələcəyim, sabahım ol,
Döyüşlərdə silahım ol.
İnamımda Allahım ol,
Eşqim mənim, ruhum mənim.
Fikir vermə ağlı kəmə,
Vaxtsız batma dərdə, qəmə.
Heç vaxt məni tərk eləmə,
Eşqim mənim, ruhum mənim.
Zəlimxan Yaqub
@seirqoxulum
👍5❤2👏1
Sonuncu ümid də qırılmış itmiş,
Özünə yer tapmır sinəmdə ürək,
İndi anlayıram mümkünsüz imiş
Sənə birdəfəlik "Əlvida" demək
Həsrət nə təcnisdi, nə də bayatı,
Yazardım, gözümdən axıb-gedərdin,
Bütün baş verənlər yuxu olsaydı,
Yozardım, ömrümdən çıxıb gedərdin.
Xəyallar ürəklə küsü saxlayır,
İçimdə şübhələr vaxtı dəyişir,
Bir yannan qəzəblər düyün bağlayır,
Bir yannan istəklər söz güləşdirir.
Özün yarı yolda bu eşqi qoydun,
Ağaran saçlara dostlar şahidim,
Sən mənə bir doğru sözü qıymadın,
Mən sənə ömrümü ərmağan etdim...
Vahid Əziz
@seirqoxulum
Özünə yer tapmır sinəmdə ürək,
İndi anlayıram mümkünsüz imiş
Sənə birdəfəlik "Əlvida" demək
Həsrət nə təcnisdi, nə də bayatı,
Yazardım, gözümdən axıb-gedərdin,
Bütün baş verənlər yuxu olsaydı,
Yozardım, ömrümdən çıxıb gedərdin.
Xəyallar ürəklə küsü saxlayır,
İçimdə şübhələr vaxtı dəyişir,
Bir yannan qəzəblər düyün bağlayır,
Bir yannan istəklər söz güləşdirir.
Özün yarı yolda bu eşqi qoydun,
Ağaran saçlara dostlar şahidim,
Sən mənə bir doğru sözü qıymadın,
Mən sənə ömrümü ərmağan etdim...
Vahid Əziz
@seirqoxulum
❤12👍3✍1
"Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaş mı olacaq, yad mı olacaq?
Bu dünyada, bəlkə, sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!"
Ramiz Rövşən
@seirqoxulum
Qardaş mı olacaq, yad mı olacaq?
Bu dünyada, bəlkə, sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!"
Ramiz Rövşən
@seirqoxulum
👍9❤7👏3
"Mən ömürün yazında, sən payızında,
Ümidimi kəsmisən, payız çiçəyi.
Sən gərək beş-on il gec doğulaydın,
Yaman tələsmisən, payız çiçəyi"
İlqar Fəhmi
@seirqoxulum
Ümidimi kəsmisən, payız çiçəyi.
Sən gərək beş-on il gec doğulaydın,
Yaman tələsmisən, payız çiçəyi"
İlqar Fəhmi
@seirqoxulum
👍9❤4👏2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Allah Sizə rəhmət eləsin Elnur Valeh🙏🏻
🙏11👍2
"Yalnızlık, yaşamda bir an,
Hep yeniden başlayan.
Dışından anlaşılmaz.
Ya da kocaman bir yalan
Kovdukça kovalayan.
Paylaşılmaz.
Bir düşün'de beni sana ayıran
Yalnızlık paylaşılmaz
Paylaşılsa yalnızlık olmaz."
Özdemir Asaf
@seirqoxulum
Hep yeniden başlayan.
Dışından anlaşılmaz.
Ya da kocaman bir yalan
Kovdukça kovalayan.
Paylaşılmaz.
Bir düşün'de beni sana ayıran
Yalnızlık paylaşılmaz
Paylaşılsa yalnızlık olmaz."
Özdemir Asaf
@seirqoxulum
👍3❤1💔1